Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə125/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   121   122   123   124   125   126   127   128   ...   164

 
 
 
 
yemini tam əvəz etməsidir. Keyfiyyəti, dadı və sair xüsusiyyətlərinə görə heyvanlar tərəfindən 
iştahla  yeyildiyinə  və  yaxşı  mənimsənildiyinə  görə  yem  payının  əsas  hissəsini  (40-50%)    əvəz 
etmək  olar,  bu  da  ət,  süd  və  digər    heyvandarlıq  məhsullarının  artırılmasını  təmin  etməklə 
məhsulun maya dəyərinin  aşağı salınmasında böyük əhəmiyyət kəsb edir. 
Silos  əsasən  qarğıdalı  bitkisindən,  qismən  raps,  sorqo  və  günəbaxan  bitkilərindən 
hazırlanır.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bu  bitkilərin  özünəməxsus  bioloji  və  təsərrüfat 
xüsusiyyətlərinə  görə  bir  sıra  üstünlüklərə  malik  olsa  da  onların  yaşıl  kütləsində  qida 
maddələrinin  (protein,  mineral  maddələr,  karotin  və  digər  keyfiyyət  göstəriciləri)  miqdarı 
nisbətən  az  olur.  Məhz  buna  görə  də  bu  bitkilərdən  hazırlanan  silos  kütləsinin  qidalılıq  dəyəri 
aşağı səviyyədə olur. 
Son illər bir sıra kənd təsərrüfatı inkişaf etmiş xarici ölkələrdə, o cümlədən keçmiş Sovet 
İttifaqının  bəzi  Respublikalarında  heyvandarlığın  intensiv  inkişafı  ilə  əlaqədar  olaraq, 
siloslaşmanın yeni mütərəqqi texnologiyadan, yəni yaşıl yemlərin qida maddələri ilə zəngin olan 
qarışığından  müxtəlif  növ  heyvanlar  üçün  kombiləşdirilmis  silosun  hazırlanması  üsulundan 
istifadə edilməyə  başlanmışdır.  Tədqiqatlar  göstərir  ki,  müasir  texnologiya  ilə  basdırılmış  yem 
kütləsində  siloslaşma  prosesi  normal  getməklə,  kütlənin  tərkibində  qida  maddələri  itkisi  xeyli 
azalır və yem daha da keyfiyyətli olur. 
Bu  məsələnin  Respublikanın  regionlarında  öyrənilmədiyini  nəzərə  alıb,  iri  buynuzlu 
heyvanlar  üçün  yüksək  keyfiyyətli  kombiləşdirilmış  silosun  hazırlanması  texnologiyasının 
işlənməsi  qarşıya  məqsəd  kimi  qoyulmuşdur.  Tədqiqat  işləri  2012-2014-cü  illərdə  İnstitutun 
Yemlərin texnologiyası laboratoriyasında həyata keçirilmişdir. 
Bu  məqsədin  yerinə  yetirilməsi  üçün  qarğıdalı  və  yonca  bitkilərindən  istifadə  edilməsi 
müəyyənləşdirilmişdir. Qarğıdalı asan siloslaşan bitkilər sırasına daxildir. Bu bitkinin tərkibində 
şəkərin miqdarı kifayət qədər olduğundan basdırılan yem kütləsinin tərkibində kifayət qədər süd 
turşusu əmələ gəlir ki, bu da kütlədə zərərli yağ və sirkə turşularını əmələ gətirən bakteriyaların 
inkişafını  tam  dayandırır.  Süd  turşusunun  əmələ  gəlməsi  nəticəsində  silos  kütləsi  yaxşı 
konservləşir, yem kütləsi  keyfiyyətini itirmir və uzun müddətli saxlanma təmin edilir. 
Məlumdur  ki,  yonca  Respublika  təsərrüfatlarında  yem  balansının  əsas  hissəsini  təşkil 
edir. Yoncanın həm yaşıl kütləsi, həm də ondan hazırlanmış quru ot, senaj və ot unu mal-qaranın 
yem payının əsas hissəsinin təşkilində böyük rol oynayır. Bu yem heyvan orqanizminin normal 
inkişafı  və  yüksək  məhsuldarlığı  üçün  lazım  olan  bütün  qida  maddələri-protein,  mineral 
maddələr və vitaminlərin başlıca mənbəyidir. Yoncanın hər hektarından ildə 4-6 min yem vahidi, 
800-1500 kq protein əldə etmək olur ki, bu da digər mədəni əkin sahələrindən 6-8 dəfə, otlaq və 
biçənək sahələrindən  isə 25-30 dəfə çoxdur.  
Təsərrüfatlarda bu bitkilərdən əsasən quru ot, yaşıl yem kimi və bəzi hallarda ot unu və 
senaj hazırlanması üçün də istifadə edilir. Qeyd etmək lazımdır ki, yoncadan quru ot hazırladıqda 
yem  kütləsinin  tərkibində  qida  maddələri  itkisi    30-35%,  senaj  hazırladıqda  20-25%  ,  bəzi 
texnoloji üsullara riayət edilmədikdə isə 40-50% təşkil edir. 
 Yonca bitkisi bəzi qida maddələr ilə (protein, mineral maddələr, vitaminlər və s.) zəngin 
olsa  da  tərkibində  şəkərin  miqdarı  az  olduğundan  o,  çətin  siloslasan  bitkilər  sırasına  daxildir. 
Yonca  bitkisində  qida  maddələri  itkisini  minimum  səviyyədə  saxlamaq  üçün  onun  asan 
siloslaşan bitkilərin qarışığı ilə siloslaşdırılması məqsədəuyğundur.  
Silosun  hazırlanması.  Silos  (isp.  silos)-kənd  təsərrüfatı  heyvanları  üçün  hazırlanmış  şirəli 
yemdir (siloslanmış yem). Silos öz kaloriliyinə  və  vitaminlə (karotin, vitamin C, üzvi turşular)  
zənginliyinə  görə  yüksək  qidalılıq  xüsusiyyətlərinə  malikdir.  O,  həmçinin  yaşıl  otla  eyni 
əhəmiyyətli olduğundan qiymətli qida hesab olunur.  
Silos  həzmi  yaxşılaşdırır,  digər  qaba  yemlərin  mənimsənilməsini  təmin  edir.  Siloslama  - 
konservləşmənin  bioloji  metodudur.  Burada  süd  turşusu  yaranır  ki,  bu  da  qıcqırma  prosesinin 
qarşısını alır. 


 
 
 
 
Siloslaşma nəinki yaşıl bitkilərin qiymətli xüsusiyyətlərini qoruyur, hətta  çox vaxt onların 
yem  dəyərini    yaxşılaşdırır.  Bütün  bunlarla  yanaşı  siloslaşma  yemlərin  böyük  miqyasda  
konservləşməsinin ən sadə və bahalı olmayan texnoloji üsuludur.  
 Siloslaşma süd turşusunun qıcqırması hesabına qalır. 
Düzgün  qoyulmuş  silos  bir  necə  il  saxlana  bilir  və  şirəli  yem  ehtiyatı  yaratmağa  imkan 
verir.  
Siloslama  texnologiyasına    ciddi  əməl  etməklə  yanaşı  onun  saxlanmasına  da  diqqət 
yetirilməlidir. Əks təqdirdə yemin qidalılıq dəyəri və bioloji əhəmiyyəti aşağı düşür. Qıcqırmış 
silos    (yüksək  yağ  və  sirkə  turşusu  tərkibli)    mal  qaranın  yemləndirilməsi  üçün  yararsızdır. 
Silosun nəmliyi 60-70 %, turşuluğu  pH-4,2 olmalıdır. Silos donmaya məruz qalmamalıdır. Silos 
kütləsində  qida  maddələrinin  ümumi itkisi  12-34  %,  siloslaşma  texnologiyasının  pozulmasında 
isə 40% və daha artıq olur. 
Siloslaşdırma  prosesində  otun  tərkibində  olan  şəkərlər  süd  turşusuna,  sirkə,  protein  və 
digər  üzvi  turşulara  çevrilir.  Siloslaşan  kütlədə  şəkər  çox  olduqca  onun  silosunda  daha  çox 
turşuluq ( pH 4  - 4,2 ) olur.  Bu proses süd turşusunu qıcqırdan anaerob bakteriyalarla aparılır. 
Qarğıdalı, günəbaxan, sorqo, gülül, vələmir qarışığı asan, xəşəmbül, gülül, üçyarpaq yonca çətin 
siloslaşır.  
Siloslaşma zamanı bioloji proseslər hesabına yemdə olan qida maddələrinin 4-5%-i itirilir. 
Siloslaşdırılan  kütlədə  nəmlik  75%-dən  çox  olduqda  onun  şirəsinin  axması  hesabına  daha  çox 
quru maddə itkisinə yol verilir. Xəndəklərdə siloslaşdırarkən yemlərin quru maddəsinin 12-15%-
i, yerüstü qurğularda isə 30-50%-i itirilir.  
Silos şirəli yem olmaqla yaşıl yemlərdən az fərqlənir. Yaşıl otdan hazırlanan silosda həzm 
olunan proteinin miqdarı daha yüksək olur. Silos qışda və yayda çox əlverişli şirəli yemdir. 
Silos  üçün  tədarük  edilən  ot  kütləsinin  nəmliyi  60-75%  olmalıdır.  75%-dən  çox  olduqda 
ona 10-20% miqdarında doğranmış küləş qatılmalıdır. 
Siloslaşdırma  zamanı  yaş  kütləyə  müxtəlif  konservantlar  (karbamid  və  digər  azotlu 
maddələr) da qatırlar.  
Təbii yem otları-sudan otu, macar, çöl lərgəsi, çöl noxudu,  sorqo, taxıl və paxlalı otların 
qarışığı yaxşı siloslaşırlar.  
Siloslaşdırmaq  üçün  otun  biçin  dövrünü  düzgün  təyin  etmək  lazımdır.  Həm  də  biçilən 
otdan dərhal silos basdırılmalıdır. Çünki siloslaşma gecikdirilərsə yemdə karotin və şəkər itkisi 
artır. Bəzən də biçilən kütlə çox quruyub silos üçün yararsız hala düşür.  Çirklənmiş xammal isə 
silos üçün yararsız hesab edilir. 
Zülalla  zəngin  olan  çətin  siloslaşan  yaşıl  kütləni,  qırmızı  və  ağ  üçyarpaq  yoncanı 
siloslaşdırarkən silosa xüsusi süd turşusu bakteriyaları əlavə edilməlidir.  
Siloslanmayan  bitkiləri  isə  yaxşı  siloslaşan  bitkilərlə  qarışdırıb  siloslaşdırmaq  olar. 
Qarğıdalı  yaşıl  kütləsini  dənin-süd  mum  yetişmə  fazasında,  çoxillik  paxlalı  otları,  məsələn 
yoncanı isə qönçələmə-çiçəkləmə fazasında silos üçün yığmaq məsləhət görülür. 
Mövzunun aktuallığı. Yaxşı keyfiyyətli silos hazırlamaq üçün əvvəlcə kütləni havadan 
təcrid  etmək  lazımdır  ki,  bitkilərin  tənəffüsü  və  silos  kütləsinin  qızışıb  yanması  baş  verməsin. 
Siloslaşdırma zamanı mikrobioloji proseslərin nizamlanmasına bitkilərin xırdalanma dərəcəsi ilə 
də  nail  olmaq  olar.  Bitki  kütləsinin  nəmliyindən  asılı  olaraq,  doğranmış  yemin  uzunluğu 
dəyişməlidir.  Nəmlik  70%-dən  aşağı  olduqda  bu  göstərici  20-30  mm  və  daha  xırda  olmalıdır. 
Nəmliyi 70%-dən yüksək olan bitki kütləsini 40-50 mm uzunluqda doğramaq lazımdır. Bundan 
xırda  doğrandıqda  bitki  hüceyrələrindən  şirə  axması  yüksəlir,  nəticədə  itki  çoxalır  və  silosun 
keyfiyyəti aşağı düşür. 
Silosun keyfiyyəti əsasən bitkilərin biçilmə dövrü ilə müəyyənləşdirilir. Qarğıdalı üçün bu 
müddət  dənin  süd-mum  yetişkənliyi  fazasıdır.  Qarğıdalı  dəninin  mum  yetişkənliyi  dövründə 
siloslaşdırılmasının xüsusiyyəti bitkilərin xırdalanmasında və kütlənin sıxlaşdırılmasında özünü 
göstərir.  Dənin  mum  yetişkənliyi  fazasında  qarğıdalı  bitkisinin  orta  nəmliyi  adətən  62-68%, 
gövdələri isə qartlaşmış olur. Qarğıdalı dənin süd və süd-mum yetişkənliyi fazasının sonunda isə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə