Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
153 
duğu  sektorun  xüsusi  çəkisini  qaldırmaqla  yanaşı,  iqtisadiyyatın 
digər  sektorlarında  məhsul  buraxılışını  azalda  bilir.  Burada  yu-
xarıda qeyd olunmuş, məhşur  Rıbçinski teoreminin müddəaları 
özünü  doğruldur:  sabit  qiymətlər  şəraitində  və  iqtisadiyyatda 
yalnız iki sektor olduğu halda istehsal faktorlarının birinin artımı 
məhsulların birisini azalmasına gətirir. T.M.Rıbçinskinin 1955-ci 
ildə  təklif  etdiyi  bu  teorem  özünü  ilk  növbədə  ABŞ-da  göstər-
mişdir.  50-ci  illərin  sonunda  ABŞ  digər  ölkələrə  nisbətdə  daha 
sürətli  inkişaf  sayəsində  mineral  xammalın  ixracçısından  idxal-
çısına çevrildi və bunun əsas səbəbi kapital yığımının artması və 
işçi qüvvəsinin ixtisaslaşmasının güclənməsi olmuşdur. 
 XX  əsrin  son  rübündə  isə  Rıbçinski  teoremi  faktiki  olaraq 
yuxarıda qeyd olunan “müflisləşdirici artım” şəraitinin nəzəriyyə-
sinə  çevrilmişdir.  Müasir  iqtisad  elmində  məşhur  “holland  xəs-
təliyi”  və  ixracın  birtərəfli  artımının  “sənayesizləşdirici”  effekti 
yaratması məhz bu teoremin müddəaları ilə əsaslandırılır.   steh-
sal faktorlarının  artımının “müflisləşdirici” xüsusiyyətlərini araş-
dıran A.Yaqidin  və H.Bxaqvati bu prosesin “iqtisadi artımın eko-
loji  limiti”  adlanan  yeni  maltusçuluqla  əlaqəli  olmadığını  sübut 
etmişdir. Faktor artımının “müflisləşdirici” səviyyəyə çıxması, bir 
çox hallarda ölkə daxilində rəqabət aparan firmaların özləri üçün 
“rasional”  hesab  etdikləri  strategiyaların,yekunda  “irrasional” 
nəticə  verməsini  ifadə  edir.    Artım  və  vaxt  “müflisləşdirici”  ola 
bilər? Bu üç halda mümkündür: 
1.  qtisadi artım yalnız ixrac sahələrinin artımı hesabına baş 
verir; 
2.  Ölkənin  ixracına  olan  kənar  tələb,  qiymətə  görə  elastik 
olmamalıdır, yəni  təklifin artımı, qiymətlərin əhəmiyyətli düşmə-
sinə gətirməlidir. 
3.  Ölkənin  xarici  ticarətinin  həcmi  kifayət  qədər  böyük  ol-
malıdır ki, ticarət şəraitinin pisləşməsinin mənfi nəticələri, ixracın 
artımının  çox olsun. 
“Müflisləşdirici”  artım  tezisi,  müqayisəli  üstünlüklərin  ol-
duğunu iddia edən ortodoksal iqtisadçıların mülahizələrinə şübhə 
yaradır.  Belə  iqtisadçılar  (R.Prebiş),  xammal  ixracçılarının,  bu 
Расим Щясянов 
 
154 
 
halda  heç  nə  qazanmadığı  tezisini  müdafiə  edirlər.  Onların  mü-
lahizələri aşağıdakı 4 arqumentə əsaslanır: 
1.  lkin ticarət münasibətlərin yaranması, nisbətən yeni xammal 
ə
ldə  edən  ölkə  üçün  daha  əlverişlidir.  Yəni  burada  alıcı  –  satıcıdan 
daha çox qazanır. Adətən burada inkişaf etmiş ölkələr qazanır. 
2. Xammal ixracçılarının, ticarət şəraiti pisləşir və bu davam-
lı olur. Hökumət bunu görürsə, o sahəyə investisiya axımına mane 
olmalı və sənayeyə investisiya şəraiti stimullaşdırmalıdır. 
3.  Xammal  istehsalında  güclərin  artırılması,  ticarət  şəraitini 
pisləşdirir və bu “müflisləşdirici” artıma gətirə bilər.  qtisadi siya-
sət,  burada  da  xammal  istehsalına  yeni  investisiyaların  yönəldil-
məsinə  mane olmalı və sənayeni stimullaşdırılmalıdır. 
4. Sənayenin inkişafı həm də ona görə vacibdir və  stimullaş-
dırılmalıdır  ki,  o  müasir  texniki  bilikləri  yaymaqla,  əlavə  dolayı 
xeyir gətirir. 
Dünya  təcrübəsində  bu  mülahizələrin  özünün  doğrultması 
haqda  nümunələr  olsa  belə,  bu  nəticələrin  yoxlanılmağa,  hər  bir 
konkret şəraitdə, ehtiyac vardır. 
Xarici ticarət və elmi texniki tərəqqi. Dünyanın müasir in-
kişaf  mərhələsində  xarici  ticarətin  xarakteri  və  dünya  bazarının 
konyukturasına ən ciddi təsir göstərən məqamlardan biri də elmi-
texniki  tərəqqidir.  Sənaye  məhsulunun  mürəkkəbləşməsi,  bütöv-
lükdə  dünya  iqtisadiyyatının  vahidləşməsi  fonunda,  istehsalın 
beynəlmiləlləşməsi,  materialsızlaşması  və  virtuallaşması,  texniki 
tərəqqini    xarici  ticarətin  aparıcı  dominantlarından  birinə  çevir-
mişdir.  ndi  xarici  ticarətin  “istehsal  faktorlarına  malik  olmaq 
dərəcəsi  ilə  müəyyənləşməsi”  tezisi,  özünün  primitiv  mahiyyəti 
ilə, tamamilə müzakirə dövriyyəsindən çıxmışdır.  
Elmi-texniki tərəqqini  xarici ticarətə təsirini bir neçə cəhət-
dən öyrənmək olar: 
a) Texnologiya istehsal faktoru kimi qəbul edilməlidir. Ənə-
nəvi olaraq iqtisadçılar ETT-ni istehsal faktorlarına aid etmirdilər. 
Hesab olunurdu ki, ETT istehsal funksiyasındakı bütün dəyişmə-
ləri  əks  etdirir.  Lakin,  əslində  ETT-ə  özlüyündə,  istehsal  faktor-
larına  malik  olmaqdakı  dəyişiklər  kimi,  baxmaq  olar.  Yeni 


Игтисади сийасят: методолоэийа вя практика 
 
155 
texnologiya, istehsal faktorlarını dəfələrlə gücləndirə bildiyi üçün 
ə
slində,  yeni  faktora  çevrilir.  Bu,  faktorların  beynəlxalq  hərəkəti 
üçündə xasdır. Beləliklə texnologiya, müasir dövrdə faktor gəliri 
yaradan resurs növünə çevrilmişdir. Məşhur Leontyev paradoksu 
və onun müxtəlif şərtləri bu baxımdan son dərəcə maraqlıdır. 
b)  texnologiyanın  istehsal  faktoru  kimi  qəbul  edilməsi, 
beynəlxalq  ticarətin  strukturunun  dəyişməsi  qanunauyğunluqla-
rında,  ənənəvi “müqayisəli üstünlüklər” nəzəriyyəsində olduğuna 
nisbətən,  yeni  xüsusiyyətləri  aşkar  etməyə  imkan  verir.  Belə 
xüsusiyyətlərə  Raymon  Vernon  və  başqaları,  ilk  növbədə  ayrı-
ayrı məhsulların keçdikləri “həyat dövrü” ideyasını aid edirlər. Bu 
ideyaya  görə müasir dövrdə hər hansı ölkədə elmi tədqiqatlar və 
kəşflər, müqayisəli üstünlüyün həlledici amili olmaqdan kənarlaş-
dırılırsa, onda istehsal, xərclərin  başqa elementi üzrə, müqayisəli 
üstünlüyə malik olan ölkəyə köçəcəkdir (məsələn hətta qeyri-ixti-
saslı əmək resursu üzrə belə). Bu məntiqə görə, nə vaxtsa, üçüncü 
dünya ölkələri də, aparıcı sənaye məhsullarının ixraclarına çevrilə 
bilərlər, eyni zamanda onlar daha geridə qala bilərlər. Bu o halda 
ola bilər ki, sahədə texnolojı sıçrayışlar baş versin. Ümumiyyətlə 
təbii  olaraq  belə  alına  bilər  ki,  sahələr  “qocaldıqca”  bir-bir  ölkəni 
tərk  edirlər.  Belə  olduqda  “ikinci  eşalon”  ölkələri,  nəticədə  bütün 
sahələrdə  liderlərə  çataraq,  onları  üstələyə  bilərlər.  Çünki  bu  ölkə-
lərdə ucuz işçi qüvvəsi var və onlar yeni texnologiyanı itkisiz tətbiq 
edə  bilirlər  və  s.  Dünya  təcrübəsində  buna  gözəl  nümunələr  var: 
Məsələn yeni tarixin əvvəlində Hollandiya, sonralar “dünya emalat-
xanası”  olan  viktorian  Britaniyası,  ən  yeni  tarixdə  yapon  “mü-
daxiləsi”  hesabına  ABŞ  sənayesinin  öz  daxili  bazarındakı  gerilə-
mələri və s. Bəzi mütəxəssislər, beləliklə liderliyin “gələcəkdə geridə 
qalma” üçün, mühüm və qaçılmaz şərt hesab edirdilər. Lakin bu, heç 
də  belə  deyildir.  Amerikan  alimi  P.Lindertin  fikrincə  aşağıdakı  üç 
səbəbdən bu düzgün nəticə hesab oluna bilməz: 
1.Liderlik  özlüyündə  heç  kimi  obyektiv  və  qaçılmaz  olaraq 
ə
lverişsiz şəraitə salmır. 
2. Liderlik iqtisadiyyatı qaçılması mümkün olan tələlərə cəlb 
edir:  sahibkarların  özünə  arxayınçılığı,  hədsiz    konservatizm  və 
fovgəl dövlətlərin bədxərc silahlanma yarışı.  
Расим Щясянов 
 
156 
 
      Belə  tələlərə  düşən  ölkə  əlbəttə  geridə  qalmağa  məh-
kumdur. 
 
       3.  Tarixən  bütün  liderlər  sonralar  geridə  qalanlar  cərgəsinə 
düşmüşlər.  
          Ümumiyyətlə  problemə  obyektiv  qiymət  vermək  üçün  ilk 
növbədə  müəyyənləşdirmək  vacibdir  ki,  “iqtisadi  və  ya  texnoloji 
lider” kimi adlandırmaq olar. “ qtisadi lider”, bu sadəcə olaraq, nis-
bətən  yüksək  orta  gəlirliliyə  malik  olan  individlərdir.  Daha  yüksək 
gəlir,  hər  hansı  iqtisadi  üstünlüyün  nəticəsidir.  “Texnoloji  lider” 
ə
slində “iqtisadi lider” ifadəsinin sinonimidir. Bu terminlər heç biri 
özlüyündə geridə qalmağ şərtləndirən arqumentlər daşımır. 
Beləliklə,  ETT-nin xarici ticarətin inkişafına, təsiri xüsusiy-
yətlərini  ümumiləşdirərək  aşağıdakıları  qeyd  etmək  olar.  Sənaye 
məhsullarının ticarəti iqtisadi artımla birgə artır  və  onun inkişaf 
qanunauyğunluqları,  Xekşer-Olin  teoreminin  modifikasiya  olun-
muş variantı ilə şərh oluna bilər. Sənaye məhsulları ilə beynəlxalq 
ticarətin  təkmilləşdirilməsi  nəzəriyyəsi,  ETT  və  yeni  texnikanın 
beynəlxalq yayınmını nəzərə olmalıdır. Ayrı-ayrı sənaye məhsul-
ları  üzrə  xarici  ticarətin  qanunauyğunluqları,  R.Vernonun  “məh-
sulun  həyat  dövrü”  nəzəriyyəsi  ilə  izah  oluna  bilər.  Bu  nəzəriy-
yəyə  görə,  istehsal  texnologiyalarının  standartlaşması  gücləndik-
cə, onun istehsalı, daha  yüksək gəlirlilik səviyyəsində olan ölkə-
lərə  köçür.  Bu  ölkələrdə  əsas  müqayisəli  üstünlük,  elmi-layihə 
xərcləri yox aşağı əməkhaqqı  hesab olunur. Xarici ticarətlə,  ETT 
arasında bu əlaqə, hər bir texniki üstünlüyə, bilik və ustalıqla daha 
yaxşı təmin olunma, kimi baxmaqla, istehsal faktorlarını rolunun 
qiymətləndirilməsi  vasitəsilə  məşhur  Xekşer-Olin  nəzəriyyəsi 
çərçivəsində izah oluna bilər. 
Elmi-texniki tərəqqidə lider, daimi yeniliklər vasitəsilə,  hə-
mişə məhsulun həyat dövrünü qabaqlaya bilir. Liderin xarici rəqa-
bətə  uduzmasının  obyektivliyi,  iqtisadi  cəhətdən    izah  olunmur. 
Liderin öz mövqeyini itirməsi, ETT ilə yox, institusional səbəblər 
və  davranışda  olan  səhvlər,  həm  də  hətta  əvvəlki  mərhələlərdə 
buraxılmış səhvlərlə izah olunmalıdır. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə