Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə127/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   123   124   125   126   127   128   129   130   ...   164

 
 
 
 
Yoncadan  silos  hazırlanarkən  çox  miqdarda  təmiz  zülal  itkisinə  yol  verilir.  Sahədə 
yığımdan sonra itki 15-20% təşkil edir. 
Tədqiqatın obyekti və metodikası. Tədqiqat işləri 2012-2014-cü illər ərzində Azərbaycan 
Elmi  Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun  ərazisində  və  laboratoriya 
şəraitində  aparılması  müəyyənləşdirilmişdir.  Bu  məqsədlə  fermer  təsərrüfatlarında  tələbata 
uyğun  həcmdə  qarğıdalı  və  yonca    bitkiləri  əkilməlidir.  Abşeron  YTT-nın  əkin  sahələri  tələb 
olunan aqrotexniki qaydada becərildikdən sonra aşağıdakı variantlar üzrə təcrübə qoyulmuşdur. 
     
Variantlar: 
1. Qarğıdalı (təmiz)-nəzarət 
2. Qarğıdalı 80% + yonca 20% 
3. Qarğıdalı 70% + yonca 30% 
4. Qarğıdalı 60% + yonca 40% 
5. Qarğıdalı 50% + yonca 50% 
6. Qarğıdalı 40% + yonca 60%  
 
Qarğıdalı  bitkisi  süd-mum  yetişmə  fazasında,  yonca  bitkisi  isə  qönçələmə,  ən  geci 
çiçəkləmənin başlanğıc fazasında  istifadə edilmişdir. 
Nümunələr  laboratoriya  şəraitində  2-3  sm  uzunluqda  doğrandıqdan  sonra  diqqətlə 
qarışdırılıb,  1  litrlik  bankalara  doldurulmuşdur.  Yem  nümunələri  qablara  doldurulduqda  elə 
etmək lazımdır ki, orada hava qalmasın, əks təqdirdə kütlə çürüyə və kiflənə bilər. Qablar bərk 
doldurulduqdan  sonra  hava  keçməsin  deyə  ağzı  möhkəm  bağlanmış  və  qaranlıq  yerdə 
saxlanılmışdır. 2 aydan sonra bankalar açılaraq, diqqətlə qarışdırıldıqdan sonra yem nümunələri 
götürülmüş və aşağıda qeyd olunan keyfiyyət göstəriciləri tədqiq olunmuşdur. 
Tədqiqatın  təhlili  və  müzakirəsi.  Müxtəlif    faiz    tərkibində    hazırlanmış    silosun  
keyfiyyət  göstəriciləri    və    tədqiqatın  ilkin    nəticələri.  Silosun  keyfiyyəti  birbaşa  yığım 
müddətindən  asılıdır.  Siloslama  üçün  qarğıdalının  səmərəli  yığım  müddəti  dəndə  nişasta 
toplanmasının başa çatdığı süd-mum yetişkənliyi dövrdür  ki, bu zaman bitkinin tərkibində quru 
maddə  28-35%  təşkil  edir.  Erkən  yığım  zamanı  nəinki  məhsuldarlıq,  həmçinin  keyfiyyət,  gec 
yığımda isə soyuq vurma qida maddələri itkisinə səbəb olur. 
Təsərrüfat  göstəricilərinə  görə  silosun  turşuluq  dərəcəsi  (pH)  (Viqner  üsulu  ilə)  və    bal 
sistemi ilə rəngi, qoxusu (orqanoleptik üsulla) təyin edilmişdir. 
Silosun qoxusu ətirli meyvə, zəif turş, sirkə turşusu, xiyar, kəskin sirkə turşusu, yağ turşusu 
qoxusunda da ola bilir. 
Silos  kütləsinin  rəngi  qırmızı,  qırmızı  narıncı,  narıncı,  sarı,  sarı-yaşıl,  yaşıl,  yaşıl-göy 
göstəricilərinə görə təyin edilir. 
Bu  göstəricilər  bal  sistemi  ilə  qiymətləndirilir.  Balların  cəminə  görə  silosun  ümumi 
keyfiyyəti təyin edilmişdir. 
Silos  kütləsinin  təsərrüfat  göstəriciləri  orqanoleptik  üsulla  təyin  edildikdən  sonra  onun 
keyfiyyət göstəriciləri öyrənilmişdir.  
Bu  məqsədlə  variantlar  üzrə  yem  kütləsinin  tərkibində  ümumi  və  hiqroskopik 
nəmlik,quru maddə,  xam  protein  (Keldal  üsulu  ilə),xam  yağ  (Sokslet  üsulu  ilə),  xam  sellüloza 
(Kirşner  və  Qanek  üsulu  ilə),xam  kül  (Mufel  pecində),  azotsuz  ekstraktiv  maddələr  (AEM)-
hesablama yolu ilə, karotinin miqdarı təyin edilmişdir.   
  Təhlil  işləri  qəbul  edilmiş  ümumi  standart  metodlar  üzrə  aparılmışdır.  Analizlər  paralel 
olaraq  aparılmış,  paralellər  arasında  fərq  qəbil  edilmiş  normadan  artıq  olduq  da  analiz  təkrar 
aparılmışdır (cədvəl 1). 
 Silos 2 üsulla qiymətləndirilmişdir: təsərrüfat göstəriciləri orqanoleptik üsul ilə, keyfiyyət 
göstəriciləri isə kimyəvi analizlər yolu ilə təyin edilmişdir. 
Variantlar üzrə silosun orqanoleptik üsulla qiymətləndirilməsi 1 saylı cədvəldə şərh olunur.          
 


 
 
 
 
 
 
 
Variantlar üzrə silosun orqanoleptik üsulla qiymətləndirilməsi 
Cədvəl 1 
 
Göstəricilər 
Variantlar 

II 
III 
IV 

VI 
Silosun iyi 
 
zəif turş 
yağ 
turşusu 
 
kəskin 
sirkə 
aromatlı 
 
çörək 
kimi 
sirkə 
Silosun rəngi 
 
qəhvəyi 
sarı yaşıl 
qara yaşıl 
yaşıl 
 
sarı yaşıl 
 
sarı yaşıl 
Bal sistemi ilə 
silosun keyfiyyəti:   
çox yaxşı,  yaxşı, 
orta, pis 
orta 
orta 
pis 
çox yaxşı 
yaxşı 
Orta 
Silosun turşuluq 
dərəcəsi (pH) 
6,1 
7,2 
6,4 
4,2 
4,5 
6,6 
 
Cədvəldən göründüyü kimi orqanoleptik (təsərrüfat) göstəricilərinə görə ən yaxşı göstərici 
IV  variant üzrə müşahidə olunmuşdur. 
Variantlar  üzrə  yemlərin  kimyəvi  tərkibi    (keyfiyyət  göstəriciləri)  və  ümumi  qidalılıq 
dəyəri 2 saylı cədvəldə verilir.   
 
Silos kütləsinin keyfiyyət göstəriciləri 
Cədvəl  2.  
 
Variantlar 
Ümumi 
nəmlik,

Quru 
maddə,

Mütləq quru maddədə, % 
 
Xam 
protein 
Xam 
Yağ 
Xam 
sellüloz

Xam 
kül 
AEM 
Karotin

mq 
Qarğıdalı 
(təmiz,nəzarət) 
 
76,02 
 
23,98 
 
8,14 
 
1,93 
 
20,36 
 
7,96 
 
61,61 
 
  18 
Qarğıdalı 
80%+yonca20% 
 
   76,81 
 
23,19 
 
10,87 
 
2,61 
 
  21,23 
 
8,42 
 
67,74 
 
26 
Qarğıdalı 
70%+yonca30% 
 
75,42 
 
24,58 
 
11,53 
 
2,98 
 
21,14 
 
8,13 
 
56,22 
 
28 
Qarğıdalı 
60%+yonca40% 
 
74,82 
 
25,18 
 
13,94 
 
3,62 
 
19,02 
 
9,14 
 
54,28 
 
37 
Qarğıdalı 
50%+yonca50% 
 
74,98 
 
25,02 
 
13,67 
 
3,51 
 
  19,16 
 
9,11 
 
54,55 
 
34 
Qarğıdalı 
40%+yonca60% 
 
78,63 
 
21,37 
 
10,17 
 
3,47 
 
22,43 
 
8,12 
 
55,81 
 
28 
 
Cədvəldəki  rəqəmlərdən  aydın  olur  ki,  kimyəvi  tərkibinə  və  ümumi  qidalılıq  dəyərinə 
görə ən yaxşı göstərici  IV  variantda  (qarğıdalı 60% + yonca 40%) müşahidə edilmişdir.   


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə