Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə22/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   18   19   20   21   22   23   24   25   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

II  nəsil (1960-1969)
  -  element  bazasını  əsasən  yarımkeçirici  diodlar  və  tranzistorlar 
təşkil  edirdi.  Bu  isə  onların  funksional  imkanlarını  xeyli  artırmışdır.  Bu  kompüterlərdə 
elektron  lampaları  Bell  Laboratories  (ABŞ)  firmasında  Nobel  mükafatı  laureatları  Uilyam 
Şokli,  Uolter  Bratteyn  və  Con  Bardin  tərəfindən  yaradılmış  tranzistorlar  əvəz  etdi. 
Tranzistorlar  kiçik  ölçüyə  malik  olub,  daha  davamlı,  elektrik  enerjisinə  az  tələbkar  idi  və 
təqribən 40 ədəd elektron lampanı əvəz edə bilirdi. Bunun nəticəsində kompüterlərin həcmi 
və  kütləsi  dəfələrlə  kiçildi,  elektrik  enerjisinə  tələbat  azaldı,  maya  və  istismar  dəyəri 
ucuzlaşdı. Eyni zamanda məhsuldarlığı, funksional imkanları, etibarlığı on dəfələrlə yüksəldi. 
Məsələn,  Mark-1  adlı  birinci  nəsil  kompüter  2,5×17m  ölçüyə  malik  olub,  maya  dəyəri  500 


 
 
 
17 
min dollar idisə, PDP-1 ikinci nəsil kompüteri artıq məişət soyuducusu həcmində olub 20 min 
dollara satılırdı. 
İkinci  nəsil  kompüterlərdə  displeylərdən  istifadə  edilməyə  başlandı.  Bu 
informasiyanın etibarlı qorunmasını təmin etməklə, informasiyanın daxil və xaric olunmasını 
xeyli  asanlaşdırdı.  Operativ  yaddaşın  həcmi  artaraq  minimum  32  kbayt  oldu.  İkinci  nəsil 
kompüterlər  üçün  xüsusi  sistem  proqram  təminatı,  o  cümlədən  informasiyanın  paket  emalı 
sistemləri,  sonralar  əməliyyat  sistemləri  yaradıldı.  Kompüterin  arxitekturasından  asılı 
olmayan yüksək səviyyəli alqoritmik dillərin (Fact, MathMatic, Algol, Fortran, Kobol və s.) 
yaranması  və  onlar  üçün  müvafiq  kompilyatorun  və  standart  altproqramlar  kitabxanasının 
yaradılması ilə proqramlaşdırılma olduqca asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi 
genişləndi. 
Kompüterlərin  ucuzlaşması  və  proqram  təminatının  inkişafı  onların  tətbiq  sahəsini 
xeyli genişləndirdi. Kompüterlər artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı maliyyə-
iqtisadi,  istehsal-texnoloji  proseslərin  avtomatlaşdırılması  üçün  tətbiq  edilməyə  başlandı. 
Artıq  onlar  daha  çox  biznes  müəssisələrində,  təhsil  və  layihələndirmə  mərkəzlərində  geniş 
istifadə  olundu.  Azad  kompüter  bazarı  formalaşdı,  kompüteristehsalı  sürətlə  artdı.  Bir  sıra 
böyük firmalar, məsələn, IBM, CDC, DEC və s. kompüter istehsalına başladı. 
Keçmiş  SSRİ-də  BESM-3,  BESM-4,  Ural-11,  Ural-14,  Ural-16,  Minsk-22,  M-222, 
Mir,  Nairi  ikinci  nəsil  kompüterlər  istehsal  olunmuş  və  istifadə  edilmişdir.  Onların 
məhsuldarlığı saniyədə 50-100 min əməliyyat olmuşdu. 

Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə