Qranulometrik tərkibinə görə təbii qəhvəyi torpaqlar gilli xüsusiyyətləri və profilin aydın
differensasiya olunması ilə fərqlənir. Üst qatlarda (AU'v-AU"z) fiziki gilin (<0,01mm) miqdarı
60,8-63,0 % lil hissəciklərinin (<0,001mm) isə 26,1-28,0%) təşkil edir. Orta illüvial qatda fiziki
gilin (65,1-82,0%) və lil-kolloid hissəciklərinin (31,7-40,6%) maksimum toplanması
qranulometrik tərkibin analiz nəticələrindən aydın görünür ki, bu da morfoloji cəhətdən həmin
qatın kəskin bərkiməsi ilə müşahidə olunur. R.V.Kovalyov (1966) tərəfindən ərazidə yayılmış
qəhvəyi torpaqların profili üçün gilli qranulometrik tərkibin xarakterik olması qeyd edilir.
Qəhvəyi torpaqların dənli-taxıl və üzüm bitkisi altında istifadə edilən növləri ərazidə geniş
sahədə yayılmaqla torpaq profilinin morfoloji əlamətlərinə və fiziki-kimyəvi xüsusiyyətlərinə
görə təbii torpaqlardan kəskin fərqlənir. Ərazidə əlverişli relyef və bioiqlim şəraiti torpaq-bitki
örtüyünün antropogen təsirə məruz qalmasında təbii faktor kimi həlledici rola malikdir. Burada
torpaq örtüyünün ilkin ciddi dəyişikliklərə məruz qalması düzən meşələrinin insanlar tərəfindən
qırılması ilə başlamışdır.
Ərazidə meşələr qırıldıqdan sonra həmin sahələr əsasən dənli-taxıl bitkiləri altında istifadə
olunmuşdur. Uzun müddət dənli taxıl bitkilərinin monokulturası altında istifadə olunması
torpağın potensial münbitliyinin əsasını təşkil edən humusun azalmasına, əkin qatında torpaq
strukturasının pozularaq tozlu-kəltənvari xarakter almasına, əkinaltı qatın bərkiməsinə,
qranulometrik tərkibin nisbən ağırlaşmasına və s. morfogenetik göstəricilərin
kəskin dəyişməsinə
səbəb olmuşdur. Dənli-taxıl əkin-ləri altında becərilən qəhvəyi torpaqların profili aşağıdakı
genetik qatlarla səciy-yələnir: AU'az-AU"a-Bt-B/Cca-Cca.
Uzun müddət dənli-taxıl bitkilərinin monokulturası altında istifadə edilən mədə-niləşmiş
qəhvəyi torpaqlarda əkin qatının (AU'az=20-25sm), boz-qonur rəngə çev-rilməsi, maşın-
mexanizm texnikasının intensiv istifadəsi təsirindən strukturanın pozu-laraq tozlu-kəltənvari
xarakter alması, əkinaltı (AU"az=25-52sm) və orta illüvial (Bt= 52-80sm) qatların kəskin
bərkiməsi və iri kəltənvari-topavari strukturanın üstünlük təşkil etməsi, gilli-humus axınlarının
aydın görüntüsü və s. əlamətlər xarakterikdir.
R.V.Kovalyevun (1966) tədqiqatı göstərir ki, təbii qəhvəyi torpaqların (meşə-kol və ot
örtüyü altında) üst qatlarında (AUvz=15-20sm) humusun miqdarı 5,5- 9,4% arasında dəyişdiyi
halda, uzun müddət dənli-taxıl bitkiləri altında istifadə edilən variantlarının əkin qatında
(AU'az=25-30sm) humusun kəmiyyəti 2,4-3,0%-ə qədər azalır. Humusun miqdarına uyğun
olaraq ümumi azotun da azalması (0,18-0,19 %) müşahidə olunur.
Kanada alimləri J.Dumansky, D.R.Coote, G.Luciuk, C.Lok (1986), J.T.Pierce, R.J.Stathers
(1988), L.K.Mann (1986) ölkənin Alberta, Manitoba, Saskaçevan prerilərində apardıqları
uzunmüddətli monitorinq tədqiqatlarına əsasən xam torpaqların 50-80 il müddətində dənli-taxıl
bitkilərinin əkini altında humusun miqdarı orta hesabla 50-60% azaldığı qeyd olunur. Belə ki,
şabalıdı torpaqlarda humusun miqdarı 2,89%-dən 1,72%-ə, qara torpaqlarda isə 5,16%-dən
3,68%-ə qədər azalmışdır.
Azərbaycanın qəhvəyi və qara torpaqlarını tədqiq edən Ç.M.Cəfərova (1968),
R.H.Aslanova (1976,1984), B.Ş.Şəkuri, R.H.Aslanova (1991), M.P.Babayev, R.H. Aslanova,
E.E.Məmmədov (2010), E.E.Məmmədov (2010), həmçinin xarici ö1кə tədqiqatçılarından
B.S.Nasko (Ukrayna, 2008), S.Bialousz (Polşa, 2000), intensiv antropogen təsirlər,
müxtəlif
kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə əlaqədar olaraq humusun miqdarının kəskin
azalmasını qeyd edirlər. Apardığımız muqayisəli torpaq tədqiqatlarının nəticələri yuxarıda
göstərilənləri bir daha təsdiq edir.
Tədqiqat apardığımız qəhvəyi torpaqları ilə müqayisədə uzun müddət dənli-taxıl bitkiləri
altında becərilən həmin torpaqlarda humusun 50-60% azlması baş verir və əkin qatında
(AU'az=0-25sm) 2,4-3,0%; əkinaltı qatda (AU"a=25-52sm) 2,1%
təşkil edir. Humusa muvafiq
olaraq ümumi azotun da kəskin azalması (AUaz=0,17-0,19%) müşahidə edilir. Humusun ehtiyatı
0-20sm-də 58,3 t/ha, 0-50sm-də isə 150,0 t/ha-dan artıq olmur. Ümumi azotun ehtiyatı da kəskin
azalır (0-20sm) 4,5 t/ha, 0-50sm-də 10,9 t/ha). Həmçinin torpaq münbitliyinin əsas
göstəricilərindən olan udma tutumunun xeyli azalması da (AUaz=30,0 mq-ekv) пəzəгə çarpır.
Qeyd etmək lazımdır ki, apardığımız çöl-torpaq və kameral-laboratoriya tədqiqatlarının
müqayisəli təhlili göstərir ki, üzüm bağları altında istifadə olunan dağ-qəhvəyi torpaqlar, uzun
müddət dənli-taxıl əkinləri altında becərilən variantlar torpaq profilinin morfoloji quruluşuna və
fiziki-kimyəvi xassələrinə görə bir-birindən kəskin fərqlənir.
Üzüm bağlarının becərilməsi ilə əlaqədar təbii xam torpaqların yüksək humuslu
akkumulyativ üst qatı (AUvz=18-20sm) qalın əkin qatına (AU'az=25-30sm) trans-formasiya
edir. Bununla bəгаbəг üzüm bağları salınarkən dərin şumlamanın (plan- taj) təsirindən əkinaltı
qat da (AU"az=20-25sm) humusla kifayət qədər təmin olunur ki, nəticədə torpaq profilində 45-
50sm dərinliyində mədəniləşmiş və morfoloji cəhətdən humus axınları 70-80sm dərinlikdə olan
qat formalaşır. Əkin qatında strukturanın nisbətən pozularaq tozlu-topavari xarakter alması,
əkinaltı və orta illüvial qatın (A/B-Bt) bərkiməsi və kəltənvarı strukturası, karbonatların 50-70sm
dərinliyə qədər yuyulması, torpaqəmələgətirən dellüvial çöküntülərin kifayyət qədər karbonatlı
olma-sı və s. morfogenetik əlamətlər xarakterikdir.
Üzüm bağları altında becərilən mədəniləşmiş qəhvəyi torpaq profili aşağıdakı genetik
qatlar sistemi ilə səciyyələnir: AU'az-AU"az-A/B-Bt-B/Cca-Cca.
Torpaq kəsimlərinin təsvirlərindən göründüyü kimi üzüm bağları və dənli taxıl bitkiləri
altında becərilən mədəniləşmiş qəhvəyi torpaqlarrın profili genetik quru-luşuna və morfoloji
əlamətlərinə görə bir-birindən kəskin fərqlənir.
Həmin torpaqların fiziki-kimyəvi xassələrində, xüsusən torpaq münbitliyinin əsasını təşkil
edən humusun miqdarında və ehtiyatında bu dəyişikliklər daha aydın görünür. Belə ki, üzüm
bağı altında istifadə edilən mədəniləşmiş dağ-qəhvəyi torpa-ğın əkin qatında (AU'az=23-28sm)
humusun miqdarı 3,6-4,0 %, əkinaltı qatda (AU"az=25-50sm) isə 2,5-3,1 % təşkil etdiyi halda,
dənli-taxıl bitkiləri altında becərilən variantlarda bu göstəricilər müvafiq olaraq 2,4-3,0 % ilə
1,7-2,1 % arasmda dəyişməklə xeyli azalır. Əvvəldə qeyd etdiyimiz kimi, üzüm bağları
salınarkən dərin plantaj şumun aparılması təsirindən və həmçinin humusun mütəhərrik hissəsinin
alt qatlara yuyulması nəticəsində 85-100 sm dərinlikdə 1,0-1,2 %-ə qədər humusa rast gəlinir.
Aparılmış hesablamalar
göstərir ki, üzümaltı torpaqlarda humusun ehtiyati 0-20sm-də 90-98 t/ha,
0-50sm-də 172-212 t/ha və 0-100sm-də 270-327 t/ha-ya qədər yüksəldiyi halda, taxıl əkinləri
altında müvafiq olaraq (0-20sm-də 58-70 t/ha, 0-50sm-də 130-145 t/ha, və 0-100sm-də 200-223
t/ha) xeyli azalır.
Üzüm bağı altında optimal hidrotermiki rejim və əlverişli humusəmələgəlmə şə-raiti
ümumi azotun miqdarının xeyli artması ilə nəticələnir. Əkin qatında onun miqdarı 0,26-0,29
%, 0-20sm-də ehtiyatı 5,2-6,9 t/ha; 0-50sm-də 12,9-15,4 t/ha oldu-ğu halda, taxıl əkini sahəsində
ümumi azotun miqdarı 0,16-0,19 %, ehtiyatı isə uyğun olaraq 4,5-5,2 t/ha və 10,9 t/ha təşkil edir.
Təbii-xam torpaqlarda olduğu kimi mədəniləşmiş qəhvəyi torpaqların profili 70-80sm
dərinliyə qədər karbonatlardan yuyulmuşdur. Cədvəldən göründüyü kimi əksər kəsimlərin dərin
qatları, xüsusən torpaqəmələgətirən dellüvial gilli-gillicəli çöküntüləri karbonatlı olub, CaC0
3
-ün
miqdarı 5,6-10,5 %-dən 13,2-219,1 %-ə qədər yüksəlir.
Mədəniləşmiş qəhvəyi torpaqlar udulmuş əsaslarla kifayyət qədər təmin olunurlar. Qeyd
etmsk lazimdir ki, udma tutumunun maksimum miqdarı (32,8-37,6 mq-ekv) əsasən üzüm bağı
altında istifadə edilən torpaqların əkin qatında qeyd olunur. Bu üzüm bağı altı torpaqların
humusla nisbətən yaxşı təmin olunması, əlverişli strukturası, elementar torpaq proseslərinin
optimal hidrotexniki şəraitə uyğun gedişi və ümumən torpaqların mədəniləşmə səviyyəsinin
nisbətən yüksək olması ilə əlaqədardır. Udma tutumunun kəmiyyəti əkin qatından dərinliyə
doğru tədricən azalmaqla (23,0-25,3 mq-ekv), bəzən ağır gilli orta (Bt=50-80 sm) və karbonatlı
dərin qatlarda (B/Cca+Cca) udma tutumunun miqdarı xeyli artır (27,5-35,7 mq-ekv). Udma
tutumunun cəmində Ca kationu tam üstünlük (70-80%) təşkil edir. Bunu Ca:Mg olan nisbətin
3,6-4,8 arasında dəyişməsi aydın göstərir. Təbii xam torpaqarda oldugu kimi qəhvəyi torpaqların
mədəniləşmiş variantlarının əkin qatı neytral (pH=6,9-7,l), orta və dərin qatları isə zəif qələvi
(pH=7,5-8,1) mühitə malikdir.
Mexaniki analiz təhlillərinin müqayisəli araşdırılması göstərir ki, uzun müddətli