33
ilə Bakıya daşıtdırsın. Nəqliyyat xərci həddindən artıq yüksək olduğundan, zavodda bu turşunun pudu heç vaxt
10 rubldan aşağı düşmürdü. Lazım olunan sodanı isə Eyxler elə yerindəcə, dəniz otlarından alırdı. Əlavə heç bir
durulaşdırma aparmadan kaustik soda məhlulundan tarazlaşdırıcı kimi istifadə edirdi. Əvvəlcə tünd sulfat
turşusu, sonra kaustik soda ilə təmizlənmiş fotogen yenidən zəif sulfat, yaxud xlorid turşusu ilə təmizlənir və
çöküntü vermək üçün saxlanılırdı. Bu üsulla istehsal olunmuş fotogenin ilk kiçik partiyası Tiflisə göndərildi;
Rusiyaya isə böyük partiyalarla ancaq 1863-cü ildə, daha dəqiq desək, 1864-cü ildə göndərilməyə başlandı.
Neftdən alınmış lampa nefti yeni məhsul olduğundan Moldenhauer və Eyxler qərara gəldilər ki, qırdan
alınan lampa yanacağından ayırmaq məqsədilə, bu yeni məhsula yeni bir ad versinlər. "Fotogen" yunan dilində
işıq verən, işıq demək idi. Onlar öz yeni məhsullarına "fotonaftil" adı verdilər, bu da yunan dilində üç sözün
("neft maddəsinin işığı") birləşməsindən ibarət idi. Bu adla onlar məhsulu Rusiyaya nəql etdilər, ancaq ilk
vaxtlarda onun ticarətində çətinliyə rast gəldilər, çünki istehlakçılar fotogen və kerosinin (Amerikada yaradılmış
ad) mövcudluğundan xəbərdar idilər, ancaq "fotonaftilin" nə olduğunu bilmədiklərindən onu almaqdan imtina
edirdilər. Məhsul bu yeni adla heç vaxt məşhurlaşmadı.
Suraxanı fotonaftil zavodunun tikintisindən dərhal sonra Vitte və onun şirkəti Abşeron yarımadasının şərq
qurtaracağında Müqəddəs adada (Pirallahı) geniş ərazidə yeni bir parafin zavodu tikdi. Zavod Çələkəndən
daşınan ozogeritdən təmizlənmiş parafin istehsal edirdi. Emala buraxılan xammaldan 68% məhsul alınırdı,
bunun 60%-i parafin, 8%-i açıq bozumtul rəngli lampa nefti idi. Emal zamanı maye altmış dərəcə buxarla
qızdırılır və sonra 1% sulfat turşusu ilə qarışdırılırdı. Qarışdırılma prosesi o qədər davam etdirilirdi ki, məhlul
aqappaq aqarır, sonra isə ona yanmış əhəng əlavə olunur və yenidən distilə edilirdi. Alınan birinci maddə
tamamilə şəffaf rəngdə, xüsusilə çəkisi 0,750—0,810 idi və xoş efir qoxusu verirdi. Distilənin sonuna yaxın
rəngi şəffaflığını itirirdi. Alınan məhsulun ilk 10-13 qalonu (bir qalon 4.546 metrdir—tərcüməçi)
təmizlənməmiş parafinin emalında həlledici kimi istifadə üçün ayrıca yığılıb saxlanılırdı.
Suraxanıda və Müqəddəs adadakı zavodların sahibləri çox cəhd etsələr də, axırda onların texnoloji sirləri
hardansa sızıb kənara çıxdı və vaxtilə Vittenin zavodunda işləmiş təhsilsiz və şəhərdə o qədər də tanınmayan
Cavad Məlikov adlı bir azərbaycanlı 1863-cü ildə ilk neftayırma zavodunu tikdirdi. Onun benzin distilə edən
zavod tikmək haqqındakı təklifini hamı məsxərəyə qoyur, dostları da, düşmənləri də onu lunatik kimi qələmə
verirdilər. Bütün bunlara baxmayaraq, Məlikov tədricən, inadkarlıqı sayəsində otuz funtsterlinq nizamnamə
kapitalı olan və üç nəfərdən ibarət kiçik bir şirkət yaratmaqa nail oldu. Əlbəttə bu pulla böyük bir zavod tikmək
mümkün deyildi, ona görə də açıq havada, soyuducu qurğusu olan kiçik bir sex inşa olundu. Bu primitiv sexin
tamaşasına bir dəstə adam gəlmişdi. Kamı onu lağa qoyurdu, ancaq bir neçə saatdan sonra qurğudan təmiz şəffaf
fotogenin süzülüb keçdiyini görəndə məsxərədən əl çəkdilər və Məlikov bu yerlərdə böyük hörmət qazandı.
Bundan sonra səhm kapitalı 200 funt-sterlinq olan nisbətən böyük bir şirkət yaradıldı və onun idarə olun-
ması Məlikova tapşırıldı. Fotogen istehsalının sirlərini öyrənəndən sonra, yaxud belə qənaətə gələndən sonra
artıq bu sirləri öyrəniblər deyib, ixtiraçıdan yaxa qurtarmaq üçün bəhanələr axtarmağa başladılar. Amma
Məlikov yeni qüvvə ilə ozokritdən xam parafin almağa girişdi. Burada əvvəlcə müvəffəqiyyətsizliyə uğradı,
çünki Bakıda buz yox idi, bir də ki, belə bir iş üçün ona çoxlu pul lazım idi. Məlikov gələcəyi düşünmədən son
pulunu da bu işə xərcləməyə hazır idi. Arzu və ideyalarının həyata keçməsini çox istədiyinə baxmayaraq, əksər
ixtiraçıların sonu kimi onun da qisməti kasıbçılıq oldu. O, Mirzəyevi sövq etdi ki, Qroznıdakı neft yataqlarını
alsın və orada bir neftayırma zavodu tikib, Şimali Qafqazı lampa neft ilə təmin etsin. O, zavodu tikdi, ancaq bu
dəfə də aldadıldı və lazımınca dəyərləndirilmədi. Bakı neftayırma sənayesinin bu pioneri kasıbçılıq içində
dünyasını dəyişdi. Ancaq onun şərikləri lampa neftinin istehsalı ilə böyük var-dövlət sahibi oldular.
Fotogenin çox sadə üsulla alınmasına baxmayaraq, neft sənayesinin bu sahəsi çox ləng inkişaf edirdi.
Bunun da əsas səbəbi müqavilə sistemi və xam neftin qiymətinin bahalığı idi. Buna görə də 60-cı illərin birinci
yarısında yalnız bir neçə neftayırma zavodu tikilmişdi. Sənayeçilərin əksəri zavodları necə gəldi, dəqiq çertyoj
olmadan tikirdilər, onlar adətən çalışırdılar ki, Suraxanıdakı neftayırma zavodlarında işləyənləri öz
müəssisələrinə cəlb edərək, bu fəhlələrdən qiymətli məlumatlar alsınlar. Çox keçmədən belə qənaətə gəldilər ki,
fotogenin təmizlənməsi üçün turşu və qələvi lazımdır. Turşunu Moskvadan gətirirdilər. Ancaq soda barədə
dəqiq təsəvvürləri olmadığından, onu nə iləsə əvəz etməyə çalışır, bunun üçün bəziləri dəniz suyu, bəziləri də
adi duzlu su işlədirdilər. Bu vasitə ilə fotogenin keyfiyyəti yaxşılaşmışdı.
Podratçılar arasında Mirzəyev adlı birisi bilavasitə fotogen istehsalı ilə yox, onun alqı-satqısı ilə məşğul
idi. Nijni Novqorod yarmarkasında xam neft və neft məhsullarının qiymətini o təyin edir, heç bir rəqabət
yaranmağa qoymurdu. Fotogen sənayesini əlində daha möhkəm saxlamaq üçün, o böyük bir zavodun tikin-
tisinə başladı. Bu məqsədlə o, Qrikurovdan zavod üçün avadanlıq, o cümlədən, 70 pudluq bir distilyator aldı.
Qrikurov özü onu 70 funt-sterlinqə almışdı. Mirzəyev Moskvada on ədəd yeni distilyator sifariş etdi. Lakin
onlar alınandan sonra məlum oldu ki, bu distilyatorlar nəzərdə tutulan məqsəd üçün yaramırlar, çünki onlar mis-
dən hazırlanmış və qalay ilə qaynaqlanmışlar. Mirzəyev xaricdə hər biri əlli pudluq daha altı distilyator sifariş
verdi, bununla eyni vaxtda Suraxanıda özünün fotogenayırma zavodunun inşasını başladı. Bu zavodda o,
Afəşgahdan çıxan təbii qazdan yanacaq kimi istifadə etmək niyyətində idi. Bir qədər sonra, əvvəllər Vittenin
zavodlarında mexanik işləmiş Veyzer müəyyən qədər yaxşılaşdırılmış və təkmilləşdirilmiş üsulla fotogen almaq