Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   41   42   43   44   45   46   47   48   ...   68

 
136
dövlətinin  reaksiyasına  gətirib  çıxarsa  da,  lakin  Sovet  dövləti 
Türkiyəyə  hərbi  müdaxilə  etmədi.  “Trumen  doktrinası”nın 
qəbul  edilməsindən  sonra  Türkiyə  ümumiyyətlə  Qara  dəniz 
boğazlarının  rejimi  məsələsinin  müzakirəsindən  danışmadı. 
1947-ci  ilin  iyununda  qəbul  olunmuş  “Marşal  planı”na  əsasən 
Türkiyə ilə ABŞ arasında 1948-ci il iyulun 4-də bağlanan mü-
qavilə ilə ABŞ kapitalının ölkəyə axını daha geniş miqyas aldı. 
Bu addım ölkə iqtisadiyyatının liberallaşmasına  və azad bazar 
iqtisadiyyatının inkişafına təkan verdi.  
 
3. Türkiyə Cümhuriyyəti 50-80-ci illərdə 
 
Müharibədən  sonra  bütün  dünyada  olduğu  kimi  Türki-
yədə  də  demokratik  hərəkat  genişləndi.  1946-cı  ildə  Demok-
ratik  Partiya  yarandı.  DP  dövlət  kapitalizminin  əleyhinə  olub, 
şə
xsi  sahibkarlığa  geniş  imkan  yaratmaq  tərəfdarı  idi.  1950-ci 
il  seçkilərində  DP  qələbə  qazandı.  Cəlal  Bayar  prezident,  Ad-
nan Menderes isə baş nazir oldu.  
DP hakimiyyəti ilk vaxtdan bütün gücünü iqtisadi inkişafa 
yönəltdi.  DP-nin  iqtisadi  siyasəti  Türkiyə  Cümhuriyyətinin 
yaranmasından bəri dövlətin tətbiq etdiyi özəl fəaliyyəti inkişaf 
etdirmək strategiyasının davamı idi. DP hakimiyyəti istər aqrar, 
istərsə də sənaye sahələrində böyük layihələrin maliyyələşdiril-
məsində  həm  özəl  kapitalın,  həm  də  xarici  kapitalın  fəaliy-
yətinə əlverişli şərait yaratmaq kursu götürmüşdü. Xarici kapi-
talın  ölkəyə  axınını  təmin  etmək  məqsədilə  1950-1954-cü 
illərdə bəzi qərarlar və qanunlar qəbul edilmişdi. Hələ 1950-ci 
ilin avqustunda Türkiyə Sənaye  nkişaf Bankı təsis edildi. 50-ci 
illərdən başlayaraq sənaye sahəsində yeni müəsissələrin inşası, 
eləcədə  köhnə  müəsissələrin  yenidən  qurulması  və  genişlən-
dirilməsinə başlanıldı. Bu layihələrdə xarici kapitalın iştirakına 
ə
lverişli  imkanlar  yaradıldı.  1954-cü  ilin  yanvarında  qəbul 
edilən  qanun  isə  xarici  kapitalın  fəaliyyəti  ilə  bağlı  olan 
məhdudiyyətləri aradan qaldırdı. Xarici və daxili kapitalın gücü 


 
137
ilə bir sıra sənaye müəssisələri, o cümlədən dövlət müəssisələri 
işə  salındı.  Bu  müəssisələrin  işə  salınması  Türkiyənin  tekstil, 
şə
kər, kağız, şüşə və bu kimi ilkin zəruri mallarla özünü təmin 
etməsinə imkan verdi. Ölkə iqtisadiyyatında sənaye istehsalının 
ümumi  həcmi  xeyli  artdı.  Aqrar  sahənin  də  ölkə  sənayesinin 
ehtiyaclarını  ödəmək  zəminində  qurulması  kənddə  kapitalist 
münasibətlərinin  genişlənməsinə  səbəb  oldu.  DP  hakimiyyə-
tinin  iqtisadi  sahədə  həyata  keçirdiyi  kurs  Türkiyənin  inkişa-
fına şərait yaratdı, ölkə bir sıra sənaye  və kənd təsərrüfatı məh-
sulları  ilə  nəinki  özünü  təmin  etmək,  həm  də  onları  xarici 
bazara çıxarmaq imkanına sahib oldu. 
Demokratik  Partiyanın  hakimiyyəti  illərində  Türkiyənin 
xarici  siyasətinə  gəldikdə  bu  siyasət  həmin  dövrdə  iki  güc 
mərkəzinin  region  dövlətlərinə  olan  münasibətləri  zəminində 
formalaşırdı.  kinci  dünya  müharibəsindən  sonra  təklənmiş 
Türkiyə  tədricən  Qərb  blokunun  etibarlı  üzvünə  çevirilirdi. 
Türkiyənin xarici siyasətinin Qərbə istiqamətlənməsində Sovet 
dövlətinin  Türkiyəyə  qarşı  ərazi  iddiaları  və  təhdidləri  az  rol 
oynamamışdır. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 
yarandığı vaxtdan Türkiyə bu təşkilata maraq göstərirdi. Lakin 
NATO üzvü olan ölkələr Türkiyənin bu təşkilata üzvlüyünə bir 
müddət  mane  oldular.  Belə  ki,  NATO-ya  üzv  olan  ölkələr 
Türkiyənin  bu  quruma  daxil  olmasının  SSR -nin  etirazına  sə-
bəb olacağından ehtiyat edirdilər. Lakin Türkiyə öz təhlükəsiz-
liyinin təminatını ABŞ-la birlikdə, onun başçılıq etdiyi ittifaqda 
görürdü  və  NATO-ya  girməkdə  israr  edirdi.  ngiltərə  1951-ci 
ildə  Türkiyənin  Orta  Şərq  təhlükəsizlik  sisteminə  qatılacağı 
təqdirdə  onun  NATO-ya  üzvlüyünü  dəstəkləyəcəyini  bildirdi. 
1951-ci  ilin  sentyabrında  Ottavada  toplanan  NATO  Nazirlər 
Ş
urası  Türkiyə  və  Yunanıstanın  təşkilata  qoşulmasına  razılıq 
verdi. Türkiyə 1952-ci ildə NATO-ya daxil oldu. ABŞ SSR  ilə 
Türkiyə  arasında  münasibətlərin  yaxınlaşmasında  maraqlı 
deyildi. 50-ci illərdə Sovet-Türkiyə münasibətləri gərginliyi ilə 
fərqlənirdi. 1953-cü ildə SSR  bildirdi ki, Montre konvensiya-


 
138
sının qüvvədə qalmasına etiraz etmir və Türkiyəyə qarşı heç bir 
ə
razi  iddiası  yoxdur.  Ona  görə  də  iki  ölkə  arasında  gərginlik 
müəyyən qədər zəiflədi.  
1955-ci  ildə  raq,  ran,  ngiltərə,  Pakistan  ilə  birlikdə  Tür-
kiyə Bağdad paktını imzaladı. Lakin 1958-ci ildə  raqda inqilab 
baş verməsi nəticəsində  raq hökuməti 1959-cu il martın 24-də 
raqın  Bağdad  paktından  çıxmasını  rəsmi  şəkildə  elan  etdi. 
1959-cu il iyulun 25-də bu blokun qalan üzvləri blokun Mərkəz 
Müqavilə  Təşkilatı  (SENTO)  adlandırılması  qərarına  gəldilər. 
Təşkilatın rəhbər orqanları Bağdaddan Ankaraya köçürüldü.  
1952-1954-cü  illər  arasında  Yunanıstanın  Kiprə  yiyələn-
mək  məqsədi  ilə  ngiltərəyə  etdiyi  müraciətlərə  rədd  cavabı 
verildi.  ngiltərə  bildirdi  ki,  adanın  status-kvosu  dəyişdiril-
məyəcəkdir. 1954-cü ilin avqustunda Yunanıstan Kipr məsələsi 
ilə bağlı BMT-yə müraciət etdi. Bundan sonra Türkiyə dövləti 
də  öz  rəsmi  mövqeyini  açıqladı.  Türkiyə  adanın  ngiltərənin 
nəzarəti  altında  qalmasını  istədi.  Türkiyə  həmin  tarixdən  Kipr 
məsələsi ilə xarici siyasətinin ən əsas məsələlərindən biri kimi 
məşğul  olmağa  başlamışdır.  1958-ci  ildə  Kiprdə  yunanların 
törətdikləri  zorakılıqlar  yenidən  gərginlik  yaratdı.  ngiltərə 
məsələni  yoluna  qoymaq  üçün  Yunanıstan  və  Türkiyə  ilə 
birlikdə müzakirələrə başladı. 1959-cu ildə Sürix və Londonda 
imzalanan sazişlərə əsasən Kiprdə müstəqil respublika yaradıl-
masına  qərar  verildi.  ngitərə  1960-cı  ildə  Kiprə  müstəqillik 
verərkən “enozis”i əsassız tələb kimi rədd etdi.  
Türkiyə  NATO-ya  daxil  olduqdan  sonra  ABŞ  ilə  hərbi 
xarakterli  bir  sıra  ikitərəfli  müqavilə  və  sazişlər  imzalamışdır. 
1954-cü  ildə  bağlanan  sazişə  görə  Türkiyədə  ABŞ  hərbi-hava 
bazası yaradılmasına icazə verilmişdi. Türkiyədə ABŞ təsirinin 
güclənməsi ölkədə müəyyən dairələrin narazılığına səbəb oldu. 
qtisadi vəziyyətin pisləşməsi də Bayar-Menderes hökumətinin 
vəziyyətini  pisləşdirdi.  Quru  qoşunlarının  komandanı  general 
Camal Gürsel etiraz  əlaməti olaraq istefa verdi  və sonra hərbi 
çevriliş  etdi.  Çevriliş  nəticəsində  1960-cı  ildə  Camal  Gürsel 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə