V. KEYFİYYƏT
UOT
BADIMCAN MEYVƏLƏRİNİN TEXNOLOJİ VƏ KEYFiYYƏT ƏLAMƏTLƏRİ
C.İ.HÜSEYNOVA
AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq155, AZ 1106, Bakı, Azərbaycan
imran.cavahir@yahoo.com
Badımcan bitkisinin, beş sort nümunəsində, texnoloji əlamətlər öyrənilmişdir. Tədqiqatın
əsas məqsədi, məhsuldarlıqla yanaşı, sortnümunələrin, texnoloji və keyfiyyət əlamətlərinin
oyrənilməsi və aparılan tədqiqat nəticəsində təyin edilən yüksək keyfiyyətli nümunələrin
təsərrüfata tövsiyə edilməsi olmuşdur.
Açar sözlər: Badımcan, kütlə çəkisi, qabıq, quru maddə, saxlanma müddəti faizi,
keyfiyyət,
nümunə
Ключевые слова: Баклажан, вес, кожура, сухое вещество, срок хранения,
качество, образец.
Key words: Eggplant, weight, skin,
dry matter,
period of storage, quality, sample.
Meyvə-tərəvəz bitkiləri dedikdə bu bitkilərin ancaq meyvələrindən istifadə nəzərdə tutulur.
Onların bəzilərindən həm yetişmiş, həm də kal formasından istifadə edilir. Bəzi tərəvəz bitkiləri
də var ki, onların meyvələrindən ancaq texniki yetişkənlik dövründə istifadə olunur. Belə
bitkilərdən biri də badımcan bitkisinin meyvələridir.
Ədəbiyyat məlumatlarına istinadən, məlumdur ki, badımcan bitkisinin 500-dən artıq sort
və sort nümunəsi yayılmışdır [1; 4].
Bu meyvə-tərəvəz bitkilərinin tədqiqi məqsədi ilə AMEA-nın Genetik Ehtiyatlar
İnstitutunun “Tərəvəz və bostan bitkiləri” laboratoriyasında pomidor, bibər sort nümunələri ilə
yanaşı badımcan bitkisinin, introduksiya olunmuş, bir neçə sort və sort nümunələri əkilərək
oyrənilmişdir. Badımcan, bəzən, tibbi nöqteyi nəzərincə, həb şəklində də, istifadə edilən əvəz
olunmaz bitkidir. Onun tərkibində, insan orqanizminə lazım olan kalsium, maqnezium, müxtəlif
duzlar, üzvü turşular, şəkər və A, B
2
, C və PP vitaminləri vardır. Badımcandan istifadə qanda
xolesterin azalmasına təsir edir.
Bu qiymətli tərəvəzin artırılması, seleksiyasının yaxşılaşdırılması, onun texnoloji
əlamətlərinin, yüksək keyfiyyət göstəricilərinin üstünlüyünə görə qiymətləndirilməsi daha vacib
şərtlərdən biridir.
Bu məqsədlə, digər tərəvəz bitkiləri ilə yanaşı, badımcan bitkisinin sort və
sortnümunələrində texnoloji və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi işi ümdə
vəzifələrdən biri olmuşdur.
Işin gedişi: Rusiya Federasiysının ETTİ – TBÜİS – TSTİ – ÜBİ (1977) birgə hazırladığı
metodikadan istifadə edilmişdir.
Yığılmış meyvələrin orta kütlə çəkisi, meyvələrin qabıq, saplaq və lət çıxımı ayrı-ayrılıqda
öyrənilmişdir.
Meyvələrin uzunluğu və eni ştangendikometrlə ölçülərək uzunu eninə bölünmüş (h/d),
onun forması (indeksi) müəyyən edilmişdir.
Meyvələrinin, əsas göstəricilərindən biri olan, quru maddənin faizini öyrənilməsi məqsədi
ilə əzilmiş meyvənin bir neçə damcısından götürülərək refroktometrlə yoxlanılıb, quru maddənin
faizi təyin edilmişdir.
Quru maddənin 1-2% artması, konserv sənayesində, yüksək pasta çıxımına (çıxımını
təmin edir) dəlalət edir.
Məyvələrin uzun müddət əmtəəlik keyfiyyətinin saxlanilmasında, anotomik quruluşu ilə
yanaşı, qabığının qalınlığının da rolu, böyük əhəmiyyət kəsb edir. Bu göstəricini təyin etmək
məqsədi ilə millimetrlik kağızdan istifadə edilmişdir. Meyvələrin dadı, beş nəfər, dequstator
vasitəsilə verdiyi qiymətlər toplanaraq beşə bölünüb çıxarılan orta rəqəmə əsasən
qiymətləndirilmişdir. Saxlanma müddətini (əmtəəlik keyfiyyətini) təyin etmək üçün, suvarmadan
3-4 gün sonra, dərilmiş meyvələr seçilib 13-18
0
C temperaturda, polietilen torbalarda saxlanılmış
və meyvələrin gündəlik xarab olma prosesi yoxlanılaraq sayları, tarixi dəftərə qeyd edilmişdir.
Xarab olma prosesi başa çatdıqdan sonra, meyvələrin ümumi sayından, onların tarixinə uyğun
rəqəm çıxarılaraq saxlanma müddətinin neçə gün olduğu qeyd edilmişdir.
Tədqiqat nəticəsində məlum olmuşdur ki, meyvələrin texnoloji əlamətləri, onun
formasından, anotomik quruluşundan və aqroekoloji mühitindən asılı olaraq, biri-birindən nəzərə
çarpacaq dərəcədə fərqlənir.
Əldə edilən nəticələrdən müəyyən edilmişdir ki, hər bir sortnümünənin özünəməxsus
keyfiyyət göstəriciləri və xarakterik xüsusiyyətləri vardır. Nəticələrdən müəyyən edilmişdir ki,
Gəncə sortunun meyvələrinin orta kütlə çəkisi 152,3; lət çıxımı 118,7; qabıq və saplaq çəkisi
23,5-10,0 qr olmuşdur. Billur sortunun meyvələrinin orta kütlə çəkisi 148,5; lət çıxımı 116,0;
qabıq və saplaq çəkisi 21,9-10,6 qr arasında olmuşdur.Zəhra sortunda meyvələrinin orta kütlə
çəkisi 141,5; lət çıxımı 111,0; qabıq və saplaq çəkisi 21,9-9,4 qr olmuşdur. Ordubad sortunun
meyvələrinin orta kütlə çəkisi 142,6; lət çıxımı 104,7; qabıq və saplaq çəkisi 22,6-15,3 qr
olmuşdur.
Meyvələrdə əsas keyfiyyət göstəricisi olan, quru maddənin miqdarıdır. Genetik nöqteyi
nəzərdən quru maddənin miqdarı hətta bir meyvənin müxtəlif hissələrində də dəyişilir [2].
Bu göstərici ən yüksək ordubad sortunda (9,0); ən ən aşağı göstərici Gəncə sortunda (7,5);
Billur və Zəhra sortlarında isə 8,0-8,6% olmuşdur.
Sortların dadına görə verilən qiymət: Gəncə və Ordubad sortları 5,0 bal; Billur və Zəhra
sortları isə 4,8-4,9
balla qiymətləndirilmişlər, aralarında olan fərq 1-2 bal təşkil etmişdir.
Meyvələrin əsas əlamətlərindən biri də onların qabıqlarının qalınlığıdır. Belə ki,
cədvəldə qeyd edilən Gəncə sortunun qabığının qalınlığı 31,0 mmk, Billur sortunda 30,0 mmk,
Zəhra sortunda 28,0, Ordubad sortunda isə 26,0 mmk olmuşdur.
Meyvələrin ən vacib göstəricilərindən biri də onların indeksidir (uzunluq və eninin
ölçüsüdür h/d) bu göstərici, cədvəldən göründüyü kimi, bütün sortların uzunsov formada
olmasını nümayiş etdirir.
Meyvələrin rəngi Gəncə sortunda bənövşəyi; Billur və Zəhra sortunda tünd bənövşəyi;
Ordubad sortunda isə qara rəngdə olmuşdur.
Saxlanma müddəti: Yığılmış meyvələr bir neşə müddət öz əmtəəlik keyfiyyətini saxlaya
bilir. Bir müddətdən sonra yumşalaraq sıradan çıxırlar. Bu proses, meyvənin əsas biokimyəvi
mahiyyəti, daxildə gedən müxtəlif hidrolitik reaksiyalarla izah edilir.
Bu reaksiyaların intensivliyi, ilk növbədə, meyvələrin tərkibində olan poliamin
maddələrinin miqdarından və aktivliyindən asılı olaraq dəyişir. Bu dəyişkənlik sortların öz
əmtəəlik xüsusiyyətlərinə görə də fərqlənirlər [1]. Bu xüsusiyyət sortlar arasında nəzərə çarpacaq
dərəcədədir. Belə ki, Gəncə və Zəhra sortunun saxlanma müddəti 14 gün, Billur sortunun
saxlanma müddəti 12 gün, Ordubad sortunda isə 10 gün arasında olaraq, fərqlənmişlər.