Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə143/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   139   140   141   142   143   144   145   146   ...   164

 
 
 
INFLUENCE OF EXPOSITION OF SLOPES ON MORPHOGENETICAL 
DIAGNOSTICAL  AND SOIL  COVER STRUKTURA OF MOUNTAIN-MEADOW AND 
MOUNTAIN-FOREST SOILS IN THE LITLE CAUCASUS 
 
V.H.HASANOV, B.N.ISMAILOV, R.H.ASLANOVA, E.R.NURIEV 
Institute of Soil Sciences and Agro chemistry NANA  
 
Based on comparative geographic researches was defined influense of exposition of slopes on 
morphogenetical  diagnostics  of  types  and  sub-types  of    mountain-meadow  and  mountain-foresy 
soils of Little Caucasus. It was determined that, soils spread in the drier south-eastern slopes which 
are characteristic thin skeletonless accumulative organic horizon, low humus, nitrogen content and 
absorbed basis, light granulometric texture than shaded well-soil moistening  north-western slopes. 
The  principles  of  soil  reflactence    ranges  given  “relief  sculpture”  involving  research  on 
methods  of  soil  “key  areas”  and  on  this  basis  made  up  of  large-scale  soil  maps  (1:25  000)  of 
National  Park  Geygyol  Was  defined  4  types  of  structures  of  soil:  Wavy-free,  Fan-shaped, 
Simmetrically-tree, Curl and characterized elementary soil areals. 
 
 
UOT: 631.157 
 
TORPAĞA TƏSİR GÖSTƏRƏN TƏBİİ VƏ ANTROPOGEN FAKTORLAR 
(Gəncə-Qazax bölgəsi timsalında
 
L.V.QARAYEVA, doktorant  
AMEA, Suvarma və Eroziya İnstitutu, AZ 1007, Bakı, M.Qaşqay 36, Tel: 0504927749 
 
Torpaq-bizi  əhatə  edən  ətraf  mühitin  əsas  və  vacib  komponentlərindən  biridir.  Onun  bütün 
əsas ekoloji funksiyaları, onun ümumi göstəricisi olan – torpaq məhsuldarlığında cəmləşir. Bir çox 
təbii  və  antropogen  təsirlər  vardır  ki,  bunlar  da  öz  növbəsində  torpağın  məhsuldarlığını  azaldır, 
torpağın  və  məhsulların  keyfiyyətini  aşağı  salır.  Bu  təsirlərdən  eroziya,  torpaqların 
çirkləndirilməsi,  torpağın təkrar şorakətləşməsi və bataqlaşması, səhralaşma, sənaye və kommunal 
inşaat  üçün  torpaqların  mənimsənilməsi  kimi  faktorları  göstərmək  olar.  Məqalədə  torpağa  təsir 
edən faktorlardan bəhs edilir. 
 
Açar sözlər: şorakətləşmə, bataqlaşma, səhralaşma, eroziya 
Ключевые слова: засоление, заболачивание, опустынивание, эрозия 
Key words: salinization, waterlogging, desertification, erosion  
 
          Eroziya  -  latın  sözü  olan  “erozis”-dən  götürülüb,  mənası  “dağılma”,  “aşınma”  və  yaxud 
“qoparmaq” deməkdir. Torpağın eroziyası dedikdə torpağın yararlı olan üst münbit qatının yağış və 
qar  suları  tərəfindən  yuyulub  aparılması,  habelə  şiddətli  külək  ilə  sovrulub  dağılması  nəticəsində 
torpaqaltı qatların (suxurların) çılpaqlaşması nəzərdə tutulur. Torpağın eroziyası mürəkəb bir proses 
olub,  onun  əmələ  gəlməsi  və  inkişafına  təbii-tarixi  amillər,  eləcə  də  insanların  bir  sıra  düzgün 
olmayan  təsərrüfat  fəaliyyəti  halları  böyük  təsir  göstərir.  Təbiətdə  insanlar  intensiv  təsərrüfat 
fəaliyyətinə  başlayana  qədər  torpaq  eroziyası  normal  şəkildə  getmişdir.  Eroziya  prosesinin  əmələ 
gəlməsinə  və  inkişafına  təbii-tarixi  amillərdən  -  relyef,  iqlim,  sahənin  geoloji-geomorfoloji 
quruluşu, torpaq əmələgətirən suxurların litoloji tərkibi, torpaq-bitki örtüyü böyük təsir göstərir. 
Suyun təsiri altında torpağın dağılmasına  su eroziyası, küləyin təsiri altında dağılmasına isə  külək 
eroziyası və ya deflyasiya deyilir. 
            Torpağın çirkləndirilməsi – insanın aktiv və passiv fəaliyyəti nəticəsində torpağa daxil olan 
müxtəliv  növ  tullantılar  nəzərdə  tutulur  (məs,  pestisidlərin  artıq  miqdarda  toplanması,  həll 


 
 
 
olunmamış gübrələr, heyvandarlığın tullantıları, tarlaçılıq, sənaye tullantıları, patogen orqanizmlərlə 
çirkləndirmə,  neft  məhsulları  və  s.).  Bir  qayda  olaraq,  torpaq  çirkləndiriciləri  qida  zəncirlərinə 
bitkilərlə və heyvanlar tərəfindən qoşulur və bu yolla insana çatırlar [1]. 
            Torpağın  şoranlaşması  dedikdə  -  qrunt  və  ya  səth  sularının  axını  ilə,  həmçinin,  irriqasiya 
suvarması ilə  əmələ gələn asan həll olunan duzların torpaqda toplaşaraq, onu yararsız hala gətirib 
çıxaran  amilə  deyilir.  Torpaqların  şoranlaşması  -  suvarılan  əkinçiliyin  inkişafını  məhdudlaşdıran 
səbəblərdən  biridir.  Torpağın  bataqlaşması  -    torpağın  artıq  nəmləməsinə  gətirən  torpaq  əmələ 
gətirən prosesdir. Su-hava rejiminin, rütubətin yığımının və torpaqda anaerob şəraitin yaranmasının 
dəyişikliyindən başlanır. Torpağın bataqlaşması qrunt, yamac sularla və ya atmosfer yağıntılarıyla 
yarana bilir. Torpağın bataqlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərən faktor insan fəaliyyətidir. 
Torpağın  bataqlaşması  hidrotexniki  tikinti  vaxtı  qrunt  sularının  qalxması  nəticəsində  (məs,  süni 
göllərin sahillərində, kanallarda və s.), həmçinin, torpaqların becərilmə nizamlanmasının olmaması 
zamanı müşahidə olunur. 
            Səhralaşma  planetimizin  milyonlarla  insanları  üçün  faciəli  hadisə  hesab  edilir.  Belə  ki, 
səhralaşma torpağın  və  bitki  örtüyünün  deqradasiyası,  onların  bioloji  və  iqtisadi  məhsuldarlığının 
azalması  və  ya  tamamilə  itirilməsi  deməkdir.  Səhralaşma  zamanı  məhsuldarlıq  fəlakətli  dərəcədə 
aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış 
yerlərinə doğru «hərəkətə» gəlir, bunun nəticəsində yoxsulluq, aclıq və xəstəliklər baş verir. 
           Amerika  alimi  Q.Dreqni  üç  faktorun  (bitki  örtüyünün  tərkibinin  dəiyşməsi,  torpağın 
eroziyası və şoranlaşması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır.  
- Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı 
düşməsi ilə ifadə olunur.  
-  Orta  dərəcə  səhralaşma  –  mal-qaranın  otarılması  üçün  qeyri-əlverişli  şərait  yaranır,  torpağın 
eroziyası inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.  
- Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla 
əvəz  olunur,  eroziya  nəticəsində  torpağın  münbit  qatı  dağılır,  məhsuldarlıq  50%-dən  çox  aşağı 
düşür.  Səhralaşmanın  bu  mərhələsində  pozulmuş  ərazinin  bərpası  yavaş  gedir,  yüksək  kapital 
qoyuluşu tələb olunur.  
-  Çox  yüksək  dərəcə  səhralaşma  (çox  güclü)  –  bərpa  olunmaz  proses  olub  torpağın  bərpası 
mümkün deyil [6].  
          Mövcud  şəraitdə  torpaqların  özəlləşməsilə  əlaqədar  olaraq  ortaya  çıxan  bir  çox  problemlər 
torpaqların düzgün istifadə olunmasına və qorunmasına ciddi əngəllər yaradır: 
-  çəpərlər,  sahələrarası  yollar,  arxlar  altında  xeyli  “torpaq  itkisi”  yaranır  və  münbit  torpaqlar 
istehsaldan kənarlaşdırılaraq öz münbitliyini ititrir. 
-  kiçik  torpaq  sahələrində  növbəli  əkin  sistemini  tətbiq  etək  mümkün  olmadığından  torpaqların 
münbitliyi müəyyən zaman intervalında azalmağa başlayır; 
-  kiçik  torpaq  sahələrində  texnoloji  proseslərin  mexanikləşdirilməsi  çətinliyi  yarandığından, 
istehsalda  əl  əməyi  üstünlük  təşkil  edir  və  istehsal  olunan  məhsulun  maya  dəyəri  yüksək, 
məhsuldarlığı isə aşağı olur; 
-  kiçik  torpaq  sahələrini  istehsal  dövriyyəsindən  ayırıb  dincə  qoymaq,  torpaq  mülkiyyətçisi  üçün 
sərfəli deyil, belə ki, bu, torpaqların münbitlik xassələrinin pisləşməsinə gətirib çıxarır; 
-  kiçik  torpaq  sahələrində  torpaqların  mühafizəsi  məqsədilə  aqrotexniki,  aqrokimyəvi,  meliorativ, 
fitosanitar  və  digər  tədbirlər  kompleksini  həyata  keçirmək  üçün  torpaq  istifadəçisinin  iqtisadi 
imkanları məhdud olduğundan torpaqların münbitliyi daim pisləşir [5]. 
         Gəncə-Qazax  bölgəsi  Böyük  və  Kiçik  Qafqaz  sıra  dağlarının  arası  ilə  Qərbdən  Şərqə  doğru 
uzanan böyük dağ ətəyi düzənlikdən, qismən dağlıq ərazidən ibarətdir. Ərazisi 1.23 mln/ha torpaq 
örtüyünə  malikdir.  Bu  bölgənin  torpaqları,  Kiçik  Qafqaz  dağlarından  başlanan  çayların  axını 
istiqamətində  gətirmə  konuslarından  ibarət  çınqıl  qatı  üzərində  əmələ  gəlmişdir.  Bu  torpaqlar 
qranulometrik  tərkibcə  yüngül  olub,  yüksək  dərəcəli  su  keçirmə  qabiliyyətinə  malikdirlər. 
Konuslararası  depresiyada  əmələ  gələn  torpaqlar  qranulometrik  tərkibcə  orta  gillicəli  olub,  çınqıl 
qat  üzərində  yayılmışlar.  Əsas  torpaq  növü  şabalıdıdır.  Bu  torpaqlar  başlıca  olaraq,  tünd  şabalıdı 
(tünd  boz  –  qəhvəyi),  şabalıdı  (boz  qəhvəyi),  açıq  şabalıdı  (açıq  boz-qəhvəyi),  ibtidai  şabalıdı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə