Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə164/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   156   157   158   159   160   161   162   163   164

 
 
корневой  системы,  так  и  структурообразующим  активным  органическим  веществом 
почвы.  Естественно,  что  эффективность  этого  влияния  обусловлена  многочисленными 
биотическими и абиотическими факторами. 
 
ЛИТЕРАТУРА 
 
1.  Медведев  В.В.,  Лындина  Т.Е.,  Лактионова  Т.Н.  (2004).  Плотность  сложения  почв 
(генетические,  экологические  и  агрономические  аспекты).  Харьков:  Изд-во  «13 
типография», 244 с. 
2.  Полевые  и  лабораторные  методы  исследования  физических  свойств  и  режимов  почв: 
методическое руководство. (2001). / Под ред. Е.В. Шеина. М.: Изд-во МГУ, 200 с. 
3. Шеин Е.В. (2005). Курс физики почв. М.: Изд-во МГУ, 432 с. 
4.  Hillel  D.  (1998).  Environmental  soil  physics.//  San  Diego:  Academic  Press,  An  Imprint  of 
Elsevier, 771 p.  
 
 
MİNERAL VƏ BİOAKTİV ÜZVİMİNERAL GÜBRƏLƏRİN 
 TORPAQLARIN AQROFİZİKİ XASSƏLƏRİNƏ TƏSİRİNİN  
MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ   
 
N.Q.HÜMMƏTOV, S.R.VƏLİYEVA, Ə.M.ƏHMƏDOVA 
Azərbaycan Elmi-Tədqiqat Əkincilik İnstitutu  
 
        Məqalədə mineral və bioaktiv üzvimineral gübrələrin paylzlıq buğda altında suvarılan boz-
qonur  və  açıq-qəhvəyi  (şabalıdı)  dəmyə  torpaqlarının  aqrofiziki  xassələrinə  təsiri  müzakirə 
olunur.  Aparılan  tədqiqatlar  nəticəsində  hər  iki  torpaq-iqlim  şəraitində  mineral  gübrələrin 
optimal  normasının  və  mineral  gübrələrlə  bioaktiv  üzvimineral  gübrələrin  birgə  tətbiqinin 
torpaqların aqrofiziki xassələrinə müsbət təsiri müəyyən edilmişdir (torpağın struktur tərkibinin 
xarakteristikaları-aqronomik  qiymətli  aqreqatların  miqdarı,  strukturluq  əmsalı,  aqreqatların 
ortaçəkili diametri; sıxlıq; ümumi və aerasiya məsaməliyi).                
 
  
COMPARATIVE EVALUATION OF INFLUENCE OF THE MINERAL  
AND BIOACTIVE ORGANOMINERAL FERTILIZERS ON AGROPHYSICAL 
PROPERTIES OF SOILS   
 
N.G.HUMMATOV, S.R.VALIYEVA, E.M.AHMADOVA 
Azerbaijan Research Institute of Crop Husbandry  
 
        In the article examines influence of mineral and bioactive organomineral  fertilizers on the 
agrophysical  properties  of  irrigated  gray-brown  and  non-irrigated  light-brown  (chestnut)  soils 
under  winter  wheat.  During  the  studies  it  was  found  that  optimum  rate  mineral  fertilizers  and 
joint using it with bioactive organomineral fertilizers in both soil-climatic conditions positively 
influences  on  the  agrophysical  properties  of  soils  (the  characteristics  of  soil  structural 
composition-agronomic-valuable aggregates content, structure coefficient, mean weight diameter 
of aggregates; bulk density; total porosity and air-filled porosity).  
  
 
 
 
 


 
 
BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ HİSSƏSİNİN QƏHVƏYİ DAĞ-MEŞƏ 
TORPAQLARININ MİKROMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ 
 
V.Ə.MƏMMƏDOV 
Bakı Dövlət Universitet 
 
Şliflərin  təhlili  göstərir  ki,  qəhvəyi  dağ-meşə  torpaqların  A  –  horizontuda  yüksək 
humuslaşma,  mikroaqreqatlıq  və  məsaməlik  səciyyəvi  olub,  aşağı  qatlara  doğru  gilləşmə    və 
nisbətən  də  karbonatların  miqdarı  artır.  Torpaq  kəsiminin  yuxarı  hissəsində  yeni  törəmələr 
humusu,  bəzən  humuslu  –  gilli,  illüvial  horizontda  isə  dəmirli-gilli  və  karbonatlı  –  gillidir. 
Mineral skelet hissə kvars, çöl şpatı, mika, kalsit, filiz mineralları və s.,  habelə müxtəlif süxur 
qırıntılarından ibarətdir.  
 
Açar  sözlər:    mull,  moder,  raw  humus,  in  situ,  dolaşıq-lifli,  humusla-gilli,  dəmirli-gilli, 
karbonatlı-gilli  
Клячевые слова:  
Key words: 
 
Dünya  torpaqşünaslıq  elminin  bir  sıra  nəzəri  və  təcrübi  problemlərinin  araşdırılmasında 
torpağın    ümumi  morfologiyası  ilə  yanaşı,  onun  mikromorfologiyasından  da  geniş  istifadə 
olunur.  Əsrin  50-ci  illərindən  başlayaraq  yer  haqqında  olan  elmlərdə  torpaq  aqreqatlarından 
düzəldilmiş şliflərin mikroskop vasitəsilə öyrənilməsinin böyük əhəmiyyəti olduğu qeyd edilir. 
Bu üsulun torpaq tədqiqatlarında geniş tətbiqi müasir torpaqşünaslıqda yeni sahənin  «Torpağın 
mikromorfologiyasının»  yaranmasına  və  zəngin  elmi  dəlillərin  toplanmasına  səbəb  olmuşdur 
[3,8-11,14, 15,16,18].  
Vaxtı ilə Avstriya alimi V.Kubiena [16] yazırdı, torpağın elə bir əlaməti yoxdur ki, onun 
mikromorfologiyasında  bu  və  ya  digər  formada  özünü  ifadə  etməsin.  O,  həmçinin 
mikromorfologiyanı  obrazlı  şəkildə  təbiətin  emalatxanasına  bənzədərək,  mikroquruluşda  heç 
nəyin təsadüfi deyil, heç nəyində qarşılıqlı əlaqəsiz olmadığını göstərirdi. Sonralar isə bu üsula 
böyük önəm  verən rus torpaqşünas alimi Dobrovolski [3] tədqiqatçının mikroskopda müşahidə 
etdiklərini torpaqəmələgəlmə prosesinin sönməkdə olan dinamikası kimi xarakterizə edir.  
Mikromorfologiyadan  istifadə  arealı  çox  geniş  olub,  torpaqların  təsnifatı,  mənşəyi  və 
təkamülü  məsələlərinin  araşdırılmasında,  habelə  təbii  və  antropogen  təsirlərdən  torpaqda  baş 
verən  profildaxili  dəyişikliklərin  müəyyən  olunmasında  belə  tədqiqatlar  müstəsna  əhəmiyyətə 
malikdir.  


 
 
 
 
 
 
 
 
 
Şə
k
il. 
 Q
əhv
əyi 
d

-me
şə
 t
o
rp
ağı
n
ın
 m
ik
ro
m
o
rf
o
lo
giyas
ı. 
B
öy
üd
ül
üb
 59 
d
əf
ə 
 
 
 
 
  
  
C
 
  
  
B
1
 
  
  
A
1
 


 
 
Respublikamızda  da  bir  qrup  torpaqşünas  alimlər,  torpaqların  mənşəyi  və  təsnifatının 
öyrənilməsində [1,2,12,14 və s.], mineraloji tədqiqatlarda [4,7 və s.], fiziki xassələrin tədqiqində 
[5]  və  bəzi  onurğasızların  torpaqdaxili  fəaliyyətinin  müəyyən  olunmasında  [13] 
mikromorfologiyaya xüsusilə böyük önəm vermişlər.  
Tədqiqatın məqsədinə uyğun olaraq, Böyük Qafqazın şimal-şərq yamacının qəhvəyi  dağ-
meşə  torpağında  səciyyəvi  kəsimlər  qoyularaq,  profil  boyu  genetik  qatlardan  təbii  quruluşu 
pozulmamaq şərtilə istiqamətlənmiş torpaq nümunələri götürülüb şliflər hazırlanmış və mövcud 
metodik  [3,11,16]  materiallara    istinad    edilərək    mineraloji  mikroskopda  təhlili  aparılmışdir 
(şəkil).  
Belə  ki,  «A»  qatında  yüksək  mikroaqreqatlaşma  müşahidə  olunmaqla,  rəngi  qəhvəyi  ilə 
qonur çalarlıqlı sarımtıl-qəhvəyi arasında dəyişir, «B» boz, «C» qatlarında isə karbonat və süxur 
qırıntılarının təsirindən rəngi açıq qəhvəyidir. Humus əsasən «mull» formasında olub, üst qatın 
bəzi  sahələrində  dəmirli-gilli  kütlə  ilə  birlikdə  torpağa  qonuru  tünd-qəhvəyi  rəng  verərək 
strukturəmələgəlmədə  fəal  iştirak  edir.  Moder  (moder)  forması  zəif  ifadə  olunsa  da,  müxtəlif 
çürümə  mərhələsində  olan  qonurlaşmış  və  dəmirləşmiş  bitki  qalıqları  ilə  (rav  humus)  olduqca 
zəngindir. Məsamələr fərqli ölçülü və formalı olub biogen mənşəlidir. Onlar, yuxarı qatda gilli, 
aşağı qatlara doğru isə karbonatlı gilli məhlul hopmuş çoxlu bitki qalıqlarının olması ilə seçilir. 
İstiqamətlənmiş gil, üst qatda dolaşıq-lifli olub, məsamələrin divarlarında isə onun zəif də olsa 
şırnaq forması müşahidə olunur. «BC» qatından başlayaraq gil hissəciklərini karbonatlı məhlulun 
örtməsi, onun hansı formada olmasını müəyyən etməyə mane olur. Karbonatların artması ilə gil 
hissəciklərinin  azalması,  birincinin,  ikinciyə  nisbətən  daha  tez  asan  həll  olan  formaya  keçərək 
aşağı qatlara yuyulması ilə əlaqədardır. Yeni törəmələr humus qatında torpaq daxili aşınma və 
dəyişkən  rütubətli  şəraitdə  əmələ  gəlmiş  torpaqlar  üçün  xas  olan  humuslu-gilli,  dəmirli-gilli, 
gilli, aşağı qatlarda isə karbonatlı və gilli növlərinə təsadüf olunur (cədvəl). Mineral hissə yuxarı 
qatlarda  daha  çox  kvars,  çöl  şpatı,  filiz  mineralları,  profilin  aşağı  qatlarda  isə  əsasən  müxtəlif 
ölçülü karbonatlı süxur qırıntılarından və az miqdarda gil hissəciklərindən ibarətdir.  


 
 
 
Qəhvəyi dağ-meşə torpaqların əsas mikromorfoloji göstəriciləri 
 
Cədvəl  
 
Genetik 
qatlar 
Rəngi 
Kipliyi 
Strukturu 
Məsaməliyi  
Humus 
Mineral 
skelet 
İstiqamətlənmiş 
gil 
Yeni 
törəmələr 
A

Tünd qəhvəyi ilə 
qonur çalarlıqlı 
sarımtıl qəhvəyi 
arasında dəyişir  
Bəzən yumşaq 
və orta 
dərəcədə 
kipləşmişdir  
2-ci tərtibli 
olub, yüksək 
aqreqatlaşma 
müşahidə 
olunur  
Aqreqatara- sı 
və aqre- 
qatdaxilidir  
«mull», 
«moder» və  
«raw humus» 
Kvars, çöl 
şpatı, filiz 
mineralları  
Qarışıq-lifli və zəif 
ifadə olunan şırnaq 
formasındadır  
Humuslu-
gilli, dəmirli-
gillidir  
B

Boz-qəhvəyidir  
Kiplə, orta 
kipləşmiş 
arasında 
dəyişir  
2-ci tərtibli 
olub, aqre-
qatlaşma zəifdir 
Aqreqatara- sı 
və aqre-
qatdaxilidir  
«moder» və 
«raw humus» 
Kalsit, çöl 
şpatı, limo-
nit, tək-tək 
kvars  
Zəif ifadə 
olunmaqla, qarışıq- 
liflidir  
Karbonatlı-
gilli, dəmir-
gillidir  

Sarımtıl 
çalarlıqlı 
qəhvəyidir  
Kipdir  
1-ci tərtiblidir, 
aqreqatlaşma 
aydın deyil  
Karbonatlı, 
bəzən gilli 
məhlulla 
dolduğundan 
çox zəifdir  
Müşahidə 
olunmur  
Kristallik və 
pərdə 
formalı 
kalsit  
Karbonatlı 
məhlulla 
örtüldüyündən gil 
hissəcikləri-ni 
ayırd etmək 
çətindir  
Karbonatlı və 
karbonatlı- 
gillidir  
 


 
 
Digər mineralların səthi karbonatlarlı məhlulla örtüldüyündən onların  müəyyən olunması  
çox hallarda mümkün deyil.  
Profil  boyu,  torpaq  şliflərinin  müqayisəli  təhlili  göstərir  ki,  A  –  horizontunda  yüksək 
humuslaşma, mikroaqreqatlıq və məsaməlik səciyyəvi  olub, aşağı qatlara doğru isə gilləşmə və 
karbonat birləşmələrinin miqdarı artır. Kəsimin yuxarı hissəsində yeni törəmələr humuslu, bəzən 
humuslu-gilli, illüvial horizontda, dəmirli-gilli və karbonatlı-gillidir. Mineral skelet – kvars, çöl 
şpatı, mika, filiz mineralları və müxtəlif süxur qırıntıları ilə təmsil olunmuşdur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Гасанов  Ш.Г.  Генетические  особенности  и  бонитировка  почв  юго-западного 
Азербайджана. Баку: Элм, 1976, 219 с.  
2.
 
Гасанов  Б.И.  Буроземообразование  в  лесных  почвах  Азербайджана.  Баку:  Элм,  1983, 
138 с.  
3.
 
Добровольский  В.З.  Введение  в  микроморфологию  почв  (практическое  руководство). 
М., Наука, 1974, 53c.  
4.
 
Искендeров  И.Ш.  Минералогический  состав  зональных  почв  Азербайджана.  Баку: 
Элм, 1987, 87 с.  
5.
 
Мамедов  Р.Г.  Агрофизические  свойства  и  режимы  почв  Аз.ССР,  пути  их 
регулирования. Автореф. дис. докт. с./х.н. Баку, 1969, 64 с.  
6.
 
Мусабекова  Э.С.,  Фараджева  С.Б.,  Исмаилова  Ф.И.  Химический  и  минералогический 
состав основных типов почв центральной части Малого Кавказа. Баку: Элм, 1969, 150 
с. 
7.
 
Микроморфология антропогенного изменения почв. М.:Наука, 1997, 185 с.  
8.
 
Микроморфологический метод в исследовании генезиса почв. М.: Наука, 1966, 171 с.  
9.
 
Микроморфология почв и рыхлых отложений. М.: Наука, 1973, 91 с.  
10.
 
Микроморфологичская  диагностика  естественных  и  антропогенных  почв.  Бюллетень 
почв. Инст. Им.Докучаева. Вып.XXVIII, М.: 1981, 67 с.  
11.
 
Ромашкевич 
А.И., 
Герасимова 
Н.Н. 
Микроморфология 
и 
диагностика 
почвообразования. М., Наука, 1982, 194 с.  
12.
 
Саламов Г.А. Лесные почвы южного склона Большого Кавказа Азербайджанской ССР. 
Баку: Элм, 1978, 160 с.  
13.
 
Самедов  П.А.  Энергетическая  оценка  роли  почвенных  животных  в  процессах 
разложения  растительных  остатков  и  гумусообразования  на  примере  Восточного 
Ширвана. Автореф.дис.канд. с./х.н., Баку, 1985, 26 с.  
14.
 
Султанбаев  Е.А.  Минералогия  черноземов  и  каштановых  почв  Казахстана.  Автореф. 
дис.докт.геолог.н, Алма-Ата, 1992, 36 с.  
15.
 
Салаев М.Э. Почвы малого Кавказа. Баку, 1966, 329 с.  
16.
 
Ярилова Е.А., Парфенова Е.И.  Руководство к микроморфологическим исследованиям 
в почвоведении. М.: Наука, 1977, 185 с.  
17.
 
Brower R.  Optically oriented cloy in thin sections of solis. NY. Etc. 1964  
18.
 
Kubiena W. Micropedalogy. Ames (Iowa), 1938  
19.
 
Kubiena W. Micromorphological feolures of sail geography. New Brunswick. 1970  
 
 
МИКРОМОРФОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ КОРИЧНЕВЫХ ГОРНО-
ЛЕСНЫХ ПОЧВ СЕВЕРО-ВОСТОЧНОГО СКЛОНА БОЛЬШОГО КАВКАЗА 
 
В.А.МАМЕДОВ 
Бакинский Государственный Университет 
 


 
 
Микроморфологическое  исследование  шлифов  показало,  что  в  верхнем  горизонте 
гумусированность  высокая,  хорошо  агрегированы.  Микроагрегаты  первого  порядка 
объединены в микроагрегаты второго порядка. Горизонт сильно пористый.  
Для  горизонта  В  характерна  оглиненность.  Микроагрегаты  плотно  упакованы. 
Структура  ориентированной  глины  спутано-волокнистая.  Грубодисперсная  фракция 
уменьшается  в  горизонте  оглинения.  Тонкодисперсная  масса  и  волокнистая  структура 
глины в этом горизонте связаны с процессом внутрипочвенного выветривания.  
 
 
THE MIKROMORPHOLOGICAL CHARACTERISTIC OF THE BROWN 
HIGHLAND-FOREST SOIL OF THE NORTH-LAST SLOPE OF THE MAJOR 
CAUCASUS 
 
V.A.MAMEDOV 
Baku State University 
 
The brown highland forest soils of investigated territory are characterized by black-brown 
colour. The structural formation of the form “mull” is active. It may be observed the rests with 
iron  elements  which  retain  their  cellular  structure  –  “raw  humus”  and  “moder”  form.  The 
elementary structure of organic matters is not observed.  
Great  number  of  new  carbonate  formations  observed  in  the  horizon  “C”.  As  a  result  of 
intensive soil decay primary minerals are greatly changed.  
 
 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
VII. AQROKİMYA 
                                                         
 

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə