Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   45   46   47   48   49   50   51   52   ...   68

 
148
bu  respublikaların  SSR   tərkibinə  daxil  olması  haqqında 
qərarlar qəbul edildi. 1925-ci il mayın 13-də SSR -nin üçüncü 
Sovetlər qurultayı Özbəkistan SSR-ni və Türkmənistan SSR-ni 
Sovet  Sosialist  Respublikaları  ttifaqı  tərkibinə  qəbul  etdi. 
1936-cı ilin 5 dekabrında isə Qırğızıstan və Qazaxıstan Muxtar 
Sovet  Sosialist  Respublikaları  RSFSR-in  tərkibindən  çıxa-
rılaraq  rəsmi  olaraq  SSR -nin  tərkibinə  daxil  edildilər.  Həm-
çinin  Qaraqalpaq  muxtar  vilayəti  Özbəkistan  SSR-in  tərkibinə 
birləşdirildi.  
Orta  Asiya  respublikalarında  bərpa  dövrü  bir  qədər  uzun 
çəkdi.  Orta  Asiyada  mülkədar  torpaq  sahibliyi  1925-1927-ci 
illərin  torpaqsu  islahatına  qədər  mövcud  idi.  Torpaq-su  isla-
hatları torpaq və su üzərində yerli əhali ilə buraya köçürülmüş 
kəndlilərin  hüquqlarını  bərabərləşdirdi.  Orta  Asiyada  xalq 
təsərrüfatının  bərpası  yalnız  1927-1928-ci  illərdə  başa  çat-
dırıldı. 
Sənayeləşdirmə birinci növbəli vəzifə kimi hələ 1925-ci ilin 
sonunda  irəli  sürülmüşdü.  Ənənəvi  sənayeləşdirmədən  fərqli 
olaraq SSR -də sənayeləşdirmənin ağır sənayenin inkişafından, 
istehsal  vasitələri    istehsalından  başlanması  nəzərdə  tutulurdu. 
Bu  xətt  “sosialist  sənayeləşdirməsi”  adlandırılırdı.  Onun  baş-
lıca  məqsədi  ölkənin  sosial-iqtisadi  geriliyini  aradan  qaldır-
maqdan, iqtisadi cəhətdən xaricdən asılılığı  yox etməkdən, ilk 
növbədə baza sənaye sahələrini inkişaf etdirməkdən ibarət idi.  
Zəruri  maddi  və  maliyyə  vəsaitlərinin  olmaması  üzündən 
bu  vəzifələrin  yerinə  yetirilməsi  ləngiyirdi.  Dünya  ölkələri  də 
ictimai  quruluşu  yad  bir  ölkəyə  yardım  etmək,  borc  vermək 
istəmirdilər.  Yeganə  yol  bu  vəsaitləri  daxildə  tapmaq  idi. 
Bunun üçün ölkədə olan vəsaitlərin bölgüsünü daha çox  mər-
kəzləşdirmək, ona möhkəm nzarət etmək tələb olunurdu. Bu da 
mərkəzləşdirilmiş  planlaşma  əsasında  mümkün  idi.  Ona  görə 
də  1927-ci  ildə  ilk  beşillik  plan  hazırlandı.  O,  1928-1932-ci 
illəri  əhatə  edirdi.  Planda  ölkəni  sənayeləşdirmək  üçün  daxili 
ehtiyat mənbələrində istifadə olunması ön plana çəkilirdi.  


 
149
1928-ci ildən Türkmənistanda sənayeləşmə prosesi baş-
landı.  lk növbədə yüngül və yeyinti sənaye müəssisələri yaran-
mağa başladı. Nebitdağda neft, Qara Boğazkolda sulfat turşusu, 
Qaraqumda  kükürd  çıxarılmağa  başlandı.  Xüsusilə  30-cu  illər 
neft sənayesinin inkişafında mühüm mərhələ oldu. Çeleken ya-
rımadasında  vətəndaş  müharibəsi  nəticəsində  dağıdılmış 
yataqlar istismara verildi və Nebitdağdakı yeni yataqlar işləndi. 
kinci  Dünya  Müharibəsinin  başlaması  ilə  SSR -nin  qərb  böl-
gələrindəki  sənaye  obyektlərinin  Orta  Asiyaya  köçürülməsi 
prosesi nəqliyyatın da sürətli inkişaf zərurətini meydana gətirdi 
ki,  nəticədə  Aşqabad  dəmiryolu  Krasnovodska  qədər  uzadıldı. 
1924-cü  ildən  1940-cı  ilədək  sənayedə  və  təsərrüfatın  digər 
sahələrində  çalışan  fəhlələrin  sayı  34  mindən  188  minə  qədər 
artdı. 
Türkmənistanın  sənayesi,  xüsusilə  neft  və  kimya  səna-
yesi  sürətlə  inkişaf  edirdi.  kinci  beşillikdə  respublikada  neft 
hasilatı 13 dəfədən çox artmışdı.  kinci beşilliyin axırında res-
publikada  300-ə  yaxın  iri  sənaye  müəssisəsi  var  idi.  1937-ci 
ildə sənaye məhsulu bütün xalq  təsərrüfatı məhsulunun 69 fai-
zini  təşkil  edirdi.  Bu,  Türkmənistanın  sənaye  respublikasına 
çevrildiyini göstərirdi.  
Özbəkistanda  sənayeləşmə  dövründə  yüngül  və  yeyinti 
sənayesini  əhatə  edən  bir  sıra  sənaye  müəssisələri  tikildi. 
Müharibədən  əvvəlki  beşillik  dövründə  Özbəkistanda  500-dən 
artıq  sənaye  müəssisəsi  inşa  olunmuşdu.  Bunlar  arasında, 
“Daşselmaş” Maşınqayırma Zavodunu, Daşkənd Parça Kombi-
natını,  Çirçik  Elektrokimya  Kombinatını  göstərmək  olar.  Neft 
emalı  artmış,  yeni  şəhərlər  salınmış,  Çirçik,  Bekabad,  Katta-
kurqan və başqa bu kimi köhnə şəhərlər bərpa edilmişlər.  
Özbəkistan SSR-də ikinci beşillikdə Daşkənd toxuculuq 
kombinatının birinci növbəsi, Daşkənd kənd təsərrüfatı maşın-
ları zavodu və bir sıra başqa müəssisələr tikilmişdi. Neft və qaz 
hasilatı  təxminən  8  dəfə,  elektrik  enerjisi  istehsalı  3  dəfə  art-
mışdı.  


 
150
1928-37-ci  illərdə  Qazaxıstan  sənayesinin  inkişafına 
Sovet  büdcəsindən  2  mlrd.  rubl  vəsait  ayrılmışdı.  Bunun  da 
nəticəsində  burada  200-dək  iri  sənaye  müəssisəsi  yaradıldı. 
Bunların  ən  böyükləri  qismində  Çimkənd  Qurğuşun,  Balxaş 
Misəridən  Zavodlarını,  Karaqanda  Kömür  Mərkəzi  və  Tür-
küstan-Sibir dəmiryolunun çəkilişini göstərmək olar. 
Qazaxıstanda ikinci beşillikdə 120 iri sənaye müəssisəsi 
tikilmişdi.  Əlvan  metallurgiya  məhsulları    təxminən  üç  dəfə 
artmışdı.  Emba,  Aktyubinsk  neft  rayonlarında  neft  hasilatı 
təxminən 2 dəfə çoxalmışdı. Karaqanda hövzəsi kömür hasila-
tını 5,5 dəfə artırmışdı. Ümumittifaq sənaye istehsalında Qaza-
xıstanın  rolu  xeyli  yüksəlmişdi.  O,  SSR -də  qurğuşun  hasi-
latında  birinci  yerə,  neft  hasilatında  ikinci  yerə,  daş  kömür 
hasilatında üçüncü yerə çıxmışdı. Qazaxıstan SSR -nin mühüm 
yeyinti  sənayesi  mərkəzlərindən  birinə  çevrilmişdi.  Respubli-
kanın ərazisində 1000 km yeni dəmiryol xətti çəkilib istifadəyə 
verilmişdi,  təxminən  1000  km  dəmiryol  xətti  isə  çəkilməkdə 
idi.  
20-30-cu  illərdə  Qırğızıstan  sənayesi  sürətlə  inkişaf 
edirdi.  1924-cü  ildə  Bişkeki  Alma-Ata  və  Novosibirskə 
birləşdirən dəmiryolunun tikintisi başa çatdı. Sənaye sahəsində 
sənayeləşdirmə  dövründə  mühüm  irəliləyişlər  əldə  olundu. 
Elektrostansiyalar  və  sement  zavodları  tikildi.  1940-cı  ildə 
Qırğızıstan şaxtaları bütün Orta Asiyanın istifadə etdiyi kömü-
rün  88%-i  qədər  kömür  emal  edirdi.  Respublikada  həmçinin, 
ə
lvan  metallurgiya,  sürmə  və  civə  sənayesi,  qida  (şəkər  isteh-
salı) və yüngül sənaye sahələri də inkişaf edirdi. Sürmə və civə 
istehsalına  görə  respublika  SSR -də  ilkin  yerlərdən  birini 
tuturdu.  
Krım,  Volqaboyu  və  Sibirin  sovetləşməsi  vətəndaş 
müharibəsi zamanı dağılmış xalq təsərrüfatının bərpası ilə baş-
lanmışdır.  Sovet  hakimiyyəti  bu  vilayətlərdə  öz  hakimiyyətini 
möhkəmlətməyə  yönələn  tədbirlər  həyata  keçirməyə  başladı. 
Sürətlə  və  məcburi  olaraq  sosialist  quruculuğu  həyata 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə