Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   2   3   4   5   6   7   8   9   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
18 
ədəbiyyatın  aşağıdakı  səciyyəvi  xüsusiyyətlərini  qeyd 
edir: «Mühacirət ədəbiyyatı: 
a)
 
Vətəndəki quruluşa və qayda-qanuna münasibət-
də açıq müxalifət mövqeyində dura bilir
b)
 
Hər zaman, heç olmazsa, zəif də olsa, nostalgiya-
nın acısını ifadə edir
c)
 
Vətən mühiti ilə bilavasitə deyil, yaddaş vasitəsi 
ilə bağlıdır və mənsub olduğu xalqın çağdaş həyatından 
zaman və məkan baxımından ayrı düşmüşdür; 
ç)
 
Vətəndəki tarixi dəyişiklikləri öncədən duyur və 
kəskin hiss edir
d)
 
İkidilliliyə  və  ikimədəniyyətliliyə  (Məs:  V.  Na-
bokovun yaradıcılığı), yaxud ən azı bir dili digər dillə və 
ya  doğma  (milli)  mədəniyyəti  yaşadığı  ölkənin  mədə-
niyyəti ilə zənginləşdirməyə meyillidir; 
e)
 
Vətəni həm daxildən, həm də xaricdən görür (çı-
xış  və  yeni  sığınacaq  nöqtələrindən  dünyanın  miqyaslı 
görünüşü); 
ə)
 
Ölkələr,  xalqlar,  mədəniyyətlər  arasında  körpü 
salır» (106, s. 464-465). 
Yuxarıda  sadalanan  universal  xüsusiyyətləri  müəy-
yən  qeyd-şərtlə  Azərbaycan  mühacirət  ədəbiyyatına  da  
şamil etmək olar. Bununla belə, hər bir xalqın, o cümlə-
dən Azərbaycan xalqının mühacirət ədəbiyyatı, təbii ki, 
özünün spesifik cəhətləri ilə seçilir. 
İlk  növbədə  onu  qeyd  edək  ki,  Azərbaycan  müha-
cirət  ədəbiyyatı  da  XX  əsr  hadisəsidir.  Bir  qədər  də 
konkretləşdirsək,  bu  ədəbiyyatın  xronoloji  sərhədləri 
1920-1991-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyə-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
19 
tinin  süqutundan  Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyinin bərpasına qədər olan dövrü əhatə edir. 
Doğrudur,  Azərbaycan  siyasi  mühacirətinin  tarixi 
kökləri daha əvvəllərə – XΙX əsrin ilk rübünə gedib çı-
xır. Lakin əvvəlki araşdırmalarımızda da vurğuladığımız 
kimi,  istər  XΙX  əsrin,  istərsə  də  XX  əsrin  əvvəllərinin 
Azərbaycan  mühacirəti  təşkilatlanmış  toplum  deyildi, 
ideoloji mübarizə vasitələrinə, mətbuata, nəşriyyata ma-
lik deyildi; onun fəaliyyəti heç bir siyasi qurum tərəfin-
dən istiqamətləndirilmirdi. 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan son-
ra  yaranıb,  zaman-zaman  inkişaf  etmiş  mühacirətimiz 
isə daha kütləvi və mütəşəkkil xarakter daşıyırdı, müx-
təlif  ölkələrdə  özünün  siyasi  qurumlarına,  mətbuat  or-
qanlarına malik idi. Ən başlıcası isə bu mühacirət məs-
kunlaşdığı ölkələrdə özünün siyasi, ədəbi-mədəni mühi-
tini  yaratmış,  yetmiş  il  ərzində  müxtəlif  vasitələrlə 
Azərbaycan  milli  hərəkatını  davam  etdirmiş,  zəngin 
ideoloji-siyasi  və  ədəbi-elmi  irs  qoyub  getmişdir  (14,    
s. 9-10). 
Digər  tərəfdən,  ədəbiyyat  tarixçiliyinə  XIX  əsrdə 
Azərbaycan mühacirət ədəbiyyatının mövcudluğunu təs-
diq edəcək heç bir fakt məlum deyil. XX əsrin əvvəlləri 
Azərbaycan siyasi mühacirətinin mətbu irsində də bizim 
«Azərbaycan  mühacirət  ədəbiyyatı»  adı  altında  öyrən-
diyimiz  ədəbiyyatın  ideoloji-siyasi  və  bədii-estetik  də-
yərlər  sisteminə  daxil  ola  biləcək  örnəklərə  təsadüf  et-
mirik.  Prof.  Vaqif  Sultanlı  1909-1920-ci  illəri  (Stolıpin 
irticasından  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu-
na qədərki dövrü)  mühacirət ədəbiyyatımızın inkişafın-


Nikpur  Cabbarlı 
 
 
 
20 
da  ilk  mərhələ  kimi  təqdim  etsə  də  (45,  s.  10;  37,          
s. 283), fikrinin təsdiqi üçün konkret ədəbi-bədii faktlar-
dan deyil, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğ-
lunun, Məhəmməd Əmin Rəsulzadənin bu dövrdəki icti-
mai-siyasi və publisistik fəaliyyətindən çıxış edir. Araş-
dırmalar  göstərir  ki,  1909-cu  ildən  mühacirətdə  olan    
Ə.  Ağaoğlu  yalnız  1920-1930-cu  illərdə  qələmə  aldığı 
bədii  əsərlərlə  mühacirət  ədəbiyyatımızı  zənginləşdir-
məyə başlamışdır.  
Yeri  gəlmişkən,  Ə.  Ağaoğlunun  Maltada  sürgündə 
olarkən yazdığı «Könülsüz olmaz» və «Üç mədəniyyət» 
əsərlərini də V. Sultanlı yanlış olaraq mühacirət ədəbiy-
yatı nümunələri kimi təqdim edir (45, s. 37, 40,106-109; 
37, s. 308, 374-377, 378). 
M.Ə.  Rəsulzadə  isə  ikinci  mühacirəti  dövründə 
(1922-1955)  Azərbaycan  mühacirət  ədəbiyyatının  və 
ədəbi-tənqidi  fikrinin  dəyərli  örnəklərini  yaratmışdır.  
Ə. Hüseynzadəyə gəldikdə isə, V. Sultanlının özünün də 
qeyd  etdiyi  kimi,  «onun  həyatının  mühacirət  dövrü 
müəyyən  mənada  ictimai-siyasi  aktivliyi  ilə  seçilsə  də, 
yaradıcılıq  baxımından  o  qədər  də  məhsuldar  olmamış-
dır» (37, s. 363). Bu böyük mütəfəkkirin mühacirət döv-
rü yaradıcılığından əldə olan azsaylı örnəkləri belə, yu-
xarıda  qeyd  etdiyimiz  prinsiplər  baxımından,  Azərbay-
can mühacirət ədəbiyyatına aid etmək mümkün deyildir. 
Ümumiyyətlə,  ədəbiyyatşünaslıqda  bəzi  hallarda 
Azərbaycan mühacirət ədəbiyyatının xronoloji sərhədlə-
rinin  və  nümayəndələrinin  müəyyənləşdirilməsində  nə-
zəri-metodoloji  səhvlərə  yol  verilir.  Məsələn:  prof. 
V.Sultanlı  «Azərbaycan  mühacirət  ədəbiyyatının  tarixi 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
21 
ədəbiyyatımızın    tarixi  qədər  qədimdir»  (45,  s.  9;  37,    
s. 282-283) iddiasıyla Xətib Təbrizini, Şihabəddin Süh-
rəvərdini, İmadəddin Nəsimini və digər orta əsr klassik-
lərini  mühacir  sənətkarlar  qisminə  aid  edir  ki,  bu  da 
təbii  ki,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  doğru  deyildir. 
Hərçənd başqa bir yerdə V. Sultanlı özü də etiraf edir ki
«Azərbaycan  mühacirət  ədəbiyyatı  dedikdə,  XX  əsrdə 
siyasi səbəblər ucbatından dünyanın müxtəlif ölkələrinə 
səpələnmiş  ədəbi  şəxsiyyətlərin  yaradıcılıq  irsi  nəzərdə 
tutulmaqdadır»  (45,  s.  9;  37,  s.  283).  Lakin  hörmətli 
professorun  Azərbaycan  mühacirət  ədəbiyyatı  ilə  bağlı 
araşdırmalarındakı    yanlışlıq  və  ziddiyyət  bununla  bit-
mir.  Belə  ki,  V.  Sultanlı  Y.V.  Çəmənzəminlinin  Azər-
baycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricdə 
yaşadığı  dövrü  (1920-1926-cı  illər)  mühacirət  sayır  və 
buna əsaslanaraq onu mühacirət ədəbiyyatımızın nüma-
yəndəsi  kimi  təqdim  edir  (45,  s.  12,  47-50;  37,  s.  285, 
321-324).  Lakin  görkəmli  ədibin  bu  illərdəki  fəaliyyəti 
onu  nə  Azərbaycan  siyasi  mühacirətinin,  nə  də  müha-
cirət  ədəbiyyatımızın  nümayəndəsi  kimi  səciyyələndir-
məyə  imkan  vermir.  Məlum  olduğu  kimi,  Azərbaycan 
Xalq  Cümhuriyyətinin  süqutu  ilə  əlaqədar  bu  dövlətin 
Osmanlı  dövlətindəki  səfiri  vəzifəsindən  istefa  verən 
Yusif  Vəzir  istər  Türkiyədə,  istərsə  də  Fransada  yaşa-
dığı müddətdə Vətənindəki bolşevik rejiminə deyil, ək-
sinə, bu rejimə qarşı mücadilə yürüdən siyasi mühacirə-
timizə,  o  cümlədən  M.Ə.  Rəsulzadə,  Ə.  Topçubaşov,  
X.  Xasməhəmmədov  kimi  mühacirət  liderlərinə  qarşı 
müxalifətdə  olmuşdur  (34,  s.  78-86).  Bununla  yanaşı, 
mənbələrdə onun Anadolu istiqlal savaşına münasibətdə 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə