Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə36/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
141 
4.3. Xarici ticarətin “ümumi rifahı  
yaxşılaşdırılması” missiyası və “Ticarəşəraiti” 
              
Xarici ticarətə dair bütün nəzəriyyələri birləşdirən ən ümumi 
mülahizələrdən  biri  ondan  ibarətdir  ki,  xarici  ticarət  bütövlükdə 
ümumi  rifahı  yaxşılaşdırır.  Bu  mülahizə  müəyyən  dərəcədə  doğ-
rudur.  Lakin  “ümumi  rifahın  yaxşılaşdırılması”  xarici  ticarətin 
iştirakçılarının hamısı üçün düz mütənasib ola bilməz. Çünki əv-
vəla, ayrı-ayrı ölkələrin qarşılıqlı ticarətdən aldıqları qazanc dün-
ya  qiymətlərindən  asılı  olduğu  üçün  müxtəlifdir.  Digər  tərəfdən 
isə  ölkənin  xarici  ticarətdən  aldığı  qazanc,  ölkə  daxilində  isteh-
salçı və istehlakçılar, idxalçı və ixracçılar arasında fərqli qaydada 
bölüşdürülür. Eyni zamanda nəzərə almaq vacibdir ki, xarici tica-
rətin,  beynəlxalq  əmək  bölgüsünün  daşıyıcısı  kimi,  ixtisaslaşma 
nəticəsində resursların sahələr arası bölgüsündə yaratdığı dəyişik-
liklər, istehsal faktorlarının gəlirliliyini də dəyişir. 
Beynəlxalq  ticarətdən  yaranan  gəlirin  ölkə  daxilində  və 
ölkələrarası  bölgüsünün  xarakteri,  nəticə  etibarilə,  ticarətə  cəlb 
olunmuş məhsul və xidmətlərin qiymət səviyyəsi və həcmləri ilə 
müəyyənləşir. Ona görə də, yalnız müqayisəli xərclər və ya digər 
ticarət  nəzəriyyələrinin  köməyi  ilə,  həmin  məhsulların  dünya 
bazarına  təkliflərinin  həcmini  müəyyənləşdirmək,  yetərli  hesab 
oluna bilməz. Çünki məlumdur ki, hər hansı məhsulun müqayisəli 
üstünlüyü o vaxt reallaşa bilər ki, həmin məhsulun dünya qiyməti, 
daxili qiymətdən yüksək olsun. Nəzərə alsaq ki, dünya bazarında 
məhsulun  qiyməti  və  satış  həcmi,  əsasən  tələb  və  təklif  arasında 
tarazlıqla  müəyyənləşir,  onda  belə  mülahizə  yürütmək  olar  ki, 
beynəlxalq ticarətdə gəlirlərin həcmini və bölgüsünün xarakterini 
qiymətləndirmək üçün, ticarət nəzəriyyələri, mütləq tələbin təhlili 
ə
hatə olunmaqla öyrənilməlidir. 
Belə  şəraitdə,  dünya  qiymətlərinin  müəyyənləşdirilməsi    və 
qarşılıqlı ticarətin həcminin təyin olunması üçün, limit xərcləri ilə 
müəyyənləşən, istehsal həcmi ilə qiymətlər arasında münasibətləri 
ifadə edən “daxili təklif əyriləri”, indiki gəlir səviyyəsində isteh-
lakçıların zövqləri və seçimləri ilə müəyyənləşən, istehlak həcmi 
Расим Щясянов 
 
142 
 
və  qiymətlər  arasındakı  münasibətləri  ifadə  edən  “tələb  əyriləri”   
təhlili əsas vasitə və ya üsul hesab olunmalıdır .  
Dünya bazarında tələb və təklifin qarşılıqlı münasibətini təs-
vir  etmək  üçün  eyni  məhsulu  dünya  bazarına  çıxaran  iki  partnor 
ölkədə  ticarətin  yaratdığı  şəraitə  nəzər  yetirək.  Bu  iki  ölkədə 
daxili qiymətlərin fərqliliyi həmin məhsullara olan tələbi və dün-
ya  bazarının  təsiri  nəticəsində  onların  qiymətlərini  müəyyənləş-
dirir.  Məlum  olduğu  kimi,  azad  bazar  münasibətləri  və  liberal 
beynəlxalq  ticarət  şəraitində  daxili  qiymətlər  adətən  dünya  qiy-
mətləri  səviyyəsinədək  dəyişir.  Ona  görə  də  əgər  ölkədə  daxili 
qiymət  dünya  qiymətindən  ilkin  olaraq  aşağıdırsa  (P

<  P
d
),   
istehsal  stimullaşır.  Bu  o  deməkdir  ki,  daxildə  istehsal  və  ixrac 
təklifi artır, ancaq bu zaman daxili qiymətlər də artır və ona görə 
daxili  bazarda  tələb  azalır.  Başqa  sözlə  ölkənin  dünya  bazarına 
təklifinin  həcmi,  qiymətin  artması  şəraitində  təklif  və  ölkə  da-
xilindəki tələb arasındakı fərqin həcmi ilə müəyyənləşir. 
Dünya  bazarındakı  qiymətlər  daxili  bazardakı  qiymətlərdən 
kiçik  (P

<  P
d
)  olan  ölkədə  isə,  məhsula  tələb  artacaq,  ancaq  bu 
ölkədə  həmin  məhsulun  istehsalçıları,  təklifi  azaldacaqlar.  Belə-
liklə, dünya bazarında məhsula tələbin həcmi qiymətlərin düşməsi 
şə
raitində  ölkədə  tələb  və  daxili  təklifin  həcmi  arasındakı  fərqlə 
müəyyənləşəcəkdir.  Ticarət  əlaqələri  gücləndikcə,  (P

<  P
d
)  olan 
ölkədə  qiymət  və  onun  xarici  bazara  təklifi  artır.  (P

<  P
d
)  olan 
ölkədə  isə  qiymət  azalır,  ölkənin  idxalına  tələb  artır.  Onda  ixrac 
təklifi  və  idxal  tələbi  əyriləri,    dünya  bazarının  tarazlı  qiymət 
səviyyəsində kəsişir. 
    Tələb  və  təklif  modeli  ( S-LM)  göstərir  ki,  azad  ticarət 
qarşılıqlı əlverişli olsa da, ölkə daxilindəki əhali qrupları bu hal-
dan  müxtəlif  dərəcələrdə  faydalanır.  Yəni,  mahiyyətə  görə  bey-
nəlxalq  ticarətdə  idxalçı  ölkədə  istehlakçılar,  ticarətin  inkişafın-
dan  daha  çox  udurlar,  çünki  daha  aşağı  qiymətlə  və  daha  çox 
məhsul  ala  bilirlər.  Lakin  ixracçı  ölkədə  istehlakçılar  uduzur 
çünki daxili qiymət artımı onları daha az məhsul almağa məcbur 
edir.  


Игтисади сийасят: методолоэийа вя практика 
 
143 
 Əksinə şərait istehsalçılar üçün yaranır. Belə ki, idxal əvəz-
edici sahələrdə istehsalın həcmi azalır, çünki daha səmərəli xarici 
istehsalçılar rəqabət mübarizəsi ilə onları qiyməti  və istehsal həc-
mini  azaltmağa  məcbur  edir.  xrac  sahələrində  isə  istehsalçılar 
udur. Çünki dünya bazarına daxil olaraq onlar istehsalı genişlən-
dirmək  və  daha  yüksək  qiymətlə  məhsul  satmaq  imkanı  əldə 
edilir. 
 Beynəlxalq  ticarətin,  istehlakçı  və  istehsalçı  qruplarının 
maraqlarına təsirini bilərək,  ixracedici və idxalçı ölkələrdə maddi 
rifahın  dəyişilməsini  qiymətləndirmək  olar.  Lakin  nəzərə  almaq 
lazımdır  ki,  bu  halda  biz  ayrı-ayrı  qrupların  öz  subyektiv  qiy-
mətləndirmələri daxilində hərəkət edə bilərik. (Məsələn: aydındır 
ki, kasıbın 1 manat itirməsi ilə varlının 1 manat qazanması effekti 
eyni ola bilməz). 
 Ümumiyyətlə, “tələb-təklif” modeli vasitəsilə tarazlı bazarın 
qiymətləndirilməsi, bütövlüklə sübut edir ki, beynəlxalq ticarətin 
inkişafı,  bütün  ölkələrə  qazanc  gətirir.  Lakin  nəzərə  almaq  va-
cibdir ki, idxalçı ölkədə təmiz qazanc, istehlakçıların qazancının, 
idxalla  rəqabət  aparan  istehsalçıların  itirdiklərindən,  qat-qat  çox 
olması  hesabına  yaranırsa,  ixrac  edici  ölkədə  isə  əksinə,  rifahın 
ümumi  yaxşılaşması,  istehlakçıların  hamısının  zərərə  düşməsinə 
baxmayaraq  istehsalçıların  böyük  qazancı  hesabına  baş  verir. 
Ə
slində  bu,  çox  mühüm  və  prinsipial  nəticə,  xarici  ticarətin  tən-
zimlənməsində dövlətin rolunu  şərtləndirir. 
 Xarici ticarətin qazancının ölkələr arasında dəyişməsinə gəl-
dikdə  isə,  bu  partnor  ölkələrdə  qiymətlərin  necə  dəyişməsindən 
asılıdır.  Hansı  ölkədə  qiymətlər  daha  çox  dəyişərsə  o  ölkə  daha 
çox  udur.  Başqa  sözlə  idxala  tələbin  və  ya  ixrac  təklifinin  elas-
tikliyi nə qədər aşağıdırsa ticarətdən ölkənin əldə etdiyi qazanc o 
qədər çox olmur. 
“Ticarət  şəraiti”  indeksi  və  onun  iqtisadi  mahiyyəti. Hər 
hansı ölkə üçün, xarici ticarətin əlverişli olub – olmamasının qiy-
mətləndirilməsində, “ticarət şəraiti” (terms of trade) və ya “ticarət 
şə
rtləri”  adlanan  göstərici  istifadə  olunur.  (Mahiyyətinə  görə,  bu 
ifadə  “ticarət  şəraiti”  kimi  qəbul  edilsə  daha  məqsədəuyğundur.) 
Расим Щясянов 
 
144 
 
“Ticarət  şəraiti”  göstəricisi  dedikdə  ölkənin  ixrac  qiymətlərinin 
idxal qiymətlərinə olan nisbəti (P
ixr.
/P
idx
) başa düşülür. Bu göstə-
ricinin yüksəlməsi (ticarətin şəraitinin yaxşılaşması), ümumi hal-
da  xarici  ticarətin    səmərəliliyinin  yüksəlməsinı və  əksinə  göstə-
ricinin azalması, ticarətin səmərəliliyinin pisləşməsini ifadə edilir. 
Doğrudan da, əgər dünya bazarında ölkənin ixrac etdiyi malların 
qiyməti onun idxal etdiyi malların qiymətinə nisbətən artırsa, bu o 
deməkdir  ki,  ölkə,  özünün  1  ixrac  vahidinə  görə  əldə  etdiyi  qa-
zanc müqabilində, daha çox idxal malı ala bilər. Yəni, ölkə xarici 
ticarətdən daha çox uduş əldə edir.  
Dünya  təcrübəsində  ticarət  şəraiti  göstəricisi    ölkə  və  ya 
ölkələr qrupu üçün idxal və ixrac qiymətləri indeksi əsasında he-
sablanır.  (Adətən,  bu  məqsədlə  daha  çox,  Laspeyras  indeksi 
istifadə olunur.) 
T  -  ilində  ticarət  şəraitinin  (o)  -  bazis  ilindəkinə  nisbətən 
dəyişməsi, Laspeyras indeksi ilə aşağıdakı kimi hesablanır: 
 

t


Σ
P(eks)

*
 
δ
X
i
o
 
Σ
P(imp)

*
 
δ
M
i
o
 
                 
 Burada,   P(eks)

– i qrup ixrac məhsulunun (t) ilində qiymətinin 
onun bazis ilindəki (o) qiymətinə nisbəti;  P(imp)
i
–(i) qrup idxal 
məhsulunun (t) ilindəki qiymətinin onun bazis (o) ilindəki qiymə-
tinə  nisbəti;  δX
i

–  bazis  (o)  ilində  ölkənin  məcmu  ixracında  (i) 
qrup  məhsulunun ixracının payı;  δM
i

– bazis (o) ilində ölkənin 
məcmu idxalında (i) qrup məhsulunun idxalının payını əks etdirir. 
Ticarət şəraitinin dəyişilməsi ölkənin dünya ticarətində payı-
nın  dəyişməsini    doğurur  və  onu  xarakterizə  edir.  Ticarət  şəraiti 
özlüyündə daxili və xarici bazarda tələbin dəyişməsindən, istehsal 
şə
raitinin  dəyişməsindən,  ayrı-ayrı  məhsulların  bazarlarının 
inhisarlaşma səviyyəsindən asılıdır. Lakin nəzərə almaq vacibdir ki, 
ölkənin  xarici  ticarətdən  əldə  etdiyi  gəlir  yalnız  qiymətlərdən 
deyil,  həm  də  idxal  və  ixracın  fiziki  həcmlərindən  asılıdır.  Ona 
görə də ölkənin rifahının dəyişməsi haqqında yalnız ticarət şərai-
tinin indeksinə görə fikir söyləmək düzgün olmaz. Məsələn, əgər 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə