Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə131/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   127   128   129   130   131   132   133   134   ...   164

 
 
 
 
UOT 633/635:631.52 
 
SUVARMA ŞƏRAİTİNDƏ MÜXTƏLİF COĞRAFİ MƏNŞƏLİ BUĞDA 
SORTNÜMUNƏLƏRİNİN TEXNOLOJİ-KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN 
TƏDQİQİ  
 
A.M.ABDULLAYEV a.e.ü.f.d., S.M.MƏMMƏDOVA b.ü.f.d.,  
S.K.HACIYEVA a.e.ü.f.d. 
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik  İnstitutu, Bakı ş., Sovxoz №2,  
e-mail: sevka_m@yahoo.com, tel.: 5516130 
 
Məqalədə  2013-2014-cü  illərdə  suvarma  şəraitində  kolleksiya  pitomnikində  yumşaq  və 
bərk  buğdanın  1148  yerli  və  introduksiya  olunmuş  müxtəlif  coğrafi  mənşəli  sortnümunələrinın 
tədqiqinin  nəticələri  haqqında  məlumat  verilmişdir.  Belə  ki,  bu  sortnümunələrindən  yüksək 
təsərrüfat  əhəmiyyətli  əlamətlərə  malik  154  nümunə  seçilərək  texnoloji-keyfiyyət  göstəriciləri 
tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində yüksək keyfiyyət göstəricilərinə malik 12 yumşaq və 5 
bərk buğda nümunəsi seçilərək qiymətli başlanğıc material kimi hibridləşməyə cəlb edilmişdir.   
   
Açar sözlər: seleksiya, kolleksiya, introduksiya, yumşaq buğda, bərk buğda, keyfiyyət  
Ключевые  слова:  селекция,  коллекция,  интродукция,  мягкая  пшеница,  твердая 
пшеница, качествo                         
Key words: selection, collection, introduction, bread wheat, durum wheat, quality 
 
 
Buğda  qiymətli  ərzaq  bitkisi  olmaq  etibarı  ilə  ölkədə  ərzaq  təhlükəsizliyinin  təmin 
olunmasında  mühüm  strateji  əhəmiyyətə  malikdir.  Təsadüfi  deyildir  ki,  son  illərdə  buğdanın 
məhsuldarlığının  yüksəldilməsi  istiqamətində  dövlət  səviyyəsində  mühüm  qərarlar  verilmiş  və 
tədbirlər sistemi həyata keçirilmişdir.   
Yumşaq  və  bərk  buğdanın  emalından  alınan  un,  yarma,  çörək  və  makaron  məmulatları 
yaşayışımızın gündəlik qidasını təşkil edir. K.A.Timiryazev (1949) qeyd etmişdir ki, yaxşı bişmiş 
bir tikə çörək “İnsan əqlinin ən böyük ixtiralarından biridir”.  
Hazırda  dünyada  qlobal  iqlim  dəyişikliyi  baş  verən  bir  dövrdə  yüksək  məhsuldarlıq 
potensialına, texnoloji-keyfiyyət göstəricilərinə malik və hər cür ekstremal şəraitdə stabil məhsul 
verə bilən ekoloji plastik sortların yaradılıb istehsalata tətbiqi ən aktual məsələlərdəndir və bunun 
üçün başlanğıc materialın tədqiqi mühüm əhəmiyyət kəsb edir. 
Bir  çox  tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  yeni  sortların  yaradılmasında  başlanğıc 
materialın  rolu  son  dərəcə  mühüm  əhəmiyyət  kəsb  edir.  Seleksiya  elminə  başlanğıc  material 
haqqında təlim və anlayışı ilk dəfə akademik N.İ.Vavilov gətirmişdir. O, öz əsərlərində başlanğıc 
materialı  seleksiyanın  bünövrə  daşı  adlandırmaqla  yeni  məhsuldar  sortların  yaradılmasında  ona 
xüsusi önəm vermişdir [3, 6]. 
A.Abdullayev  və  M.Şixoyev  payızlıq  yumşaq  buğdanın  perspektiv  xətt  və  sortlarından 
ibarət  olan  seleksiya  materiallarını  tədqiq  edərək  qiymətləndirmiş  və  onlardan  hibridləşmədə 
istifadə edərək müsbət təsərrüfat əlamətlərinə malik sortlar yaratmışlar (Tərəqqi, Bəyaz, Murov və 
s.) [2]. 
Ədəbiyyat  məlumatlarının  təhlili  və  apardığımız  tədqiqatlar  əsasında  belə  bir  fikrə 
gəlmək  olar  ki,  başlanğıc  materialın  düzgün  seçilməsi  və  onların  məqsədyönlü  olaraq 
hibridləşməyə cəlb edilməsi gələcəkdə yüksək  məhsuldar sortların yaradılmasının əsasını təşkil 
edir. 
Bu məqsədlə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Abşeron Yardımçı Təcrübə 
Təsərrüfatında 2013-2014-cü illərdə suvarma şəraitində kolleksiya pitomnikində yumşaq və bərk 
buğdanın  1148  yerli  və  introduksiya  olunmuş  müxtəlif  coğrafi  mənşəli  sortnümunələri  tədqiq 
edilmişdir.  Səpin,  sələf  paxlalı  bitkilər  olmaqla  noyabr  ayının  birinci  ongünlüyündə  əllə 


 
 
 
 
aparılmış,  kütləvi  cücərtilər  noyabr  ayının  ikinci  ongünlüyündə  müşahidə  edilmişdir.  Hər  bir 
nümunə  1m
2
  sahədə  səpilmiş,  standart  kimi  (20  nümunədən  bir)  yumşaq  buğdalar  üçün 
Əzəmətli-95, bərk buğdalar üçün isə Bərəkətli-95 sortları götürülmüşdür.  
Vegetasiya  müddətində  təcrübə  sahəsində  aqrotexniki  qulluq  işləri  bölgə  üçün  müəyyən 
edilmiş  metodika  əsasında  həyata  keçirilmiş,  səpinlə  birlikdə  hektara  100  kq  kompleks  gübrə 
(omofocka),  erkən  yazda  kollanma  fazasında  hektara  təsiredici  maddə  hesabı  ilə  90  kq  azot 
gübrəsi (NH
4
NO
3
) verilmişdir. Vegetasiya dövründə nümunələr üç dəfə (kollanma və çiçəkləmə 
mərhələsinin sonu, dənin formalaşma mərhələsinin başlanğıcında) suvarılmışdır. 
Tədqiqat  illərində  başlanğıc  material  kimi  yüksək  aqronomik  xüsusiyyətlərinə  və 
xəstəliklərə davamlılığına görə seçilmiş yerli və müxtəlif coğrafi mənşəli 100 yumşaq və 54 bərk 
buğda nümunələrində kompleks texnoloji-keyfiyyət göstəriciləri qəbul edilmiş metodika əsasında 
təyin edilmişdir  [4, 5]. 
Tədqiq  edilən  yumşaq  və  bərk  buğda  nümunələri    standart  sortlarla  müqayisə  edilmiş  və 
texnoloji-keyfiyyət  göstəricilərinə  görə  standartdan  fərqlənən  nümunələr  qruplaşdırılaraq  təhlil 
edilmişdir.  
Tədqiqat illərində dənin şüşəvariliyinə görə standartla (50,0%) müqayisədə  tədqiq olunan 
yumşaq  buğda  nümunələrinin  90%-i  standartdan  yüksək  (69-100%),  10%-i  isə  aşağı  (unlu-49) 
göstəriciyə  malik  olmuşdur.  Dənin  şüşəvariliyi;  Nota-100%,  Faktor-84%,  Zimorodok-83% 
(Rusiya), Renan (Fransa)-81,2%, Günəşli-97%, Qırmızı gül 1-92%, Azəri-78%, Murov 2-88,7%, 
Şəfəq 2-85% (Azərbaycan) və s.sortnümunələrində nəzarətdən yüksək; SH Morg (İngiltərə),  SG 
4.7063  (CIMMYT),  Qiymətli  2/17  və  s.  sortnümunələrində  isə  illərdən  asılı  olaraq  unlu-18,5%- 
olmaqla nəzarətdən aşağı olmuşlar. 
Tədqiq edilən bərk buğda nümunələrində dənin şüşəvariliyi  yüksək və qənaətbəxş (38,8-
100%) olmaqla yerli nümunələrdən; Bərəkətli 95  -93,5%, Qarabağ, Tərtər-100%, Qaraqılçıq 2  -
81,7%,  xarici  mənşəli  nümunələrdən;  Rac  91  (Hindistan)-94%,  Zatino  (Fransa)-89,0%  və  s.  bu 
göstəriciyə görə daha çox fərqlənmişlər. 
Kleykovinanın  miqdarına  görə    nümunələrin  56%-i  standartdan  (Əzəmətli  95  -30,3%) 
yüksək  (30.9-38%),  44%-i  isə  aşağı  (25,6-30,2)  göstəriciyə  malik  olmuşdur.  Xarici  mənşəli 
nümunələrdən- Renan (Fransa)-34,2%, Fin buğdası (Finlandiya)-38,4%, yerli nümunələrdən isə -
Qobustan-32,0%,  Murov  2-34.6%,  Pərzivan  2-34,4%  və  s.  kleykovinanın  miqdarına  görə 
standartdan yüksək, Lastoçka (Rusiya)-26,8%, Kroşka (Rusiya)-27,2 və s. aşağı göstəriciyə malik 
olmuşlar.  
Kleykovinanın  keyfiyyəti  onun  elastiklik  xassələri  ilə  xarakterizə  olunur  və  digər 
göstəricilərlə yanaşı eyni zamanda kleykovinanın deformasiya əmsalı (KDƏ) ilə müəyyən edilir. 
Bu göstərici yumşaq buğda nümunələrində illərdən asılı olaraq kəskin fərqlənmiş və nümunələrin 
23,3%-i standartdan  yüksək (96,3-100,9)  və 76,7%-i isə standartdan (104,7%) aşağı (105-115,5) 
göstəriciyə malik olmuşdur. 
 Tədqiq olunan bərk buğda nümunələrinin 13,6%-i standartdan (104,6) yüksək (83,1-102,7), 
86,4%-i  standartdan  aşağı    (105,7-119,2)  göstərici  ilə  xarakterizə  olmuşlar.  2013-cü  illə 
müqayisədə  2014-cü  ildə  keyfiyyət  göstəriciləri  nisbətən  yüksək  olmuşdur.  Eyni  aqrotexniki 
tədbirlər  fonunda  keyfiyyət  göstəricilərinin  illərdən  asılı  olaraq  dəyişməsi  bu  göstəricinin 
formalaşmasında  iqlim  şəraitinin  mühüm  rol  oynadığını  deməyə  imkan  verir.  Analoji  nəticələr 
digər tədqiqatçılar tərəfindən də qeyd edilmişdir [1, 7]. 
2014-cü  ildə  tədqiq  olunan  yumşaq  buğdaların  71,2%-i  standartdan  (99,6)  yüksək  (82,7-
99,2), 28,8%-i isə aşağı (100,1-111,5) səviyyə göstərmişlər. Kleykovinanın deformasiya əmsalına 
görə  Faktor-88,6; Zimorodok (Rusiya)-82,7;  yerli nümunələrdən:  Zirvə 85  -86,1;  Günəşli  -88,0; 
Qırmızı gül 1 -94,5 və s. sortnümunələri nisbətən yüksək göstərici ilə fərqlənmişlər. 
Analoji hal bərk buğdalarda da müşahidə edilmişdir. Belə ki, standart Bərəkətli 95 sortunda 
bu göstərici 96,9 olmuş, onunla müqayisədə sortların 45%-i standartdan yüksək (94,4-87,8), 55%-
i  standartdan  aşağı  (99,2-109,2)  göstəriciyə  malik  olmuşlar.  Kleykovinanın  deformasya  əmsalı 
Zatino  (Fransa)-87,7;  yerli  nümunələrdən;  Altun  -94,2;  Muğan  -94,5;  Əlincə  84  -91,6  və  s. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə