Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə123/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   119   120   121   122   123   124   125   126   ...   164

 
 
 
 
V. KEYFİYYƏT 
 
UOT  
 
BADIMCAN MEYVƏLƏRİNİN TEXNOLOJİ VƏ KEYFiYYƏT ƏLAMƏTLƏRİ 
 
C.İ.HÜSEYNOVA 
AMEA Genetik Ehtiyatlar İnstitutu,  Azadlıq155, AZ 1106, Bakı, Azərbaycan 
imran.cavahir@yahoo.com  
 
Badımcan bitkisinin, beş sort nümunəsində, texnoloji əlamətlər öyrənilmişdir.  Tədqiqatın 
əsas  məqsədi,  məhsuldarlıqla  yanaşı,  sortnümunələrin,  texnoloji  və  keyfiyyət  əlamətlərinin 
oyrənilməsi  və  aparılan  tədqiqat  nəticəsində  təyin  edilən  yüksək  keyfiyyətli  nümunələrin 
təsərrüfata tövsiyə edilməsi olmuşdur. 
 
Açar  sözlər:  Badımcan,  kütlə  çəkisi,  qabıq,  quru  maddə,  saxlanma  müddəti  faizi, 
keyfiyyət, nümunə  
Ключевые  слова:  Баклажан,  вес,  кожура,  сухое  вещество,  срок  хранения, 
качество, образец. 
Key words: Eggplant, weight, skin, dry matter, period of storage, quality, sample. 
 
Meyvə-tərəvəz bitkiləri dedikdə bu bitkilərin ancaq meyvələrindən istifadə nəzərdə tutulur. 
Onların bəzilərindən həm yetişmiş, həm də kal formasından istifadə edilir. Bəzi tərəvəz bitkiləri 
də  var  ki,  onların  meyvələrindən  ancaq  texniki  yetişkənlik  dövründə  istifadə  olunur.  Belə 
bitkilərdən biri də badımcan bitkisinin meyvələridir. 
Ədəbiyyat  məlumatlarına  istinadən,  məlumdur  ki,  badımcan  bitkisinin  500-dən  artıq  sort 
və sort nümunəsi yayılmışdır [1; 4]. 
Bu  meyvə-tərəvəz  bitkilərinin  tədqiqi  məqsədi  ilə  AMEA-nın  Genetik  Ehtiyatlar 
İnstitutunun  “Tərəvəz  və  bostan  bitkiləri”  laboratoriyasında  pomidor,  bibər  sort  nümunələri  ilə 
yanaşı  badımcan  bitkisinin,  introduksiya  olunmuş,  bir  neçə  sort  və  sort  nümunələri  əkilərək 
oyrənilmişdir.  Badımcan,  bəzən,  tibbi  nöqteyi  nəzərincə,  həb  şəklində  də,  istifadə  edilən  əvəz 
olunmaz bitkidir. Onun tərkibində, insan orqanizminə lazım olan kalsium, maqnezium, müxtəlif 
duzlar,  üzvü  turşular,  şəkər  və  A,  B
2
,  C  və  PP  vitaminləri  vardır.  Badımcandan  istifadə  qanda 
xolesterin azalmasına təsir edir.  
Bu  qiymətli  tərəvəzin  artırılması,  seleksiyasının  yaxşılaşdırılması,  onun  texnoloji 
əlamətlərinin, yüksək keyfiyyət göstəricilərinin üstünlüyünə görə qiymətləndirilməsi daha vacib 
şərtlərdən biridir.  
Bu  məqsədlə,  digər  tərəvəz  bitkiləri  ilə  yanaşı,  badımcan  bitkisinin  sort  və 
sortnümunələrində  texnoloji  və  keyfiyyət  göstəricilərinin  qiymətləndirilməsi  işi  ümdə 
vəzifələrdən biri olmuşdur. 
Işin  gedişi: Rusiya  Federasiysının ETTİ – TBÜİS – TSTİ – ÜBİ (1977) birgə hazırladığı 
metodikadan istifadə edilmişdir.  
Yığılmış meyvələrin orta kütlə çəkisi, meyvələrin qabıq, saplaq və lət çıxımı ayrı-ayrılıqda 
öyrənilmişdir.  
Meyvələrin  uzunluğu  və  eni    ştangendikometrlə  ölçülərək  uzunu  eninə  bölünmüş  (h/d), 
onun forması (indeksi) müəyyən edilmişdir.  
Meyvələrinin, əsas göstəricilərindən biri olan, quru maddənin faizini öyrənilməsi məqsədi 
ilə əzilmiş meyvənin bir neçə damcısından götürülərək refroktometrlə yoxlanılıb, quru maddənin 
faizi təyin edilmişdir.  


 
 
 
 
Quru  maddənin  1-2%  artması,  konserv  sənayesində,  yüksək  pasta  çıxımına  (çıxımını 
təmin edir) dəlalət edir. 
Məyvələrin uzun müddət əmtəəlik keyfiyyətinin saxlanilmasında, anotomik quruluşu ilə 
yanaşı,  qabığının  qalınlığının  da  rolu,  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  göstəricini  təyin  etmək 
məqsədi  ilə  millimetrlik  kağızdan  istifadə  edilmişdir.  Meyvələrin  dadı,  beş  nəfər,  dequstator 
vasitəsilə  verdiyi  qiymətlər  toplanaraq  beşə  bölünüb  çıxarılan  orta  rəqəmə  əsasən 
qiymətləndirilmişdir. Saxlanma müddətini (əmtəəlik keyfiyyətini) təyin etmək üçün, suvarmadan 
3-4 gün sonra, dərilmiş meyvələr seçilib 13-18

C temperaturda, polietilen torbalarda saxlanılmış 
və meyvələrin gündəlik xarab olma prosesi  yoxlanılaraq sayları, tarixi dəftərə qeyd edilmişdir. 
Xarab  olma  prosesi  başa  çatdıqdan  sonra,  meyvələrin  ümumi  sayından,  onların  tarixinə  uyğun 
rəqəm çıxarılaraq saxlanma müddətinin neçə gün olduğu qeyd edilmişdir.  
Tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  meyvələrin  texnoloji  əlamətləri,  onun 
formasından, anotomik quruluşundan və aqroekoloji mühitindən asılı olaraq, biri-birindən nəzərə 
çarpacaq dərəcədə fərqlənir.  
Əldə  edilən  nəticələrdən  müəyyən  edilmişdir  ki,  hər  bir  sortnümünənin  özünəməxsus 
keyfiyyət  göstəriciləri  və  xarakterik  xüsusiyyətləri  vardır.  Nəticələrdən  müəyyən  edilmişdir  ki, 
Gəncə  sortunun  meyvələrinin  orta  kütlə  çəkisi  152,3;  lət  çıxımı  118,7;  qabıq  və  saplaq  çəkisi 
23,5-10,0  qr  olmuşdur.  Billur  sortunun  meyvələrinin  orta  kütlə  çəkisi  148,5;  lət  çıxımı  116,0; 
qabıq və saplaq çəkisi 21,9-10,6 qr arasında olmuşdur.Zəhra sortunda  meyvələrinin orta kütlə 
çəkisi 141,5; lət çıxımı 111,0; qabıq və saplaq çəkisi 21,9-9,4 qr olmuşdur.  Ordubad sortunun 
meyvələrinin  orta  kütlə  çəkisi  142,6;  lət  çıxımı  104,7;  qabıq  və  saplaq  çəkisi  22,6-15,3  qr 
olmuşdur.        
  Meyvələrdə  əsas  keyfiyyət  göstəricisi  olan,  quru  maddənin  miqdarıdır.  Genetik  nöqteyi 
nəzərdən quru maddənin miqdarı hətta bir meyvənin müxtəlif hissələrində də dəyişilir [2]. 
Bu göstərici ən yüksək ordubad sortunda (9,0); ən ən aşağı göstərici Gəncə sortunda (7,5); 
Billur və Zəhra sortlarında isə 8,0-8,6% olmuşdur.  
Sortların dadına görə verilən qiymət: Gəncə və Ordubad sortları  5,0 bal; Billur və Zəhra 
sortları isə 4,8-4,9 balla qiymətləndirilmişlər, aralarında olan fərq 1-2 bal təşkil etmişdir.  
Meyvələrin əsas əlamətlərindən biri də onların qabıqlarının qalınlığıdır. Belə ki,  
cədvəldə qeyd edilən Gəncə sortunun qabığının qalınlığı 31,0 mmk, Billur sortunda 30,0 mmk, 
Zəhra sortunda 28,0,  Ordubad sortunda isə 26,0 mmk olmuşdur. 
Meyvələrin  ən  vacib  göstəricilərindən  biri  də  onların  indeksidir  (uzunluq  və  eninin 
ölçüsüdür  h/d)  bu  göstərici,  cədvəldən  göründüyü  kimi,  bütün  sortların  uzunsov  formada 
olmasını nümayiş etdirir.  
Meyvələrin  rəngi  Gəncə  sortunda  bənövşəyi;  Billur  və  Zəhra  sortunda  tünd  bənövşəyi; 
Ordubad sortunda isə qara rəngdə olmuşdur. 
Saxlanma  müddəti:  Yığılmış  meyvələr  bir  neşə  müddət  öz  əmtəəlik  keyfiyyətini  saxlaya 
bilir.  Bir  müddətdən  sonra  yumşalaraq  sıradan  çıxırlar.  Bu  proses,  meyvənin  əsas  biokimyəvi 
mahiyyəti, daxildə gedən müxtəlif hidrolitik reaksiyalarla izah edilir.  
Bu  reaksiyaların  intensivliyi,  ilk  növbədə,  meyvələrin  tərkibində  olan  poliamin 
maddələrinin  miqdarından  və  aktivliyindən  asılı  olaraq  dəyişir.  Bu  dəyişkənlik  sortların  öz 
əmtəəlik xüsusiyyətlərinə görə də fərqlənirlər [1]. Bu xüsusiyyət sortlar arasında nəzərə çarpacaq 
dərəcədədir.  Belə  ki,  Gəncə  və  Zəhra  sortunun  saxlanma  müddəti  14  gün,  Billur  sortunun 
saxlanma müddəti 12 gün, Ordubad sortunda isə 10 gün arasında olaraq, fərqlənmişlər.  
 
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə