Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   39   40   41   42   43   44   45   46   ...   68

 
130
mələ əsaslanması idi. Atatürk inqilabları dünyəvi cəmiyyət sis-
temini  qəbul  etməklə  özündən  əvvəlki  inqilabi  hərəkatlardan 
köklü  surətdə  fərqlənir.  Bu  inqilablar  türk  millətinin  müasir-
ləşmə  yolundakı  ehtiyac  və  istəklərinə  tam  uyğun  formada 
həyata keçirilirdi. Atatürk inqilabları iqtisadi və sosial həyatda 
öz bəhrəsini verdi. Milli sənaye  yarandı, kənd təsərrüfatı  yük-
səldi.  
1925-ci  ildə  SSR   ilə  Türkiyə  arasında  üç  il  müddətinə 
hücum etməmək və bitərəflik haqqında müqavilə bağlanmışdı. 
1938-ci  ilədək  həmin  müqavilənin  müddəti  bir  neçə  dəfə  artı-
rılmışdı. XX əsrin 20-30-cu illərində SSR  ilə Türkiyə arasında 
iqtisadi  əməkdaşlığa  dair  bir  neçə  saziş  imzalanmışdı.  Bu 
illərdə  Türkiyə  bir  sıra  digər  dövlətlərlə  də  iqtisadi  və  siyasi 
ə
laqələr qurmağa başlamışdı. Bütün bu inkişafların nəticəsində 
Millətlər  Cəmiyyəti  1932-ci  ildə  Türkiyəni  sülh  yolunda  gös-
tərdiyi  səyləri  ilə  bağlı  üzvlüyə  dəvət  etdi.  Millətlər  Cəmiy-
yətinin  böyük  dövlətlərin  mənfəətlərini  qoruyan  bir  qurum 
halına  gəlməsinə  baxmayaraq,  Türkiyə  sülhün  qorunması  isti-
qamətində  yaxşı  niyyətini  göstərmək  məqsədi  ilə  1932-ci  ilin 
iyulunda bu quruma üzv oldu.     
XX əsrin 30-cu illərinin əvvəllərində  taliyanın Aralıq dəni-
zində fəallaşması ilə bağlı Qara dəniz boğazlarının əhəmiyyəti 
artdı.  taliya  Dodekanez  adalarında  hərbi  bazalar  yaratmışdı. 
Türkiyə boğazlar rejiminə yenidən baxılmasını tələb edirdi. 30-
cu  illərdə  Avropada  beynəlxalq  münasibətlər  Türkiyənin 
xeyrinə  dəyişməyə  başladı.  1935-ci  ilin  dekabrında  ngiltərə 
Türkiyə, Yunanıstan və Yuqoslaviyaya vəd etdi ki,  taliya təca-
vüzü  zamanı  onları  müdafiə  edəcək.  SSR   də  Türkiyənin 
mövqeyini müdafiə edirdi. 1936-cı ilin aprelində türk hökuməti 
Lozanna  müqaviləsini  imzalayan  dövlətlərə  boğazlar  məsələ-
sinə  yenidən  baxmaq  haqqında  müraciət  etdi.  Türk  höku-
mətinin bu müraciətinə müsbət cavab verildi. 1936-cı ilin iyu-
nun 22-də  sveçrənin Montre şəhərində doqquz dövlətin iştirakı 
ilə  Qara  dəniz  boğazlarının  rejiminə  dair  konfrans  keçirildi. 


 
131
Konfransda  taliya nümayəndə heyəti iştirak etmədi. Konfrans 
iştirakçıları Türkiyə nümayəndə heyətinin təkliflərinə prinsipcə 
razı oldular. 1936-cı ilin iyulun 20-də Qara dəniz boğazlarının 
rejiminə  dair  Montre  konvensiyası  imzalandı.  Konvensiyaya 
görə boğazlar zonasında Türkiyənin hüquqları tamamilə bərpa 
edildi.  Boğazlardan  keçməyə  nəzarət  və  müşahidə  hüququ 
Türkiyəyə verildi. Bütün ölkələrin ticarət gəmiləri boğazlardan 
sərbəst keçmək hüququ aldılar. Dinc dövrdə boğazlardan Qara 
dəniz  dövlətlərinin  bütün  hərbi  gəmiləri  keçə  bilərdi.  Boğaz-
lardan  Qara  dənizə  çıxışı  olmayan  dövlətlərin  yalnız  yüngül 
hərbi  gəmilərinin  keçməsi  nəzərdə  tutulmuşdu.  Bu  gəmilər 
Qara dənizdə üç həftədən çox qalmamalı idi. Türkiyənin iştirak 
etmədiyi  müharibə    zamanı  boğazları  müharibə  aparan  döv-
lətlərin  hərbi  gəmiləri  üçün  bağlaya  bilərdi.  Türkiyə  mühari-
bədə iştirak edərdisə, türk hökuməti boğazlar rejimini özü tən-
zimləməli  idi.  Montre  konvensiyası  heç  bir  iştirakçı  dövlət 
tərəfindən  ləğv  edilməmiş  olduğundan  hələ  də  qüvvədə 
qalmaqdadır.  
ngiltərənin  razılığı  olmasaydı,  Türkiyənin  boğazlar  reji-
mini  bu  dərəcədə  öz  xeyrinə  dəyişdirməsi  mümkün  ola  bil-
məzdi.  ngiltərənin Türkiyəyə qarşı bu cür davranışı  taliyanın 
Şə
rqi Aralıq dənizi bölgəsində ortaya çıxardığı təhlükədən irəli 
gəlmişdi.  Belə  bir  təhlükəyə  qarşı  ngiltərə  Türkiyədə  özünə 
möhkəm  bir  dayaq  görmüş  və  Türkiyəni  öz  tərəfinə  çəkmək 
istəmişdi.  Montre  konvensiyasından  sonra  türk-ingilis  müna-
sibətləri daha da inkişaf etmişdi.  
Lozanna  konfransından  sonra  yeni  bir  dövlətin  qurul-
masında,  sultanlığın  və  xəlifəliyin  qaldırılmasında,  dünyə-
viliyin və digər islahatların həyata keçirilməsində Atatürkün ilk 
məsləhətçisi  həmişə  smət  paşa  olmuşdur.  Bu  səbəblərə  görə 
idi  ki,  Mustafa  Kamal  Atatürk  1938-ci  ildə  öldükdən  sonra 
onun davamçısı  s-mət paşa oldu. Gerçək bu idi ki,  smət  nönü 
olduqca qarışıq və sonu müəyyən olmayan dünya şərtləri içində 
prezidentlik  vəzifəsini  boynuna  götürmüşdü  və  ediləcək  kiçik 


 
132
bir  səhv  ölkə  həyatını  təhlükəyə  ata  bilərdi.  Onu  qarşıda  tək 
dünya  müharibəsinə  olan  ehtimallar  deyil,  mənimsədiyi  sis-
temin ağır məsuliyyətləri də gözləyirdi. 
1939-cu ilin sentyabrında ikinci dünya müharibəsi başladı. 
Türkiyənin  bu  müharibədə  heç  bir  istəyi  və  iddiası  yox  idi. 
Ə
sas məsələ ölkənin varlığının davamını təmin etmək və qoru-
maq idi. Lakin ölkənin coğrafi mövqeyi onu problemlər içində 
çıxılmaz  vəziyyətə  salırdı.  Lakin  smət  nönü  müharibəyə 
girməyi  heç  düşünmürdü.  nönünün  siyasəti  ölkəni  hər  nə  ba-
hasına  olursa  olsun  müharibədən  uzaq  tutmaq  idi.  Çünki  Tür-
kiyənin  nə  yeni  torpaqlar  qazanmaq  istəyi,  nə  də  əlindən 
çıxmaması  üçün  qorumağa  çalışdığı  müstəmləkə  torpaqları 
vardı.  
Diplomatik  mübarizədə  Türkiyəni  öz  tərəfinə  çəkmək  və 
Balkanlara  sahib  olmaq  başlıca  yer  tuturdu.  1941-ci  il  iyulun 
18-də  Almaniya  ilə  Türkiyə  arasında  dostluq  və  hücum  etmə-
mək haqqında müqavilə imzalandı. Bu müqavilə ilə Almaniya 
özünün  cənub  sərhədlərinin  təhlükəsizliyini  təmin  etdi.  Bu 
müqavilə  ilə  qəribə  bir  vəziyyət  yaranmışdı.  Türkiyə  ngiltərə 
ilə müttəfiq idi, SSR  ilə Türkiyə arasında da hücum etməmək 
haqqında razılıq var idi. Bir sözlə imzalanan bu müqavilələr ilə 
Türkiyə  bitərəfliyini  qoruyub  saxlaya  bilmişdi.  Lakin  Türkiyə 
üzərində  müttəfiqlərin  təzyiqi  artırdı.  Müttəfiqlər  Türkiyənin 
Almaniya ilə olan əlaqələrini yaxşı qarşılamırdılar. Hətta SSR  
Türkiyənin  ona  hücum  edə  biləcəyini  ya  da  alman  ordusuna 
tranzit keçid icazəsi verə biləcəyini düşünərək narahat olurdu.  
Almaniya  Türkiyənin  müharibəyə  girməsini  təmin  etmək 
üçün Egey adaları ilə birlikdə Trakya və Qafqazda ona torpaq 
vəd etdi. Buna qarşılıq  nönünün cavabı belə oldu: “Türkiyənin 
torpaq  tələbi  yoxdur.  ngiltərə  ilə  ittifaqına  da  xəyanət  edə 
bilməz.  Lakin  Almaniya  Türkiyəyə  hücum  etmədiyi  təqdirdə, 
Türkiyə  Almaniyanın  hər  hansı  bir  dövlətlə  apardığı  müha-
ribədə tərəfsiz qalacaq və hücum etməyəcəkdir”.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə