|
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi15Kompüter-Texnikasının-əsasları-SAMO (1)
136
3.
Faylların yaddaşa yazılması
İşlədiyimiz sənəddəki yazılar müvəqqəti olaraq kompüterin əməli yaddaşında
saxlanılır. Worddən çıxarkən və ya iş prosesində mətnlərin daimi saxlanması üçün sənədləri
kompüterin sabit yaddaşına və ya disketə yazaraq fayl şəklindəm saxlamaq lazımdır.
Məlumatı ilk dəfə yaddaşa yazmaq üçün Настройка панели быстрого доступа panelindən
Сохранить əmrini seçmək lazımdır. Bu zaman ekrana Сохранение документа pəncərəsi
açılır.
Pəncərənin Имя файла sətrində faylımıza ad verir, Тип файла-sətrində tipini qeyd
edirik.Əgər bizim şəxsi qovluğumuz yoxdusa onda Сохранение документа pəncərəsində
Создать папку düyməsini seçirik. Bu zaman Создание папки pəncərəsi açılır.
Qovluğumuza ad verib OK düyməsini sıxırıq.
Sənədləri yaddaş yazarkən onlara şifrə verməklə kənar şəxslərin bu sənədlərin
açılmasının və dəyişdirilməsinin qarşısını ala bilərik. Bunun üçün Сохранение документа
pəncərəsindən Сервис düyməsini sıxırıq.
137
Açılan siyahıdan Общие параметры əmrini seçirik.
Pəncərədəki Пароль для открытия файла sətrinin qarşısında parolu daxil edib OK
düyməsini sıxırıq. Bu zaman Подтверждение пароля pəncərəsi açılır.
Orada parolu təkrarən daxil edib Ok düyməsini sıxırıq.
|
|
|