Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə30/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   26   27   28   29   30   31   32   33   ...   122

yaxınlaşdı.  Ataulpanm  5000  dəstəsi  onlardan  2  mil  məsafədə  idi. 
Ataulpanı  guya  ittifaq bağlamağa dəvət  edən  Pisarro  onu  əsir  aldı  vs 
eyni  zamanda  dəstəsinə  hücüm  etdi.  Başçılarının  əsir  götürüldüyünü 
eşidən  hindular  qaçmağa  başlasalar  da  çoxu  ispan  süvariləri 
tərəfindən öldürüldü.
İspanların  hər  şeydən  çox  qızıla  olan  tamahını  başa  düşər 
Ataualpa azadlığı  əvəzində böyük ödəniş təklif etdi.  Məhbəs  otağınır 
divarında  əli  çatan  hündürlükdə  xətt  çəkərək  ora  qədər qızıl  və  zinət 
əşyaları ilə doldurcağına söz verdi.  Yarım ildən  çox  inklər başçılarını 
azad  etmək  üçün  qızıl  yığdı.  Lakin  Pisarro  bu  dəfə  də  hinduları 
aldatdı.  O,  Ataualpanı  qardaşı  Uaskaranı  öldürməkdə,  bütpərəstlikdə 
və  çoxarvadlılıqda  günahlandıraraq  edam  etdi.  İnk  sivilizasiyasının 
çox  qiymətli  abidələri  məhv  edildi  və  Bütün  qızıllar  əridilərək külçə 
halına salındı.
Pisarro  dövlətin  paytaxtı  Kuskonu  ələ  keçirdi  və  Uaskaranın 
oğlu Manko  Kapakı Perunun  baş valisi  təyin  etdi.  Kuskoda ispanlar 
Günəş  məbədinin  sərvətini  qarət  edərək  orada  katolik  monastrı 
yaratdılar.  1536-cı  ildə  Manko  Kapak  Kuskoda  qiyam  qaldırdı  və 
şəhəri  azad etdi.  Lakin dekabr ayında  ispanlara kömək gəldi  vo onlar 
qiyamçıları  əzdilər.  Pisarro  sahildə  yeni  insibati  mərkəz  yaratdı  və 
onu “Krallar şəhəri” adlandırdı.  Sonradan bu Lima adlandırıldı.
Əldə  olunan  bütün  varidatın  beşdə  bir  hissəsi  İspaniyaya 
göndərilirdi.  Qalanları  isə  işğalçılar  arasında  bölünürdü.  Lakin  bu 
bölgü  hamını  qane  etmirdi.  Məsələn  Almaqro  özünü  aldadılmış 
hesab  edirdi.  O,  Pisarronu  var-dövləti  mənimsəməkdə  günahlandırdı 
və  ona  qarşı  qiyam qaldırdı.  1538-ci  ildə  Pisarronun  qardaşı  Emando 
qiyamı  yatırdı  və  Almaqronu  öldürdü.  1541-ci  ilin  iyununda 
suiqəsdçilər Pisarronun evinə  soxularaq  onu qətlə yetirdilər.
Cənubi  Amerikada  yeni  torpaqlar  kəşf  edən  məşhurlardan 
biri də Fransisko  Orelyandır.  O,  okeanın o tayına gedərkən cəmi  16 
yaşı  var  idi.  Pisaronun  dəstəsində  Peruya  hücümda  iştirak  etmiş. 
1534-cü ildə  Kuskonu ələ  keçirən dəstədə olmuşdur.  1536-cı  ildə is? 
qiyam  edən  hinduların  əzilməsində  və  şəhərin  azad  edilməsind? 
mühüm  rola  malik  olmuşdur.  1537-ci  ildə  Pisarro  onu  Kulat
əyalətində  qiyam  etmiş  hinduları  sakitləşdirməyə  göndərmişdi. 
Qayas  çayının  körfəzə  töküldüyü  yerdə  Orelyan  Quayakil  şəhərinin 
əsasını  qoyur.
1541-ci  ilin  fevralında  Qonsalo  Pisarronun  dəstəsi  ilə 
Eldorado ölkəsinin axtarışına yollanır.  Onlar Qonsalonun vali  olduğu 
Kitodan  yola  çıxır,  lakin  Kordilyerin  qarlı  aşırımlarından  keçə 
bilməyərək  altı  aydan  sonra  geri  qayıdırlar.  1541-ci  ildə  ispanlar 
Şərqi  Kordilyeri  keçərək  Amazonkanın  qollarından  biri  olan  Napo 
çayına  çıxa  bildilər.  Qonsallo  Pisarro  bu  çayla  yoluna davam  edərək 
ilk dəfə Amazonkanın ovalığına qədəm qoydu. Lakin burada ispanlar 
ərzaq çatışmamazlığı hiss etdilər.  Onlardan bəziləri  sarılıq xəstəliyinə 
tutuldu.  Hindulardan  öyrəndilər  ki,  Napo  çayının  aşağı  axarında 
çoxlu  ərzaq  və  qızıl  olan  torpaq  vardır.  Pisarro  Orelyanı  kəşfiyyata 
göndərir.
1541-ci  ilin  dekabrında  Orelyan  57  əsgərlə  briqantina 
(yelkənli,  yüngül hərb gəmisi)  və 4  kanoe ilə yola çıxır.  Yalnız  10-cü 
gün  onlar  bir  kəndə  çatdılar  və  ərzaq  əldə  etdilər.  Orelyan  geri 
qayıtmadı,  çünki  axının  əksinə  onlar  3  ay  yol  getməli  idilər,  guruda 
isə  yol  yox  idi.  Səyahətçilər  yeni  briqantina  düzəldərək  yollarına 
davam  edirlər.  1542-ci  ilin  fevralında  Orelyanın  briqantinası  üç 
çayın:  Napo,  Maranon  və  Ukayaminin  birləşdiyi  yerə  çatır. 
Səyyahlar  bilmirdilər  ki,  onlar  dünyanın  ən  uzun  və  ən  sulu  çayına 
daxil  olmuşlar.  Çay o  qədər enli  idi  ki,  onun ortası  ilə  üzərkən  bəzən 
sahillər  görünmürdü.  Güclü  axın  səyahətçiləri  şərqə  aparır. 
Kəndlərdən  birində  ispanlar  yeni  bir  briqantina  düzəldir  və  onu 
“Viktoriya”  adlandırırlar.  Yol  boyu  ispanlar  qarətlə  məçğul  olurdu, 
lakin  adətən  əllərinə  ərzaq  keçərdi.  Qızıl  və  daş-qaşdan  əsər-əlamət 
yox  idi.
1542-ci  ilin  mayında  Orelyan  Jurua  çayının  bərzəğini  tapdı. 
Bir  qədər  sonra  səyahətçilər  Jurua  və  Purus  çayları  arasında  olan 
Omaqua  ölkəsinə  çatdılar.  Burada  ispanlar  yerli  tayfanın  hücümuna 
məruz  qaldılar.  Döyüş  suda  başlayır  və  quruda  davam  edir.  Yalnız 
beşinci  gün  ispanlar  qaçmaqla  canlarını  qurtarırlar.  Yelkənləri 
qaldıraraq onlar hindulardan uzaqlaşa bilirlər.
116
117


1542-ci  ilin  iyununda  Orelyan  Amazonkanın  ən  böyük  qolu 
olan  Rio-Neqro  (“qara  çay”)  çayına  çatır.  Yollarına  davam   edən 
ispanlar ekspedisiya  iştirakçısı  olan monax  Karvaxalın dediyinə görə 
qadınların kişilərlə  çiyin-çiyinə vuruşduğu bir tayfa  ilə  üzləşirlər.  Bu 
isə  əfsanəyə  səbəb  oldu.  Lakin  sonralar  amazonkaları  tapmaq  ümidi 
ilə  təşkil  olunan  ekspedisiyalar  bu  çayın  sahillərini  diqqətlə  tədqiq 
etsələr  də  cəngavər  qadınların  tayfasını  tapa  bilmədilər.  Bununla 
belə  Orelyanm  öz  adını  vermək  istədiyi  çay  Amazonka  adlanmağa 
başladı.  Orelyan  böyük  çayla  hərəkət  edərək  okeana  yaxınlaşdı. 
1542-ci  ilin avqustunda səyyahlar böyük deltaya  daxil  oldular.  Onlar 
deltanı  okean  hesab  etdilər,  belə  ki,  güclü  dalğalar  nəticəsində 
onların  briqantini  zədələndi  və  sahilə  tullandı.  Təmir  təxminən  üç 
həftə  davam  etdi,  bundan  sonra  ispanlar yola  davam  edərək  Atlantik 
okeanına çıxdılar.
Amazonka ilə səyahət  172 gün davam etdi  və  səyyahlar 6 min 
km  yol  qət  etdilər.  Orelyan  Cənubi  Amerikanın  öyrənilməsində  ən 
mühüm  kəşflərdən  birini  etdi.  O,  ilk  dəfə  olaraq  bu  qitəni  qərbdən 
şərqə  keçərək  sübut  etdi  ki,  “İçməli  dəniz”  elə  Amazonkanın 
bərzəxidir və Andın ətəklərindən gəmiçiliyə yararlıdır.
Mərkəzi  və  Cənübi  Amerikada  yeni  torpaqların  kəşfi  davanı 
edirdi.  Bunun  stimullaşd  İran  isə  Avropaya  axan  qızıl  və  bu  yerlərin 
sərvətləri haqqında şahidlərin hekayətləri  idi.  Yeni  dünyaya sərvət və 
macəra  axtaranlar  axışmağa  başladılar.  Onların  əksəriyyəti  kasıblar 
və  qaçqın  canilər  idi.  Bu  isə  piratçılıq  və  dəniz  quldurluğu  üçün 
əlverişli mühit yaratdı.  Piratlar İspaniyaya qızıl  aparan  gəmiləri qarət 
edirdilər.  Qarət  edilən  sərvətləri  isə  Karib  dənizi  adalarında  və  Sakit 
okean sahillərində gizlədirdilər.
Eyni  zamanda  yeni  torpaqların  ələ  keçirilməsi  davam  edirdi. 
40-cı  illərin əvvəllərində  ispan  konkistadorları  Çilini, portuqaliyalılar 
isə  Braziliyanı  işğal  etdilər.  XVI  əsrin  ikinci  yarısında  ispanlar 
Argentinam  ələ  keçirdilər.  Beləliklə  Amerika  qitəsində  İspaniya  və 
Portuqaliyanın koloniyaları yarandı.
Yoxlama suallar:
1.  Astek tayfaları haqqında no bilirsiniz?
118
2. İnk tayfalarının yaşayış tərzini təsvir edin.
3. Eman Kortesin ekspedisiyasının marşrutunu təsvir edin.
4. Fransisko Pisarro və Dieqo Almaqronun ekspedisiyasının nəticələrini sadalayın.
5. Fransisko Orelyan haqqında nə bilirsiniz?
Ədəbiyyat
1.  Соколова M.В.  История туризма .  Учебное пособие.  - М.: Мастерство, 
2002.  - 352 с.
2.  Муратов И.А.  100 великих авантюристов. М. 2002. 672 с.
2.6.  Rus səyyahlarının coğrafi kəşfləri (X-XVII əsrlər)
Digər  xalqlar  kimi  ruslar  da  ticarət  məqsədilə  səyahət 
edirdilər.  O vaxtlar bir neçə ticarət yolu mövcud idi.
Birincisi hələ VII  əsrdən mövcud idi.  Bu Dnepr çayı və Qara 
dənizdən,  sonra  isə  Bosfor  və  Dardanel  boğazlarından  keçməklə 
Mərmərə,  Egey və Adriatik dənizlərinə aparan yol.
İkincisi,  Baltik  dənizini  Qara  dənizlə  birləşdirən  məşhur 
“Varyaqlardan yunanlaradək” olan ticarət yolu.
Üçüncü  ticarət  yolu  demək  olar  ki  Dnepr  yoluna  paralel  idi. 
Onu  Volqa  ticarət  yolu  adlandırırdılar.  Novqoroddan  gəmilər  İlmen 
gölünə keçər,  sonra  Lovati  çayı ilə yuxarı qalxar və gəmini sürüyərək 
Qərbi  Dvinanın  yuxarılarına  aparardılar.  Daha  sonra  bu  çayla  aşağı 
üzər,  Valday  laylasından  gəmini  Volqanın  yuxarısına  çəkər  və 
onunla Xəzər dənizinə enərdilər.
Dördüncü  ticarət  yolu  Novqorod  və  Kiyevdən  başlayaraq 
Volqa  çayının  sahilinə  uzanırdı.  Bəzən  tacirlər  şərqə  dönər,  Qara 
dənizin  şimal  sahili  ilə  Krım  yarımadasını  dolanaraq  rusların  Suroj 
dənizi  adlandırdıqları  Azov  dənizinə  keçərdilər.  Buradan  isə  Don 
çayını  axarı  ilə yuxarı  üzər  və  Volqa çayına ən yaxın yerə çatardılar. 
Gəmini  Volqa çayına keçirərək Xəzər dənizinə gələrdilər.
Rusiyada  ticarət  nəinki  cənub  istiqamətində,  həmçinin  şimal 
istiqamətində  də  aparılırdı.  Rus  tacirləri  həmçinin  Baltik  dənizində
119


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə