128
3.
Microsoft Office 2007
Microsoft Office - tətbiqi proqram təminatının ofis paketidir. Microsoft şirkəti
tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır.
Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları
daxildir:
mətn prosessoru,
elektron cədvəl, təqdimat
redaktoru, verilənlər bazası və s.
Microsoft Office Word - mətn prosessorudur. Müxtəlif sənədlərin
hazırlanmasında və redaktəsində istifadə edilir.
Microsoft Office Excel - cədvəl prosessorudur. Ən çox mühasibatlıqda istifadə
olunur.
Microsoft Office Outlook - şəxsi kommunikator. Proqrama daxildir: təqvim,
tapşırıqlar planı,
elektron poçt, ünvanlar kitabçası.
Microsoft Office PowerPoint - təqdimatların hazırlanmasında istifadə edilir.
Microsoft Office Access - verilənlər bazasının (VB) idarəetmə sistemi. VB-nın
yaradılması və idarə edilməsində istifadə edilən tətbiqi proqramdır.
Microsoft Office InfoPath — məlumatların toplanmasında istifadə olunan
tətbiqi proqram.
Microsoft
Office
Communicator —
insanlar arasında informasiya
mübadiləsini təmin edir.
Microsoft Office Publisher — nəşriyyatların hazırlanmasında istifadə edilir və
s.
Microsoft Office OLE - obyektləri üçün serverdir. Visual Basic dilində
yazılmış makrosları dəstəkləyir.
Dostları ilə paylaş: