Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

82
 
Yalnız  “Gömrük  tarifi  haqqında”  1064  nömrəli,  20  iyun  1995-ci  il  tarixli  və 
“Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  təsdiq  edilməsi  haqqında”  311-IQ 
nömrəli, 10 iyun 1997-ci il tarixli Qanunların qəbul edilməsindən sonra keçmiş Sovet 
qanunların tətbiq edilməsi dayandırıldı. 6 avqust 1997-ci il tarixdə, yəni dərc edildiyi 
gündən,  qüvvəyə  minən  10  iyun  1997-ci  il  tarixli  Gömrük  Məcəlləsi  aşağıdakı 
məsələləri  əhatə  etmişdir:  gömrük  prosedurları,  gömrük  rəsmiləşdirilməsi,  gömrük 
nəzarəti, gömrük rüsumları və yığımları, valyuta nəzarəti, gömrük rejimləri, gömrük 
güzəştləri, gömrük statistikası, gömrük işi sahəsində cinayətlər, gömrük orqanlarının 
təhqiqat,  istintaq  və  əməliyyat-axtarış  fəaliyyəti,  gömrük  orqanlarının  vəzifəli 
şə
xslərinin statusu, gömrük orqanlarının qərarlarına şikayət etmək qaydası, mallar və 
nəqliyyat  vasitələri  üzərində  sərəncam  verilməsi  və  əldə  edilən  vəsaitlərdən  istifadə 
edilməsi, və məlumatlandırma və məsləhət vermə.  
1991-ci  il  tarixli  Gömrük  Məcəlləsi  ilə  müqayisədə  1997-ci  ilin  Gömrük 
Məcəlləsi  daha  ətraflı  və  bazar  iqtisadiyyatına  daha  uyğunlaşdırılmış  bir  sənəd  idi. 
Sovet  gömrük  qanunvericiliyində  gömrük  işi  sahəsində  cinayətlər  haqqında 
müddəalara  böyük  yer  ayrılmışdır.  Məsələn,  1991-ci  ilin  məcəlləsində  bu  mövzuya 
məcəllənin  üçdə  bir  hissəsi  həsr  olunmuşdur.  1997-ci  ilin  məcəlləsindən  isə  bu 
müddəalar Azərbaycan Respublikası- 
nın Cinayət Məcəlləsinin və  nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsindən 
sonra çıxarılmışdı. 
 “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  müvafiq 
olaraq  ölkədə  tarif  tənzimlənməsinin  məqsədləri  aşağıdakı  kimi  müəyyən 
olunmuşdur
1

•  Azərbaycan Respublikası üzrə idxalın strukturunu səmərələşdirmək; 
•  Azərbaycan  Respublikası  ərazisində  malların  gətirilməsi  və  çıxarılmasının, 
valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək; 
•  Valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək; 
                                                            
1
  ”Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı 1994
 


83
 
•  Azərbaycan  Respublikasında  malların  istehsal  və  istehlak  strukturunda 
mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq; 
•  Azərbaycan  Respublikasının  iqtisadiyyatının  dünya  təsərrüfatı  ilə  səmərəli 
inteqrasiyasına şərait yaratmaq. 
Respublikada  aparılan  iqtisadi  islahatlardan  Dövlət  Gömrük  Komitəsi  də 
kənarda  qalmamışdır,  belə  ki,  Azərbaycan  Respublikasında  gömrük  işinin 
qanunyericilik  bazasının  yaradılmasına  başlanılmış  və  inkişaf  etmiş  ölkələrin  bu 
sahədəki  təcrübəsindən  istifadə  edilərək  beynəlxalq  standartlara  cavab  verən 
«Gömrük  Tarifi  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu,  Azərbaycan 
Respublikasın Gömrük Məcəlləsi və digər normativ-hüquqi aktlar qəbul edilmişdir. 
lk  növbədə  son  dövrlərdə  qəbul  edilmiş  çox  əhəmiyyətli  bir  normativ  aktın 
təhlilini  aparaq.  Belə  ki,  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış 
məntəqələrindən  keçirilən  malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılmasında  «bir 
pəncərə»  prinsipinin  tətbiqi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  11 
noyabr  2008-ci  il  tarixli  Fərmanından  sonra  xarici  ticarət  əməliyyatlarında  süni 
maneələr  aradan  qaldırılacaq,  dövlət  sərhədinin  keçid  məntəqələrinin  buraxılış 
qabiliyyəti olduqca artmış olacaqdır. Bu Fərman son illər xarici ticarətlə bağlı dövlət 
tərəfindən atılmış ən ciddi addım kimi qəbul edilir.  
Azərbaycan  Respublikasında  1995-ci  ildən  iqtisadi  islahatların  kompleks 
şə
kildə və sistematik həyata keçirilməsinə başlanmışdır. Bu prosses lap əvvəldən bu 
gün  də  daxil  olmaqla  beynəlxalq  maliyyə  inistitutları  –  Beynəlxalq  Valyuta  Fondu, 
Ümumdünya  Bankı,  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı,  Ümumdünya  Ticarət 
Təşkilatı,  Ümumdünya  Gömrük  Təşkilatı  və  digərləri  ilə  sıx  əməkdaşlıq  şəraitində 
aparılır.  Ölkədə  bazar  münasibətlərinə  keçid  üçün  hüquqi  baza  yaradılmışdır.  Yeni 
iqtisadi  sistem  üçün  öncül  əhəmiyyətə  malik  olan,  demək  olar  ki,  bütün  normativ-
hüquqi aktlar qübul olunmuşdur. 
Azərbaycan Respublikasında 1997-ci ildə «Gömrük Məcəlləsi» və 1995-ci ildə  
«Gömrük  tarifi  haqqında»  qanunun  qüvvəyə  minməsi  ilə  gömrük  işi  sahəsində  qa-
nunvericiliyin hüquqi normativ bazasının əsası qoyuldu.  Gömrük Məcəlləsi «Göm-
rük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, Azərbaycan Respubli-


