Azərbaycan mühacirət irsi
21
Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və
sairləri kimi namü nişanı zikredilməyən daha neçə şəhidlərimiz
vardır. Azərbaycan cəlladı Bağırovun bir raporunda qeyd
olunduğu kimi 52-dən çox qanlı xalq üsyanlarında fədakaranə
ölən minlərcə igid partizanlarımızı da unutmayaq. Gənc
ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları,
Süleyman Paşa Sulkeviçləri, Dilhas Murad Gərayları, İbrahim
Ağaları, Səlimov Həbib bəyləri və bir çox digərlərini də zikr
edək.
İsimləri və xatirələri hamımıza əziz olan Fətəli xan, Nəsib
bəy, Həsən bəy, Səməd Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy,
Müseyib bəy, Murtuza bəy, Rəhim bəy və sairə kimi keçmiş və
milli iradəyə ihanət (xəyanət) etmiş Qarayevlər, Qarabəyovlar
kimi bədbəxtlər də, maələsəf, Parlamentoda üzv olmuşlardır.
Ümumi bir xülasə yapılırkən, ana fikir müəssisələrindən və
bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zəru-
rətdir. Tarixdə isimlərini fikir müəssiələrilə (quran, meydana
gətirən) sımsıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan bəhs
etmək qədər təbii və normal bir şey ola bilməz. Bu bütün
fəaliyyətləri bir tək şəxsə ətfetmək (istinad etmək) demək
deyildir, əlbəttə!..
Davanı əsas fikir sistem və müəssisələrindən ayıraraq,
avtomatik surətdə, müəyyən dövrdə, rəsmi hər hansı bir sifət və
ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu
fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki,
Azərbaycan davası belə üç – beş kişinin həyatilə ölçüləcək
kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis (müqəddəs
sayılma) edilmiş fikir müəssəsələri (qurucuları) vardır. Bu
müəssisələr baqidir (əbədidir), Azərbaycan Parlamentosunu da,
hökumətini də doğuran bu fikir sistemi, qızıl istila altında
bilavasitə qüvvətlənmiş gənc nəslin müqavimətilə cəlikləşmiş
(poladlaşmış) və mühacirətdə illərdən bəri davam edən
mücadilə sayəsində sarih (açıq, aydın) formulunu tapmışdır.
Milli nəşriyyat və müəssəsələr tərəfindən bu davanın ideoloji
Azərbaycan mühacirət irsi
22
bütün səhifələri incədən incəyə işlənmişdir. Belə bir hərəkatın
müqəddəratı, şübhəsiz ki, üç-beş faninin həyatına münhəsir
(həsr edilmə,
məxsus olma, hüdudlaşma) qala bilməz.
Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət
və həyatiliyi, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən nə-
silə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu (müdafiə
etdiyi, qoruduğu) idealı mənimsər və bu ideal uğrunda çalışmış
başlıca fikir müəssəsə (qurucu) və şəxsiyyətlərini idealizə edər-
sə bunu, dava namına, müsbət bir hadisə olaraq qəbul etməli-
yik.
Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəs-
sisələrini ihmal (unutmaq) ilə sadəcə münfərid (təkbaşına)
şəxslərə mal etmək (aid etmək), Azərbaycan topluluğunun
gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur. Halbuki,
1918-də istiqlalını elan edərkən, Azərbaycan Türklüyü, siyasi
fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orada Rusiya
əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli
demokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün
federalist cərəyanını təmsil edirdi.
O zamankı şərtlər daxilində Türkçülüyün, “Müsavat” firqə-
sində təmsil olunan bu cərəyanı, hadisələrin gəlişməsilə,
Türkiyədə Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə dürlü
Türk Cumhuriyyətlərinin qurulması ilə həyatiliyini isbat etmiş-
dir.
Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan
davası naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan
fikir sistem və müəssəsələrinə hörmət etməklə olur. Bunun
üçün hər türlü kiçik hesablardan və mərəzi (xəstə) hisslərdən
sıyrılaraq ana fikrə önəm vermək lazımdır.
Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış) ideya və
şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və
ya bilməyərək, böyük davanı kiçildənlərdir. Bu xüsusda
hamımızın çox titiz (son dərəcə ciddi) və diqqətli olmamız icab
(zərurət, ehtiyac) edər.