Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 
 
Cədvəl  2.6-da  kənd  təsərrüfatında  2000-2013-cü  illərdə  istehsal  edilmiş 
bitkiçilik  məhsullarının  artım  dinamikası  təqdim  edilmişdir.  Göründüyü  kimi 
Azərbaycanın  SSR   tərkibində  olduğu  dövrlərdə  strateji  bitkiçilik  növləri  hesab 
edilən pambıq  və  tütün  istehsalı  bəzi  illər  istisna olmaqla ümumilikdə  ilbəil azalma 
templəri  nümayiş  etdirməkdədir.  Pambıq  istehsalı  2004-2005-ci  illərdə  artsa  da, 
sonradan  azalma  yenidən  davam  etmiş,  2010-cu  ilə  nəzərən  2011-ci  ildə  yenidən 
güclü  artım  qeydə  alınmış,  lakin  növbəti  illərdə  yenidən  azalma  templəri  qeydə 
alınmış  və  2013-cü  ilə  pambıq  istehsalı  2011-ci  ildəkinə  nəzərən  təxminən  30% 
azalmışdır.  Bunların  əvəzində  isə  tərəvəzin,  ərzaqlıq  bostan  bitkilərinin,  ,  dənli  və 
dənli  paxlalılarla  (bu  bitki  növü  üzrə  2009-cu  ildə  istehsal  öz  pikinə  çatmışdır, 
növbəti ildə azalsa da 2010-cu ildən başlayaraq yenidən artım nümayiş etdirmişdir ) 
kartofun  istehsal  həcmi  bəzi  illərdə  kənarlaşmalar  nəzərə  alınmasa  ümumi  artım 
templəri nümayiş etdirmişdir.
 
Cədvəl 2.6 
Bitkiçilik məhsullarının istehsalı (min tonla) 
llər   
Dənli və 
dənli  
paxlalılar 
Pambıq 
Tütün  
Kartof                                       
Tərəvə
Ə
rzaqlıq 
bostan 
bitkiləri 
2000 
1 540,2 
91,5 
17,3 
469,0 
780,8 
261,0 
2001 
2 016,1 
83,6 
12,7 
605,8 
916,4 
290,9 
2002 
2 195,9 
80,4 
3,3 
694,9 
974,6 
330,3 
2003 
2 057,8 
99,6 
4,7 
769,0 
1 046,3 
356,7 
2004 
2 158,2 
135,7 
6,5 
930,4 
1 076,2 
355,3 
2005 
2 126,7 
196,6 
7,1 
1 083,1 
1 127,3 
363,8 
2006 
2 078,9 
130,1 
4,8 
999,3 
1 186,4 
362,1 
2007 
2 004,4 
100,1 
2,9 
1 037,3 
1 227,3 
417,6 
2008 
2 498,3 
55,4 
2,5 
1 077,1 
1 228,3 
407,7 
2009 
2 988,3 
31,9 
2,6 
983,0 
1 178,6 
410,8 
2010 
2000.5 
38.2 
3.2 
953.7 
1189.5 
433.6 
2011 
2458.4 
66.4 
3.6 
938.5 
1214.8 
478.0 
2012 
2802.2 
57.0 
4.3 
968.5 
1216.2 
428.0 
2013 
2955.3 
45.2 
3.5 
992.8 
1236.3 
429.8 
 
2012-ci ildə 1030.8 min hektar (qarğıdalı daxil edilməklə) taxıl sahəsi biçilmiş 
və 2802.2  min  ton  məhsul götürülmüşdür.  Hektarın  orta  hesabla  məhsuldarlığı 27.2 
sentner olmuşdur. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 14 faiz və 


ya 343.8 min ton, məhsuldarlıq isə 1.8 sentner artmışdır. Dənli və dənli paxlalıların 
tərkibində  payızlıq  və  yazlıq  buğda  əsas  yer  tutur.  Belə  ki,  istehsal  olunmuş  taxıl 
məhsulunun  65.9  faizini  və  ya  1847.4  min  tonunu  buğda  təşkil  etmişdir. 
Hesabat  ilində  sahələrdən  968.5  min  ton  kartof,  1214.9  min  ton  tərəvəz  bitkiləri, 
428.0 min ton ərzaq üçün bostan məhsulları toplanmışdır. 
2012-ci  ildə  cəmi  4.3  min  ton  tütün  yarpağı  yığılmışdır.  2011-ci  illə 
müqayisədə  tütün  istehsalı  19.3  faiz  (0.7  min  ton)  və  məhsuldarlıq  3  sentner 
artmışdır. 2012-ci ildə 3.6 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilmişdir. 
Hektardan 337 sentner məhsul götürülməklə 175.7 min ton şəkər çuğunduru istehsal 
edilmişdir. 2012-ci ildə meyvə və giləmeyvə istehsalı 2011-ci ilə nisbətən 44 min ton 
(5.7 faiz), üzüm istehsalı 13.1 min ton (9.6 faiz) və çay yarpağı istehsalı 33.8 ton (6.3 
faiz) artaraq müvafiq olaraq 809.8 min tona,150.1min tona və 567.9 tona çatmışdır. 
Təsərrüfatlarda  payızlıq-tarla  işləri  başa  çatmışdır.  Gələn  ilin  məhsulu  üçün  təmiz 
herik şumu da daxil olmaqla 1079.2 min hektar şumun 93.4 faizi əkin üçün istifadə 
edilmiş  və  2013-cü  ilin  məhsulu  üçün  1008.2  min  hektarda  dən  və  yaşıl  yem  üçün 
payızlıq bitkilər səpilmişdir. Bunun da 997.4 min hektarı və ya 98.9 faizi dən üçün 
nəzərdə  tutulmuşdur.  Dənlik  taxılın  69.2  faizi  və  ya  690.5  min  hektarı  buğda  əkini 
sahəsidir. 2011-ci illə müqayisədə taxılın əkin sahəsi 4.3 faiz, o cümlədən buğdanın 
ə
kin sahəsi 0.2 faiz genişlənmişdir. Kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlıq 
sahəsində  mal-qaranın  baş  sayı  və  heyvandarlıq  məhsulları  istehsalı  dinamik  olaraq 
artır.  Son  illər  sürünün  cins  tərkibinin  yaxşılaşdırılması  istiqamətində  görülmüş 
müəyyən  işlər  mal-qaranın  baş  sayının  və  heyvandarlıq  məhsullarının  artmasına  öz 
müsbət təsirini göstərmişdir. 
2013-cü ilin 12 ayı ərzində 1073.7 min hektar payızlıq və yazlıq dənli və dənli 
paxlalı bitkilərin sahəsi biçilmiş və 2961.9 min ton məhsul götürülmüşdür. Hektarın 
orta  hesabla  məhsuldarlığı  27.6  sentner  olmuşdur.  2012-ci  ilin  müvafiq  dövrü  ilə 
müqayisədə  taxıl  istehsalı  5.7  faiz  və  ya  159.7  min  ton  artmışdır. 
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Belə ki, 
istehsal olunmuş taxıl məhsulunun 64.1 faizini və ya 1898.1 min tonunu buğda təşkil 
etmişdir.Yanvar-dekabr  aylarında  sahələrdən  992.7  min  ton  kartof,  1232.8  min  ton 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə