130
Pəncərə başlığında proqramın və redaktə edilən sənədin adı yazılır. Pəncərənin yuxarı
sağ küncündə onun ölçülərini idarə edən düymələr, sol küncündə isə Настройка панели
быстрого доступа panelinin düyməsi yerləşir. Paneldə tez-tez istifadə olunan əmrlərin
düymələri yerləşir. Pəncərə başlığından aşağıda isə menyu sətri yerləşir.
Xətkeşlər-mətn sahəsinin yuxarı və sol tərəfində yerləşərək, səhifə kənarlarının
tənzimlənməsinə və abzasın qoyulmasına xidmət edir.
Xətkeşləri ekrana gətirmək və ya götürmək üçün Вид menyusundan Линейка əmrini
seçirik.
Сетка rejimini seçmək üçün Вид menyusundan Сетка əmrini seçirik.
Sürüşdürmə çubuqları mətn ekrana tam yerləşmədikdə şaquli və ya üfiqi istiqamətdə
onun yerini dəyişməyə imkan verir. Üfiqi sürüşdürmə çubuğundan sağda sənədə baxış
rejimlərini
əks etdirən düymələr, şaquli sürüşdürmə çubuğunun aşağısında isə
mətn daxilində
səhifələr arası keçid düymələr yerləşir.
İnformasiya sətri (Настройка строки состояния) - Pəncərənin aşağı hissəsində
yerləşərək redaktə edilən sənəddə sətirlərin, sütunların və səhifənin nömrəsi, habelə işin
gedişatı prosesində istifadəçi üçün əhəmiyyətli digər məlumatları əks etdirir. İnformasiya
sətrindəki məlumatları əks etdirmək və yaxud da gizlətmək üçün Настройка строки
состояния panelinin kontekst menyusundan istifadə edirik.
Ekranın müəyyən hissəsində mışkanın sağ düyməsini bir dəfə basdıqda həmin hissəyə
aid olan əmrlərdən ibarət kontekst meny açılır. Kontekst menyu-icra olunacaq əməliyyatları
surətləndirmək məqsədi ilə istifadə olunur.
Menyu sətri
Menyu sətri pəncərə başlığının altında yerləşir və aşağıdakı əmrlərdən ibarətdir.