Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   40   41   42   43   44   45   46   47   ...   68

 
133
Müttəfiqlər isə Türkiyənin artıq döyüşə girməsi lazım oldu-
ğ
unu  düşünürdülər.  Müharibənin  daha  qısa  bir  müddətdə  başa 
çatması  üçün  Türkiyənin  müharibəyə  girməsi  çox  əhəmiyyətli 
idi.  Qeyd  etmək  lazımdır  ki,  hələ  müharibə  illərində  müttəfiq 
dövlətlərin  toplaşdığı  elə  bir  konfrans  olmamışdır  ki,  orada 
Türkiyənin  hərbi  əməliyyatlara  qatılması  müzakirə  edilməsin. 
Kasablanka  konfransında  Ruzvelt  ilə  Çörçill  arasında  Türki-
yənin  də  müharibəyə  qoşulması  şərti  ilə  Balkan  cəbhəsinin 
açılması haqqında razılaşma əldə olunmuşdu. Çörçill müzakirə 
olunmuş məsələni Türkiyə rəhbərliyinə açıqlamaq üçü 1943-cü 
il  yanvarın  31-də  Adana  şəhərində  Türkiyə  prezidenti  smət 
nönü ilə görüşdü. Bu görüşdə Türkiyənin 1943-cü ilin sonuna 
qədər  müharibəyə  qoşulmasını  istədikləri  bildirilmişdi.  Buna 
cavab  olaraq  Türkiyə  tərəfi  Sovet  dövlətindən  ehtiyat  etdik-
lərini  və  Türkiyənin  müharibəyə  qoşulması  üçün  türk  ordu-
sunun  gücləndirilməsinə  ehtiyac  olduğunu  bildirmişdi.  Çörçill 
bildirmişdi ki, müharibədən sonra SSR  Türkiyəyə hücum etsə, 
onlar  lazım  olan  tədbirləri  görəcəkdir.  O  biri  tərəfdən  də 
Amerika  və  ngiltərə  Türkiyənin  ehtiyac  duyduğu  qədər  ona 
hərbi  texnika  verəcəkdir.  Bütün  bunlara  baxmayaraq,  Türkiyə 
rəhbərliyi  müttəfiqlərin  Türkiyəyə  əsaslı  bir  zəmanət  ver-
mələrini istədi.  
1943-cü  ilin  noyabrında  dövlət  başçılarının  Tehran  kon-
fransında  Sovet  tərəfi  Türkiyənin  müharibəyə  qoşulmasında 
israrlı  oldu.  1943-cü  ilin  dekabrın  4-6-da  Ruzvelt  və  Çörçill 
Qahirədə  nönü  ilə  görüşdülər.  Türkiyə  bu  dəfə  müttəfiq  döv-
lətlərin  təzyiqinin  qarşısında  geri  çəkilməli  oldu  və  nönü 
müharibəyə başlamaq qərarını qəbul etdiyini bildirdi. Eyni za-
manda  nönü belə bir şərt irəli sürdü ki, Türkiyə müdafiə üçün 
lazım  olan  silah  və  hərbi  sursatı  almayınca  müharibəyə 
girməyəcəkdir.  Müttəfiqlər  bu  şərti  qəbul  etdilər  və  1944-cü 
ilin  yanvar-fevral  aylarında  türk  və  ingilis  hərbi  heyətləri 
Ankarada  görüşdülər. Ancaq  görüşlər fevralın sonunda kəsildi 
və ingilislər bunu belə əsaslandırdılar ki, Türkiyənin istəyi çox 


 
134
böyükdür. Görüşlərin yarımçıq kəsilməsi müttəfiqlərin Türkiyə 
ilə  müünassibətlərini  pisləşdirdi.  Belə  bir  vəziyyət  Türkiyəni 
rahatsız etməyə başladı. Odur ki, 1944-cü ilin mayında Türkiyə 
tərəfi Sovet dövləti ilə yaxınlaşmağa təşəbbüs etdi. Lakin Sovet 
dövləti  hər  hansı  bir  yaxınlaşmanın  ilkin  şərtinin  Türkiyənin 
müharibəyə girməsi olduğunu bildirdi.  
1944-cü  ilin  yayında  Almaniyanın  hərbi  vəziyyətinin  son 
dərəcə ağır olduğunu qətiləşdirən Türkiyə müttəfiq dövlətlərlə 
münasibətlərini  düzəltmək  üçün  avqustun  2-də  Almaniya  ilə 
diplomatik  münasibətlərini  kəsdi.  1945-ci  il  yanvarın  3-də  isə 
Yaponiya ilə diplomatik münasibətlərini kəsərək fevralın 23-də 
onlara müharibə elan etdi. Bütün bunlara baxmayaraq Türkiyə 
1945-ci ilə türk-sovet münasibətlərinin gərginləşməsi qayğıları 
ilə  daxil  oldu.  Sovet  dövləti  artıq  Türkiyə  ilə  bağlı  iddialarını 
diktə  etməyə başlamışdı. Belə ki, 1945-ci ilin 4-11 fevralında 
keçirilmiş Krım konfransında Stalin Türkiyə ilə  münasibətlərə 
yenidən toxundu. Stalin boğazlar haqqında Montre konvensiya-
sının  Sovet  dövləti  üçün  əlverişsiz  şərtlərlə  bağlandığını  və 
dünyada  qüvvələr  nisbətinin  dəyişdiyi  bir  zamanda  bu  kon-
vensiyanın  köhnəlmiş  olduğunu  bəyan  etdi.  Amerika  boğazlar 
üzərində  Türkiyə  hakimiyyətinə  xələl  ğətirəcək  heç  bir  də-
yişikliyə  tərəfdar  deyildi. nğiltərə  isə  müstəqilliyi  baxımından 
Türkiyəyə  zəmanət  verilməsinin  zəruri  olduğunu  açıqladı. 
Konfrans boğazlar məsələsinin xarici işlər nazirlərinin müzaki-
rəsinə verilməsi və məsələ ilə bağlı Türkiyənin məlumatlandı-
rılması haqqında qərar qəbul etdi. 
Krım  konfransından  sonra  Sovet  dövləti  1945-ci  il  martın 
19-da bitərəflik və bir-birinə hücum etməmək haqqında 1925-ci 
il  türk-sovet  müqaviləsini  ləğv  olunduğunu  bildirdi.  SSR   bu 
hərəkətini  dünyada  yaranmış  əsaslı  dəyişikliklərlə  əlaqələn-
dirərək,  müqavilənin  yeniləşməsinə  ciddi  ehtiyac  olduğunu 
bildirdi.Türkiyə 1945-ci  il aprelin 4-də Sovet dövlətinə günün 
tələblərinə uyğun yeni bir müqavilə imzalamağa hazır olduğu-
nu  bildirdikdə,  Sovet  dövləti  boğazlarda  ona  tam  üstünlük 


 
135
verilməsi,  Qars  və  Ərdahanın  geri  qaytarılmasını  istədi.  Bu 
gözlənilməz bir tələb idi və  nönünün başçılığı altında toplaşan 
hökumət bu tələbi qətiliklə rədd etdi. 
Müharibədən sonrakı ilk illərdə Türkiyədə əsas daxili prob-
lem  iqtisadiyyatın  sağlamlaşdırılması  idi.  Hökumətin  büdcə 
kəsirini  ödəmək  üçün  apardığı  siyasət  inflasiyaya,  qiymətlərin 
bahalaşması  və  xarici  ticarət  əməliyyatlarının  azalmasına 
gətirib  çıxarmışdı.  Türkiyənin  ixrac  etdiyi  kənd  təsərrüfatı 
malları Avropa bazarında rəqabətə dözə bilmirdi. Buna görə də 
Türkiyə  hökuməti  bir  sıra  islahatlar  keçirmək  qərarına  gəldi. 
Ə
halinin  əmək  münasibətlərini  qaydaya  salmaq  üçün  Əmək 
nazirliyi  yaradıldı.  şçilərin  sığortası  haqqında  qanun  qəbul 
edildi. Siyasi partiyaların və həmkarlar təşkilatlarının  yaradıl-
masına  icazə  verildi.  TBMM  1945-ci  ildə  Torpaq  islahatı 
haqqında  qanunu  təsdiq  etdi.  Qanunda  ehtiyacı  olan  hər  bir 
kəndliyə  torpaq  verilməsi  nəzərdə  tutulurdu.  Dövlətə  və  yerli 
orqanlara  məxsus  becərilməyən  torpaqlar  yenidən  bölüş-
dürülərək kəndlilərə verilməli idi. Torpaq islahatı 1947-ci ildən 
həyata  keçirilməyə  başladı.  Respublika  dövründə  ilk  dəfə 
olaraq ölkə qapıları xarici kapital üçün açıq elan edildi. 
1947-ci  ildə  ingilislər  Amerika  hökumətinə  bildirdilər  ki, 
onlar  daha  Türkiyə  və  Yunanıstana  hərbi  və  iqtisadi  yardım 
göstərmək iqtidarında deyillər. Bu  yardımın dayandırılması və 
ingilis  qoşunlarının  bölgədən  çıxarılması  bu  ölkələr  üzərində 
SSR -nin  nəzarətinə  gətirib  çıxarardı.  Bu  da  Aralıq  dənizində 
strateji vəziyyəti köklü şəkildə dəyişirdi. 1947-ci il martın 12-
də ABŞ prezidentinin konqresə  göndərdiyi məktubda deyilirdi 
ki,  Türkiyə  və  Yunanıstanı  kommunist  təhlükəsi  hədələyir  və 
həmin  ölkələrin  hökumətlərinə  400  milyon  dollar  həcmində 
yardım  göstərilməlidir.  Konqres  prezidentin  xahişini  təmin 
etdi.  Hər  iki  ölkədə  bu  yardım  sosial-iqtisadi  sahəyə  xərclən-
mədi. Bu yardım  hər iki ölkədə ABŞ-ın nəzarəti altında hərbi 
məqsədlərin  maliyyələşdirilməsinə  yönəldi.  Türkiyənin  “Tru-
men  doktrinası”  ilə  ABŞ-dan  hərbi  yardım  alması  Sovet 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə