Игтисади сийасят: методолоэийа вя практика
105
qiymət dinamikasına əsasən hesablanan, real ölçülərlə ifadə oluna
bilər.
2. Keynsin, real gəlir və qiymət səviyyəsini, əlaqələndirən
təklif əyrisinin (yuxarı istiqamətlənən), istifadə olunması. Bu əyri
vasitəsilə, məcmu tələbin genişlənməsinin ölkədə məhsul istehsa-
lına təsirini, milli gəlir və qiymət artımı elementlərinə ayırmaq
mümkündür.
3. Üçüncü fərziyyə, təklifin şaquli əyrisi ilə bağlıdır. Şa-
quli təklif əyrisi real gəliri (milli gəlir), “tam məşğulluq” və ya
“işsizliyin təbii səviyyəsində” fiksə edir. Gəlirin, bu səviyyədən
“sürüşdürülməsinin” yeganə mümkün yolu, təklifin genişləndiril-
məsidir. (Bu əmək məhsuldarlığının artırılması, əhalinin artımı,
kapital yığımı, istifadə olunan torpağın artırılması və ya məhsul
buraxılışını artıran, institusional dəyişikliklər və s. vasitəsilə
mümkündür).
Sərh olunan fərziyyələrin, Keyns ideologiyasına ən yaxın
olanı birincisidir. Lakin, qiymətlərin, real gəlir və xərclərin qarşı-
lıqlı əlaqəsi üçün, ən əhəmiyyətli faktor olmaması ideyası, Keyns
nəzəriyyəsinin yeganə əsası olsaydı, onda, müasir iqtisadi proses-
lər (məsələn, yüksək inflyasiya), bu ideologiyanı və onun nə-
ticələrini tam inkar edərdi.Bununla belə, qeyd etmək lazımdır ki,
2-ci və 3-cü fərziyyələrdə də (baxmayaraq ki, onlarda qiymətlərin
sərbəstlik dərəcəsi yüksəkdir), analoji nəticəyə gəlmək olar.
Başqa sözlə, Keyns nəzəriyyəsinin “günahı” yoxdur.
Beləliklə, işsizlik səviyyəsinin çox yüksək olmasını fərz edə-
rək, hesab etmək olar ki, məcmu tələb, ilk növbədə qiymətlərə
yox, real gəlirə təsir edir, onda cari qiymətlərlə (inflyasiya nəzərə
almamaqla) dəyişən milli gəliri Y, tələbin təsirinə məruz qalan
real milli gəlir kimi, qəbul etmək olar. Tam məşğulluq və inflyasi-
ya şəraitində isə, məcmu tələbin dəyişməsi ilə, dəyişməyən milli
gəlir, real milli gəlirin qiymət səviyyəsinin ölçüsü kimi qəbul
edilir. Aralıq vəziyyətlərdə isə, yəni gəlir və qiymət səviyyəsinin
tələbin rəqsi ilə dəyişməsi, gəlir və qiymətlərin tələbin təsiri ilə,
eyni vaxtda dəyişilməsi kimi, qəbul olunur. Bu baxımdan
aşağıdakı kimi, bir sıra hallarda, qiymətlərin dəyişməsinə tələbin
Расим Щясянов
106
dəyişməsinin təsiri ilə, milli gəlirin dəyişməsinin əlavə nəticəsi
kimi baxmaq mümkündür.
Xarici ticarətin gəlirdən və gəlirin məcmu tələbdən ası-
lılığı. Emprik tədqiqatlar göstərir ki, idxalla, həmin ölkənin real
milli məhsulu arasında, birbaşa müsbət asılılıq var. Bu, iki sə-
bəblə izah olunur.
1. dxal, əksər hallarda milli məhsul istehsalı üçün, aralıq
məhsul və ya xammal rolunu oynayır.
2. dxal – məcmu, real xərclərdə dəyişmələrə reaksiya verir.
Məhsul və xidmətlərə nə qədər çox xərclənirsə, onun xaricdə
istehsal olunan hissəsinə çəkilən xərclər də artır.
dxalla gəlir arasında funksional asılılığın vacib parametri,
“idxala limit meyililiyi” göstəricisidir. Bu göstərici idxal həcmin-
də dəyişikliklərin, həmin dəyişmələri doğuran, real milli gəlirin
dəyişmələrinə (sabit qiymətlərdə) nisbətini ifadə edir. Gəlirin artı-
mının idxalın artımı ilə əlaqələndirilməsi sayəsində idxala limit
meyilliliyi, rifah halın yaxşılaşmasının hansı ölçüdə idxala sərf olun-
duğunu göstərir. Bu proses isə, ticarət balansını pisləşdirir və daxili
məhsula tələbi artırmaq üçün multiplikativ prosesə yardım etmir.
xracın, milli gəlirlə əlaqəsi isə, daha mürəkkəbdir. Çünki
bu, milli gəlirin dəyişmələrinin - daxili tələbin, daxili təklifin və
ya xaricdə bizim ixracın strukturunun dəyişmələri nəticəsində, baş
verməsindən asılıdır. Daxili tələbin artması, milli gəliri artırırsa
da, nəticə etibarilə ixracı azaldır. Ona görə də, açıq iqtisadiyyatın
keynsçi modellərində fərz olunur ki, ixrac ümumiyyətlə milli
gəlirdən asılı deyil. xracı, milli gəlirlə eyni istiqamətdə dəyişdirə
bilən iki faktor var: - təklifin artımı və ya istehsal xərclərinin
istənilən üsulla azaldılması; ikincisi isə, xaricdə bizim ixraca
tələbin artması.
Bütövlükdə isə, keynsçi nəzəriyyələr hesab edir ki, ixraca
olan tələb ekzogen kəmiyyətdir.
Devalvasiyanın və deflyasiyanın milli gəlirə təsiri. Açıq
iqtisadiyyat şəraitində, milli gəlirin dinamikasına təsir edən, qarşı-
lıqlı asılılıq zəncirlərindən biri də, bütövlükdə pul kredit siya-
sətinin alətləri toplusu və valyutanın kursu siyasətidur. Belə
Игтисади сийасят: методолоэийа вя практика
107
nəzərə almaq vacibdir ki, alətlərin və faktorların çoxtərəfli təsiri
mümkündür. ndiki halda, biz onlardan yalnız - milli valyutanın
devalvasiyası və deflyasiyasının təsirini tədqiq edəcəyik.
Devalvasiya milli gəlirə necə təsir edir? lk növbədə deval-
vasiya, ixracın real həcmini artırır, idxalı isə azaldır. Beləliklə,
ixrac və idxalla rəqabət sahələrində gəlir artır və yeni iş yerləri
yaranır. Ona görə də hesab olunur ki, devalvasiya milli gəliri artı-
rır. Bu məntiq ölkənin ixracına dünya tələbinin strukturunda baş
verən dəyişikliklərlə təsdiq edilir.
Lakin, iqtisadi mahiyyətinə görə, devalvasiyanın milli gəlirə
təsiri, aşağıdakı üç səbəbdən mübahisəlidir. 1. Devalvasiya,
ticarət balansının bilavasitə yaxşılaşdırmaya bilər. Çünki ixracın
və idxalın qiymət elastikliyi, həmişə eyni istiqamətli və sürətli
olmur. 2. Devalvasiya, xarici ticarət şəraitini (P/P
m
) pisləşdirə
bilər və buna görə də hər idxal vahidi müqabilində, tələb olunan
ixracın, real həcmini artıra bilər. Əgər ticarət şəraiti pisləşirsə,
devalvasiya nəticəsində, rifah-halın daha vacib göstəricisi olan,
ölkənin real alıcılıq qabiliyyəti - özümüzün istehsalı olanları al-
maq imkanlarına nisbətən daha çox azalacaqdır. Bu halda əhali
real alıcılıq qabiliyyətinin azaldığını dərk edərək, öz xərclərini
azaldacaqdır. Bu isə devalvasiyanın mənfi nəticələrini daha da
çoxaldacaqdır. Bu prosesin sonunu hesablamaq olar. Müvafiq
dünya təcrübəsi, belə ümumi nəticə çıxarmağa imkan verir ki,
devalvasiya, ticarət şəraitini pisləşdirirsə, o milli gəliri azaldır.
Bu baxımdan, milli gəlirin artmasının kafi şərti, ümumilik-
də devalvasiyanın, ticarət şəraitini yaxşılaşdırması və ya ən azı
onu dəyişdirməməsi hesab oluna bilər. Eyni zamanda, nəzərə alın-
malıdır ki, uzunmüddətli perspektivdə, alıcılıq qabiliyyəti pariteti
bərpa olunduqca, ticarət şəraiti (P/P
m
), öz əvvəlki vəziyyətinə qayıdır.
Yuxarıda deyilənlərdən aydın olur ki, ticarət şəraitini, mü-
vəqqəti olsa da, pisləşdirən hallardan başqa, digər hallarda deval-
vasiya sərfəlidir.
Расим Щясянов
108
Lakin bir cəhəti də nəzərə almaq lazımdır:
♦
Uzun müddətli planda devalvasiya, tədiyyə balansının pis-
ləşdirdikdə, ölkənin valyuta ehtiyatları itir. Bu halda, fiksə olun-
muş kurs, valyuta ehtiyatlarını azaldır.
♦
Real milli gəlirlə (Y
r
= Y/P ), rifahı daha doğru ifadə edən,
gəlirin real alıcılıq qabiliyyəti (Y
p
) arasında fərq var. Çünki xarici
ticarətlə ölkə özündə istehsal etdiyi məhsullardan fərqli məhsullar
alır. Milli gəlirin real alıcılıq qabiliyyəti aşağıdakı kimi hesab-
lanır.
Y
p
= (Milli məh. nom. həcmi)_ = Y və ya P
y ___
(daxili və bizim aldığımız xar. məh.) (1-a) P + a P
m
Burada - a- idxala sərf olunan milli xərclərin payı, (1-a) –
ixrac qabiliyyətli məhsul və xidmətlərin daxili bazarda alınmasına
sərf olunan xərclərin payı, P – milli iqtisadiyyatda istehsal olunan
məhsul və xidmətlərin qiymət indeksi, P
m
– idxalın qiymət indek-
sidir. Kəsrin məxrəcindəki ifadə, satın alınan(yalnız özümüzdə is-
tehsal olunmayan) məhsul və xidmətlərin xüsusi çəkisinin qiymət
indeksini göstərir. Bu indeks, çəki əmsalları, xərclərdəki paya
(a və (1-a))əsasən hesablandığından, ÜDM deflyatoru indeksin-
dən, daha çox həyat dəyəri indeksinə yaxındır. Aydındır ki,bizim
ticarət şəraitini (P/P
m
) pisləşdirən istənilən faktor, hətta real milli
gəliri (Y) azaltmadan bizim real alıcılıq qabiliyyətini (Y
p
), azalda
bilər. Devalvasiya belə nəticəyə gətirə bilirsə, deməli, o, real rifa-
hı da aşağı sala blər.
3. Devalvasiya tədiyyə balansını tənzimləməyə istiqamət-
lənirsə, yəni onun kəsirini ödəməyə xidmət edirsə, iqtisadiyyata
müsbət təsir edir. Belə ki, devalvasiya, milli valyutanın qeyd
olunmuş süni kursunun saxlanılması üçün, ehtiyatların xərclən-
məsinin qarşısını alır. Lakin devalvasiyanın əhəmiyyəti şişirdilir-
sə və ya milli valyutanın sərbəst bazarda rolu düzgün qiymətlən-
dirilmirsə, bu başqa xoşagəlməzliklər yarada bilər. Məsələn, tə-
diyyə balansının müsbət saldosu, valyuta ehtiyatını artırmağa
sövq edə bilər. Bu isə süni qiymətlə alınan valyutanın, uzunmüd-
dətli dövrdə dəyərinin itməsinə gətirir. Beləliklə, bir daha aydın
Dostları ilə paylaş: |