84
 
kasının  iqtisadi  təhlükəsizliyinin,  suverenliyinin  və  maraqlarının  qorunmasına, 
Azərbaycan  iqtisadiyyatının  dünya  təsərrüfatı  ilə  əlaqələrinin  genişlənməsinə, 
gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının 
hüquqlarının  müdafiəsinin  təmin  olunmasına,  onların  öz  vəzifələrini  yerinə 
yetirilməsinə yönəldilmişdir
1
». Birinci qrupa «Gömrük tarifi haqqında» qanun, habelə 
bundan  sonra  bilavasitə  gömrük  işi  ilə  bağlı  olaraq  qəbul  ediləcək  digər  qanunlar 
daxildir.  kinci  qrupa  isə  «Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi»,  «Girov 
haqqında»,  «Valyuta  tənzimi  haqqında»,  « stehlakçıların  hüquqlarının  müdafiəsi 
haqqında» və s. qanunları daxil etmək olar. 
Qeyd  etmək  istərdik  ki,  2001-ci  ildə  yeni  Tarif  sisteminin  qəbul  edilməsi 
gömrük  orqanlarının  iqtisadi  yönümdə  fəaliyyətində  tamamilə  yeni  bir  dövrün 
başlanğıcını  qoymuşdur.  Bu  da  onunla  əlaqədar  idi  ki,  artıq  respublikada  qeyri-neft 
sektorunun  ayrı-ayrı  sahələrinin  inkişafı  baş  verir  və  bu  inkişafın  normal  həyata 
keçirilməsi üçün fiksal sektor real sektora öz köməkliyini göstərməlidir. Bu baxımdan 
gömrük  orqanlarının  üzərinə  müəyyən  vəzifələr  düşürdü.  Bu  vəzifələrdən  biri 
respublika daxilində qeyri neft sektorunda istehsal edilən məhsulların daxili bazarda 
rəqabət  qabiliyyətinin  yüksəldilməsinin  təmin  olunması  və  onların  xarici  bazara 
çıxarılmasının stimullaşdırılmasıdır. Artıq Azərbaycan Respublikası Nazirlər Kabine-
tinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş yeni Tarif sistemi ölkə 
daxilində  yerli  istehsalçıların  məhsullarının  rəqabət  qabiliyyətinin  yüksəldilməsində 
maksimum dərəcədə yardım göstərir. 
 
 
2.3. Respublikamızda gömrük və  idxal-ixrac əməliyyatlarının 
müasir vəziyyətinin kompleks təhlili
 
Dövlət  müstəqilliyi  əldə  etdikdən  sonra  Azərbaycan  xarici  əlaqələrini  sərbəst 
müəyyən  etmək  və  tənzimləmək  imkanı  qazanmışdır.  Əvvəllər  ittifaq  tabeliyində 
olan  və  onun  mənafelərinə  uyğun  qurulmuş  əlaqələr  ölkəmizin  daxili  potensialı 
hesabına  inkişaf  etdirilmiş  və  bir  çox  ölkələrlə  bu  istiqamətdə  əməkdaşlığın  təməli 
                                                            
1
 Nuriyev C.Q. “Gömrük Hüququ”, Bakı, 2002
 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə