Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

55
 
Birinci, müxtəlif malların idxalına normaların differensiasiyası yolu ilə idxalın 
optimal əmtəə strukturunu formalaşdırır; 
kinci,  qiymət  əmələgəlmə  mexanizminin  tərkib  hissəsi  olaraq,  müəssisələrin 
təsərrüfat fəaliyyəti nəticələrinə və sosial vəziyyətə təsir göstərir; 
Üçüncü,  xarici  rəqabətin  çox  ziyan  yetirə  biləcəyi  ayrı-ayrı  milli  iqtisadiyyat 
sahələrini müdafiə edir; 
Dördüncü,  fəal  xarici  ticarət  siyasəti  yürütməyə,  milli  əmtəələrin  bazara 
çıxarılmasını yaxşılaşdırmaq haqqında ticarət danışıqları gedişində tərəfdaşlara təzyiq 
göstərməyə, azad ticarət zonaları, gömrük birlikləri yaratmağa imkan verir; 
Beşinci,  ölkənin  ixrac  və  idxal  nisbətini  optimallaşdırmağa  və  beləliklə, 
valyuta  xərclənmələri  və  gəlirləri  nisbətini  optimallaşdırmağa,  əlverişli  ticarət 
balansına  nail  olmağa  kömək  edir.  Hər  bir  ölkənin  iqtisadiyyatında  yaranmış 
vəziyyətə uyğun olaraq gömrük tarifi yenidən nəzərdən keçirilir. Bu və ya digər tarif 
normaların və növlərinin tətbiqinin məqsədyönlülüyü üzə çıxır. Yalnız elmi cəhətdən 
ə
saslandırılmış tarif differensiasiyası (bir qrup sahələrə lazımi dayaq verilməsi) ölkə 
iqtisadiyyatının inkişafı üçün şərait yaradır. 
Gömrük  təcrübəsində  əsasən  «üç  tarif  sistemi  tətbiq  edilir:  tək  sütunlu,  qoşa 
sütunlu və üç sütunlu tarif sistemləri» .Tək sütunlu tarif sistemləri avtonom mahiyyət 
daşıyır  və  ölkələrə  fərq  qoymur.  Qoşa  sütunlu  tarif  sistemlərində  hər  mal  üçün  iki 
vergi dərəcəsi qoyulur. Əgər hər iki vergi qanun ilə qoyulmuşsa burada «maksimum-
minimum»  anlayışından  istifadə  edilir.  Əgər  «maksimum»  vergi  dərəcəsi  qanun  ilə 
qoyulmuşsa,  «minimum»  isə  beynəlxalq  müqavilələrlə  qoyulmuşsa  belə  bir 
vəziyyətdə  qismən  «avtonom»,  qismən  də  «razılaşdırılmış»  tarif  sistemləri  tətbiq 
edilmiş  olur.  ÜTT  üzvləri  ölkələrinin  tarif  sistemləri  iki  sütunludur.  Yüksək  tariflər 
ÜTT  üzvü  olmayanlara  tətbiq  edilir.  Minimum  tariflər  isə  ikitərəfli  müqavilələr 
bağlanaraq qarşılıqlı güzəştlər verilməsini təmin edir. Üç sütunlu (çox sütunlu) tarif 
sistemlərində üç müxtəlif vergi dərəcəsi olur. Bu sistem qoşa sütunlu tarif sisteminə 
daha  aşağı  bir  vergi  dərəcəsinin  əlavə  olunması  ilə  yaranır.  Bu  sistem  «üstünlük 
sistemi»  adlanır  və  bir  çox  ölkələr  arasında  ticarəti  təşviq  etmək  məqsədi  daşıyır.  
Hal-hazırda dünya ölkələrinin demək olar ki,  hamısı çox sütunlu tarif tətbiq  edirlər.  


56
 
Bu  gün Azərbaycanda iki sütunlu, Rusiyada isə üç sütunlu tarif tətbiq edilir. Hazırda 
dünyanın  100-dən  çox  ölkəsi  gömrük  tarifləri  tətbiq  edir.  Dünya  ölkələrinin  inkişaf 
xüsusiyyətini və tətbiq etdikləri gömrük tariflərini nəzərə alaraq onları aşağıdakı kimi 
təsnifləşdirmək olar. 
- sənayecə inkişaf etmiş ölkələrin ( EÖ) tarifləri; 

inikşaf  etməkdə  olan  ölkələrin  ( EOÖ)  tarifləri
.
  nkişaf  etmiş  ölkələrdə  tarif 
eskalasiyası  EOÖ-də  xammal  istehsalını  stimullaşdırır  və  texnoloji  geriliyi 
konservləşdirir,  belə  ki,  məhz  gömrük  vergisi  minimal  olan  xammal  məhsulları  ilə 
real  olaraq  onların  bazarına  girə  bilərlər.  Gömrük-tarif  tənzimlənməsinin  əsasını 
təşkil edən tarifin lehinə və əleyhinə olan arqumentlərə nəzər salaq
1
:
 
 
 
 
 
 
 
 
 
 
 
          
                Sxem 1.2 Tarifin lehinə və əleyhinə olan arqumentlər
 
 
Hal-hazırda  EÖ  ən  aşağı  rüsum  səviyyələrindən  istifadə  edirlər.  Belə  ki,  bu 
ölkələrin  istehsal  etdiyi   mallar  yüksək   keyfiyyətə  və  müvafiq  olaraq  yüksək 
rəqabət
 
qabiliyyətinə malik olduğuna görə bu ölkələrdə daxili bazarı qorumaq o qədər 
də aktual deyil. Sənayecə  EÖ sənayesi bir sıra əmək tutumlu məhsullar istehsal edən 
sahələrinin  məhsullarına  yüksək  gömrük  rüsumları  tətbiq  edirlər.  Bura  ilk  növbədə 
tekstil,  dəri,  ayaqqabı,  maşınqayırma  sənayesinin  məhsulları,  müəyyən  maşın  və 
avadanlıqlar aiddir. 
                                                            
1
 Свинухов  В.Г.Таможенно-тарифное  регулирование  внешнеэкономической  деятельности  и  таможенная 
стоимость
. Издательство:Homo faber. 2005 г, 271 стр. 
 
T A R   F 
L E H   N Ə 
1. Gənc sahələri mühafizə edir; 
2. Milli istehsalı stimullaşdırır; 
3. Büdcə gəlirlərinin mənbəyidir; 
4. Milli təhlükəsizliyin, mədəniyyətin  
    ənənəvi mühafizəsi 
Ə
 L E Y H   N Ə 
 
1.  qtisadi artımı ləngidir; 
2. Ticarət müharibələri; 
3. Məşğulluğun ümumi səviyyəsi 
aşağı düşür. 


57
 
EÖ-də gömrük tarifləri vasitəsilə tənzimlənmə qaydası ilk növbədə «tariflər və 
ticarət  üzrə  baş  satış»  (QATT  -  ÜTT)  əsasında  tənzim  edilir.  Hal-hazırda  bu  saziş 
ə
sasında  dövlətlər  arasında  ticarətdə  müəyyən  gömrük  rüsumları  tətbiq  edilir.  ÜTT 
dünya ticarətinin 90% əhatə edən 100-dən çox ölkəni birləşdirən bir qurumdur. ÜTT-
nin  fəaliyyətində  gömrük  rüsumlarının  ixtisarı  və  ya  ləğvi üzrə  görülən işlər xüsusi 
ə
həmiyyət kəsb edir. Belə ki, 1945-ci ildə  EÖ-ə gömrük rüsumlarının orta səviyyəsi 
40-60% təşkil etdiyi halda (bəzi mal növləri üzrə 70-90%) 90-cı illərin əvvəllərində 
3-5% qədər aşağı salınmışdır
1
.  EOÖ-in tarifləri isə idxalın tənzim edilməsində əsas 
rol  oynayır.  Bu  ölkələrin  gömrük  tarifləri  sənayecə  EÖ-in  tarif  dərəcəsindən  bir 
qədər yüksəkdir. Bildiyimiz kimi gömrük tarifləri  EOÖ-in dövlətlərin mühüm gəlir 
mənbələrindən  birini  təşkil  edir.  EOÖ  ənənəvi  olaraq  beynəlxalq  ticarətdə  xammal 
istehsalı və satışı ilə iştirak edirlər. Bu ölkələr ilk növbədə ixracat yönlü xarici ticarət 
siyasəti  yeritməklə  yanaşı  ixracat  üçün  məhsul  istehsalının  çoxaltmaq  tədbirlərini 
həyata keçirirlər. Belə ölkələrdə bir qayda olaraq tariflər və miqdar məhdudiyyətləri 
vasitəsilə yeni sənaye sahələrini xarici rəqabətdən qoruyar və inkişaf etdirilir.  EOÖ-
də ixracatı artırmaq məqsədilə dövlət tərəfindən birbaşa maliyyə yardımları, ixracata 
vergi  güzəştləri,  ixracat  üçün  ucuz  kredit  verilməsi,  xarici  bazarda  əmtəələrin  və 
xidmətlərin satışına dövlət yardımı edilir. 
Ölkələrin  bir  çoxunda  gömrük  tarifləri  idxala,  idxal  məhsullarının  qiymətlə-
rinin artırılması və bununla da daxili bazarın müdafiəsi məqsədilə qoyulur. Ona görə 
də, aşağıda bir daha çox idxal tariflərini, onların hesablanmasını, iqtisadiyyata təsirini 
və  gəlirlərinin  səviyyəsini  təhlil  edəcəyik.  Bundan  başqa  beynəlxalq  iqtisadiyyat 
nöqteyi nəzərindən, əsas şərt hər bir konkret vəziyyətdə tarifin aldığı forma və hətta, 
ayrı-ayrı  əmtəələr  üzrə  faiz  səviyyəsi  deyil,  ölkənin  gömrük  müdafiəsinin  ümumi 
səviyyəsidir.  Əgər  nəzərə  alsaq  ki,  bütün  ölkələrdə  tarif  dərəcələri  hansı  əmtəənin 
idxal olunduğundan asılı olaraq differensiallaşdırılır, onda tarif müdafiəsinin nominal 
səviyyəsi deyil, effektiv, yəni həqiqi səviyyəsinin müəyyən edilməsi xüsusi əhəmiyət 
kəsb edir. Bu haqda aşağıdakı cədvəlin məlumatlarından daha aydın təsəvvür yaranır: 
                                                            
1
 Бондаренко Н.П.  Таможенно-тарифное регулирование ВЭД. Издательство: МарТ, 2007 г.240 стр. 
 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə