Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə136/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   132   133   134   135   136   137   138   139   ...   164

 
 
 
 
Qranulometrik tərkibinə görə təbii qəhvəyi torpaqlar gilli  xüsusiyyətləri və profilin aydın 
differensasiya olunması ilə fərqlənir. Üst qatlarda (AU'v-AU"z) fiziki gilin (<0,01mm) miqdarı 
60,8-63,0 % lil hissəciklərinin (<0,001mm) isə 26,1-28,0%) təşkil edir. Orta illüvial qatda fiziki 
gilin  (65,1-82,0%)  və  lil-kolloid  hissəciklərinin  (31,7-40,6%)  maksimum  toplanması 
qranulometrik  tərkibin analiz  nəticələrindən  aydın  görünür  ki,  bu  da morfoloji  cəhətdən  həmin 
qatın  kəskin  bərkiməsi  ilə  müşahidə  olunur.  R.V.Kovalyov  (1966)  tərəfindən  ərazidə  yayılmış 
qəhvəyi torpaqların profili üçün gilli qranulometrik tərkibin xarakterik olması qeyd edilir.   
Qəhvəyi torpaqların dənli-taxıl və üzüm bitkisi altında istifadə edilən növləri ərazidə geniş 
sahədə  yayılmaqla  torpaq  profilinin  morfoloji  əlamətlərinə  və  fiziki-kimyəvi  xüsusiyyətlərinə 
görə təbii torpaqlardan kəskin fərqlənir. Ərazidə əlverişli relyef  və bioiqlim şəraiti torpaq-bitki 
örtüyünün antropogen təsirə məruz qalmasında təbii faktor kimi həlledici rola malikdir. Burada 
torpaq örtüyünün ilkin ciddi dəyişikliklərə məruz qalması düzən meşələrinin insanlar tərəfindən 
qırılması ilə başlamışdır.  
Ərazidə meşələr qırıldıqdan sonra həmin sahələr əsasən dənli-taxıl bitkiləri altında istifadə 
olunmuşdur.  Uzun  müddət  dənli  taxıl  bitkilərinin  monokulturası  altında  istifadə  olunması 
torpağın  potensial  münbitliyinin  əsasını  təşkil  edən  humusun  azalmasına,  əkin  qatında  torpaq 
strukturasının  pozularaq  tozlu-kəltənvari  xarakter  almasına,  əkinaltı  qatın  bərkiməsinə, 
qranulometrik tərkibin nisbən ağırlaşmasına və s. morfogenetik göstəricilərin kəskin dəyişməsinə 
səbəb  olmuşdur.  Dənli-taxıl  əkin-ləri  altında  becərilən  qəhvəyi  torpaqların  profili  aşağıdakı 
genetik qatlarla səciy-yələnir: AU'az-AU"a-Bt-B/Cca-Cca. 
Uzun  müddət  dənli-taxıl  bitkilərinin  monokulturası  altında  istifadə  edilən  mədə-niləşmiş 
qəhvəyi  torpaqlarda  əkin  qatının  (AU'az=20-25sm),  boz-qonur  rəngə  çev-rilməsi,  maşın-
mexanizm  texnikasının  intensiv  istifadəsi  təsirindən  strukturanın  pozu-laraq  tozlu-kəltənvari 
xarakter  alması,  əkinaltı  (AU"az=25-52sm)  və  orta  illüvial  (Bt=  52-80sm)  qatların  kəskin 
bərkiməsi  və  iri  kəltənvari-topavari  strukturanın  üstünlük  təşkil  etməsi,  gilli-humus  axınlarının 
aydın görüntüsü və s. əlamətlər xarakterikdir. 
R.V.Kovalyevun  (1966)  tədqiqatı  göstərir  ki,  təbii  qəhvəyi  torpaqların  (meşə-kol  və  ot 
örtüyü  altında)  üst  qatlarında  (AUvz=15-20sm)  humusun  miqdarı  5,5-  9,4%  arasında  dəyişdiyi 
halda,  uzun  müddət  dənli-taxıl  bitkiləri  altında  istifadə  edilən  variantlarının  əkin  qatında 
(AU'az=25-30sm)  humusun  kəmiyyəti  2,4-3,0%-ə  qədər  azalır.  Humusun  miqdarına  uyğun 
olaraq ümumi azotun da azalması (0,18-0,19 %) müşahidə olunur. 
Kanada alimləri J.Dumansky, D.R.Coote, G.Luciuk, C.Lok (1986), J.T.Pierce, R.J.Stathers 
(1988),  L.K.Mann  (1986)  ölkənin  Alberta,  Manitoba,  Saskaçevan  prerilərində  apardıqları 
uzunmüddətli monitorinq  tədqiqatlarına  əsasən  xam torpaqların  50-80  il  müddətində  dənli-taxıl 
bitkilərinin  əkini  altında  humusun  miqdarı  orta  hesabla  50-60%  azaldığı  qeyd  olunur.  Belə  ki, 
şabalıdı  torpaqlarda  humusun  miqdarı  2,89%-dən  1,72%-ə,  qara  torpaqlarda  isə  5,16%-dən 
3,68%-ə qədər azalmışdır. 
Azərbaycanın  qəhvəyi  və  qara  torpaqlarını  tədqiq  edən  Ç.M.Cəfərova  (1968), 
R.H.Aslanova  (1976,1984),  B.Ş.Şəkuri,  R.H.Aslanova  (1991),  M.P.Babayev,  R.H.  Aslanova, 
E.E.Məmmədov  (2010),  E.E.Məmmədov  (2010),  həmçinin  xarici  ö1кə  tədqiqatçılarından 
B.S.Nasko  (Ukrayna,  2008),  S.Bialousz  (Polşa,  2000),  intensiv  antropogen  təsirlər, 
 
müxtəlif 
kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi  ilə  əlaqədar  olaraq  humusun  miqdarının  kəskin 
azalmasını  qeyd  edirlər.  Apardığımız  muqayisəli  torpaq  tədqiqatlarının  nəticələri  yuxarıda 
göstərilənləri bir daha təsdiq edir. 
Tədqiqat apardığımız  qəhvəyi  torpaqları ilə müqayisədə  uzun  müddət  dənli-taxıl bitkiləri 
altında  becərilən  həmin  torpaqlarda  humusun  50-60%  azlması  baş  verir  və  əkin  qatında 
(AU'az=0-25sm)  2,4-3,0%;  əkinaltı  qatda  (AU"a=25-52sm)  2,1%  təşkil  edir.  Humusa  muvafiq 
olaraq ümumi azotun da kəskin azalması (AUaz=0,17-0,19%) müşahidə edilir. Humusun ehtiyatı 
0-20sm-də 58,3 t/ha, 0-50sm-də isə 150,0 t/ha-dan artıq olmur. Ümumi azotun ehtiyatı da kəskin 
azalır  (0-20sm)  4,5  t/ha,  0-50sm-də  10,9  t/ha).  Həmçinin  torpaq  münbitliyinin  əsas 
göstəricilərindən olan udma tutumunun xeyli azalması da (AUaz=30,0 mq-ekv) пəzəгə çarpır.  


 
 
 
 
Qeyd  etmək  lazımdır  ki,  apardığımız  çöl-torpaq  və  kameral-laboratoriya  tədqiqatlarının 
müqayisəli  təhlili  göstərir  ki,  üzüm  bağları  altında  istifadə  olunan  dağ-qəhvəyi  torpaqlar,  uzun 
müddət dənli-taxıl əkinləri altında becərilən variantlar torpaq profilinin morfoloji quruluşuna və 
fiziki-kimyəvi xassələrinə görə bir-birindən kəskin fərqlənir. 
Üzüm  bağlarının  becərilməsi  ilə  əlaqədar  təbii  xam  torpaqların  yüksək  humuslu 
akkumulyativ  üst  qatı  (AUvz=18-20sm)  qalın  əkin  qatına  (AU'az=25-30sm)  trans-formasiya  
edir. Bununla  bəгаbəг üzüm bağları  salınarkən dərin  şumlamanın (plan- taj) təsirindən əkinaltı 
qat da (AU"az=20-25sm) humusla kifayət qədər təmin olunur ki, nəticədə torpaq profilində 45-
50sm dərinliyində mədəniləşmiş və morfoloji cəhətdən humus axınları 70-80sm dərinlikdə olan 
qat  formalaşır.  Əkin  qatında  strukturanın  nisbətən  pozularaq  tozlu-topavari  xarakter  alması, 
əkinaltı və orta illüvial qatın (A/B-Bt) bərkiməsi və kəltənvarı strukturası, karbonatların 50-70sm 
dərinliyə  qədər  yuyulması,  torpaqəmələgətirən  dellüvial  çöküntülərin  kifayyət  qədər  karbonatlı 
olma-sı və s.  morfogenetik əlamətlər xarakterikdir. 
Üzüm  bağları  altında  becərilən  mədəniləşmiş  qəhvəyi  torpaq  profili  aşağıdakı  genetik 
qatlar sistemi ilə səciyyələnir: AU'az-AU"az-A/B-Bt-B/Cca-Cca. 
Torpaq  kəsimlərinin  təsvirlərindən  göründüyü  kimi  üzüm  bağları  və  dənli  taxıl  bitkiləri 
altında  becərilən  mədəniləşmiş  qəhvəyi  torpaqlarrın  profili  genetik  quru-luşuna  və  morfoloji 
əlamətlərinə görə bir-birindən kəskin fərqlənir. 
Həmin torpaqların fiziki-kimyəvi xassələrində, xüsusən torpaq münbitliyinin əsasını təşkil 
edən  humusun  miqdarında  və  ehtiyatında  bu  dəyişikliklər  daha  aydın  görünür.  Belə  ki,  üzüm 
bağı altında istifadə edilən mədəniləşmiş dağ-qəhvəyi torpa-ğın əkin qatında (AU'az=23-28sm) 
humusun miqdarı 3,6-4,0 %, əkinaltı qatda (AU"az=25-50sm) isə 2,5-3,1 % təşkil etdiyi halda, 
dənli-taxıl  bitkiləri  altında  becərilən  variantlarda  bu  göstəricilər  müvafiq  olaraq  2,4-3,0  %  ilə 
1,7-2,1  %  arasmda  dəyişməklə  xeyli  azalır.  Əvvəldə  qeyd  etdiyimiz  kimi,  üzüm  bağları 
salınarkən dərin plantaj şumun aparılması təsirindən və həmçinin humusun mütəhərrik hissəsinin 
alt  qatlara  yuyulması  nəticəsində  85-100  sm  dərinlikdə  1,0-1,2  %-ə  qədər  humusa  rast  gəlinir. 
Aparılmış hesablamalar göstərir ki, üzümaltı torpaqlarda humusun ehtiyati 0-20sm-də 90-98 t/ha, 
0-50sm-də  172-212  t/ha  və  0-100sm-də  270-327  t/ha-ya  qədər  yüksəldiyi  halda,  taxıl  əkinləri 
altında müvafiq olaraq (0-20sm-də 58-70 t/ha, 0-50sm-də 130-145 t/ha, və 0-100sm-də 200-223 
t/ha) xeyli azalır. 
Üzüm  bağı    altında  optimal    hidrotermiki    rejim    və  əlverişli  humusəmələgəlmə  şə-raiti 
ümumi  azotun  miqdarının xeyli artması ilə  nəticələnir. Əkin  qatında  onun miqdarı 0,26-0,29 
%, 0-20sm-də ehtiyatı 5,2-6,9 t/ha; 0-50sm-də 12,9-15,4 t/ha oldu-ğu halda, taxıl əkini sahəsində 
ümumi azotun miqdarı 0,16-0,19 %, ehtiyatı isə uyğun olaraq 4,5-5,2 t/ha və 10,9 t/ha təşkil edir. 
Təbii-xam  torpaqlarda  olduğu  kimi  mədəniləşmiş  qəhvəyi  torpaqların  profili  70-80sm 
dərinliyə qədər karbonatlardan yuyulmuşdur. Cədvəldən göründüyü kimi əksər kəsimlərin dərin 
qatları, xüsusən torpaqəmələgətirən dellüvial gilli-gillicəli çöküntüləri karbonatlı olub, CaC0
3
-ün 
miqdarı 5,6-10,5 %-dən 13,2-219,1 %-ə qədər yüksəlir.  
 Mədəniləşmiş  qəhvəyi  torpaqlar  udulmuş  əsaslarla  kifayyət  qədər  təmin  olunurlar.  Qeyd 
etmsk  lazimdir  ki,  udma  tutumunun  maksimum  miqdarı  (32,8-37,6  mq-ekv)  əsasən  üzüm  bağı 
altında  istifadə  edilən  torpaqların  əkin  qatında  qeyd  olunur.  Bu  üzüm  bağı  altı  torpaqların 
humusla  nisbətən  yaxşı  təmin  olunması,  əlverişli  strukturası,  elementar  torpaq  proseslərinin 
optimal  hidrotexniki  şəraitə  uyğun  gedişi  və  ümumən  torpaqların  mədəniləşmə  səviyyəsinin 
nisbətən  yüksək  olması  ilə  əlaqədardır.  Udma  tutumunun  kəmiyyəti  əkin  qatından  dərinliyə 
doğru tədricən azalmaqla (23,0-25,3 mq-ekv), bəzən ağır gilli orta (Bt=50-80 sm) və karbonatlı 
dərin  qatlarda  (B/Cca+Cca)  udma  tutumunun  miqdarı  xeyli  artır  (27,5-35,7  mq-ekv).  Udma 
tutumunun  cəmində  Ca  kationu  tam  üstünlük  (70-80%)  təşkil  edir.  Bunu  Ca:Mg  olan  nisbətin 
3,6-4,8 arasında dəyişməsi aydın göstərir. Təbii xam torpaqarda oldugu kimi qəhvəyi torpaqların 
mədəniləşmiş  variantlarının  əkin  qatı  neytral  (pH=6,9-7,l),  orta  və  dərin  qatları  isə  zəif  qələvi 
(pH=7,5-8,1) mühitə malikdir.  
Mexaniki  analiz  təhlillərinin  müqayisəli  araşdırılması  göstərir  ki,  uzun  müddətli 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə