163
doğru hücuma başladılar. Sovet qoşunlarının bir hissəsi müha-
sirəyə düşdü. Göstəriş olmadan geri çəkilmək üçün sərt cəza
tədbirləri tətbiq olundu. Buna yol verən komandirlər və ko-
missarlar Vətən xainləri elan edilirdilər.
Almanlar Qafqazda və Volqaboyunda məğlubiyyətə uğra-
dıqdan sonra faşist Almaniyası anladı ki, yerli xalqların köməyi
olmadan bu əraziləri ələ keçirmək mümkün deyildir. Mühari-
bənin əvvəlində on minlərlə sovet əsgəri əsir götürüldülər.
Bunların arasında qazaxlar, özbəklər, qırğızlar, türkmənlər və
digər xalqlar var idi. Bunların 80 faizi faşist düşərgələrindəki
qeyri-insani şəraitə dözməyərək məhv oldu. Qalanları isə 1943-
cü ilin mayında yaradılan “azad türk diviziyası”nda birləşdilər.
Diviziyanın tərkibində Azərbaycan legionu da var idi.
Azərbaycan legionu müstəqil Azərbaycan dövlətinin yaranması
uğrunda Almaniya tərəfindən Qafqaz uğrunda gedən döyüş-
lərdə iştirak edirdi. “Azad türk diviziyası”nın tərkibinə Krım və
Volqaboyu tatarları da daxil olmuşdu. Lakin mühacirlərin
Almaniya hökuməti təmsilçiləri ilə danışıqları heç də uğurlu
getmirdi. Belə ki, mühacirlərin müstəqillik uğrunda apardıqları
mübarizə almanlar tərəfindən qəbul edilmirdi. Belə olduqda,
Məmməd Əmin Rəsulzadə və Şimali qafqazlı Səid Şamil
Almaniyadan çıxıb getmək məcburiyyətində qaldı. 1943-cü ilin
payızında Almaniya hökumətinin köməyi ilə Berlində
Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Fətəlibəyli-
Düdəginski bu “hökumətin” başçısı oldu. Alman hökuməti
“mühacir Azərbaycan hökumətini” tanıdı. Bu hökumət 1944-cü
ilin qışına qədər fəaliyyət göstərdi. Müharibə başa çatdıqdan
sonra Azərbaycan legionunun hissələri tamamilə dağıldı.
Faşizmə qarşı mübarizədə Sovet imperiyası tərkibində olan
xalqlar, o cümlədən türk xalqları fəal iştirak etmişdilər. Onların
bütün maddi, mənəvi və insan ehtiyatları sovet-alman müha-
ribəsinə səfərbər edilmişdi. Bu xalqların da yerüstü və yeraltı
sərvətləri müharibənin ehtiyaclarına yönəldilmişdir. Həmin
xalqlardan müharibəyə səfərbərliyə alınanlardan 80 milli
164
diviziya və briqada yaradılmışdır. Onlar öz doğma vətənlərin-
dən uzaqlarda “vətəni” müdafiə etmiş, çoxları öz həyatlarını
qurban vermişdilər. Buna cavab olaraq isə Sovet rəhbərliyi bir
sıra xalqları, o cümlədən Krım tatarlarını, bulqarları, qaraçay-
lıları, balkarları , ahıska türklərini və başqalarını öz doğma və-
tənlərindən, guya cəbhədən uzaq yerlərə-Sibirə, Orta Asiyaya
köçürmüşdü. Köçürülənlərin çoxu düşdükləri şəraitə dözə
bilməyərək həlak olurdular.
1942-ci ildə Sovet rəhbərliyi bütün Azərbaycan xalqını
Şə
rqə-Sibirə köçürmək istəyirdi. Burada, şübhəsiz ki, Qafqazda
gedən döyüşlərdə azərbaycanlıların türklərlə birləşəcəyi barədə
təbliğatın da rolu olmuşdur. Lakin respublika rəhbərliyi Stalini
inandıra bildi ki, azərbaycanlıların köçürülməsi, neft, pambıq
kimi strateji məhsulların istehsalının azalmasına səbəb olar və
orduda döyüşən azərbaycanlı əsgərlərə pis təsir göstərər.
1945-ci il mayın 8-də faşist Almaniyası danışıqsız təslim
olmaq aktını imzaladı. Almaniyanın təslim olmasından sonra
müttəfiqlər Uzaq Şərqdə, Yaponiya ilə müharibəni başa çat-
dırmağa başladılar. SSR -nin Yaponiyaya qarşı müharibəyə
girməsi hələ Krım konfransında müəyyənləşdirilmişdi. Ona
görə də SSR 1945-ci il avqustun 8-də Yaponiyaya müharibə
elan etdi. 1945-ci il sentyabr ayının 2-də Yaponiyada təslim
olmaq haqqında aktı imzaladı. Beləliklə, dünya tarixində baş
vermiş ən dəhşətli müharibə- kinci Dünya müharibəsi başa
çatdı. kinci dünya müharibəsi bəşəriyyətə ağır zərbə vurdu.
Milyonlarla insan həlak və şikəst oldu, minlərlə şəhər, kənd və
məntəqə tamamilə dağıdıldı. Dünya iqtisadiyyatına böyük
zərbə vuruldu.
3.
Türk xalqları 50-80-ci illərdə
Müharibədən sonrakı illərdə Qazaxıstan SSR -nin xalq
təsərrüfatının bərpasında fəal iştirak etmişdir. 50-60-cı illərdə
Qazaxıstanda 900-dən çox iri sənaye müəssisəsi və sexi tikilib
165
işə salındı. Ust-Kamenoqorsk titan-maqnezium kombinatının,
Pavlodar alüminium və alüminium oksidi zavodunun, Şərqi
Qazaxıstanda sink zavodunun, Turqay boksit mədənlərinin
yaradılması, mövcud əlvan metallurgiya müəssisələrinin yeni-
dən qurulması və genişləndirilməsi ölkədə əlvan metal isteh-
salında Qazaxıstanın rolunu daha da artırdı. Karaqanda metal-
lurgiya kombinatı tikildikdən sonra Qazaxıstan qara metal-
lurgiyanın da mühüm bazasına çevrildi. Turqay düzündəki na-
dir dəmir filizi yatağı əsasında ildə 26,5 milyon ton filiz verən
Sokolovo-Sarbay filizsaflaşdırma kombinatı yaradıldı. Bu
kombinat Cənubi Ural və Qazaxıstan qara metallurgiya səna-
yesinin əsas xammal bazasına çevrildi. Karaqanda və Ekibastuz
kömür hövzələrində yeni şaxtalar tikildi. Respublikada sənaye
məhsulu istehsalı 2,1 dəfə artdı.
50-60-cı illərdə Sovet ttifaqında xam və istifadəsiz torpaq-
ların istifadə edilməsi proqramı həyata keçirildi. Qazaxıstanda
bu müddətdə 4 milyon hektardan çox xam torpaq əkin üçün
yararlı hala gətirilməli idi. Bu məqsədlə respublikaya minlərlə
insan köçürüldü.
60-80-ci illərdə Qazaxıstan kommunist partiyasına Din-
muxamed Kunayev rəhbərlik etmişdir. Onun dövründə də res-
publikada sənayeləşmə davam etdirildi, Alma-Atada, Karaqan-
dada, Ekibastuzda, Pavlodarda iri müəssisələr, energetika ob-
yektləri, dəmir və avtomobil yolları tikildi. Qazaxıstana digər
respublikalardan köçürmələr davam etdirilirdi, lakin, Kunayev
qazax rəhbər kadrlarının irəli çəkilməsinə kömək edirdi. 50-ci
illərin sonunda qazax etnosu Qazaxıstan əhalisinin cəmi 30 fai-
zini təşkil edirdi. 70-ci illərdən başlayaraq Qazaxıstanda yerli
ə
halinin sayı tədricən artmağa başladı ki, bu da etnik balansın
dəyişməsi ilə nəticələndi. Yalnız 1989-cu ildə qazaxlar öz
tarixi vətənlərində üstünlük təşkil etməyə başladılar. 1989-cu il
SSR əhalisinin siyahıya alınmasına görə “ikinci böyük etnik
qrup olan ruslar Qazaxıstan əhalisinin 37,8 faizini təşkil
etmişlər”. Respublikanın yeddi vilayətində isə ümumiyyətlə,
Dostları ilə paylaş: |