36
ancaq buna baxmayaraq, bu uyğunlaşdırılmış qurğunu quraşdırmaq üçün ona icazə verilmədi. Digər tərəfdən
etiraf etmək lazımdır ki, neftayırma ilə məşğul olanların özlərində də müəyyən qədər günah vardı. Əksər
sənayeçilər sürtkü yağlarının istehsalını ancaq aksiz vergisindən yan keçmək üçün modernləşdirirdilər. Məhz
buna görə aksiz vergisi ləğv olunanda, cəmi üç sürtkü yağı emal edən zavod vardı ki, onlardan da heç biri
Bakıda yerləşmirdi. Faktiki olaraq Bakıda sürtkü yağları sənayesinin yaranması və inkişafı 80-ci illərin
əvvəllərindən başlanır.
1880-ci ildə Abşeron yarımadasında 195 neftayırma sexi var idi. Bakının özündə isə cəmi bir sex vardı,
32 sex şəhərlə qara şəhər arasında səpələnmişdi. Qara şəhərdə əksəriyyəti dəniz sahilində yerləşən 118 sex
işləyirdi. 44 sex isə şəhərdən kənarda, Bakının kəndləri ərazisində idi. 39 sex Qara şəhərdən şərqə sahil boyu
düzülmüşdü. Biri lap şərqdə Sultan buxtasında, ikisi Suraxanıda, ikisi də Bibiheybətdə idi. Bütün bu kiçikli-
böyüklü neftayırma zavod və sexlərində 505 distilyator var idi ki, bunlar da bir dəfəyə 89000 pud xam neft
qəbul edir və gündə minimum 204000, maksimum 300000 pud neft emal edirdilər.
37
NEFT TĠCARƏTĠNĠN ĠNKĠġAFI VƏ
BAKI NEFTĠNĠN NƏQLĠ
Bakıda neft istehsalı başlayandan sonra birinci səkkiz ildə, yəni müqavilə sisteminin ləğv olunduğu
vaxtdan 1880-cı ilin sonunadək neftin nəqli və qazma işlərində bir çox yeniliklər edilmişdi. Bu dövr əsasən
onunla səciyyələnir ki, neft quyularının primitiv şəkildə əl ilə qazılması üsulu buxarla işləyən maşınlar vasitəsilə
qazılması üsulu ilə əvəz olundu. 1872-ci ildə, yəni mexanizmlərlə quyu qazılmasının başlandığı dövrdən bir il
əvvəl Bakıda ancaq iki quyu və bir neçə yüz əl ilə qazılmış çala (bunların sayı təxminən 415 idi, bir çoxu
nəzarətsiz atılıb qalmışdı) var idi. Maşınla quyu qazmaq sahəsindəki irəliləyişi aşağıdakı cədvəldə yaxşı görmək
olar:
Cədvəl 1
İllər
Maşınla qazılan quyuların
sayı
Əl ilə qazılan quyuların
sayı
1873
17
158
1874
50
185
1875
65
170
1876
101
62
1878
301
-
Nobel qardaşları neft istehsalı işinə başlayan kimi qazma metodunu təkmilləşdirmək qərarına gəldilər.
Amerikada geniş istifadə olunan tros sistemini tətbiq etmək və sınaqdan keçirmək üçün altı nəfər amerikalı
qazmaçını Bakıya gətirtdilər. Bu üsul Bakıdakı tələblərə tam cavab vermirdi, ancaq Nobel qardaşları bir sıra
modifnkasnyalar aparmaqla mürəkkəb bir sistem yaradaraq tezliklə geniş şəkildə tətbiq etməyə başladılar. Bu
üsul indi də öz populyarlığını itirməyib. Neft istehsalçılarının üzləşdikləri ikinci çətinlik quyulardan çıxarılan
məhsulun neftayırma zavodlarına daşınması və sonradan hazır məhsulun, yaxud xam neftin istehsalçılara
çatdırılması idi. Əvvəllər xam neft və neft məhsulları qoyun-keçi dərisindən hazırlanmış 2-3 pudluq tuluqlarda
at, yaxud dəvə ilə daşınırdı. Bu cür tuluqlarla yüklənmiş dəvə karvanları Bakıdan Zaqafqaziyanın uzaq yerlərinə
və İrana yollanırdılar. Yetmişinci illərdə bu tuluqlar oval şəkilli dörd pudluq çəlləklərlə əvəz olundu, hər dəvəyə
onlardan ikisini yükləyirdilər. Yaxın məsafələrə yük arabalarla daşınırdı (yerli arabaların təkəri 6-7 fut
hündürlükdə idi). Araba torpaq yollarda asanlıqla hərəkət edir və ortabab bir at 20-25 pud yükü çəkib apara
bilirdi. Çəllək arabanın üstünə qoyulmurdu, arabanın önünə və yanlarına iplə möhkəm sarınırdı. Bu nəqliyyat
növünün hələ də işlənildiyi bir dövrdə tuluq ilə daşınmanı artıq 1877-ci ildə ləğv edib, nefti boru kəmərləri və
dəmir yolu vasitəsi ilə nəql etməyə başladılar.
Arnold özünün yol qeydlərində (1875) İrandan karvanla necə keçdiyini, bu nəqletmə sisteminin
mahiyyətini çox gözəl təsvir etmişdir. O yazırdı: "Bütün günü neft hər cür arabalarda Bakıya daşınır. Neapol
küçələrindəki kimi tək at qoşulmuş on beş nəfərlik iki təkərli arabaya Bakıda çox nadir halda rast gəlmək olar,
ancaq neft arabaları adi haldır. Çox az adam cürət edər ki, belə bir araba alıb lap yüksək muzda belə Rekent
Stritdə, yaxud Pol Molda sürdürsün. Görürsən, bir barrel neft tutan çəlləkli arabanın üstündə, təkərlərinin
diametri 7 fut olan hündürlükdə sürücü quş budağa qonan kimi oturub, arabanı idarə edirdi. Arabanın oxundan
palçıq sallanır, çəlləyin üstündə qövsi-quzeyin bütün rəngləri var. Arıq bir at qoşulmuş araba dartıldıqca
cırıldayır. At o qədər balacadır ki, arxası elə ox səviyyəsinə güclə çatır. Lakin bütün bunlara baxmayaraq,
istehsalçılar deyirlər ki, onlar hamısı birlikdə neftin araba ilə bu cür daşınması üçün ildə 100000 funt-sterlinqdən
çox pul vermirlər".
Birinci boru kəməri və mədənlərdə ilk dəmiryolu çəkilib işə düşməmişdən, arabalar gündə bir neçə dəfə
mədənlərə gedib qayıdardı. Ancaq hava pis olanda sürücülər işləmək istəmirdilər, çünki yağış yağanda yollar
palçıq gölünə dönür, hətta at belində belə mədənlərdən şəhərə və əksinə gedib-gəlmək olmurdu. Neftçıxaranlar
tamamilə hava şəraitindən asılı idilər, havanın pis keçməsi xüsusilə aksiz vergiləri şəraitində tez-tez onlara
çoxlu ziyan vururdu. Çox vaxt elə olurdu ki, altı gün aksiz vergisini qabaqcadan ödəmiş zavod sahibi xam neftin
daşınmaması üzündən distilyatoru dayandırmalı olurdu. Bundan əlavə, araba sürücüləri tez-tez nefti daşımaqdan
imtina edir, haqqın artırılmasını tələb edirdilər. Belə ki, hər pud neftin daşınması üçün tədricən qiymətləri beş
qəpikdən səkkiz qəpiyə qaldırırdılar. Belə vəziyyət 1875-ci ilədək davam etdi. Neftayıranlar bu işin bütün
ağırlığını hiss etsələr də, şikayətlənsələr də, ancaq Nobel qardaşları Bakıda neftayırma sənayesi meydanında
görünənədək, bu çətinlikləri aradan qaldırmaq üçün heç nə edilməmişdi. Məsrəfləri azaltmaq və xam neft
təchizatını artırmaq və sürətləndirmək üçün Nobel qardaşları digər şirkətləri müştərək boru kəməri çəkməyə
inandırmağa çalışırdılar. Çox vaxt sağlam düşüncəyə qalib gələn paxıllıq, hərislik, mənəm-mənəmlik
xüsusiyyəti başqa şirkətlərə bu layihədə iştirak etməyə imkan vermədi. Buna alternativ bir layihə kimi, onlar
1877-ci ildə hökumətə müraciət etdilər ki, onların öz riski və maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma
zavodlarının yerləşdiyi ərazini birləşdirən dəmir yolunun tikintisinə icazə verilsin. Yerli hakimiyyət orqanları bu