VI. TORPAQŞÜNASLIQ
UOT: 631.157
GƏNCƏ-QAZAX BÖLGƏSİNİN BOZ-QƏHVƏYİ (şabalıdı) TORPAQLARININ
AQROMELİORATİV VƏZİYYƏTİNİN ANTROPOGEN TƏSİRDƏN DƏYİŞİLMƏSİ
L.V.QARAYEVA, doktorant
AMEA, Suvarma və Eroziya İnstitutu, Az 1007, Bakı, M.Qaşqay 36. Tel: 0504927749
Gəncə-Qazax bölgəsi Böyük və Kiçik Qafqaz sıra dağlarının arası ilə Qərbdən Şərqə
doğru uzanan böyük dağ ətəyi düzənlikdən, qismən dağlıq ərazidən ibarətdir. Ərazisi 1.23
mln/ha torpaq örtüyünə malik olub, əsasən şabalıdı (boz qəhvəyi) torpaq tipindən ibarətdir. Bu
torpaqlar qranulometrik tərkibcə yüngül olub, yüksək dərəcəli su keçirmə qabiliyyətinə
malikdirlər. Konuslararası depresiyada əmələ gələn torpaqlar qranulometrik tərkibcə orta
gillicəli olub, çınqıl qat üzərində yayılmışlar.
Açar sözlər: qranulometrik, şorakətləşmə, hiqroskopik
Ключевые слова: гранулометрический, засоление, гигроскопический
Keywords: granulometric, salinization, hygroscopic
Son illər ölkəmizdə ağır sənayenin, nəqliyyat, rabitə və digər sahələrin inkişafı, həmçinin,
respublika əhalisinin dinamik artımı, şəhər, qəsəbə, kənd tipli yaşayış məntəqələrinin
genişlənməsi torpaq örtüyünə antropogen
təsirləri gücləndirmiş, təbii təsərrüfat sahələrindən asılı
olmayaraq torpaqların həm mütləq, həm də nisbi ölçülərdə azalmasına gətirib çıxarmışdır. Bəzi
regionların əkinaltı torpaqlarında humus və digər üzvi birləşmələrin azalması, torpaq
münbitliyinin və digər göstəricilərin pisləşməsi prosesləri sürətlənmişdir.
Torpaq ehtiyatlarının qorunması, əkinaltı torpaqlarda münbitliyin azalmasının qarşısının
alınması, təbii və antropogen səbəblərdən törəmiş eroziyaya uğrama şorlaşma və şorakətləşmə və
digər səbəblərdən deqradasiya proseslərinə qarşı mübarizənin aparılması günün aktual
məsələlərindən biri sayılır.
Bir çox ərazilərdə olduğu kimi, Gəncə-Qazax bölgəsinin bəzi hissələrində də torpaq örtüyü
həm təbii, həm də antropogen təsirlərə məruz qalır ki, bu təsirləri də müsbət və mənfi mənada
qiymətləndirmək olar. Bu təsirlər rayonun coğrafi vəziyyətindən, relyef və hidrotermik rejimdən
asılı olaraq özü də bir növ zonal xarakter daşıyır [1].
Ölkəmizin quru subtropik boz pirlarında ən geniş areal boz-qəhvəyi (şabalıdı) torpaqlara
məxsusdur. Ümumi sahəsi 1.4 min hektar olan bu torpaqların çox hissəsi dəmyə və suvarılan
əkinçilikdə istifadə olunur. Adi boz-qəhvəyi (şabalıdı) torpaqlar Böyük və Kiçik Qafqazın
dağətəyi düzənliklərində, Gəncə-Qazax massivlərində, Quba-Qusar və Arazboyu zolağın İran
Muğanı ilə həmsərhəd ərazilərində rast gəlinir.
Şabalıdı (boz-qəhvəyi) torpaqlar respublikanın qərb bölgəsinin əsas sahəsini tutur və kənd
təsərrüfatı bitkilərinin becərilməsi üçün tam yararlıdır, onların ana süxuru prolüvial, dellüvial,
karbonatlı, gillicəlidir.
Burada yayılmış təbii bitki örtüyü quraqlığa davamlı biyan, yovşan, efemer bitkilərdən və
s. ibarətdir.
Şabalıdı (boz-qəhvəyi) torpaqlar yayılan sahələrdə, bitki örtüyü seyrək olduğu üçün,
humuslaşmış qatın qalınlığı 20-35 sm-ə çatır. Onlar karbonatlı olduqları üçün üst qatdan
başlayaraq alt qatlara kimi HCl-dan qaynayırlar.
Bu torpaqlarda fiziki gilin miqdarı bütün profil boyu əsasən, 31,5-35,4% arasında dəyişir.
Bu da həmin torpaqlarda qum hissəciklərinin nisbətən çox olması ilə əlaqədardır. Torpaqlar
qranulometrik tərkibcə yüngül və orta gillicəlidir. Onların 0-15 sm qatında humusun miqdarı
2,91% aşağı genetik qatlara keçdikcə humusun miqdarı azalaraq 1,5-1,6%-ə düşür. Humusun
miqdarından asılı olaraq, ümumi azotun miqdarı üst qatda 0,20% olduğu halda, alt qatda xeyli
azalaraq 0,08% təşkil edir. Ümumi fosfor isə üst qatda 0.16%-ə qədər çatır.
Bu torpaqların uzun illər suvarılması nəticəsində, karbonat birləşmələri əsasən alt qatlara
toplanmışdır.
Şabalıdı (boz-qəhvəyi) torpaqlar başqa torpaqlardan humusun miqdarına, qranulometrik
tərkibinə, bitki örtüyünə və profil boyunca genetik qatların bir-birindən aydın seçilməsinə görə
fərqlənirlər.
Torpaq monitorinqi baxımından şabalıdı torpaqlarda təqribən, 60-70 il bundan əvvəl
genetik qatlar üzrə götürülmüş kəsimlərdə hiqroskopik su 3,37-12,09%, karbonatlıq 0,5-29,5%,
ümumi humus 0,84-3,86%, ümumi azot isə torpağın üst səthində 0,18% olmuşdur.
Müxtəlif dövrlərdə tədqiqatçılar şabalıdı torpaqların əsas tərkib hissəsinin dəyişkənliyini
müşahidə etmişlər.
i
Şabalıdı torpaqların ilkin təhlili (M.E.Salayev) göstərir ki, udma tutumunun tərkibində Ca
kationu yüksək dərəcədə üstünlük təşkil edir (85,5-93,8%). Mg kationu kəsimin profili boyunca
3,0-11,9% olmuşdur. Na kationu Mg-dan xeyli azdır (0,9-5,6%). Lakin, Na-un qismən çoxluğu
(5,6%) bu torpaqların zəif şorakətliyini göstərir.
Ca kationunun uducu kompleksdə 90%-ə qədər olması sonrakı tədqiqatçıların əsərlərində
də rast gəlinir.
Şabalıdı torpaqlar qranulometrik tərkibcə ağır gillicəli və gillidir. Lil fraksiyalı (< 0,001)
torpaq qatının orta profilində artmışdır. Bu da həmin torpaqlarda bərkimiş qatın olmasını göstərir
[2].
Hələ 1928-ci ildə V.V.Akimtsev Gəncə şəhərində torpaq tədqiqatları apararkən müəyyən
etmişdir ki, uzun müddət torpaqların əkin altında istifadə olunması, torpaqların becərilməsi,
daima suvarılması şabalıdı torpaqların 60-70 sm. qatında bərkimiş torpaq qatının yaranmasına
səbəb olur. Eyni zamanda profil boyunca humusun yuyulmasına və şorakətliyin əlamətlərinə rast
gəlinir.
Morfoloji nöqteyi-nəzərdən boz-qəhvəyi (şabalıdı) torpaqların xeyli hissəsi suvarılmayan
bağların, üzümlüklərin, nar bağlarının, dənli və texniki bitkilərin altında istifadə olunur. Ərazi
əsasən qışı quraq keçən mülayim-isti yarımsəhra iqlim tipinə məxsusdur. Bu iqlim tipi yayın isti,
quru və qışın isə yumşaq keçməsi ilə səciyyələnir. Havanın orta illik temperaturu 14
0
C, ilin
soyuq ayında 1-2
0
C, ən isti ayda isə (iyul) 26-27
0
C arasında dəyişir. Yay aylarında bəzən
havanın mütləq maksimum temperaturu 40
0
C–dək yüksəlir. Qışda bəzən havanın mütləq
minimum temperaturu -8
0
C-dək aşağı düşür. Torpaq səthinin orta illik temperaturu 16
0
C -dir.
Havanın orta illik nisbi rütubəti 65% olub, il ərzində 52-75% arasında dəyişir. Yağıntının illik
miqdarı 292 mm-dir. Ərazidə yağıntı əsasən yaz fəslinə düşür. Səthi örtükdən il ərzində 1173
mm mümkün buxarlanma gedir [3].
Torpaqların aqromeliorativ vəziyyətində baş verən dəyişikliklərə aydınlıq gətirmək üçün
Gəncə-Qazax ərazisi üçün xarakterik olan 186 saylı kəsim üzüm bağında qoyulmuşdur.
-
A
1
0-7 sm. Şabalıdı-bozumtul ləkələrlə, tozvari, tək-tək dənəvər, qozvari,
yumşaldırmış, ağır gillicəli,
zəif kökcüklü, turşu təsirindən qaynayır.
-
A
2
7-22 sm. Üstünlüklə açıq və boz, qozvari kəsəkli, daha sıx kip və çatlı, gilli, güclü
qaynayır.
-
B
24-48 sm. Açıq şabalıdı boz ləkəli, naməlum iri prizma şəkilli, kifayət qədər sıx,
gilli, tək-tək kiçik çınqıllı, qaynama güclüdür.
-
C
48-66 sm. Boz, tək-tək ləkəli, karbonat əhəngli, strukturasız (bərkimiş), hədsiz sıx-
kip, gilli, çox güclü qaynayır.
-
D(C
2
) 66-85 sm. və daha dərin. Tünd qonur, strukturasız (bərkimiş) hədsiz sıx-kip,
çox zəif qaynayır.
Şabalıdı torpaqların bir fərqli cəhəti də budur ki, yuxa qatlıqda olur. Belə yuxa qatlı
torpaqlar Gəncə massivində geniş yayılıb. Morfoloji və kimyəvi xüsusiyyətlərinə görə, bu