Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   35   36   37   38   39   40   41   42   ...   68

 
118
çatmışdı.  mperiyanın  mövcudluğu  artıq  sual  altında  idi.  30 
oktyabr 1918-ci ildə bağlanmış Mudros sülhü ilə Osmanlı im-
periyası rəsmən müharibədən çıxsa da, bu müqavilə nəinki öl-
kəni bəladan qurtarmadı, hətta onu daha da ağır duruma saldı. 
Ölkə rəhbərliyi irəlidə barışıq şərtlərini yumşaltdıra biləcəyinə 
ümid  edirdi.  Lakin  müttəfiqlər  müqavilənin  imzalanmasından 
az  bir  müddət  sonra  Osmanlı  imperiyasını  aradan  qaldırmağı 
qərara aldılar. 
Sultan VI Mehmet Vəhyəddin və onun hökuməti müttəfiq-
lərin  əlində  oyuncağa  çevrildi.  Barışıqdan  sonrakı  ilk  altı  ay 
ə
rzində  ngiltərə öz qoşunlarını yeridib Anadolunun cənub-şərq 
hissəsini,  Fransa  ilə  birlikdə  Şərqi  Frakiya  və  Qara  dəniz 
boğazları zonasını işğal etdi. 1919-cu il mayın 15-də  ngiltərə, 
Fransa  və  Amerikanın  razılığı  ilə  Yunanıstan  bütün  Qərbi 
Anadolunu  tutmaq  niyyəti  ilə  öz  qoşunlarını  zmirə  çıxardı. 
taliya  da  Qərbi  və  Cənubi  Anadolunun  bəzi  məntəqələrinə 
qoşun  çıxartdı.  Bu  hal  Türkiyə  üçün  dözülməz  və  təhqiredici 
bir  vəziyyət  idi.  şğalçılara  qarşı  kəskin  etiraz  əhval-ruhiyyəsi 
gündən-günə dərinləşir və kəskinləşirdi.  
Mudros  barışığından  sonra  gənc  türklər  partiyasının  kon-
qresində  Tələt  paşa  özünün  son  hesabatını  verərək  bildirdi  ki, 
bizim  siyasət  məğlubiyyətə  düçar  oldu.  Ona  görə  də  bizim 
hakimiyyəti hər hansı bir formada əldə saxlamağımız mümkün 
deyil.  Gənc  türklərin  başçıları  Ənvər,  Tələt  və  Camal  paşa  öz 
siyasətlərinin  iflasa  uğradıqlarını  gördükdən  sonra  ölkə  əhali-
sinin  artmaqda  olan  qəzəbindən  qorxaraq  xaricə  qaçdılar.  Be-
ləliklə də “ ttihad və tərəqqi” partiyası ləğv olundu. Onu daha 
mürtəce partiya olan “Hürriyyət və ittilaf” partiyası əvəz etdi.  
Hadisələrin bu istiqamətdə cərəyan edəcəyini Mustafa Ka-
mal  qabaqcadan  hiss  edirdi.  Belə  ki,  Mudros  müqaviləsindən 
sonra  orduya  buraxılma  əmri  verilməyə  başladı.  Mustafa  Ka-
mal  həmin  gün  Adanadan  baş  vəzir  Əhməd  zzət  paşaya  ilk 
dəfə xəbərdarlıq teleqramını vurdu: “Ciddi olaraq arzu edirəm 
ki, lazımi tədbirlər görmədən ordunu buraxmayın. Əgər ordunu 


 
119
buraxsaq  və  ingilislərin  hər  sözünə  boyun  əysək,  düşmənin 
qarşısını  almağa  imkan  olmayacaqdır”.  Lakin  çox  təəssüflə 
qeyd  edilməlidir  ki,  Mustafa  Kamal  paşa  tərəfindən  edilən 
bütün  haqlı  etirazlar  təsirsiz  qalır  və  ordunun  buraxılması  işi 
sürətlə davam etdirilirdi. Çünki əsas məqsəd Antanta dövlətləri 
ilə  hər  hansı  bir  mübarizəyə  girməmək  idi.  Hesab  edilirdi  ki, 
belə bir mübarizə əleyhimizə nəticələnəcəkdir.  
Sultan  və  hökumətin  ümidsizliyinə  baxmayaraq,  xalq  haq-
sız işğal və istilalara qarşı özünü müdafiə yolunda hər cür cəhd 
göstərirdi. Ölkənin müxtəlif yerlərində düşmənlə yerli qüvvələr 
arasında  vuruşmalar  olurdu.  Digər  tərəfdən,  işğalçı  düşmənə 
qarşı  durmaq  və  azadlıq  üçün  yollar  axtarmaq  məqsədi  ilə 
Anadoluda müxtəlif yerlərdə milli təşkilatlar yaradılırdı. Lakin 
bu  təşkilatlar  ayrı-ayrılıqda  fəaliyyət  göstərdiyi  üçün  istənilən 
dərəcədə təsirli deyildilər.  
Mustafa  Kamal  16  may  1919-cu  ildə  gəmi  ilə  stanbuldan 
Samsuna doğru hərəkət etdi və 19 may 1919-cu ildə Samsuna 
çıxdı. 28 may günü bütün komandanların diqqətini cəlb etmək 
məqsədi ilə gizli bir yazı yayınlayaraq işğal altına alınmış tor-
paqları azad etmək, imperiyanı dağıdaraq bütün Türkiyəni par-
çalayıb  bölüşdürmək  istəyən  qüvvələrə  qarşı  türk  millətini 
birləşməyə  və  istiqlal  mübarizəsinə  çağırdı.  Sonra  Amasiyaya 
keçdi və iyunun 21-də Amasiya xalqına müraciət etməklə yenə 
türk  millətini  birliyə,  bütünlüyə  və  mübarizəyə  dəvət  etdi.  Bu 
çağırış və müraciətlər ittifaqda olan dövlətlərin təzyiqi ilə Mus-
tafa  Kamalın  hökumət  tərəfindən  stanbula  çağırılmasına  yol 
açdı.  Yaranmış  vəziyyət  və  baş  vermiş  hadisələr  nəticəsində 
Mustafa Kamal paşa 7 iyul 1919-cu ildə tutduğu vəzifədən iste-
fa etdiyini hökumətə bildirdi.  
Hərbi  vəzifəsindən  istefa  verdikdən  sonra  ərzurumluların 
arzusu  ilə  Şərq  vilayətləri  müdafiə  hüququ  milli  cəmiyyətinin 
Ə
rzurum şöbəsinin fəaliyyət heyətinə sədr seçildi. Cəmiyyət o 
günlərdə  bir  az  əvvəl  qərara  alındığı  kimi  Şərq  vilayətlərini 
təmsil  edən  bir  konqres  üçün  hazırlıq  işləri  görürdü.  Ərzurum 


 
120
konqresi  23  iyul  1919-cu  ildə  toplandı.  Konqres  bir  təsis 
məclisi kimi 14 gün fəaliyyət göstərdi və 7 avqust 1919-cu ildə 
bir bəyannamə dərc etdirərək işini qurtardı.  
Ə
rzurum konqresinin toplanışı və işinə başlaması ilə  stan-
bulda  Saray  və  hökumət  tərəfindən  Anadoluda  yüksələn  bu 
azadlıq  səsini  boğmaq  üçün  ciddi  bir  fəaliyyət  başlandı.  Mus-
tafa  Kamal  dövlətə  qarşı  çıxış  edən  bir  qiyamçı,  Ərzurum 
konqresi  isə  qeyri-qanuni  elan  edildi.  Mustafa  Kamal  paşanı 
həbs  etmək  üçün  hər  cür  tədbirə  əl  atıldı.  stanbul  hökuməti 
Ə
rzurum  konqresinin  dağılmasını,  konqresdə  iştirak  edənlərin 
tutularaq  stanbulda hərbi məhkəməyə verilməsini əmr etsə də 
milli fərdləri bürümüş o zaman ki, ab-hava içində heç bir rəsmi 
orqan bu əmri yerinə yetirməyə təşəbbüs edə bilmədi. 
Ə
slində  bu  qədər  ağır  şərtlər  altında  böyük  bir  vətən  eşqi  
ilə  heç  bir  təhlükədən  çəkinməyərək  keçirilən  Ərzurum 
konqresi  türk  tarixində  mühüm  bir  dönüş  nöqtəsi  oldu.  Türk 
Azadlıq  Müharibəsinin  ilk  təməli  bu  konqresdə  qoyulmuş, 
qəbul  edilən  tarixi  qərarlar  milli  mübarizənin  əsas  şərtlərini 
irəli sürmüşdü.Əsasən də Şərqi Anadolunun parçalanmasına və 
ə
sarət  altına  alınmasına  yol  verilməyəcəyi  qeyd  olundu.  Bu 
konqresdə Mustafa Kamalın başçılığı ilə “Nümayəndələr komi-
təsi” seçildi. Bu,mahiyyətcə Türkiyənin müvəqqəti hökumətini 
ə
vəz edirdi. 
Mustafa  Kamal  paşa  “Nümayəndələr  komitəsi”nin  bir  sıra 
üzvləri  ilə  birlikdə  Sivas  konqresində  iştirak  etmək  üçün  2 
sentyabr 1919-cu ildə Ərzurumdan Sivasa gəldi. Sivas konqresi 
4 sentyabr 1919-cu ildə toplandı. Sivas konqresinin başlanma-
sına  mane  olmaq  üçün  Sivasda  olan  fransız  jandarm  müfəttişi 
Bruno da çox təsir göstərdi. Vali Rəşid paşa ilə görüşərək belə 
bir  konqres  keçiriləcəyi  təqdirdə  Sivasın  işğal  ediləcəyini  və 
konqresin  dağıdılacağını  bildirdi.  ngilislər  də  belə  bir  fikirdə 
olduqlarını  Valinin  nəzərinə  çatdırdılar.  Yalnız  Mustafa  Ka-
malın hər çətinliyi aradan qaldırmaq əzmi bütün hədə-qorxuları 
nəticəsiz qoydu. Sivas konqresi ölkənin azadlığı və müstəqilliyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə