Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   38   39   40   41   42   43   44   45   ...   68

 
127
lardan  sonra  1923-cü  il  iyulun  24-də  Lozannada  sülh  müqa-
viləsi  imzalandı.  Lozanna  konfransında  türk  diplomatiyası 
böyük uğur qazanaraq öz iradəsini dünyaya qəbul etdirə bildi. 
Konfransın  qərarlarına  görə  yeni  Türk  dövlətinin  beynəlxalq 
aləmdə  müstəqil,  bütün  digər  dövlətlərlə  bərabər  bir  varlıq 
olduğu qətiliklə tanınırdı. Antanta dövlətləri həmçinin kapitul-
yasiyaların  və  onlara  əsaslanan  qeyri-bərabər  müqavilələrin 
ləğvi ilə razılaşdılar.   
Konfransda  ən  çox  mübahisə  doğuran  məsələ  boğazlar 
məsələsi olmuşdur. Belə ki, boğazlardan istifadənin bütün döv-
lətlər  üçün  açıq  olması  məsələsi  böyük  dövlətlər  tərəfindən 
israrla  müdafiə  olunurdu.  Boğazlara  Antanta  dövlətlərinin 
nəzarəti  məsələsinə  isə  türk  tərəfi  razı  olmurdu.  Sonda  qəbul 
edilən  razılaşmaya  görə  bütün  ölkələrin  hərbi  gəmiləri  istisna 
olmaqla  digər  gəmilərin  boğazlardan  sərbəst  keçişi  təmin 
olunurdu. Ankara hökuməti güzəştə getdi və boğazlar üstündə 
beynəlxalq nəzarət qoyuldu. 
Bu  konfrans  türk  dövlətinin  varlığının  bütün  dünyada  bir-
mənalı olaraq qəbul edildiyini göstərirdi. Bu konfransdan sonra 
yeni  yaradılmış  Türkiyə  dövləti  dünyanın  bütün  ölkələri  ilə 
bərabərhüquqlu  münasibətlər  yaratmaq  imkanı  əldə  etdi.  13 
oktyabr 1923-cü ildə Ankara Böyük Millət Məclisinin qərarı ilə 
Türkiyə  dövlətinin  mərkəzi  oldu.  1923-cü  il  oktyabrın  29-da 
TBMM  Türkiyəni  respublika  elan  etdi.  Bundan  sonra  respub-
lika  prezidentinin  seçkisi  başlandı.  Ankara  millət  vəkili  Mus-
tafa  Kamal  paşa  yekdilliklə  Türkiyə  Respublikasının  ilk  pre-
zidenti oldu.  
 
2.
  Türkiyə Cümhuriyyəti 20-40-cı illərdə 
 
XX əsr türk xalqının ictimai-siyasi həyatına keşməkeşli və 
ciddi  dəyişikliklərlə  zəngin  olan  tarixi  bir  dövr  kimi  daxil 
olmuşdur. Yarımmüstəmləkə vəziyyətinə düşmüş Osmanlı im-
periyası rəsmi olaraq dağıldı. Orta əsrlərdən miras qalmış sul-


 
128
tanlıq rejimi birdəfəlik ləğv edildi. Türk xalqının qələbələri ilə 
dolu  olan  milli-azadlıq  hərəkatı  nəticəsində  Türkiyə  respub-
likası yarandı. Respublikanın yaranması ölkənin sosial-iqtisadi 
həyatının  müasirləşməsi  və  xaricilərin  istismarından  azad 
olunması  üçün  geniş  imkanlar  açdı.  Sultanlıq  üsul-idarəsinin 
ləğvi və respublika quruluşunun yaradılması ölkədə ictimai-si-
yasi  həyatın  yeniləşməsi  üçün  zəmin  təşkil  etdi.  Ölkədə  yeni 
tipli  siyasi  institutların  yaradılmasında,  sosial,  hüquqi,  mədəni 
və  iqtisadi  həyatın  yenidən  qurulmasında,  bir  sözlə,  ölkənin 
gələcək  inkişaf  yolunun  müəyyən  edilməsində  Qərbin  keçdiyi 
tarixi inkişaf yolu bir örnək rolunu oynadı.  
Mustafa  Kamal  geniş  islahatlar  proqramını  həyata  keçir-
məyə  başladı.  Respublikaçılıq,  millətçilik,  xalqçılıq,  dövlət-
çilik,  dünyəvilik  və  inqilabçılıq  prinsiplərinə  söykənən  və 
ölkəni demokratik inkişaf yoluna çıxaran bu islahatlar Atatürk 
inqilabları  adı  ilə  tarixə  düşdü.  Bu  inqilabların  məqsədi, 
Mustafa  Kamal  tərəfindən  “Türkiyəni  inkişaf  etmiş  dövlətlər 
səviyyəsinə  çıxartmaq”  olaraq  bəyan  edilmişdir.  Mustafa 
Kamal  özünün  ictimai-siyasi  həyatı  müasirləşdirmək  haqqın-
dakı  ideyalarını  milli-azadlıq  hərəkatının  qələbəsindən  sonra 
praktik  olaraq  həyata  keçirməyə  başladı.  Dünyəvilik  prinsipi 
ə
sasında  din  və  dövlət  işlərinin  bir-birindən  ayrılması  və  5 
fevral  1937-ci  ildə  dünyəvilik  prinsipinin  konstitusiyaya  daxil 
edilməsi  Atatürk  inqilabının  siyasi  sahədə  gerçəkləşdirdiyi 
başlıca məsələ idi.  
Qadınların ictimai həyata cəlb edilməsi, onların vətəndaşlıq 
və  siyasi  hüquqlarının  kişilərlə  bərabər  tutulması,  soyadı  haq-
qında qanunun qəbulu, bir sıra ləqəb və ünvanların ləğvi, bey-
nəlxalq  saat,  təqvim  və  rəqəmlərin,  ölçü  vahidlərinin  qəbulu 
Atatürk  inqilablarının  ictimai  sahədə  müvəffəq  olduğu  başlıca 
müasir tədbirlər idi. 
1926-cı  ildə  şəriətə  əsaslanan  məcəllənin  əvəzinə  Avropa 
nümunəsi əsasında yeni vətəndaşlıq və cinayət kodeksi qüvvə-
yə mindi. Mustafa Kamalın fikrincə, hüquq sahəsində irəliləyə-


 
129
cəyimiz  yol  sivilizasiya  yolu  olacaqdır,  qanunlar  yüz  ilin 
gərəklərinə, millətin gerçək ehtiyaclarına görə hazırlanacaqdır. 
Çünki  sivilizasiya  tələblərinə  uyğun  şəkildə  qurulmuş  dövlət 
mexanizmi köhnə qanunlarla işləyə bilməzdi.  
1928-ci ildə ərəb əlifbasının yerinə latın əlifbası qəbul edil-
di  və  maarif  sahəsində  geniş  islahatlar  keçirilməyə  başladı. 
Ə
rəb və fars dillərində keçirilən dərslər orta məktəb proqramın-
dan çıxarıldı və dil türkləşdirilməyə başladı. Milli, demokratik 
və  düyəvi  bir  maarif  proqramı  hazırlandı.  Qeyri-türk  məktəb-
ləri dövlət nəzarəti altına alındı. Onların milli mədəniyyətə və 
milli  hisslərə  zidd  təhsil  tətbiq  etmələrinə  imkan  verilmədi. 
1933-cü  ildə  gerçəkləşdirilən  universitet  islahatı  ilə  milli  və 
müasir türk universitetlərinin təməlləri atıldı.  
Türkiyə  respublikası  yaradıldıqdan  sonra  iqtisadi  islahat-
ların  da  həyata  keçirilməsinə  başlandı.  Bu  baxımdan,  Res-
publika  rejiminə  miras  qalmış  zəif  iqtisadiyyat  üzərində,  türk 
millətinə yeni bir həyat vermək üçün atılan addımlar, milli iqti-
sadiyyatla  bağlı  verilən  qanun  və  qərarlar,  milli  mənfəəti  nə-
zərdə  tutan  böyük  kapital  qoyuluşları  iqtisadi  sahədə  gerçək-
ləşdirilən işlər oldu. Milli burjuaziya başa düşürdü ki, o, müs-
təqilliyi  yalnız  xarici  rəqabətdən  qoruna  bilən,  özünəməxsus 
iqtisadi  bazaya,  habelə  milli  sənayeyə  malik  olarsa  qazana 
bilər.  Müasir  sənayenin  yaradılmasını  ölkənin  müdafiə  mə-
nafeyi  də  tələb  edirdi.  Bu  dövrdə  kənd  təsərrüfatı  milli  iqtisa-
diyyatın  təməli  kimi  qəbul  edildi.  Bu  səbəblə  kənd  təsərrü-
fatında  inkişafa  böyük  əhəmiyyət  verildi.  Kənd  təsərrüfatı 
məhsullarının  miqdarını  artırmaq,  keyfiyyətini  yüksəltmək, 
istehsal xərclərini azaltmaq üçün istər texniki, istərsə də hər cür 
qanuni tədbir görüldü. 1925-ci ildə aşar vergisinin ləğvi kənd-
lilərin  vəziyyətinin  yaxşılaşdırılmasında  mühüm  rol  oynadı. 
Osmanlı dövründə kəndli məhsulun 10 faizini dövlətə verməyə 
məcbur idi və bu vergi aşar adlanırdı. 
Atatürk inqilablarının tariximizdə özündən əvvəlki inqilabi 
hərəkatlardan ayıran ən mühüm fərq bu inqilabların dünyəvi tə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə