Azərbaycan qəzeti səhifələrində neft tarixi


Qeyd:1919 12 fevral Çərşənbə 112 –ci nömrədə Əski V cild səhş 175



Yüklə 40,59 Kb.
səhifə2/4
tarix06.06.2023
ölçüsü40,59 Kb.
#115593
1   2   3   4
Azərbaycan qəzetinin materialları əsasənda 2

Qeyd:1919 12 fevral Çərşənbə 112 –ci nömrədə Əski V cild səhş 175. Parlamentin 10 - cu iclasında M.Ə. Rəsulzadə çıxış edərək, “məmləkətin yeganə sərvəti ”olan və bütün dünyada “ məmləkəti tanıdan” neftin müvafiq üsulla satılmamasından narahat oldugunu bildirir.
Azərbaycan qəzetinin 9 - cu nömrəsinin davamı olaraq parlamentin 10 - cu iclasında Ticarət nazirinin fəaliyyətinə qiymət verilir, daşınan neftin ünvanı və miqdarı haqqında hesabatın verilməsi tələb olunur. İclasda neftin qeyri-qanuni olaraq Qazax vasitəsilə daşınması , dəmiryollarının möhtəkirlərin əlinə keçməsi halları tənqid edilir. Hətta Ağstafa yolu ilə İrəvana neftin daşınması halları olurdu ki, bunun qarşısının alınması barədə tədbirlərin görülməsi parlamentin iclasında tələb edilir, əldə edilən məlumata görə 1919 - cu il dekabrın 15 - nə kimi Agstafaya 62 vaqon neft aparılmışdı. Neft möhtəkirləri neftin daşınmasını əsasən gecələr həyata keçirirdilər.( Azərbaycan qəzeti əski əlifba Səh.189.V cild). 1918- ci ilin noyabrından 1918- ci ilin fevralına qədər keçən müddətdə- türklərin Bakını tərk etdiyi müddət ərzində - neftin Ermənistana və Gürcüstana qeyri-qanuni olaraq möhtəkirlər tərəfindən aparılması hallarına görə hökumət parlament iclasında tənqid edilir. Daha sonra 1919 - cu il fevralın 14 - də qəzetin 114- cü nömrəsində parlament iclasında Xudad bəy Məlikaslanovun məruzəsi öz əksini tapır. Nazirin neft hasilatı barədə çıxışında bildirilir ki, ildə 500 mily.pud neft hasil edilir, əvvəllər bu miqdarın az bir hissəsi Batuma, yerdə qalanı isə Rusiyaya göndərilirdi. Batuma dəmiryolu ilə 1917- ci ildə 40 mliy. digər illər isə 50-60 mly. pud neft aparılmışdı. Nazirin verdiyi məlumata görə AXC dövründə Batuma o qədər neft göndərmək mümkün deyil, çünki, dəmiryolu ancaq 20 mly. pud neft apara bilərdi. Əlavə neft kəməri ilə isə 50 mly.pud neft aparmaq mümkün ola bildiyini diqqətə çatdırır. Qalan neftin isə Rusiyaya aparmaq lazım gəldiyini bildirir, lakin Sovetlərlə AXC-nin münasibətləri yaxşı olmadıgı üçün bunu reallaşdırmaq mümkün olmayacagını nazir parlament iclasında bir daha vurgulayır. Mövcud çətinliyin aradan qaldırılması üçün bir neçə mülahizə var idi. Bəzi mülahizələrə görə neftin inhisar nəzarətinə verilməsi təklifi var idi ki, hansı ki, bu qeyri-real hesab edilirdi. Çünki ABŞ, İngiltərə və digər dövlətlərdə bu məsələni güclə tətbiq edirdilər. Yeni yaranmış gənc dövlətdə isə bunu həyata keçirmək çox çətin idi
Yüklə 40,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə