Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

79
 
də növbəti  mərhələ 1994-cü ildə  başlamışdır.  Bu  mərhələdə hökumət  xarici ticarətə 
aid bütün məsələləri əhatə edən daha ətraflı qaydaları təqdim etməyə çalışırdı. 
Nazirlər  Kabinetinin  “Azərbaycan  Respublikası  xarici  ticarətin  müvəqqəti 
qaydaları  haqqında”  62  nömrəli,  15  fevral  1994-cü  il  tarixli  Qərarı  idxal  və  ixrac 
kvotaları  və  lisenziyalaşdırmasını,  xarici  ticarətdə  hesablaşma  qaydalarını  və  bəzi 
digər məsələləri əhatə etmişdir. Qısa bir müddətdən sonra, 2 iyun 1994-cü il tarixində 
bu  qaydalar  daha  ətraflı  yanaşma  ilə  fərqlənən  Nazirlər  Kabinetinin  “Azərbaycan 
Respublikasında  xarici  ticarətin  təşkili  haqqında”  222  nömrəli  Qərarı  ilə  əvəz 
olunmuşdu. 222 nömrəli Qərar tərəfindən təsdiqlənən xarici ticarətin təşkili haqqında 
qaydalarda  aşağıdakı  məsələlər  əks  olunmuşdur:  ixracın  müxtəlif  növləri  (dövlət 
sifarişi ilə malların ixracı, əmtəə birjalarında satış yolu ilə ixrac, kreditə ixrac, təkrar 
ixrac,  konsiqnasiya  yolu  ilə  ixrac,  barter  əməliyyatları,  müvəqqəti ixrac,  sərhədyanı 
ticarət,  kooperasiya  əsasında  ixrac,  kompensasiya  əsasında  ixrac)  və  ixracın 
aparılması  qaydaları,  idxalın  növləri  (Respublika  Vahid  Valyuta  Fondunun  vəsaiti 
hesabına maliyyələşdirilən idxal əməliyyatları, hüquqi şəxslərin öz vəsaitləri hesabına 
aparılan idxal əməliyyatları, konsiqnasiya ticarəti yolu ilə idxal) və idxalın aparılması 
qaydaları,  xarici  ticarətdə  hesablaşmaların  aparılması  qaydaları  və  gömrük 
orqanlarına təqdim edilməsi tələb olunan sənədlər. 
222  nömrəli  Qərar  15  noyabr  1995-ci  il  tarixdə  Nazirlər  Kabinetinin 
“Azərbaycan  Respublikasında  xarici  ticarətin  sərbəstləşdirilməsi  haqqında”  247 
nömrəli Qərarı ilə əvəzlənmişdir. 247 nömrəli Qərarın adından göründüyü kimi, onun 
məqsədi xarici ticarəti bir qədər sərbəstləşdirməkdən ibarət idi. Nazirlər Kabinetinin 
247  nömrəli  Qərarı  ilə  təsdiqlənmiş  Azərbaycan  Respublikasında  xarici  ticarətin 
təşkili  haqqında  Əsasnamədə  artıq  dövlət  sifarişi  ilə  malların  ixracı  ixracın  növləri 
sırasında göstərilməmişdir.  dxal növlərinin siyahısı da yeniləşmişdir: dövlət büdcəsi 
və  kreditlər  hesabına  idxal,  sifarişçinin  xammalı  əsasında  idxal,  konsiqnasiya 
ə
sasında idxal, rezidentlərin öz vəsaitləri hesabına idxal. 1996-cı ildən etibarən xarici 
ticarətin tənzimlənməsi AR Prezidentin Fərmanları əsasında aparılır. Lakin bu ticarə-
tin  tənzimlənməsinə  yanaşma  eyni  olaraq  qalmışdı  və  bu  Fərmanlarla  təsdiqlənən 
xarici ticarətin tənzimlənməsi qaydalarında eyni məsələlər əks olunub.  dxal və ixrac 


80
 
ə
məliyyatlarının  təsnifatı  da  demək  olar  ki,  eynidir.  Fərqlər  yalnız  xarici  ticarətdə 
hesablaşmalar  və  məhdudiyyətlər  məsələlərində  mövcuddur.  Bu  məsələlərdə 
dəyişikliklər baş verməsi yeni normativ-hüquqi aktların qəbuluna ehtiyac duyururdu. 
Məhz  buna  görə  də  bir  il  ərzində  bir-birini  əvəzləyən  üç  Fərman  qəbul  edilmişdir. 
Yenə də qeyd etmək lazımdır ki, bu dəyişikliklər ümumiyyətlə xarici ticarətin dövlət 
tərəfindən tənzimlənməsini liberallaşdırırdı. Hazırda bir sıra dəyişikliklərlə AR Prezi-
dentinin  “Azərbaycan  Respublikasında  xarici  ticarətin  daha  da  liberallaşdırılması 
haqqında”  609  nömrəli,  24  iyun  1997-ci  il  tarixli  Fərmanı  qüvvədədir.  Həmin 
Fərmanla  təsdiqlənmiş  Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının 
tənzimlənməsi  Qaydaları  xarici  ticarət  əməliyyatlarını  dörd  növə  bölür:  ixrac 
ə
məliyyatları (respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı, kreditə 
ixrac əməliyyatları, təkrar ixrac (reeksport) əməliyyatları, konsiqnasiya yolu ilə ixrac 
ə
məliyyatları,  müvəqqəti  ixrac  əməliyyatları),  idxal  əməliyyatları  (rezidentlərin  öz 
vəsaitləri  hesabına  idxal),  digər  idxal-ixrac  əməliyyatları  (AR  Nazirlər  Kabineti 
tərəfindən  aparılan  ixrac-idxal  əməliyyatları,  müvafiq  dövlət  orqanlarından  rəy  və 
lisenziya  alınmaqla  aparılan  idxal-ixrac  əməliyyatları,  barter  əməliyyatları, 
kooperasiya əməliyyatları və sərhədyanı ticarətlər) və Dövlətlərarası Sazişlərə əsasən 
ticarət  əməliyyatları.  609  nömrəli  Fərmanın  bəzi  müddəaları  digər  bölmələrdə  daha 
ə
traflı müzakirə ediləcək. Onu da qeyd etmək lazımdır ki, Xarici ticarəti tənzimləyən 
ümumi  qanunun  olmaması  bir  sıra  problemlər  yaradır.  Bu  baxımdan  xarici  ticarəti 
tənzimləyən  qanunun  olması  və  ondan  irəli  gələn  məsələlərin  Prezident  tərəfindən 
qəbul edilən normativ sənədlərlə tənzimlənməsi məqsədəuyğun olardı. 
Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 
15  yanvar  1992-ci  il  tarixli  Qərarı  əsasında  formalaşmışdır
1
.  Qərarın  nəticəsində 
keçmiş  SSR   Gömrük  Komitəsinin  Azərbaycan  Gömrük  darəsi  bazasında  yeni 
yaranmış  dövlətin  rəsmi  gömrük  orqanının  təməli  qoyulmuşdur.  Qərarda  həmçinin 
Azərbaycan Respublikasının Prezidentinə tövsiyə edilir ki, Azərbaycan Respublikası- 
nın  Gömrük  Komitəsinin  yaradılması  məsələsinə  baxsın.  Bu  tövsiyəyə  uyğun 
olaraq,  30  yanvar  1992-ci  il  tarixində  Dövlət  Gömrük  Komitəsi  AR  Prezidentinin 
                                                            
1
 Nuriyev C.Q. “Gömrük Hüququ”, Bakı, 2002
 


81
 
Fərmanı  vasitəsilə  təsis  edilmişdir.6  Gömrük  Komitəsinin  vəzifə  və  funksiyaları, 
onun  18  aprel  1992-ci  il  tarixdə  təsdiq  olunmuş  Əsasnaməsində  sadalanmışdır.  
Ə
sasnaməyə uyğun olaraq Gömrük Komitəsi Azərbaycan Respublikasının Prezidenti 
yanında  fəaliyyət  göstərən  Azərbaycan  Respublikasının  mərkəzi  gömrük  orqanı 
statusuna  malik  olmuşdur.  Gömrük  Komitəsinin  qarşısında  Azərbaycan 
Respublikasının gömrük siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının 
iqtisadi  mənafelərinin  qorunması  kimi  vəzifələr  qoyulmuşdur.  Gömrük  haqlarının, 
rüsumlarının,  vergilərinin,  başqa  məcburi  ödənişlərin  yığılması  və  büdcəsinə 
keçirilməsi qaydası AR Nazirlər Kabineti tərəfindən müəyyən edilməli idi. Bir qədər 
sonra, 1 iyun 1992- 
ci  il  tarixdə  Gömrük  Komitəsinə  gömrük  gəlirinin,  daxil  olan  gömrük 
rüsumlarının,  vergilərin  və  s.  yığılması,  uçotu  və  sistemləşdirilməsi  Azərbaycan 
Respublikası Gömrük Komitəsinə həvalə edilmişdir.  
Nazirlər  Kabineti  həmçinin  gömrük  sisteminin  inzibati  strukturunu  və  yeddi 
regional gömrükxanaları təsdiqləmişdir.  O, həmçinin, Gömrük Komitəsinə tabe olan 
elmi-informasiya hesablama mərkəzinin, gömrükxana işçiləri hazırlayan və ixtisasını 
artıran  mərkəzin,  mərkəzi  gömrük  laboratoriyasının  və  təsərrüfat  hesablı  xarici 
iqtisadi “Azərterminalkompleks”birliyinin təsis edilməsini təsdiqləmişdir. 19 yanvar 
1994-cü il tarixində gömrükxanaların sayı 12-yə çatdırılmışdır. 
Yeni  Əsasnamə  və  təşkilatı  struktur  AR  Prezidentinin  “Azərbaycan 
Respublikası  Dövlət  Gömrük  Komitəsinin  strukturunun  və  Əsasnaməsinin  təsdiq 
edilməsi  haqqında”  7  nömrəli  27  oktyabr  1998-ci  il  tarixli  Fərmanı  ilə 
təsdiqlənmişdir.  Yeni  qaydaların  təqdim  edilməsinin  səbəbi  Gömrük  Komitəsinə 
ə
lavə  vəzifələr  həvalə  edən  Gömrük  Məcəlləsinin  1997-ci  ildə  qəbul  edilməsi  və 
bununla  əlaqədar  Gömrük  Komitəsinin  statusunda  baş  verən  dəyişikliklər  idi.  Yeni 
Ə
sasnamənin  1-ci  bəndinə  əsasən  Gömrük  Komitəsi  icra  hakimiyyətinin  mərkəzi 
orqanına  çevrilmişdir,  yəni  onun  statusu  nazirlik  statusuna  bərabərləşdirilmişdir. 
Bundan  əlavə,  yeni  Əsasnamə  daha  təfsilatlı  idi  və  Gömrük  Komitəsinin  vəzifə, 
hüquq  və  funksiyaları  daha  aydın  şəkildə  təsvir  edirdi.  Gömrükxanaların  sayı  14-ə 
çatdırılmış, hava nəqliyyatında Baş Gömrük  darəsi təsis edilmişdir. 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə