Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə133/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   129   130   131   132   133   134   135   136   ...   164

 
 
 
 
VI. TORPAQŞÜNASLIQ  
 
UOT: 631.157 
 
GƏNCƏ-QAZAX BÖLGƏSİNİN BOZ-QƏHVƏYİ (şabalıdı) TORPAQLARININ 
AQROMELİORATİV VƏZİYYƏTİNİN ANTROPOGEN TƏSİRDƏN DƏYİŞİLMƏSİ 
 
L.V.QARAYEVA, doktorant  
AMEA, Suvarma və Eroziya İnstitutu, Az 1007, Bakı, M.Qaşqay 36. Tel: 0504927749 
 
Gəncə-Qazax  bölgəsi  Böyük  və  Kiçik  Qafqaz  sıra  dağlarının  arası  ilə  Qərbdən  Şərqə 
doğru  uzanan  böyük  dağ  ətəyi  düzənlikdən,  qismən  dağlıq  ərazidən  ibarətdir.  Ərazisi  1.23 
mln/ha torpaq örtüyünə malik olub, əsasən şabalıdı (boz qəhvəyi) torpaq tipindən ibarətdir. Bu 
torpaqlar  qranulometrik  tərkibcə  yüngül  olub,  yüksək  dərəcəli  su  keçirmə  qabiliyyətinə 
malikdirlər.  Konuslararası  depresiyada  əmələ  gələn  torpaqlar  qranulometrik  tərkibcə  orta 
gillicəli olub, çınqıl qat üzərində yayılmışlar. 
 
Açar sözlər: qranulometrik, şorakətləşmə, hiqroskopik 
Ключевые слова: гранулометрический, засоление, гигроскопический 
Keywords: granulometric, salinization, hygroscopic 
 
Son illər ölkəmizdə ağır sənayenin, nəqliyyat, rabitə və digər sahələrin inkişafı, həmçinin, 
respublika  əhalisinin  dinamik  artımı,  şəhər,  qəsəbə,  kənd  tipli  yaşayış  məntəqələrinin 
genişlənməsi torpaq örtüyünə antropogen təsirləri gücləndirmiş, təbii təsərrüfat sahələrindən asılı 
olmayaraq torpaqların həm mütləq, həm də nisbi ölçülərdə azalmasına gətirib çıxarmışdır. Bəzi 
regionların  əkinaltı  torpaqlarında  humus  və  digər  üzvi  birləşmələrin  azalması,  torpaq 
münbitliyinin və digər göstəricilərin pisləşməsi prosesləri sürətlənmişdir.  
Torpaq  ehtiyatlarının  qorunması,  əkinaltı  torpaqlarda  münbitliyin  azalmasının  qarşısının 
alınması, təbii və antropogen səbəblərdən törəmiş eroziyaya uğrama şorlaşma və şorakətləşmə və 
digər  səbəblərdən  deqradasiya  proseslərinə  qarşı  mübarizənin  aparılması  günün  aktual 
məsələlərindən biri sayılır. 
Bir çox ərazilərdə olduğu kimi, Gəncə-Qazax bölgəsinin bəzi hissələrində də torpaq örtüyü 
həm təbii, həm də antropogen təsirlərə məruz qalır ki, bu təsirləri də müsbət və mənfi mənada 
qiymətləndirmək olar. Bu təsirlər rayonun coğrafi vəziyyətindən, relyef və hidrotermik rejimdən 
asılı olaraq özü də bir növ zonal xarakter daşıyır [1].  
Ölkəmizin  quru  subtropik  boz  pirlarında ən  geniş  areal  boz-qəhvəyi  (şabalıdı)  torpaqlara 
məxsusdur.  Ümumi  sahəsi  1.4  min  hektar  olan  bu  torpaqların  çox  hissəsi  dəmyə  və  suvarılan 
əkinçilikdə  istifadə  olunur.  Adi  boz-qəhvəyi  (şabalıdı)  torpaqlar  Böyük  və  Kiçik  Qafqazın 
dağətəyi  düzənliklərində,  Gəncə-Qazax  massivlərində,  Quba-Qusar  və  Arazboyu  zolağın  İran 
Muğanı ilə həmsərhəd ərazilərində rast gəlinir. 
Şabalıdı (boz-qəhvəyi) torpaqlar respublikanın qərb bölgəsinin əsas sahəsini tutur və kənd 
təsərrüfatı  bitkilərinin  becərilməsi  üçün  tam  yararlıdır,  onların  ana  süxuru  prolüvial,  dellüvial, 
karbonatlı, gillicəlidir.  
Burada yayılmış təbii bitki örtüyü quraqlığa davamlı biyan, yovşan, efemer bitkilərdən və 
s. ibarətdir. 
Şabalıdı  (boz-qəhvəyi)  torpaqlar  yayılan  sahələrdə,  bitki  örtüyü  seyrək  olduğu  üçün, 
humuslaşmış  qatın  qalınlığı  20-35  sm-ə  çatır.  Onlar  karbonatlı  olduqları  üçün  üst  qatdan 
başlayaraq alt qatlara kimi HCl-dan qaynayırlar.  
          Bu torpaqlarda fiziki gilin miqdarı bütün profil boyu əsasən, 31,5-35,4% arasında dəyişir. 
Bu  da  həmin  torpaqlarda  qum  hissəciklərinin  nisbətən  çox  olması  ilə  əlaqədardır.  Torpaqlar 
qranulometrik  tərkibcə  yüngül    və  orta  gillicəlidir.  Onların  0-15  sm  qatında  humusun  miqdarı 


 
 
 
 
2,91%  aşağı  genetik  qatlara  keçdikcə  humusun  miqdarı  azalaraq  1,5-1,6%-ə  düşür.  Humusun 
miqdarından asılı olaraq, ümumi azotun miqdarı üst qatda 0,20% olduğu halda, alt qatda xeyli 
azalaraq 0,08% təşkil edir.  Ümumi fosfor isə üst qatda 0.16%-ə qədər çatır. 
           Bu torpaqların uzun illər suvarılması nəticəsində, karbonat birləşmələri əsasən alt qatlara 
toplanmışdır. 
           Şabalıdı  (boz-qəhvəyi)  torpaqlar  başqa  torpaqlardan  humusun  miqdarına,  qranulometrik 
tərkibinə, bitki örtüyünə  və profil boyunca genetik qatların bir-birindən aydın seçilməsinə görə 
fərqlənirlər. 
          Torpaq  monitorinqi  baxımından  şabalıdı  torpaqlarda  təqribən,  60-70  il  bundan  əvvəl 
genetik qatlar üzrə götürülmüş kəsimlərdə hiqroskopik su 3,37-12,09%, karbonatlıq 0,5-29,5%, 
ümumi humus 0,84-3,86%, ümumi azot isə torpağın üst səthində 0,18% olmuşdur. 
           Müxtəlif  dövrlərdə tədqiqatçılar  şabalıdı torpaqların əsas  tərkib  hissəsinin  dəyişkənliyini 
müşahidə etmişlər.
i
 
          Şabalıdı torpaqların ilkin təhlili (M.E.Salayev) göstərir ki, udma tutumunun tərkibində Ca 
kationu yüksək dərəcədə üstünlük təşkil edir (85,5-93,8%). Mg kationu kəsimin profili boyunca 
3,0-11,9% olmuşdur. Na kationu Mg-dan xeyli azdır (0,9-5,6%).  Lakin, Na-un qismən çoxluğu 
(5,6%) bu torpaqların zəif şorakətliyini göstərir. 
          Ca kationunun uducu kompleksdə 90%-ə qədər olması sonrakı tədqiqatçıların əsərlərində 
də rast gəlinir. 
          Şabalıdı  torpaqlar  qranulometrik tərkibcə  ağır  gillicəli  və  gillidir.  Lil  fraksiyalı  (<  0,001) 
torpaq qatının orta profilində artmışdır. Bu da həmin torpaqlarda bərkimiş qatın olmasını göstərir 
[2].  
Hələ  1928-ci  ildə  V.V.Akimtsev  Gəncə  şəhərində  torpaq  tədqiqatları  apararkən  müəyyən 
etmişdir  ki,  uzun  müddət  torpaqların  əkin  altında  istifadə  olunması,  torpaqların  becərilməsi, 
daima  suvarılması  şabalıdı  torpaqların  60-70  sm.  qatında  bərkimiş  torpaq  qatının  yaranmasına 
səbəb olur. Eyni zamanda profil boyunca humusun yuyulmasına və şorakətliyin əlamətlərinə rast 
gəlinir. 
Morfoloji  nöqteyi-nəzərdən  boz-qəhvəyi  (şabalıdı)  torpaqların  xeyli  hissəsi  suvarılmayan 
bağların,  üzümlüklərin,  nar  bağlarının,  dənli  və  texniki  bitkilərin  altında  istifadə  olunur.  Ərazi 
əsasən qışı quraq keçən mülayim-isti yarımsəhra iqlim tipinə məxsusdur. Bu iqlim tipi yayın isti, 
quru  və  qışın  isə  yumşaq  keçməsi  ilə  səciyyələnir.  Havanın  orta  illik  temperaturu  14
0
C,  ilin 
soyuq  ayında  1-2
0
C,  ən  isti  ayda  isə  (iyul)  26-27
0
C  arasında  dəyişir.  Yay  aylarında  bəzən 
havanın  mütləq  maksimum  temperaturu  40
0
C–dək  yüksəlir.  Qışda  bəzən  havanın  mütləq 
minimum  temperaturu  -8
0
C-dək  aşağı  düşür.  Torpaq  səthinin  orta  illik  temperaturu  16
0
C  -dir. 
Havanın orta illik nisbi rütubəti 65% olub, il ərzində 52-75% arasında dəyişir. Yağıntının illik 
miqdarı  292  mm-dir.  Ərazidə  yağıntı  əsasən  yaz  fəslinə  düşür.  Səthi  örtükdən  il  ərzində  1173 
mm mümkün buxarlanma gedir [3]. 
Torpaqların  aqromeliorativ  vəziyyətində  baş  verən  dəyişikliklərə  aydınlıq  gətirmək  üçün 
Gəncə-Qazax ərazisi üçün xarakterik olan 186 saylı kəsim üzüm bağında qoyulmuşdur. 
-
 
A

0-7  sm.  Şabalıdı-bozumtul  ləkələrlə,  tozvari,  tək-tək  dənəvər,  qozvari, 
yumşaldırmış, ağır gillicəli, zəif kökcüklü, turşu təsirindən qaynayır. 
-
 
A
2   
7-22 sm. Üstünlüklə açıq və boz, qozvari kəsəkli, daha sıx kip və çatlı, gilli, güclü 
qaynayır. 
-
 
B
     
24-48 sm. Açıq şabalıdı boz ləkəli, naməlum iri prizma şəkilli, kifayət qədər sıx, 
gilli, tək-tək kiçik çınqıllı, qaynama güclüdür. 
-
 
C
   
48-66 sm. Boz, tək-tək ləkəli, karbonat əhəngli, strukturasız (bərkimiş), hədsiz sıx-
kip, gilli, çox güclü qaynayır. 
-
 
D(C
2
)  66-85  sm.  və  daha  dərin.  Tünd  qonur,  strukturasız  (bərkimiş)  hədsiz  sıx-kip, 
çox zəif qaynayır. 
Şabalıdı  torpaqların  bir  fərqli  cəhəti  də  budur  ki,  yuxa  qatlıqda  olur.  Belə  yuxa  qatlı 
torpaqlar  Gəncə  massivində  geniş  yayılıb.  Morfoloji  və  kimyəvi  xüsusiyyətlərinə  görə,  bu 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə