Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə38/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   34   35   36   37   38   39   40   41   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

83 


1)  Əhalinin  mallara  və  xidmətlərə  olan  tələbatının  yüksək  səviyyədə 

ödənilməsi üçün azad rəqabət mexanizminin işə düşməsi;  

2) Məhsulun, xidmətin  və işin çeşidinin və keyfiyyətinin artırılması;  

3) Məhsul və xidmətlərin konkret müştərilərə yönəldilməsi;  

4)  qtisadiyyatın strukturunun yenidənqurulmasına təsiri;  

5) Əhalinin şəxsi vəsaitinin istehsala cəlb edilməsi;  

6) Yeni və əlavə iş yerlərinin təşkil olunması; 

7)  Şəxsiyyətin  istedadının  və  yaradıcılıq  qabiliyyətinin  tam  üzə 

çıxarılması;  

8) Əhalinin müxtəlif qruplarının fəal işə cəlb olunması;  

9) Fərdi sahibkarlığın inkişaf etdirilməsi;  

10) Elmi-texniki tərəqqinin inkişafı;  

11) Yerli xammaldan istifadə edilməsi. 

Kiçik  müəssisələrin  çətinlikləri  sırasında  olan    sərmayə  qıtlığı  bu 

müəssisələri orta təsərrüfat subyektləri səviyyəsinə qədər yüksəlməyə imkan 

vermir.  stehsalı  təşkil  edib,  inkişafa  aparmaq  üçün  hər  zaman  kredit  alma 

imkanları olmur, olsa da, banklar kiçik həcmli kreditləri yüksək faiz

 

dərəcə-



ləri  ilə  verirlər.  Yerli  təbii  sərvətlərdən  tam  və  səmərəli  istifadə  etməkdə 

gücsüzdülər.Daha  yüksək  ixtisaslı  mütəxəssislərin  işə  cəlb  olunması  və  ya 

hazırlanmasında geniş imkanlara malik deyillər. Kiçik müəssisələrdə, adətən 

sahibkar da, menecer də, işçilər də başqa sənət sahibləri olduqlarından və ya 

təcrübəsizliklərindən  xətalar  çox  olur,  müflisləşmə  ehtimalı  yüksəkdir. 

Kiçik müəssisələr xammal və materialları kiçik həcmdə aldıqlarından xam-

malı  onlara  ucuz  vermirlər.  Nəticədə  buraxılan  malın  maya  dəyəri  yüksək 

olur. 


Bundan əlavə kiçik müəssisələrin səmərəliliyi son məhsulun istehsalı 

üçün  zəruri  olan  yarımfabrikatların  və.  s.  buraxılışında  da  özünü  göstərir. 

Bütün  bunlar  isə  cəmiyyətin  iqtisadi  həyatında  kiçik  müəssisələrin  rolu  və 

yerinin  müəyyən  edilməsinə  kompleks  yanaşmanın  zəruriliyini  əsaslandır-

mağa imkan verir. Xırda və orta müəssisələrin fəaliyyətinə  əsaslanan kiçik 

sahibkarlığın çox böyük ehtiyat mənbələri mövcuddur. 

Kiçik biznesin inkişafı ilk növbədə onun maliyyə təminatı ilə şərtlənir. 

Dünya  təcrübəsindən

 

məlum  olduğu  kimi,  kiçik  biznesin  formalaşması  və 



inkişafı

 

üçün  lazım  olan  kapitalın  əldə  olunması  həmişə  aktual  problem 



olmuşdur. 

Hər bir müəssisənin iqtisadi fəaliyyəti maliyyə vəsaitinin mövcudluğu 

ilə bağlıdır. Məhz buna görə də hər bir sahibkarlıq subyektinin əsas məqsədi 

öz  maliyyə  vəsaitlərinin  həcmini  artırmaqdır.  Sahibkar  öz  fəaliyyətinin 

formalaşması və inkişafında daxili və xarici maliyyə mənbələrindən istifadə 

edir. 


Daxili  maliyyə  mənbələrinə  dövlət  büdcəsindən  maliyyələşmə,  əhali 

yığımları,  müəssisələrin  topladıqları  vəsait,  kommersiya  bankları,  inves-




Бизнесин тяшкили вя идаря едилмяси 

84 


tisiya  fondları  və  şirkətləri,  qeyri-dövlət  pensiya  fondları,  sığorta  şirkətlə-

rinin vəsaitləri daxildir. Xarici maliyyə mənbələrinə isə xarici investisiyalar, 

xarici kredit və borclar aiddir. 

Qeyd  edək  ki,  hal-hazırda  kiçik  biznesin  əsas  maliyyə  mənbəyi  kimi 

dövlət büdcəsindən sahibkarlığın inkişafına yönəldilmiş vəsaitlər çıxış edir.  

 

Məhz  bunlara  görə  dövlətin  sahibkarlığa  köməyi,  onun  fəaliyyətinə 



dəstək üçün büdcədən müəyyən məbləğdə vəsaitinin ayrılması olduqca va-

cibdir.  Dövlət  tərəfindən  ayrılan  maliyyə  yardımları  qəbul  olunmuş  proq-

ramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrant-

lar,  kreditlərə  təminat  verilməsi,  lizinqin  təşkili,  sahibkarlara  xidmət  gös-

tərən  maliyyə-kredit  qurumlarına  stimullaşdırıcı  tədbirlərin  tətbiqi  forma-

sında həyata keçirilir. 

Son  illərdə  respublikamızda  kiçik  biznesin  inkişafına  çoxşaxəli  ma-

liyyə  köməyi  sisteminin  formalaşdırılması,  maliyyə  dəstəyinin  reallaşdırıl-

ması  mexanizmlərinin  beynəlxalq  standartlara  uyğunlaşdırılması  istiqamə-

tində  tədbirlər  həyata  keçirilir.  Bu  məqsədlə  1993-cü  ildən  fəaliyyət  gös-

tərən Sahibkarlığa Kömək Milli Fondu «Azərbaycan Respublikasında kiçik 

və orta sahibkarlığa dövlət köməyi Proqramı» və «Kiçik Sahibkarlığa dövlət 

köməyi  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  əsasında  dövlət  büd-

cəsindən  kiçik  sahibkarlığın  inkişafına  yönəldilən  vəsaitin  bölüşdürülməsi 

və istifadəsini təmin edir. 

Kiçik  biznesin  dövlət  dəstəyi  əsasında  formalaşan  maliyyə  mənbələ-

rindən  biri  də  vergi  güzəştləridir.  nvestisiyalaşdırılmış  vergi  kreditləri  de-

dikdə  sahibkarlıq  müəssisələrinə  gəlirə  tətbiq  edilən  vergilər  üzrə  edilmiş 

güzəştlərin məcmusu başa düşülür.  Həmin  kreditlər  yerli  və  regional ver-

gilər üzrə 1 ildən 5 ilə qədər tətbiq edilə bilər. Vergi güzəştləri sahibkarlara 

aşağıdakı hallarda tətbiq edilir: 

- Firma tərəfindən elmi-tədqiqat işlərinin və ya istehsalın yenidən təş-

kilinin həyata keçirildiyi hallarda. O cümlədən, əlillər üçün yeni iş yerlərinin 

açılması  və  təbiətin  mühafizəsi  istiqamətində  aparılan  yenidənqurma  işlə-

rində də tətbiq oluna bilər; 

- Firma tərəfindən innovasiya fəaliyyətinin həyata keçirilməsi zamanı. 

Həmçinin,  yeni  xammal  və  materialların  əldə  edilməsi  üçün  müəssisəyə 

müasir texnikanın gətirilməsi halında da nəzərdə tutulur; 

-  Əgər,  firma  regionun  inkişafı  üçün  və  həmçinin  əhalinin  sosial  və-

ziyyəti ilə bağlı xüsusi əhəmiyyətli işlər görürsə bu güzəştlərdən istifadə et-

mək hüququnu əldə etmiş olur.  nvestisiyalaşdırılmış vergi kreditləri firma-

nın  ərizəsinə  əsasən  maliyyə  təşkilatı  ilə  bağlanmış  müqavilə  əsasında  ve-

rilir. 

 

Bundan başqa, sahibkarlığın maliyyə təminatının digər mənbələrindən 



biri  də  lizinqdir.  Lizinq  əsas  vəsaitlərin  əldə  edilməsi  üçün  ən  effektiv 

maliyyə-sənaye  formasıdır.  Lizinq  firmaya  başqa  firmanın  vəsaitlərini  pul 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə