Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə86/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   82   83   84   85   86   87   88   89   ...   102

 177 
amillərin  yaxĢılaĢdırılması.  Hökumət  2008-ci  ilin  sentyabrınadək  makroiqtisadi  sabitliyin 
gücləndirilməsi  üçün  bir  çox  vacib  addımlar  atmıĢdır.  Ən  vacib  tədbirlər  sırasına 
yenidənmaliyyələĢdirmə  dərəcəsinin  azaldılması,  məcburi  ehtiyat  tələblərinin  gücləndirilməsi, 
xarici  borclar  üzrə  əlavə  məcburi  ehtiyat  tələblərinin  tətbiqi  və  nəzarət  səylərinin 
gücləndirilməsini aid etmək olar. 
 
6.2.
 
2008-ci ilin oktyabrında dünyada dəyiĢikliklər baĢ verdi (qlobal böhranla bağlı) və 
qlobal maliyyə sistemi üçün bunun qısamüddətli fəsadları hələ də araĢdırılmaqdadır. 2008-
ci  ilin  oktyabrında  qlobal  maliyyə  böhranının  gerçəkləĢməsi  və  qlobal  kredit  bazarlarının 
quruması  ilə  dünya  sarsıntılarla  üzləĢdi.  Bunun  qısa  müddətli  effekti  ondan  ibarətdir  ki,  baĢqa 
zamanlarda kredit qabiliyyəti Ģübhə doğurmayan ölkələr indi kredit resurslarına çıxıĢ imkanlarını 
itirmiĢlər.  Azərbaycan  üçün  bu  o  deməkdir  ki,  2008-ci  ilin  əvvələrində  (bu  fəsil  hazırlanlan 
zaman) ayrı-ayrı banklar üçün müəyyənləĢdirilmiĢ risklər reallaĢa bilər. Həmçinin qısamüddətli 
borcların  yeni borclar hesabına müddətinin uzadılması (roll-over kreditlər) da mümkün olmaya 
bilər. Üçüncü nəticə ondan ibarət ola bilər ki, əgər hökumət xərclərin artımını dayandırarsa (3-cü 
fəsildə tövsiyə olunduğu kimi) və ya ticarət tərəfdaĢlarının valyutalarının bahalaĢması dayanarsa, 
o zaman mübadilə məzənnəsi üzərinə real bahalaĢma təzyiqi azala bilər. Amma Azərbaycanın bu 
günədək  beynəlxalq  maliyyə  sistemindən  möhkəm  izolyasiya  olduğu  özünü  təzahür  etdirir  və 
buna görə də ABġ və Avropanın üzləĢdiyi kimi iri böhran hazırda gözlənilmir.   
 
6.3.
 
Bu fəsildə təklif olunur ki, qeyri-müəyyən beynəlxalq mühitdə Azərbaycan üçün ən 
yaxĢı  siyasət  -  qısa  müddətli  planda  ehtiyatlı  olmaq,  orta  və  uzun  müddətli  planda  isə 
struktur  islahatları  dərinləĢdirməkdir.  Bu  fəsildə  gələcək  islahatların  kontekstini 
müəyyənləĢdirmək üçün maliyyə sektorunda son meyllər nəzərdən keçirilmiĢdir. Burada maliyyə 
vasitəçiliyinin  vəziyyəti,  bank  sektorunun  davranıĢı,  kreditə  çıxıĢı  gücləndirmək  üçün  hökumət 
siyasətləri və qlobal böhranın  qarĢısında bank sektoruna risklər təhlil  olunur. Qlobal  böhran bu 
risklərdən bəzilərini reallığa çevirə bilər. Lakin, qlobal böhran Azərbaycanda maliyyə vasitəçiliyi 
qarĢısında  duran  institusional  vəzifələri  dəyiĢdirməyəcək.  O,  Azərbaycanın  bu  vəzifələrin 
öhdəsindən gəlmə yollarını dəyiĢdirəcək. 
B.
 
M
ALIYYƏ VASITƏÇILIYI 
 
6.4.
 
Azərbaycanın  maliyyə  sektoru  resursların  vasitəçiliyində,  risklərin  azaldılmasında 
və  iqtisadiyyatın  diversifikasiyasında  məhdud  rol  oynayır…  2008-ci  ildə  ümumi  daxili 
əmanətlər  ÜDM-in  65  faizini  təĢkil  etmiĢdir  ki,  bu  da  regional  və  beynəlxalq  miqyasda  ən 
yüksək göstəricilərdəndir. Lakin, Azərbaycanda maliyyə dərinliyi nisbətən aĢağıdır (Cədvəl 6.1-
də  Azərbaycanda  maliyyə  vasitəçiliyi  regionun  bir  sıra  digər  ölkələri  ilə  müqayisə  olunur; 
onların  bəziləri  təbii  ehtiyatlarla  zəngindir).  Pul-kredit,  valyuta  və  fiskal  siyasətlərin 
kombinasiyasının nəticəsində 2005-2008-ci illərdə, kreditləĢdirmə sürətlə artmıĢdır (Fəsil 1-ə və 
aĢağıdakı  paraqraflara  bax).  2008-ci  ilin  iyununda  ümumi  kreditlərin  ÜDM-ə  nisbəti  17  faizə, 
ümumi  kreditlərin  qeyri-neft  ÜDM-ə  nisbəti  isə  50,2  faizə  bərabər  idi.  Müqayisə  üçün  Avropa 
Birliyinə yeni qoĢulmuĢ ölkələrdə bu göstərici ÜDM-in təxminən 50 faizini təĢkil edir. Bankların 
Azərbaycanda  ən  vacib  maliyyə  vasitəçiləri  olduğunu  nəzərə  alsaq  bu,  xüsusilə  aĢağı 
göstəricidir.  
 
6.5.
 
…baxmayaraq  ki,  sektorun  tənzimlənməsi  təkmilləĢmiĢdir.  Azərbaycanın  maliyyə 
sektoru  ölkədə  Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarını  qəbul  etmiĢ  ilk  sektor  olmuĢdur. 


 178 
O,  həmçinin  BMK,  AYĠB  və  digər  inkiĢaf  tərəfdaĢları  ilə  geniĢ  əməkdaĢlıq  nəticəsində  bank 
sektorunda  korporativ  idarəetmənin  gücləndirilməsi  istiqamətində  ilk  dəfə  səy  göstərmiĢdir. 
Azərbaycan  Mərkəzi  Bankı  sektorda  hüquqi  və  tənzimləmə  bazasını  gücləndirmək  və  onu 
beynəlxalq  standartlara  yaxınlaĢdırmaq,  o  cümlədən  tənzimləyici  kimi  öz  potensialını 
gücləndirmək üçün əsas qanunvericiliyi inkiĢaf etdirmiĢdir.  
 
6.6.
 
Buna baxmayaraq, son illərdə Azərbaycanda maliyyə dərinliyi sürətlə artmıĢdır. Bu 
Ģəraitdə beynəlxalq təcrübə göstərir ki, artım tempinin azalacağı Ģəraitdə bankların kredit 
portfelinin  keyfiyyəti  sürətlə  korlana  bilər.  Bu  baxımdan  proviziyaların  aktiv  tətbiqi 
məqsədəuyğun və ehtiyatlıqlıq baxımından düzgün addım ola bilər. 2005–2007-ci illərdə pul və 
daxili  kreditləĢdirmə  nominal  ifadədə  demək  olar  ki  200  faiz,  ÜDM-in  payı  kimi  isə  iki  dəfə 
artmıĢdır.  Bu  artan  pul  təklifi  qeyri-neft  kəsirinin  neft  gəlirləri  ilə  maliyyələĢdirilməsini  əks 
etdirir.  Mübadilə  məzənnəsi  rejiminin  çevikliyinin  məhdudluğu  (xüsusilə  də  2008-ci  ilin 
martınadək) səbəbindən Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyutanın hərəkətinə passiv 
reaksiya  vermiĢdir.  Nəticədə  valyuta  daxilolmalarında  olan  dəyiĢikliklər  pul  bazasının 
dinamikasında əksini tapmıĢdır (Diaqram 6.1).  
 
Cədvəl 6. 1: Maliyyə vasitəçiliyi, 2008 (% ÜDM-in 
faizi kimi)  
Diaqram: 6.1 Pul bazası və xalis beynəlxalq ehtiyatlar 
(dəyiĢiklik tempi), 2003-2008 
 
 
Mənbə: Dünya Bankının məlumat bazası. 
Qeydlər * 2006 aktivlər /ÜDM, Mənbə: Moody‟s 
Global Banking; 
Mənbə: AMB. 
 
Bazar iĢtirakçıları 
 
6.7.
 
Azzərbaycan  kredit  portfeli  baxımından  artan  bank  sektoruna  malikdir.  Sektorun 
təmərküzləĢməsinə  baxmayaraq,  son  illərdə  liberallaĢmıĢdır.  2004-cü ildən bəri bazarda 44 
bank fəaliyyət  göstərir ki,  bu da 1990-cı  illərin ortalarında baĢlamıĢ restrukturizasiya dövrünün 
baĢa  çatmasının  göstəricisidir.
115
 2006-2007-ci  illərdə  bank  filiallarının  sayı  nəzərəçarpan 
dərəcədə  artmıĢdır  və  bu,  bank  sektorunun  artımını  əks  etdirir.  Azərbaycanın  iki  ən  iri  bankı  – 
Azərbaycan  Beynəlxalq  Bankı  (ABB)  və  Kapital  Bank  bank  sisteminin  aktivlərinin  dominant 
hissəsinə  malikdirlər.  Beynəlxalq  Bank  dövlət  bankıdır,  Kapital  Bank  isə  2008-ci  ildə 
                                                 
115
 1996-2004-cü illərdə 97 bank lisenziyası geri alınmıĢ, və yalnız 5 lisenziya verilmiĢdir. 
-20%
0%
20%
40%
60%
80%
100%
120%
140%
03R1 03R4 04R3 05R2 06R1 06R4 07R3 08R2
Baza
FXABġ
  
 
 
ÜDƏ
 
 
 
Maliyyə 
 
dərinliyi , 
 
M2/ÜDM
 
 
 
Bank 
 
sektorunun 
 
dərinliyi *
 
 
 
Bank  
 
sektoru 
 
tərəfindən 
 
daxili
 
kredit
 
 
 
 
 
Azərbaycan
 
 
 
65
 
 
 
19
 
 
 
27
 
 
 
17
 
99 
 
 
Estoniya 
Gürcüstan 
Qazaxıstan 
Rusiya
 
 
 
n.a 

55 
36
 
50 
22 
34 
39
 
 
 
n.a 
n.a 
90 
61
 
 
 
 
 
 
 
 
 
 
 
33 
34 
27
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə