|
![](/i/favi32.png) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi15Kompüter-Texnikasının-əsasları-SAMO (1)
135
3.1.2.
Microsoft Word 2007 Mətn Redaktorunda Sənədlərlə İş
(Yaradılması, Yaddaşda Saxlanması, Açılması)
1.
Yeni sənədin yaradılması
Word proqramında yaradılan hər bir sənəd “*.doc” tipli fayl şəklində saxlanılır.
Proqram yüklənən zaman (Пуск-Программы- Microsoft Office- Microsoft Word) avtomatik
olaraq yeni sənəd açır. Yenisini açmaq tələb olunarsa Настройка панели быстрого доступа
panelindən Создать əmrini seçirik və yaxud da klaviaturadan Ctrl+N seçirik.
2.
Mövcud faylın açılması
Kompüterin yaddaşında və ya disketdə olan əvvəlcədən hazırlanmış hər hansı bir
Word faylını və ya digər mətn fayllarını açmaq üçün Настройка панели быстрого доступа
panelindən Открыть əmrini seçirik. Bu zaman ekrana Открытие документa diloq pəncərəsi
açılır.
Pəncərənin Папка sahəsindən faylımızın yerləşdiyi diski tapırıq. Ondan sonra lazım
olan qovluğu seçib – Открыть düyməsini sıxırıq. Mövcud faylı açmaq üçün klaviaturadan
Ctrl+O düymələrini sıxa bilərik.
Sürətli işləmək üçün bir neçə faylı eyni anda aça bilərik. Bunun üçün Настройка
панели быстрого доступа panelindən Открыть əmrini seçirik. Açılan Открытие
документа pəncərəsindən lazım olan faylları seçib Открыть düyməsini sıxırıq. Faylları
ardıcıl seçmək üçün Shift, müxtəlif istiqamətdə yerləşənləri seçmək üçün Ctrl düyməsindən
və ya siçandan istifadə edə bilərik.
İşi tamamladıqdan sonra faylı bağlamaq lazımdır. Bunun üçün pəncərənin sağ
tərəfində yerləşmiş Закрыть əmrini seçirik. Əgər bağlamaq istədiyimiz faylda dəyişikliklər
etdikdən sonra yaddaşa verməmişiksə onda dialoq pəncərə açılacaqdır. Dəyişikliklərin
yaddaşa yazılmasını istəsək - Bəli, əks halda – Xeyr və ya Ləğv et düyməsini sıxırıq.
|
|
|