Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə16/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   12   13   14   15   16   17   18   19   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

Kompüter  səhiyyədə.
 Müasir  cəmiyyətdə  kompüterlərin  səhiyyədə  rolu  günbəgün 
artır. Həkimlər kompüterlərdən bir çox məqsədlər üçün istifadə edirlər. Onlardan bir neçəsini 
sadalayaq: 

 
Kompüter texnikasından diaqnozların qoyulmasında, müayinələrin aparılması 
və profilaktik yoxlamalarda geniş istifadə olunur. 

 
Kompüter  şəbəkələrinin  köməyilə  transplantasiya  əməliyyatını  gözləyən 
xəstələr üçün donor orqanları haqqında məlumatlar göndərilir.  

 
Tibbi verilənlər bankı tibb işçilərinə son elmi və praktik nailiyyətlər haqqında 
məlumatlı olmağa kömək edir. 

 
Kompüterlər  havanın  çirkliliyinin  əhali  arasında  xəstəliklərin  yayılmasına 
necə təsir etməsini müəyyənləşdirməyə kömək edir. 

 
Kompüter  texnikasından  tibb  işçilərinə  praktik  vərdişlərin  aşılanmasında 
istifadə  edilir.  Bu  zaman  kompüter  təcili  tibbi  yardıma  ehtiyacı  olan  xəstə 
rolunda çıxış edir. Öyrənən, kompüterin verdiyi simptomlar əsasında müalicə 
kursunu  müəyyənləşdirməlidir.  Səhv  olan  kimi  kompüter  bu  barədə 
xəbərdarlıq edir. 

 
Kompüterlərdən  epidemiyaların  yayılma  sürətini  göstərən  xəritələrin 
hazırlanması üçün istifadə edilir. 

 
Kompüterin  yaddaşında  xəstəlik  tarixçələri  saxlanılır.  Bu  da  həkimlərə  yazı 
işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı verir.  

Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə