Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə13/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   9   10   11   12   13   14   15   16   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

 
 
 
10 
1.
 
Kompüter Texnikasının Əsasları 
XX əsrin ən böyük kəşflərindən biri hesab edilən 
kompüter texnologiyası
 böyük bir 
sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici qüvvəsinə, elmi-texniki, iqtisadi tərəqqinin, 
ictimai-siyasi münasibətlərin, bir sözlə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu 
gün  dünyamızı  kompütersiz  təsəvvür  etmek  demək  olar  ki,  mümkün  deyil.  Artıq  bütün 
sahələrdə kompüterin istifadəsi bizim gündəlik işimizə çevrilmişdir. 
 
Kompüterlərin  yaranmasından  yetmiş  ildən  artıq  vaxt  keçməsinə  baxmayaraq,  bu 
müddət  ərzində  onlar  çox  böyük  sürətlə  inkişaf  etmişdir.  Bu  inkişaf  yolu  kompüterlərin 
istehsalında,  həcmində  və  funksionallığında  özünü  açıq  şəkildə  büruzə  verir.  Kompüterlər, 
yalnız hesablama əməliyyatı aparmağa qadir olan, istehsalı və istismarı böyük xərc tələb edən 
böyük  həcmli  cihazlardan,  kütləvi  istehsal  edilən,  çox  funksiyalı  və  maya  dəyəri  az  olan, 
kiçik ölçülü cihazlara çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli informasiyaları qəbul 
etmək, saxlamaq və emal etmək qabiliyyəti kəskin surətdə yüksəlmişdir. 
Ötən  dövr  ərzində  kompüterlərin  və  onlar  üçün  proqramların  istehsalı  texnologiyası 
böyük  inkişaf  yolu  keçib.  Şübhəsiz,  kompüterlər  bütövlükdə  yaşadığımız  cəmiyyəti 
dəyişdirib.  Maliyyə,  kargüzarlıq,  sənaye,  elm,  səhiyyə,  təhsil  və  başqa  sahələri  bu  gün 
kompüterlərsiz  təsəvvür  etmək  qeyri-mümkündür.  İndi  informasiyanın  emal  olunduğu  hər 
yerdə kompüterlərdən istifadə olunur.  

Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə