Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   33   34   35   36   37   38   39   40   ...   68

 
112
olmaqla  çar  hakimiyyətinin  bütün  aparatını  saxladı.  Çar  müs-
təmləkəçilərinin bütün vəzifələrdən qovulmasını, hakimiyyətin 
fəhlə  və  əsgər  deputatları  Sovetlərinə  verilməsini  tələb  edən 
kütlələrin təzyiqi altında martın 31-də Daşkənd fəhlə və əsgər 
deputatları  Sovetinin,  Müsəlman  deputatları  Sovetinin  və 
kəndli  deputatları  Sovetinin  birləşmiş  iclasında  Kuropatkinin 
köməkçiləri ilə birlikdə işdən götürülüb həbs edilməsi haqqın-
da qərar qəbul edildi. Həmin iclasda eyni zamanda yeni qoşun 
komandanı  və  hərbi  dairə  qərargahı  rəisi  seçildi.  Lakin  vila-
yətdə  mülki  işlərin  idarə  olunması  Daşkənd  icraiyyə  komi-
təsinin  üç  komissarına  tapşırıldı  ki,  burada  da  çar  məmurları 
üstün yer tuturdular.  
 
Kuropatkin  vəzifəsindən  uzaqlaşdırıldıqdan  sonra  Mü-
vəqqəti  hökumət,  Şepkin  başda  olmaqla  Türküstan  komitəsi 
yaratdı.  Hərbi  qubernatorlar  və  qəza  rəisləri  əvəzinə  çar  mə-
murlarından,  eserlərdən,  menşeviklərdən  və  burjua  millətçilə-
rindən vilayət və qəza komissarları təyin edildi. Türküstan ko-
mitəsi Yeddisunun cənub qəzalarında yerli əhalinin 2,5 milyon 
desyatin  torpağının  zorla  alınması  haqqında  hələ  Kuropatkin 
tərəfindən  hazırlanmış  planı  təsdiq  etdi.  Kazak  qoşunlarının 
çox  böyük  torpaq  malikanələrinə  toxunulmadı.  Türküstan 
komitəsi  Müvəqqəti  hökumətin  regionda  siyasətini  həyata  ke-
çirən  orqana  çevrildi.  Türküstan  komitəsi  Orta  Asiya  xalq-
larının  sosial-iqtisadi,  milli,  siyasi  və  başqa  problemlərini  həll 
etmədi.  
1917-ci  ilin  martında  özbək  burjuaziyasının  yaratdığı 
müsəlman  komitələri  “Şurayi-islam”  təşkilatında  birləşdilər. 
Bu  təşkilata  milli  burjuaziyanın,  feodalların  və  müsəlman 
ruhanilərinin nümayəndələri daxil idi. 1917-ci il aprelin 16-dan 
23-ə qədər “Şurayi-islam” təşkilatının birinci qurultayı keçirildi. 
Qurultay  Türküstan  müsəlmanlarının  Diyar  Sovetini  seçdi. 
Qurultayda  təhsil,  vəqf  torpaqları,  müsəlmanların  mərkəzləş-
dirilmiş  dini  idarəsinin  yaradılması  və  başqa  məsələlər  mü-
zakirə  edilmişdir.  Burada  həm  də  Türküstan  müsəlmanlarının 


 
113
ə
razi  muxtariyyəti  ideyasını  nəzərdə  tutan  qərar  qəbul 
olunmuşdu.  
Fevral inqilabı Buxara əmirliyi və Xivə xanlığına da öz 
təsirini göstərmişdi. Burada da rus fəhlələri fəhlə və əsgər de-
putatları Sovetləri yaratmışdılar. Buxara əmirliyində idarə işlə-
rinin  yenidən  qurulması  uğrunda  mübarizə  gedirdi.  Bu  işlərin 
həyata  keçirilməsi  ilə  Müvəqqəti  hökumətin  buradakı  nüma-
yəndəsi  Miller  məşğul  idi.  May  ayında  Buxarada  “Şurayi-
islam”ın  yerli  bölməsi  təsis  edildi.  Miller  Buxaranın  idarəçili-
yindən  uzaqlaşdırıldı  və  koalisiyon  hökumət  təşkil  olundu. 
Xivədə də Sovetlərlə yanaşı Müvəqqəti komitə də yaradılmışdı. 
darəçiliyi  həyata  keçirmək  üçün  həmin  komitənin  göstərişi 
nəticəsində  Məclis  yaradıldı.  Müvəqqəti  komitə  şəhərin  təsər-
rüfat,  iqtisadiyyat  və  mədəni  həyatını  idarə  etməyi  öz  əlinə 
almışdı. Beləliklə, bütün bölgədə ikihakimiyyətlik yaradılmışdı.  
Fevral  inqilabından  sonra  qazax-qırğız  milli  hərəkatı 
Milli  Şura  yaratmışdı.  Milli  Şura  qazax-qırğız  milli  muxtariy-
yətinin  yaradılmasını  qəbul  etdi.  1917-ci  ilin  dekabrında 
Bukeyxanovun başçılığı altında Alaş-Orda Muxtar qazax höku-
məti təşkil edilmişdi. 1917-ci il oktyabr çevrilişindən sonra ha-
kimiyyətə  gələn  bolşeviklər  bərabərlik  və  xalqların  öz  mü-
qəddəratını təyinetmə prinsipini irəli sürsə də işdə imperiyanın 
keçmiş müstəmləkələrindən olan xalqlara öz talelərini özlərinin 
həll  etmələrinə  imkan  verilmədi.  1920-ci  ilin  martında  Alaş-
Orda dövləti süqut etdi.  
Fevral  inqilabından  sonra  Rusiyanın  hər  yerində  olduğu 
kimi  Volqaboyunu  da  inqilab  dalğası  bürümüşdü.  Martın  2-də 
Kazanda  və  quberniyalarda  fəhlə  deputatları  Sovetləri  yaradıldı. 
Martın 10-da əsgər deputatları Sovetləri təşkil olundu. Martın 14-
də bunlar Kazan fəhlə və əsgər deputatları Sovetində birləşdilər. 
Eyni zamanda 1917-ci ilin martın 5-də yerli burjuaziya Quberniya 
ictimai təhlükəsizlik komitəsi yaratdı. 1917-ci ilin martında Baş-
qırdıstanda  da  ikihakimiyyətlik  yaradılmışdı.  Bunlar  quberniya 
ictimai  və  təhlükəsizlik  komitələri,  fəhlə  və  əsgər  deputatları 


 
114
Sovetlərindən ibarət olmuşdu. Çuvaşiyada da belə qurumlar yara-
dılmışdı.  
 
Müvəqqəti hökumət də rus dilini dövlət dili kimi tanıyır 
və  onun  milli  ucqarlarda  tətbiqini  genişləndirirdi.  Məhz  buna 
görə  də  hökumət  yerli  burjua  təbəqələri  ilə  də  toqquşmalı 
olurdu.  IV  Dövlət  dumasında  fəaliyyət  göstərən  Müsəlman 
fraksiyasının  liderləri  “Rusiya  müsəlmanlarının  mərkəzi  büro-
su”nu  yaratdılar.  “Mərkəzi  büro”  müsəlman  xalqlarının  milli, 
hüquqi,  sosial-iqtisadi  çətinliklərinin  aradan  qaldırılması 
haqqında  tələblər  irəli  sürmüşdü.  1917-ci  il  aprelin  23-24-də 
Kazan quberniyası müsəlmanlarının birinci qurultayı  çağırıldı. 
Qurultayda  Volqaboyu  türklərinin  burjua  nümayəndələri,  bəy, 
qolçomaq  və  ruhani  rəhbərlərinin  daxil  olduqları  quberniya 
müsəlmanlarının  “Milli  Şura”sı  yaradıldı.  Volqaboyu  türklə-
rinin milli burjuaziyası bütün müsəlman-türk xalqlarının birliyi 
ideyasını  təbliğ  edirdi.  Onlar  Rusiyada  mövcud  hakimiyyəti 
saxlamaqla  müsəlman  xalqlarına  mədəni-milli  muxtariyyət 
verilməsini  tələb  edirdilər.  1917-ci  il  mayın  1-dən  17-nə  kimi 
Moskvada  keçirilən  Ümumrusiya  müsəlmanlarının  birinci 
qurultayında milli-məhəlli muxtariyyət, maarif  və mədəniyyət, 
müəssislər  məclisi,  torpaq  və  s.  məsələlər  müzakirə  edildi. 
Tatarların nümayəndəsi Ə.Salikova görə, milli azlıqlara yalnız 
mədəni  muxtariyyət  verilməli  idi.  M.Ə.Rəsulzadənin  irəli 
sürdüyü milli-məhəlli muxtariyyət təklifi səs çoxluğu ilə qəbul 
edildi. Qurultayın qərarlarında ibtidai təhsilin icbari və pulsuz, 
təhsilin ana dilində olması, bu prinsipin orta və ali məktəblərdə 
də gözlənilməsi, rus dilinin xarici dil kimi tədris edilməsi gös-
tərilirdi. Türk-müsəlman xalqlarının müvafiq problemlərini həll 
etmək üçün qurultayın qərarı ilə Milli Şura yaradıldı. 1917-ci il 
iyulun  26-dan  avqustun  2-nə  kimi  Kazanda  keçirilən  Ümum-
rusiya  Müsəlmanlarının  ikinci  qurultayı  Mərkəzi  Rusiya  və 
Sibir  müsəlmanlarının  mədəni-milli  muxtariyyətini  elan  etdi.
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə