Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə14/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   10   11   12   13   14   15   16   17   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

Kompüter təhsildə.
 Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması uzun və mürəkkəb 
prosesdir. Orta məktəbdə, sonra isə ali məktəbdə təhsil insan həya tının önəmli bir hissəsini 
təşkil edir. Bununla belə, müasir informasiya cəmiyyətində biliklər çox sürətlə köhnəlir. Hər 
hansı professional işi yerinə yetirmək bacarığına malik olmaq`üçün insan öz təhsil dairəsini 
daim genişləndirməlidir. İnformasiya cəmiyyətində «necə»ni bilmək, «nə»yi bilməkdən daha 
vacibdir.  Buna  görə  də  hazırda  orta  və  ali  məktəbin  əsas  vəzifəsi  mümkün  qədər  çox  bilik 
vermək  deyil,  həmin  bilikləri  müstəqil  əldə  etmək  yollarını  öyrətməkdir.  Bu  isə  təhsildə 
müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmədən mümkün deyil. 
İnformasiya  və  kommunikasiya  texnologiyalarının  təhsildə  tətbiqinin  ən  vacib 
istiqamətlərindən biri kompüterlərin multimedia imkanlarından istifadə etməkdir. Multimedia 
vasitələrindən  istifadə  olunması  əyaniliyi  gücləndirir,  informasiyanın  məntiqi  və  obrazlı 
mənimsənilməsi  üsullarını  birləşdirir  ki,  bu  da  təlim  prosesini  fəallaşdırır.  Multimedia 
texnologiyalarının  interaktivliyi  şəxsiyyət  yönümlü  təlim  modellərini  gerçəkləşdirmək  üçün 


 
 
 
11 
geniş  imkanlar  verir.  İnformasiya  və  kommunikasiya  texnologiyaları  distant  təhsili  təşkil 
etməyə  imkan  verir.  Distant  təhsildə  (məsafədən  təhsildə)  müəllim  və  öyrənən  məna 
baxımından  ayrıdırlar  və  dərs  prosesi  telekommunikasiya  vasitəsilə,  başlıca  olaraq  İnternet 
şəbəkəsi  vasitəsilə  həyata  keçirilir.Distant  təhsil  sayəsində  bir  çox  insanlar  (iş  və  ailə 
qayğıları  ilə  yüklənmiş  yaşlılar,  kənd  yerlərində,  yaxud  kiçik  şəhərlərdə  yaşayan  gənclər) 
evdə öz təhsillərini artırmaq imkanı əldə edirlər. 

Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə