Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə1/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
  1   2   3   4   5   6   7   8   9   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)



 
 
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BakI – 2014
 


 
 
 

 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası 
Dövlət Neft Şirkəti 
 
 
Təlim, Tədris və 
Sertifikatlaşdırma İdarəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KOMPÜTER 
TEXN
İ
KASININ 
Ə
SASLARI
  
 
 
 
 
 
Bak
ı
 – 2014 
 


 
 
 

 
 
                                                   Məsləhətçi:            
 
                             ARDNŞ Təlim, Tədris və 
                                  Sertifikatlaşdırma İdarəsinin  
                                                               rəisi:          Fuad Salman oğlu Süleymanov 
  
                        Metodiki Kabinetin  müdiri:         Murad Əliş oğlu Şükürov 
 
Tərtib edənlər:  QRTM-in  müdir müavini:         Ceyhun Əflatun oğlu İsmayılov 
 
           QRTM-nin nəzəri tədris mütəxəssisi:         Şamo Əsədağa oğlu Məmmədov 
 
 
 
 
 
 
 
 
 
“Kompüter  Texnikasının  Əsasları”  tədris  vəsaiti  Təlim,  Tədris  və 
Sertifikatlaşdırma İdarəsinin  «Metodiki şura”sında müzakirə olunaraq bəyənilmişdir. 
20 dekabr 2013 – cü il, Protokol 12.  
 
“Kompüter Texnikasının Əsasları” Tədris vəsaiti – Bakı  2014.  302 səh. 


 
 
 

GİRİŞ 
ARDNŞ  üçün  yüksək  ixtisaslı  fəhlə  kadrlarının  hazırlanmasını,  malik  olduqları 
peşələr  üzrə  ustalıqlarının  artırılmasını,  təlim  –  tədrisin  beynəlxalq  standartların  tələbləri 
səviyyəsində  qurulmasının  təşkil  edilməsini,  həmçinin  Xəzər  hövzəsində  fəaliyyət  göstərən 
dənizçilərə  və  dəniz  neftçilərinə  beynəlxalq  dəniz  konvensiyalarının  (DHDNÇ  –  78 
Beynəlxalq  Konvensiyanın  tələblərinə  uyğun  olaraq  dənizçilərin  və  İMO  –  nun  A  791 
qətnaməsinə  əsasən)  tələblərinə  uyğun  təlimlərin  keçirilməsi  və  təkmilləşdirilməsini  həyata 
keçirən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kollektivi, Azərbaycanda texniki – peşə 
təhsilinin yenidən qurulması, onun keyfiyyətcə yeni mərhələyə qaldırılması istiqamətində öz 
töhvələrini verməkdə davam edir.   
Beynəlxalq  Standartlara  uyğun    inkişaf    etmiş    ölkələrin    təcrübəsi    göstərir  ki, 
cəmiyyətin  demokratik  inkişafının  əsas  şərtlərindən  biri  də  dövrün  tələblərinə  cavab  
verən    kadr    potensialının    formalaşdırılması,  çevik    və    işlək    mexanizmlər    sisteminin  
yaradılmasıdır.  Ümummilli  Liderimiz  H.Əliyevin  sadiq  davamçısı,  cənab  İlham    Əliyevin  
qeyd  etdiyi  kimi, “Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkələrin 
inkişafında aparıcı rol oynayan təkcə neft – qaz deyil, bilikdir və elmi – texniki tərəqqidir” 
Bu  gün  ARDNŞ  –  in  strukturu  kimi  fəaliyyət  göstərən  Təlim,  Tədris  və 
Sertifikatlaşdırma İdarəsi öz fəaliyyətində bu meyarı əsas götürərək neft – qaz sənayesi üzrə 
yeni  fəhlə  kadrlarının  hazırlanması,  ixtisaslarının  artırılması,  yenidən  hazırlanması  və    2-ci 
peşəyə  yiyələnməsi  işini  müvəffəqiyyətlə  həyata  keçirir.  Hazırda  İdarənin  strukturunda 
fəaliyyət göstərən Təlim Mərkəzlərində işləyən mütəxəssislərin böyük əksəriyyəti neft – qaz 
sənayesi  sahəsində  öz  sözünü  demiş  şəxslərdir  ki,  onların  elmi  potensialının,  nəzəri 
biliklərinin  və  təcrübələrinin  gələcək  nəsillərə  çatdırılması  üçün  bu  “Tədris  vəsaitləri”nin 
hazırlanmasına böyük ehtiyac duyulur.  Məhz bu məqsədlə TTSİ rəisinin əmri ilə yaradılmış 
xüsusi  komissiya  müvfiq  mütəxəssisləri  cəlb  etməklə,  yeni  fəhlə  kadrlarının  hazırlanması 
prosesini  yüksək  keyfiyyətlə  həyata  keçirmək,  şagirdlərin  və  dərs  deyən  bütün 
mütəxəssislərin  lazımi  tədris  vəsaitləri  ilə  təmin  olunmasına  nail  olmaq  üçün  bu  tədris 
vəsaitlərinin hazırlanmasına nail olmuşdur. 
“Kompüter  Texnikasının  Əsasları”  fənni  üzrə  Fəhlə  kadrlarının  hazırlanması 
prosesində istifadə etmək üçün tərtib olunan bu tədris vəsaiti Fəhlə Kadrlarının Hazırlanması 
üçün tərtib edilmiş “Tədris proqramına” uyğun olaraq   yazılmışdır. Tədris vəsaitində Fəhlə 
hazırlığı prosesində nəzəri biliklərin öyrədilməsi və praktiki təlim zamanı  kursun predmeti 
və obyektləri, mahiyyəti və vəzifələri, tətbiq sahələri və istifadə qaydalarının öyrədilməsi ilə 
yanaşı, digər vacib məsələlərə də  aydınlıq gətirilmişdir. 
Tarixən informasiyanın  ifadə  edilməsi və  yadda  saxlanılması  tələbatı nitqin,  yazının 
və təsviri incəsənətin yaranmasına səbəb olmuşdur. Sonralar informasiyanın saxlanılması və 
mübadiləsi  tələbatı kitab çapının və poçtun yaradılmasına gətirib çıxarmış, teleqraf, telefon, 
radio və televiziyanın  yaranması böyük mətn informasiya selinin və təsvirinin işıq sürəti ilə 
ötürülməsinə  imkan  vermişdir.  Lakin  bu  informasiyanın  məqsədyönlü  işlənməsi  kompüter 
texnologiyası yaranana qədər yalnız insan tərəfindən yerinə yetirilirdi. 
Kompüter  texnologiyası  böyük  sürətlə  inkişaf  edərək,  elmi-texniki,  iqtisadi 
tərəqqinin,  ictimai-siyasi  münasibətlərin  inkişafetdirici  qüvvəsinə  çevirilmişdir.  Kompüter 
texnikasının tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən dəyişdirilməsinə, əmək 
məhsuldarlığının  artmasına,  insanların  əmək  şəraitinin  yaxşılaşdırılmasına  səbəb  olur. 
Kompüter  texnologiyası    həmçinin  qlobal  informasiya  mühitinin  yaradılmasında, 


 
 
 

informasiyanın  əmtəəyə  çevrilməsində,  informasiya  və  bilik  bazarının  yaradılmasında  və 
inkişafında,  təhsil  sisteminin  təkmilləşməsində,  beynəlxalq,  milli  və  regional  səviyyədə 
informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və 
ümumi mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır. 
Mütəxəssislərin  fikrincə,  informatika,  eləcə  də  informasiya  texnologiyaları  elmi 
inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlib, gündəlik həyata daxil 
olub. İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, 
informasiya  cəmiyyəti,  informasiya  resursları  və  xidmətləri,  biliklər  bazası,  audio-video 
konfrans,  telekonfrans,  axtarış  serverləri,  relevant  informasiya,  spam,  provayder,  host,  çat, 
meynfreym, LAN, WAN, XML, HTTP və s. kimi anlayışlar bu qəbildəndir. 
Müasir dövrdə kompüter texnologiyaları müstəqil və yeni elm sahəsi kimi formalaşır. 
Kompüter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, 
intellektual  korporativ  şəbəkələr,  neyroşəbəkə  texnologiyaları,  tərcümə  proqramları,  virtual 
sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər kompüter texnologiyaları elminin 
perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləri sayılır. 
Dərslik eyni adlı fənnin “Tədris Proqramına” uyğun yazılmışdır. Dərslikdə kompüter 
və  telekommunikasiya  texnikası,  kompüterin  yaranma  tarixi,  arxitekturu,  texniki  təminatı, 
proqram  təminatı,  “Əməliyyat  Sistemləri”,  “MS  Office  2007”  paketi,  kompüter  şəbəkələri, 
kompüter  şəbəkəsində  informasiya  mübadiləsi  və  s.  mövzular  şərh  olunmuşdur.  Dərslik 
həddən  artıq  oxunaqlı  olub,  sadə  dildə  yazılmış, şərh  olunan  mövzularda  çoxsaylı  misallar, 
şəkillər, qrafik və cədvəllər verilmişdir 
“Kompüter Texnikasının Əsasları” tədris vəsaiti, latın qrafikası ilə Azərbaycan dilində 
nəşr  olunan  ilk  kitablardandır.  Bu  tədris  vəsaitindən  Təlim  Mərkəzlərinin  şagirdləri  ilə 
yanaşı, ixtisasartırma kurslarına göndərilmiş mühəndis və texniki işçilər, həmçinin Ali və orta 
ixtisas təhsili müəssisələrinin tələbələri də istifadə edə bilərlər. 
 
 
 
 
 
 
 
 
 
 



Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə