Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə126/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   122   123   124   125   126   127   128   129   ...   164

 
 
 
 
70-73%  nəmliyə  malik  olur.  Bitkinin  gövdəsində  şəkərin  miqdarı  12-16%  təşkil  edir. 
Mikrobioloji proseslər nəticəsində şəkərin əsas kütləsi qıcqırır. Bundan əlavə, qarğıdalıda kifayət 
qədər  çox    (5%-dək)  polisaxaridlər  vardır.  Siloslaşma  zamanı  bunlar  demək  olar  ki,  tamamilə 
şəkərə hidroliz olunur və qıcqırır. Odur ki, mikrobioloji proseslərin intensivliyini azaltmaq üçün 
qarğıdalının  doğranma  uzunluğu  20  mm  təşkil  etməlidir.  Dənin  süd-mum  yetişkənliyində 
qarğıdalını şaxtalar düşməmiş silos üçün biçirlər, çünki şaxta vurmuş yarpaqlar tezliklə quruyub 
tökülür. 
Qarğıdalı  dünya  miqyasında  daha  geniş  yayılmış  taxıl  bitkisidir.  Yer  kürəsində  əkin 
sahəsinə  görə  buğdadan  sonra  ikinci  yeri  tutur.  Qarğıdalı  uzun  müddətli  becərmə  və  böyük 
seleksiya  işləri  sayəsində  hal-hazırda  ən  yüksək  məhsuldar  və  silosluq  bitki  olmuşdur.  1 
hektardan  alınan  300  sentner  qarğıdalı  məhsulunun  yaşıl  kütləsində  6  min  yem  vahidi  vardır. 
Ondan dən, silos, furaj alınır, müxtəlif sahələrdə texniki və istehsalat ehtiyaclarını ödəmək üçün 
istifadə edilir.  
Qarğıdalı  dənində  karbohidrat  (65-75%),  zülal  (9-12%),  yağ  (4-8%),  mineral  duzlar  və 
vitaminlər vardır. Onun dəni keyfiyyətli yemdir. Qarğıdalı karotinlə zəngin olduğuna görə yaşıl 
yem kimi daha geniş istifadə olunur (şəkil 1).  
Qarğıdalı  yığıldıqdan  sonra    sahədə  qalan  qurumuş  yarpaqlardan,  gövdələrdən  və  qıca 
zoğlarından  yem üçün istifadə olunur. 
100 kq qarğıdalı küləşində 37, 100 kq xırdalanmış zoğda isə-35 yem vahidi vardır. 
Tədqiqat  işinin  məqsədi  və  elmi  yenilikləri.  Qarğıdalı  silosunda  17%-ə  yaxın  şəkər,  7-
8%  protein,  çoxlu  karotin  və  C  vitamini  vardır.  Qıçaların  süd-mum  yetişkənliyi  fazasında 
hazırlanmış silos qidalılığına görə digər bitkilərdən hazırlanmış silosdan dəfələrlə üstündür. 
 Qarğıdalının  yüksək  qidalılıq  dəyəri  və  enerji  konsentrasiyası  hesabına  heyvandarlığın 
rentabelliyini artırmaq mümkündür. 1 kq dəndə 1, 34  yem vahidi və 78 q həll olmuş zülal var. 
Bu  kombikormların  qiymətli  komponentidir.  Lakin  qarğıdalı  dəninin  zülalı  aminturşularından 
(lizin  və  triptofan)  kasad  və  yem  nöqteyi  nəzərindən  az  qiymətli  sayılan  kazein  zülalı  ilə 
zəngindir. 
 
 
                                 
Şəkil 1. Qarğıdalı  sahəsinin ümumi görünüşü. 
 
Silos üçün qarğıdalı qıçalarda dənlər sütül-mum yetişkənliyinə daxil olduğu dövrdə yığılır. 
Yığım mütəşəkkil və qısa müddətdə başa çatdırılmalıdır. Yığım müddətinin ləngidilməsi silosluq 
kütlənin keyfiyyətini aşağı salır. 
Qarğıdalının  yaşıl  kütləsinin  sütül-mum  yetişkənliyində  olan  qıçaları  ilə  birlikdə 
siloslaşdırılması  şirəli  yemlərin  ehtiyatını  artırır,  mal-qaranın  məhsuldarlığını  yüksəldir,  ət  və 
süd çıxımını çoxaldır, onların maya dəyərini aşağı salır. 
Süd-mum  yetişkənliyində  olan  qarğıdalının  tərkibində  75-80%,  vegetasiyanın  daha  erkən 
mərhələsində isə 85-87% su olur. Tərkibində bu qədər suyu olan qarğıdalını silosladırdıqda quru 


 
 
 
 
maddələrin itkisi  kəskin  surətdə artır.  (C.  Səttarov  1966).  Aparılan  tədqiqatlardan fərqli  olaraq 
qarğıdalının 2-3 sm uzunluğunda doğranmasını məqsədəuyğun bilmişik. 
Yonca-yüksək məhsuldar inəklər üçün ideal yemdir. Quraqlıq yerlərdə, xüsusən də yayda 
qiymətli  yem  bitkisi  hesab  olunur.  Hər  bir  bitkinin  qidalılıq  dəyəri  müxtəlif  amillərdən,  o 
cümlədən inkişaf fazasından asılı olaraq, kəskin surətdə fərqlənir. Tədqiqatlar nəticəsində sübut 
olunmuşdur ki, yonca bitkisi  qönçələmə fazasına çatdiqda hər hektar  sahədən daha çox protein, 
yağ,  mineral  maddələr  toplanır.  Yonca  bitkisinin  keyfiyyət  göstəriciləri,  qidalılıq  dəyəri  onun 
qönçələmə  fazasında  daha  çox  olur.  Buna  görə  yonca  tam  qönçələmə  fazasında  olarkən  silos 
hazırlığı üçün çalınmalıdır (şəkil 2). 
Yonca  yüksək  qidalılıq  dəyərinə  görə  fərqlidir.  Ağstafa-1  və  Abşeron  sortları  üzrə  yaşıl 
kütləsində  18-22%  protein,  2,8-4,0%  yağ,  23-33%  sellüloza,  32-44%  AEM  və  9,7-10,6%  kül 
vardır.  Tərkibində  çoxlu  əvəzolunmaz  amin  turşuları,  fosfor  0,24%,  kalsium  1,49%  və  kifayət 
qədər heyvan orqanizminə lazım olan bütün vitaminlər vardır. 2,2 kq quru yonca otunda 1 yem 
vahidi vardır. Qida maddələrinin həll olması 70-80%-ə çatir. 
Ümumiyyətlə, yemlərin paxlalılardan hazırlanmış bütün növləri yalnız zülal çatışmazlığını 
deyil,  həmçinin  əvəz  olunan  və  əvəz  olunmayan  amin  turşularının,  vitaminlərin,  mineral 
maddələrin və mikroelementlərin də çatışmazlığını aradan qaldırır. 
Yonca kimi bir yem bitkisinin bütün müsbət keyfiyyətlərini bilərək və bunu nəzərə alaraq, 
qarğıdalı  ilə  yoncanın  müxtəlif  faiz  tərkibli  qarışığından  hazırlanmış  silosun  keyfiyyət 
göstəricilərini tədqiq etmək qarşımıza mühüm  məsələ kimi qoyulmuşdur. 
 
 
                                                              
Şəkil 2: Silosluq yonca sahəsinin ümumi görünüşü. 
 
Apardığımız  tədqiqatlarla  müəyyənləşdirdik  ki,  heç  bir  digər  yem  bitkisində  yonca  kimi 
yem  rasionunu  bu  qədər  zənginləşdirən  zülal  və  sellüloza  yoxdur.  Zülal  tərkibi  süddə  zülalın 
miqdarını  və  süd  məhsuldarlığını  artırır.  Xam  sellüloza  isə  həzmi  və  gövşəmə  fəaliyyətini 
stimullaşdırır.Yoncanın  çoxsaylı  vitamin  və  mineralları  maddələr  mübadiləsinə  və  sağlamlığa, 
çox  miqdarda  beta-karotin  isə  heyvanların  nəsil  artırma  qabiliyyətinə  pozitiv    təsir    göstərir. 
Enerji  tərkibi  nisbətən  aşağıdır,  nadir  hallarda  5,3  MÇ-dur.  Tədqiqatlar  göstərir  ki,  mal-qara 
otlardan (küləş, silos) daha çox keyfiyyətli yoncanı (küləş, silos) 30% daha çox yeyirlər. 
Yoncanın  gövdə  və  yarpaqlarının  tez  soluxması  silos  hazırlama  prosesi  üçün  əsas 
problemdir. Nəticə etibarı ilə fövqəladə itki baş verir. Aşağı dərəcədə şəkərə və yüksək tərkibli 
zülala görə siloslama çətin aparılır. Bioloji siloslayıcı preparatların istifadəsi də çox təcrübələrdə 
özünü doğrultmamışdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə