Azərbaycan mühacirət irsi
159
bu hürriyyət məhvərinin ətrafında birləşdirməyə son qeyrətini
sərf edirdi.
Mədəni millətlər səviyyəsinə yüksəlmiş və öz-özünü idarə
edəcək qədər siyasi dolğunluğa çatmış olan Azəri Türkləri,
siyasi, iqtisadi və ictimai həyatlarında milli ideallarına
tərcüman olan “Müsavat” Xalq Partiyasının ətrafında toplaşır,
maddi və mənəvi baxımdan ona takviye (yardım) edir və
çalışmalarını böyük bir əlaqə ilə izləməkdə dəstəkləyirdilər.
Çox keçmədən həmin bütün münəvvər Azəri gəncliyinin rəğbə-
tini qazanan bu partiya, məmləkət mədəniyyətini öz
omuzlarında (çiyinlərində) daşıyan tək Milli-Siyasi müəssisə
olaraq xalqın etimadını qazanmış olurdu.
Bütün ciddiyyəti ilə davanı ələ alan “Müsavat” Partiyası,
Azəri Türkləri və dünya ümumi fikri qarşısında çox böyük və
zamanın şərəfinə görə həlli güc tələb edən məsuliyyətli
vəzifələrlə qarşı-qarşya gəlmişdi. Çətin bir mücadiləyə
atılmaqla, millətin hüzurunda öndərlik ləyaqət və mətanətinin
siyasi tarix səhifələrində mühüm yer alacaq, ağır bir dönəmini
keçirəcəkdi ki, bu da yüz ildən çox Rus tahakkum (zülmü) və
işğalı altında inildəyən bir milləti, demokratik əsaslara dayanan
Milli-Müstəqil bir hakimiyyətə qovuşdurmaqdan ibarət olacaqdı.
Nəhayət, bu milli və ülvi vəzifə müvəffəqiyyətlə yerinə
yetirilmiş və 28 May 1918-ci ildə Milli Şura tərəfindən
millət idarəsinin bir məhsulu olaraq Milli Azərbaycan
İstiqlalı elan edilmiş və Fətəli Xanın başqanlığında birinci
kabinə Gəncədə qurulmuşdur.
Fəqət, bununla iş bitməmiş, bu dəfə də gənc Cumhuriyyət,
rus bolşevikləri və erməni daşnaklarının yıxıcı fəaliyyətləri ilə
qarşılaşdığı kimi, digər tərəfdən də Orta Avropa Dövlətləri
sırasında yer alan Almaniyanın Rusiya ilə gizli görüşlər
keçirərək, Bakının ruslara verilməsi müvəffəqiyyətini bəyan
etməsi ilə son dərəcə çətin durumlar yaranmışdır.
Səmimi olaraq bunu etiraf edək ki, o zamankı şərtlər
altında bu maneələri Azərbaycanın təkbaşına dəf etməsi