Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə160/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   156   157   158   159   160   161   162   163   164

 
 
Ərazidə  demək  olar  ki,  eroziyanın  bütün  növlərinə  (səthi,  xətti,  külək,  irriqasiya)  rast 
gəlinir. 
Ə.Ə. İbrahimov [1] göstərmişdir ki, Azərbaycan ərazisinin 34,4%-i (2972,4 min ha) səthi, 
4,3 %-i (367,8 min ha) külək və 3,1 %-i irriqasiya eroziyasına uğramışdır. 
Ərazidə  eroziya  prosesinin  inkişaf  etməsinə  təbii  amillərlə  yanaşı  təbii-təsərrüfat 
sahələrindən  düzgün  istifadə  olunması  və  bu  prosesə  qarşı  kompleks  mübarizə  tədbirlərinin 
aparılmaması böyük təsir göstərir. 
Məlum  olduğu  kimi  eroziya  prosesinin  təsiri  nəticəsində  uzun  müddət  əmələ  gəlmiş  və 
formalaşmış,  Yer  qabığının  üst  münbit  qatını  təşkil  edən  torpaq  örtüyü  eroziya  prosesinə 
uğramaqla  yanaşı onun tərkibində bitki üçün zəruri olan mühüm qida maddələri də hədər  yerə 
yuyulub relyefin çökək sahələrinə aparılır.  
Bununla  da  eroziyaya  uğramış  sahələrdə  bitkilər  normal  inkişaf  edə  bilmir  və  onların 
məhsuldarlığı yuyulmamış sahələrə nisbətən 3-5 dəfə az olur. 
Respublikamızda  torpaq  eroziyası  prosesinin  geniş  yayıldığı  bölgələrdən  biridə  Gəncə-
Qazax zonasında yerləşən ərazilərdir. 
Respublika  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  verdiyi  məlumata  görə  iqtisadi 
zonanın ümumi sahəsi 1,242308 ha olub, onun 180371 ha-nı suvarılan sahələr təşkil edir. Əkin 
sahəsi  isə  184133  min  ha  olmaqla,  ondan  143342  ha-ı  suvarılan  torpaqlardan  ibarətdir.  Bu 
ərazilərdə  müxtəlif  mailliyə  malik  olmaqla  yanaşı  torpaqlar  da  fiziki  xüsusiyyətlərinə  və 
aqrokimyəvi  tərkiblərinə  görə  də  müxtəlif  olması  ilə  səciyyələnirlər.  Ərazidə  kənd  təsərrüfatı 
məqsədləri üçün ən çox dağ boz-qəhvəyi (şabalıdı) torpaqlardan istifadə olunur. Belə torpaqların 
üst  əkin  qatında  fiziki  gilin  (<0,01  mm)  miqdarı  56,6%  olmaqla  yanaşı  humusun  miqdarı  3,0-
4,5%-dən çox olmur. Bütün bunlara baxmayaraq ərazi torpaqlarından hələ də çox yerdə düzgün 
istifadə  olunmayır.  Belə  ki,  çox  vaxt  torpaqların  əkin  və  səpin  üçün  hazırlığı  sahənin  eni 
istiqaməti əvəzinə uzunu istiqamətində aparılır. Və yaxud da sahələr çox vaxt selləmə üsulu ilə 
suvarılır,  maili  sahələrdə  səthi  hamarlama  işləri  həyata  keçirilmir,  sahələrə  normadan  artıq  su 
verilir,  torpaqqoruyucu  növbəli  əkin  sistemi  tətbiq  edilmir  və  s.  Ən  başlıcası  isə  torpaq 
eroziyasına  qarşı  sınaqdan  müvəffəqiyyətlə  çıxmış  –  şırımların  çəkilməsi,  yarıqaçma,  bufer 
zolaqlarının tətbiqi və s. işlər aparılmır. 
Ədəbiyyat materiallarının təhlili göstərir ki, torpaq eroziyasına qarşı mübarizədə tədbirlərin 
tətbiqi  olduqca  əhəmiyyətli  sayılır.  Bu  haqda  ətraflı  məlumatlar  Q.S.Rəhimov  [3,  4], 
Q.S.Rəhimov,  M.Y.Xəlilov  [5],  V.L.Korobov  [6],  İ.D.Ağayev  [7],  Q.A.Ağabəyli, 
Q.T.Ələkbərov  [8],  Q.S.Rəhimov,  V.L.Korobov  [9],  M.N.Zaslavskiy  [10],  Y.Q.Kərimov 
[11,12], E.B.İsgəndərov [13], E.B.İsgəndərov, Ç.İ.Məmmədov [14], F.Q.Hüseynov [15, 16, 17], 
Q.T.Ağabəyli, F.Q.Hüseynov [18] və başqa tədqiqatçıların əsərlərində verilmişdir. 
Yuxarıda  göstərilən  tədqiqatçıların  əsərlərinin  burada  tam  xülasəsini  verməyə  lüzum 
olmadığına  görə  yalnız  onu  göstərmək  olar  ki,  əkin  (dəmyə  və  yaxud  suvarılan)  sahələrində 
torpaq  eroziyasına  qarşı  tətbiq  olunan aqrotexniki tədbirlər  nəticəsində  bütün  hallarda  torpağın 
aqro-su-fiziki  xassələri  yaxşılaşmaqla  torpaqda  bitkilər  üçün  zəruri  olan  mühüm  qida 
maddələrinin  qorunub  saxlanılması  təmin  olunur.  Bununla  da  bitkilərin  inkişafı  üçün  normal 
şərait yaranır. Bu da bol və sabit məhsulun əsasını təşkil edir.  
Bununla  yanaşı  tədqiqatçıların  bəziləri  torpaq  eroziyasına  qarşı  aqrotexniki  mübarizədə 
hansı  texniki  maşınlardan  istifadə  etdik  göstərilməmişdir.  Biz  bu  məqsədlə  yeni  konstruksiya 
edilmiş  texniki  vasitələrdən  istifadə  etməklə  torpaq  eroziyasına  qarşı  mübarizə  vasitələrini 
sınaqdan çıxarmışıq. 
Tərəfimizdən Gəncə Regional Elm Mərkəzinin Bağbanlar qəsəbəsi ərazisində üzümlüklər 
altında  torpaq  eroziyasına  qarşı  texniki  vasitələr  tətbiq  etməklə  bir  sıra  aqrotexniki  tədbirlər 
sınaqdan  keçirilmişdir.  Onlardan  biri  suvarılan  əkin  sahəsində  “КПГ-2-150”  markalı  dərindən 
yumşaldıcı-yarıqaçanın  köməyi  ilə  yastıkəsici  olmuşdur.  Bu  məsələni  izah  etməzdən  əvvəl  ilk 
növbədə yarıqaçan qurğu haqqında aşağıda məlumat verilir (Şəkil 1.). 


 
 
 
  
Birinci  variantlı  yarıqaçan  quruluşu  1-ci  dayaq  təkərinin  dəstəyi,  2-ci  troslu  darayıb 
çıxaranla birlikdə iki yaruslu  yarıqaçan, 3-cü böyük en götürümlü  yastı-kəsici ilə birləşdirilmiş 
dərindən yumşaldıcı pəncərə, 4-cü çərçivə və 5-ci dayaq təkərindən ibarətdir.  
Modullu yumşaldıcı-yarıqaçanın ikinci variantının sxeminə isə çərçivə; avtoqoşqu; dayaq-
nizamlayıcı  təkər;  nizamlayıcı  qurğu;  yumşaldıcı  pəncə;  ikiyaruslu  yarıqaçanın  dəstəyi;  qabaq 
yuxarı  yarusun  yarıqaçanı;  arxa  aşağı  yarusun  yarıqaçanı;  böyük  en  götürümlü  yastı  kəsici  və 
troslu darayıb çıxandan ibarətdir. 
İş prosesində qurğunun bütün hissələri saz  vəziyyətə  gətirilərək istənilən sahədə tətbiqini 
həyata keçirmək mümkündür. 
Modullu  yumşaldıcı-yarıqaçanın  bütün  texnoloji  iş  prosesi  çərçivənin  qabaq  hissənin 
yanlarında  mərkəzi  oxu  ikiyaruslu  yarıqaçan,  alətin  uzununa  simmetriya  oxlu  boyu  ağırlıq 
mərkəzi  xəttindən  arxada  yerləşdirilən  pəncələrin  müşayiəti  ilə  torpaq  15-20  sm  dərinlikdə 
yumşaldılır.  Yarıqaçanın  yuxarı  yarusu  25-30  sm  dərinlikdə  iki  yarıq  açır.  Bundan  sonra  isə 
ondan arxada yerləşdirilmiş yarıqaçanın aşağı yarusu isə 35-40 sm dərinliyində yarıq açır.  
Bu  qurğu  laylı  çevrilməsi  ilə  kotanla  becərməni  də  əvəz  edir.  İş  prosesində  qurğu  eyni 
vaxtda  3  yarıq  açır.  Onlardan  biri  qabaqda,  ikisi  isə  arxada  torpaq  daxili  yumşaltma  aparmaq 
üçün  kombinasiya  edilir.  Bu  yumşaldıcı  pəncələr  alaq  otu  köklərini  də  kəsir.  Troslu  darayıb 
çıxaran işçi orqan kəsilmiş alaq otlarının bir hissəsini torpaq layına digər bir hissəsini isə yerin 
üst səthinə mulça kimi verir.  
 
Belə bir proses yumşaldıcı-yarıqaçanın təkmilləşdirilmiş ikinci variantı üçün xarakterikdir. 
Bu variantda hazırlanmış yumşaldıcı pəncələrin avtomlarından asılı olmayaraq çərçivənin tinində 
yerləşdirilir  və  həm  dərinliyə  nizamlanması,  həm  də  eni  bazada  qabaq  və  arxa  yaruslu 
yarıqaçanların  bir-birinə  nisbətən  müxtəlif  məsafədə  yerləşdirilməsinə  imkan  verir.  Belə  bir 
texnoloji proses iki variantlı yumşaldıcı-yarıqaçanın ikinci variantı üçün də əhəmiyyət kəsb edir. 
Ümumiyyətlə  “КПГ-2-150”  dərindən  yumşaldıcı-yastıkəsicisi  əlverişli  olmaqla  yüksək 
texniki göstəricilərə malik olması ilə seçilir. Onlar aşağıdakılardan ibarətdir (Cədvəl 1.): 
 
Göstərilən qurğunun faydalı iş əmsalı yüksək olmaqla yanaşı hərəkət sürəti 1,52-2,0 
m/san-ə
 
bərabərdir. Minimal dartı müqaviməti isə 34,95 kN-dir. 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə