Apardığımız tədqiqatların nəticələri yuxarıda göstərilənləri tamamilə təsdiq edir. Relyefin
kölgəli (şimal-qərb) baxarlı yamaclarda yayılmış dağ-çəmən torpaqların genetik profili üçün
yaxşı aqreqatlaşmış dənəvari strukturaya malik qalın çimli-akkumlyativ qatın (AUv+AUr=30-
35sm) formalaşması, humusun (14,02±1,91), ümumi azotun (0,67±0,09 %) və udma tutumunun
(51,28±5,75 mq-ekv) kifayət qədər yüksək olması, zəif turş mühit (pH 5,75±0,23 ) nisbətən ağır
qranulometrik tərkib (<0,01mm=51,75±3,74;<0,001mm=14,64±3,22%) və s. əlverişli
morfogenetik xüsusiyyətlər və diaqnostik göstəricilər xarakterikdir. Bu torpaqlar həmçinin
nisbətən qalın (80-100sm) narın torpaq layına və yüksək potensial münbitliyinə malik olması ilə
fərqlənir.
Günəşli (cənub-şərq) baxarlı yamaclarda yayılmış dağ-çəmən torpaq areallarında
hidrotermiki rejimin nisbətən dəyişməsi, yəni istiliyin artması və əksinə nəmliyin azalması
təsirindən bitki örtüyünün seyrəkləşməsi və erozoya prosesinin güclənməsinə səbəb olur.
Mövcud təbii-ekoloji şəraitin təsirindən torpaqda strukturanın pozulması çimli-akkumlyativ qatın
(AUvz=20-25sm), humusun (10,8±2,3 %), ümumi azotun (0,48 ± 0,26 %) və udma tutumunun
(40,93±3,94 mq-ekv) xeyli azalması, torpaq mühitinin neytral (pH=6,0-6,4±0,21) xarakter alması
və qranulometrik tərkibin nisbətən yüngülləşməsi (<0,01mm=36,04±2,42; <0,001mm= 9,41
±1,36 %) müəyyən edilmişdir.
Qeyd etmək lazımdır ki, oxşar morfogenetik xüsusiyyətlər müxtəlif baxarlı yamaclarda
formalaşan dağ-meşə-çəmən torpaqların profilində nəzərə çarpır.
Göygöl Milli Parkının orta dağlıq qurşağında (1100-1800m) daha geniş əraziyə malik olan
dağ-meşə qonur və dağ-meşə qəhvəyi torpaqlar yayılmışdır.
M.E.Salayev (1966,1991), Ş.G.Həsənov (1978) və b. göstərdiyi kimi dağ-meşə torpaqların
morfogenetik quruluşuna relyef şəraiti, xüsusən yamacların meyilliyi və baxarlığı əhəmiyyətli
təsir edir.
Müəlliflərin göstərdikləri apardığımız müqayisəli-coğrafi tədqiqatlara tamamilə uyğun
gəlir. Etalon tədqiqat sahəsinin kölgəli şimal-qərb baxarlı az meylli yamaclarında yayılmış tipik
dağ-meşə qonur torpaqlar üçün genetik qatların aydın formalaşması (AUz-A/B-Bt-C) nisbətən
qalın örtüyə malik meşə döşənəyi (AO= 3,5-4,0sm), dənəvari-qozvari strukturalı qaramtıl-qonur
rəngli akkumlyativ humus qatı (AUz+A/B=20-25sm), bütün profilin karbonatlardan yuyulması,
xüsusən orta qatın (Bt=25-30sm) yüksək gilləşməsi (<0,001mm=30,67±5,27%; <0,01mm=
67,48±2,94 %) və s. morfogenetik göstəricilər xarakterikdir. Əlverişli torpaqəmə-ləgəlmə şəraiti
yüksək humuslu (10,31±1,48 %) qatın formalaşmasına səbəb ol-muşdur. Bu torpaqlar həmçinin
yüksək udma tutumu (41,37±2,49 mq-ekv), zəif turş mühit (pH=5,67±0,60) və s. diaqnostik
göstəricilər ilə fərqlənir .
Dağ-çəmən və dağ-meşə-çəmən torpaqların diaqnostik göstəricilərinin riyazi-statistik təhlili
Cədvəl 1
Göstəricilər
Dağ-meşə
Dağ-meşə-çəmən
Kölgəli yamaclar
Günəşli yamaclar
Kölgəli yamaclar
Günəşli yamaclar
Genetik qatlar və
dərinlik, sm
AUv 16,00 ± 2,36
AUz 18,25 ± 3,91
A/Bp 21,25 ± 2,97
C/L 20,75 ± 3,50
AUv 13,20 ± 2,21
AUz 15,25 ± 2,23
A/Bp 15,37 ± 1,69
C/L 13,00 ± 0,54
AO = 3,0-4,0
AUvr 12,00 ± 1,47
A/Bp 15,50 ± 0,52
Bt 24,00 ± 1,68
C/L 30,00 ± 2,70
AO = 2,0-3,0
AUvr 8,55 ± 2,08
A/Bp 12,43 ± 2,85
Bt 21,55 ± 0,58
C/L 20,00 ± 1,67
Struktura
AUvr dənəvari
A/Bp xırda kəltənvari
AUvr dənəvari
A/Bp xırda kəltənvari
AUvr dənəvari
A/Bp qozvari
AUvr dənəvari
A/Bp qozvari
Humus, %
AUv 14,62 ± 0,91
AUz 6,95 ± 0,72
A/Bp 4,23 ± 0,78
AUv 10,80 ± 1,29
AUz 5,24 ± 1,00
A/Bp 3,35 ± 0,41
AUvr 11,09 ± 1,04
A/Bp 4,28 ± 0,95
Bt 2,19 ± 0,67
AUr 8,87 ± 1,16
A/Bp 5,05 ± 0,96
Bt 2,16 ± 0,64
Azot, %
AUv 0,67 ± 0,09
AUz 0,45 ± 0,07
A/Bp 0,29 ± 0,07
AUv 0,48 ± 0,26
AUz 0,29 ± 0,05
A/Bp 0,21 ± 0,26
AUvr 0,53 ± 0,14
A/Bp 0,26 ± 0,09
Bt 0,17 ± 0,10
AUvr 0,44 ± 0,13
A/Bp 0,34 ± 0,15
Bt 0,18 ± 0,02
C:N
AUv 12,38 ± 0,69
AUz 8,93 ± 0,23
A/Bp 8,65 ± 0,65
AUv 9,50 ± 0,87
AUz 8,98 ± 0,42
A/Bp 9,43 ± 0,75
AUvr 11,90 ± 1,34
A/Bp 9,85 ± 1,18
Bt 8,45 ± 0,78
AUvr 10,80 ± 0,99
A/Bp 8,80 ± 0,49
Bt 7,15 ± 0,84
Udulmuş əsasların
cəmi, mq-ekv
AUv 51,28 ± 2,75
AUz 39,90 ± 2,87
A/Bp 8,65 ± 3,49
AUv 45,78 ± 3,94
AUz 40,93 ± 3,91
A/Bp 33,60 ± 4,15
AUvr 32,70 ± 1,30
A/Bp 27,65 ± 1,02
Bt 30,35 ± 1,74
AUvr 24,00 ± 2,46
A/Bp 25,80 ± 1,31
Bt 25,45 ± 1,68
pH su məhlulunda
AUv 5,75 ± 0,23
AUz 6,05 ± 0,12
A/Bp 6,23 ± 0,13
AUv 6,05 ± 0,21
AUz 6,45 ± 0,23
A/Bp 6,15 ± 0,62
AUvr 5,60 ± 0,40
A/Bp 5,45 ± 0,68
Bt 5,10 ± 0,88
AUvr 6,40 ± 0,15
A/Bp 6,25 ± 0,54
Bt 6,25 ± 0,36
Qranulometrik
tərkib
<0,001mm
AUv 14,64 ± 3,22
AUz 16,29 ± 3,93
A/Bp 19,07 ± 3,88
AUv 9,41 ± 1,36
AUz 11,37 ± 2,65
A/Bp 14,21 ± 6,72
AUvr 13,24 ± 1,71
A/Bp 13,87 ± 1,38
Bt 20,02 ± 1,52
AUvr 9,70 ± 1,36
A/Bp 12,60 ± 1,58
Bt 14,56 ± 2,11
<0,01mm
AUv 51,75 ± 3,74
AUz 54,74 ± 2,58
A/Bp 56,93 ± 3,36
AUv 35,84 ± 3,13
AUz 36,82 ± 2,42
A/Bp 40,79 ± 3,74
AUvr 47,62 ± 2,19
A/Bp 52,34 ± 1,16
Bt 54,80 ± 2,83
AUvr 36,05 ± 2,14
A/Bp 39,62 ± 2,92
Bt 42,48 ± 3,12
Dostları ilə paylaş: |