Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   37   38   39   40   41   42   43   44   ...   68

 
124
Müqavilədə  hərbi  əsirlər,  qaçqınlar  və  müharibə  ilə  əlaqədar 
cinayət edənlərin azad edilməsi də əks olunmuşdu. Müqaviləni 
imzalayan  tərəflər  arasında  dəmiryol,  teleqraf  və  başqa  vasi-
tələrin tezliklə işə salınması göstərilirdi. Bu müqavilə Türkiyə 
ilə  Cənubi  Qafqaz  respublikaları  arasında  sərhəd  məsələlərini 
və bir sıra siyasi problemləri həll etdi.   
Cənub  cəbhəsində  Adana,  Urfa,  Antep  və  Maraş  rayonla-
rında fransız orduları ilə şiddətli vuruşmalar gedirdi. Fransızlar 
12 fevral 1920-ci ildə Maraşdan, 11 aprel 1920-ci ildə Urfadan 
çıxmağa  məcbur  oldular.  21  oktyabr  1921-ci  ildə  fransızlarla 
bağlanan “Ankara müqaviləsi” ölkənin cənub şəhərlərinin azad 
olunmasını  təmin  etdi.  Bu  müqavilə  ilə  Türkiyə-Fransa  silahlı 
qarşıdurması başa çatır, cənub sərhədi müəyyənləşdirilirdi.  
Yunanlar  1920-ci  ilin  iyununda  Qərb  cəbhəsində  ümumi 
hücuma  keçdilər  və  bir  sıra  əraziləri  işğal  etdilər.  Yunanların 
Qərb  cəbhəsindəki  irəliləyişi  və  bir  sıra  ərazilərin  işğalı  ilə 
bağlı Mustafa Kamal paşa cəbhə komandanları ilə görüşmüşdü. 
Bu  görüşdə  Mustafa  Kamal  paşa  könüllü  qüvvələrin  əvəzinə 
nizami ordu yaradılması zərurətini irəli sürmüşdü. 1921-ci ilin 
yanvarında  yeni  yaradılmış  ordu  hissələri  hucuma  keçmiş 
yunan  ordusunu  nönü  kəndi  yaxınlığında  qarşıladı.  Döyüş 
yanvarın 10-da səhərdən axşama qədər bütün günü davam etdi. 
Qərb  cəb-həsinin  komandanı  smət  paşa  müharibə  meydanına 
gəlmiş,  döyüşləri  bilavasitə  atəş  xəttindən  idarə  etməyə  baş-
lamışdı. Birinci  nönü döyüşü türklərin qələbəsi ilə başa çatdı. 
Yunanların  itkiləri  türklərin  itkisindən  bir  neçə  dəfə  çox 
olmuşdu.  Bu  döyüşdə  yunanaların  bir  sıra  yüksək  rütbəli  za-
bitləri ələ keçirilmişdi.  nönü kəndi ətrafında baş vermiş döyüş 
nəticəsində  yunanların  Qərb  cəbhəsində  sürətli  irəliləyişləri 
dayandırıldı.  Türklərin  gücü  həm  yunanları  məğlub  etdi,  həm 
də  bölgədəki  qiyamları  yatırtdı.  Bu  qələbə  Türkiyə  milli-
azadlıq hərəkatında dönüş nöqtəsi oldu.  nönü qələbəsi daxildə 
və xaricdə böyük əks-səda yaratdı, ciddi siyasi irəliləyişlərə sə-
bəb  oldu.  Bu  qələbə  imperialist  dövlətlərə  artıq  milli  höku-


 
125
mətin  sayıla  biləcək  bir  qüvvə  olduğunu  göstərdi.  Bu  dəyi-
ş
ikliklərlə əlaqədar idi ki, Antanta dövlətləri 21 fevral 1921-ci 
ildə toplanan London konfransına  stanbul hökuməti ilə yanaşı, 
Ankara  hökumətini  də  dəvət  etdilər.  Ancaq  Konfransda  s-
tanbul  Hökuməti  nümayəndəsi  Tofiq  Paşa,  Türkiyəni  təmsil-
etmə  səlahiyyətinin  hamısının  Ankara  hökumətində  olduğunu 
söylədi. Konfransda Ankara hökumətinə təklif edilən sülh Sevr 
müqaviləsinin  bir  az  dəyişdirilmiş  variantı  olduğundan  rədd 
edildi.  Bu  konfrans  türk  dövlətinin  varlığını  dünyaya  sübut 
etdi.  
ngilislərdən  kömək  alan  yunanlar  isə  bu  məğlubiyyətin 
ə
vəzini çıxmaq üçün 23 mart 1921-ci ildə yenidən türklər üzə-
rinə  hücuma  keçdilər.  smət  paşa  yenidən  yunan  ordusunu 
nönü  kəndi  yaxınlığında  qarşıladı.  Bu  döyüşdə  də  ağır  itkilər 
verən yunanları türk ordusu artıq bütün cəbhə boyu sıxışdırma-
ğ
a başladı. Artıq yunanların türklər qarşısında duruş gətirməyə 
gücü  qalmamışdı.  Beləliklə,  Qərb  cəbhəsində  düşmənə  qarşı 
ikinci  nönü  zəfəri  adını  alan  yeni  böyük  bir  müvəffəqiyyət 
qazanıldı. 
Yunanlar  Ankara  hökumətinin  rədd  etdiyi  Sevr  müqavilə-
sini həyata keçirmək məqsədi ilə Anadolu torpaqlarına ara ver-
mədən  yeni  qüvvələr  gətirərək,  türklərə  qarşı  yeni  bir  hücum 
hazırlayırdılar.  Düşmənin  bu  hücumu  10  iyul  1921-ci  ildə 
bütün Qərb cəbhəsi boyu başladı. Ordu irəlilədikcə yunan qüv-
vələri  ilə  türk  qüvvələri  arasında  tez-tez  şiddətli  döyüşlər 
olurdu.  stər  canlı  qüvvə,  istərsə  də  hərbi  texnika  baxımından 
türklərdən  üstün  olan  yunanlar  bir  çox  yerləri  işğal  etdilər. 
Mustafa  Kamal  paşa  18  iyul  1921-ci  ildə  Qərb  cəbhəsi  qərar-
gahına  gəldi  və  vəziyyəti  araşdırdı.  Ordunun  yenidən  təşkil 
edilib qurulması üçün, Sakaryanın şərqinə qədər geri çəkilmə-
sini lazım bildi. Qərb cəbhəsindəki türk ordusu geri çəkilməyə 
başlayaraq, Sakarya çayının şərqinə toplandı. Yunan ordusu 23 
avqust  1921-ci  ildə  Sakaryadakı  türk  mövqelərinə  yenidən 
hücuma  başladı.  Yunanların  hücumu  bir  çox  yerlərdə  türklər 


 
126
tərəfindən  dayandırıldı.  Sakarya  döyüşü  1921-ci  il  sentyabrın 
13-də türklərin qələbəsi ilə başa çatdı.  
Yunanların tutduqları bu son mövqelərdən də qovulmaları, 
türk  ordusundan  qəti  nəticəli  bir  döyüşə  girməyi  tələb  edirdi. 
Ancaq  bu  yol  ilə  düşmənin  Anadoludan  tamamilə  çıxarılması 
mümkün  ola  bilərdi.  Baş  komandan  tərəfindən  incəliklərinə 
qədər hazırlanan hücum planı 27 iyul 1922-ci ildə ordu koman-
danlarına  bildirildi.  Onların  da  fikirləri  nəzərə  alınaraq  Qərb 
cəbhəsi  ordularına  6  avqust  1922-ci  ildə  gizli  olaraq  “hücuma 
hazırlıq” əmri verildi. 26 avqust 1922-ci ildə Qərb cəbhəsində 
türklərin  böyük  hücumu  başladı.  Yunanları  işğal  etdikləri 
ə
razilərdən  qovaraq  9  sentyabr  1922-ci  ildə  türklər  zmirə 
çatdılar və şəhəri yunanlardan azad etdilər. 11 oktyabr 1922-ci 
ildə Antanta dövlətləri və Yunanıstan Mudanya şəhərində Tür-
kiyə  ilə  barışıq  imzaladılar,  hərbi  əməliyyatlar  dayandırıldı. 
Müqaviləyə  görə,  Ədirnə  də  daxil  olmaqla  Şərqi  Frakiyanın 
yunanlar  tərəfindən  tərk  edilməsi  qəbul  edildi.  1922-ci  il 
noyabrın 1-də TBMM-in qərarı ilə sultanlıq ləğv edildi. Sultan 
1922-ci  il  noyabrın  17-də  ingilis  hərbi  gəmisində  Maltaya, 
ngiltərə himayəsi altına qaçdı.  
Mustafa  Kamal  TBMM-dəki  mühafizəkar  ünsürlərin  təsi-
rini azaltmaq üçün Məclisin 1923-cü il aprelin 1-də özünü bu-
raxmaq haqqında qərar qəbul etməsinə nail oldu. Mustafa Ka-
mal paşanın tərəfdarları seçkilərdə fəal iştirak etmək üçün Xalq 
partiyasını yaratdılar.  
Türkiyə  xalqının  milli-azadlıq  mübarizəsinin  qələbəsi 
Antanta  dövlətlərinin  planlarını  boşa  çıxardığı  üçün  onlar 
Lozanna  konfransını  çağırmağa  məcbur  olmuşdular.  Lozanna 
sülh  konfransı  1922-ci  il  noyabrın  20-də  sveçrənin  Lozanna 
şə
hərində  açıldı.  ki  aydan  artıq  davam  edən  müzakirələrdən 
sonra Lozanna konfransında əsas məsələlər üzrə razılığa gəlin-
mədiyi üçün 1923-cü il fevralın 4-də konfrans işini dayandırdı. 
Konfransın  ikinci  sessiyası  öz  işinə  1923-cü  il  aprelin  23-də 
başladı.  Antanta  dövlətləri  ilə  Türkiyə  arasında  uzun  danışıq-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə