dən də BMT-nin XXI əsri təhsil əsri adlandırması səbəbsiz deyildir.
Dünyanın xəritəsinə nəzər salsaq görərik ki, ABŞ, Yaponiya, Cənubi
Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurs
lardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından bö
yük gəlir əldə edirlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər
sırasında təhsilin xüsusi çəkisi təxminən 70 faiz təşkil edir. Təcrübə
göstərir ki, təbii sərvətlər bolluğu dövlətin inkişaf göstəricisi sayıl
masa da, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan
intellektual insan kapitalına çevrilməsində yeri və rolu əvəzsizdir.
Son illər Azərbaycanın dinamik tərəqqisi, iqtisadi sahədə ke
çid dövrünü uğurla başa vurması, ictimai həyatın bütün spektrini
ehtiva edən islahatların reallaşdırılması yekun mərhələdə praktik
nəticələrin elm və təhsil sisteminin modernləşdirilməsində maddi-
ləşir. Yeni inkişaf mərhələsinin tələblərinə uyğun sistemli şəkildə
aparılan bu islahatlar, eyni zamanda, ölkədə müasir biliklərin, güclü
insan kapitalının formalaşdırılmasına hesablanan səmərəliliyin
göstəricisidir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji
siyasi kursu dövrün tələblərinə uyğun müasirləşdirən cənab İlham
Əliyevin rəhbərliyi altında ötən müddətdə respublikada milli intel
lektual potensialın gücləndirilməsi ilə bərabər, təhsil problemlərinin
həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısı
bütün görüş və çıxışlarında ölkənin gələcəyi naminə güclü insan
kapitalının formalaşdırılmasının zəruriliyini xüsusi vurğulayır: “Təh
sil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən
başlıca sahədir... İslahatlar davam etdirilməlidir... Bizə yeni, bilikli,
dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır...
Tam əminəm ki, bizim gələcəyimiz təhsillə bağlıdır”.
Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar əsasında son
illərdə təhsil sahəsində xüsusi proqramların icrasına başlanılmışdır.
Bu mənada, təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində Hey
dər Əliyev Fondunun müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkədə
insan kapitalının formalaşdırılması sahəsində mühüm tarixi vəzifələri
8
qarşıya qoyur. Məlumdur ki, ali təhsil cəmiyyətin formalaşmasına
təsir edir, eyni zamanda, biznesin yüksək rentabelli sahəsinə çevrilir.
Həm biznes sahəsində, həm də dövlət strukturlarında yüksək sə
viyyəli kadrlara tələbat getdikcə artmaqdadır. Yüksək intellektli mü
təxəssislərə tələbat artdıqca yeni iş yerlərinin açılması zərurətə
çevrilir.
Artıq bir neçə ildir ki, ölkə təhsil məkanında tədrisin
Boloniya prosesinin tələbləri əsasında keçirilməsinə başlanılmışdır.
Bu prosesi tətbiq edən ilk təhsil müəssisələrindən biri Azərbaycan
Turizm və Menecment Universiteti (ATMU) olmuşdur. Tədrisin bu
prinsiplər əsasında təşkili ATMU-nun Avropa təhsil müəssisələri ilə
sərbəst əməkdaşlığına şərait yaratmışdır. Məhz bunun nəticəsidir ki,
bu gün ATMU Avstriyanın aparıcı universitetlərindən biri olan İMC
Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistr hazırlığı
sahəsində ikili diplomun verilməsi proqramını, digər universitetlərlə
müəllim-tələbə mübadiləsini həyata keçirir.
Məlumdur ki, müasir, azad və tənqidi düşünmə gücünə, geniş
dünyagörüşünə sahib, cəmiyyətə qarşı məsuliyyət duyan, insan
hüquqlarına hörmət edən, şüurlu, yaradıcı kadrların yetişməsində
dərsliklərin rolu böyükdür. Çünki dərsliklər təhsilin məqsədlərini
reallaşdırmaq üçün, öyrənmə fəaliyyətinə istiqamət verən vasitəsidir.
“Azərbaycan 2020:
gələcəyə
baxış”
İnkişaf Konsepsiyasına,
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategi
yasına uyğun olaraq, ATMU-da turizm təhsil sistemi üçün dərslik
siyasəti prioritet istiqamətlərdən biridir.
Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzl
ərinə çevrilməsi, ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bi
lik və bacarığa malik mütəxəssis yetişdirməsi bu hədəflərin ger
çəkləşməsinə dəstək verən dərsliklərin hazırlanmasını tələb edir.
Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil mə
kanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məz
mununun Boloniya prinsiplərinə uyğun qurulması, ölkə iqtisa
diyyatının inkişaf meyilliliyinə müvafiq olaraq yüksək hazırlıqlı
kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar
9
səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil
sisteminin formalaşdırılması məqsədi ilə yeni dərsliklərin yazıl
masına ehtiyac vardır.
M üasir dövrdə təhsildə gedən islahatlar, Milli Kurikulum və
fənn kurikulumunun tətbiqi bu işi bir daha aktuallaşdırır. Yeni təhsil
standartları əsasında dərsliklərin olmaması təhsil alanları çətin
vəziyyətə salır. Ali təhsil ocaqlarında tələbələrin əksəriyyəti dərs və
saitləri tapmaqda çətinlik çəkir. Bu problemlə daha çox yeni təma
yüllü ali təhsil ocaqlarının tələbələri qarşılaşır. Vətəndaş Təşəb
büsləri Mərkəzi əməkdaşlarının təşəbbüsü, Azərbaycan Respublika
sının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəs
təyi Şurasının maliyyə dəstəyi ilə ATMU-nun “Turizm biznesi”
kafedrasında hazırlanmış “Turizmin əsasları” dərsliyi bu çatışmaz
lığın aradan qaldırılmasına yönəlmişdir. 10 fəsildən ibarət olan dərs
lik “Turizm və otelçilik” ixtisası üzrə bakalavr səviyyəsində təhsil
alan birinci kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Bununla belə,
fıkrimizcə, ölkə turizm sənayesində çalışan çoxsaylı qeyri-turizm
mütəxəssisləri də bu dərslikdən faydalana biləcəklər.
Sizlərə təqdim edilən “Turizmin əsasları” adlı dərsliyin
müsbət keyfiyyətlərindən biri də BDU-nun bu sahədə dərs deyən və
tədqiqatlar aparan əməkdaşlarının müəlliflər kollektivində yer
almasıdır. Fikrimizcə, “Turizmin əsasları” dərsliyi 10 illiyini qeyd
etməyə hazırlaşan ATMU-dan tələbələrə dəyərli bir hədiyyədir.
Prof. Cəfər Cəfərov,
ATMU-nun rektoru
10
I FƏSİL. TURİZM XX ƏSRİN FENOMENİ KİMİ
1.1. Turizmin konseptual çərçivəsi
Turizm - müasir dövrün mürəkkəb sosial-mədəni və iqtisadi
fenomeni kimi, müxtəlif aspektləri ilə multdistipilinar xarakterdə ol
ması ilə fərqlənir. İqtisadçılar, sosioloqlar, pedaqoqlar, psixoloqlar,
tarixçilər, kulturoloqlar, hüquqşünaslar və mədəniyyətşünaslar turiz
min nəzəriyyə və praktiki məsələlərini özlərinin elmi yanaşmaları
kimi qəbul edirlər ki, bu da “turizm” anlayışının çoxtərəfli olduğunu
göstərir. Müasir elmi ədəbiyyatlarda “turizm” anlayışının müəyyən
edilməsinə çoxsaylı yanaşmalar mövcuddur.
“Turizm” (tourism) terminini ilk dəfə olaraq V.Jemko 1830-
cu ildə istifadə etmişdir. “Turizm” - fransız sözü olan “tour”dan gö
türülüb, mənası “gəzinti”, “səfər” deməkdir. Son illərə kimi hər bir
ölkədə “turizm” və “turist” anlayışları özünəməxsus şəkildə müəyyən
edilmişdir. Belə ki, bəzi ölkələrdə sanatoriya, pansionat və istirahət
evlərində istirahət edənlərin səyahət edən turistlərdən ayrı götü
rülməsi qəbul olunmuşdur. Turizmin, xüsusilə beynəlxalq turizmin
inkişafı və beynəlxalq turizm təşkilatlarının yaradılması “turizm”
anlayışına ümumi qəbul olunmuş yanaşmanın formalaşmasına gətirib
çıxartdı.
“Turizm” anlayışının ilk və nisbətən dəqiq müəyyən edilmə
sində Bern universitetinin professorları - V.Xunziker və K.Krapfın
böyük rolu olmuşdur.
1954-cü ildə BMT-nin qəbul etdiyi rəsmi anlayışa görə
turizm - insanın sağlamlığı və fiziki inkişafının möhkəmləndiril
məsinə təsir edən, həmçinin daimi yaşayış yerindən kənara hərəkətlə
əlaqəli aktiv istirahətdir. “Turizm” anlayışına daha geniş səciyyəni
Monte-Karlo Turizm Akademiyası vermişdir. Turizm Akademiya
sına görə turizm - sağlamlıq və işgüzar məqsədlə, asudə vaxtda dərk
etmə maraqlarının təmini, həmçinin gəlmə ərazisində haqqı ödənilən
fəaliyyətlə məşğulluqdan başqa, insanların daimi yaşayış yerini
müvəqqəti tərk etməsidir.
11
Dostları ilə paylaş: |