Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə144/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   140   141   142   143   144   145   146   147   ...   164

 
 
 
(ibtidai  boz-qəhvəyi),  qədimdən  suvarılan  şabalıdı  (qədimdən  suvarılan  boz-qəhvəyi)  və  s. 
yarımtiplərə ayrılırlar.  
            Gəncə-Qazax  bölgəsinin  ümumi  ərazisinin  666,3  min  hektarı  (54%)  kənd  təsərrüfatına 
yararlı  torpaqlardan,  467,1  min  hektarı  (37,8%)  istifadəyə  yararsız  torpaqlardan  ibarətdir.  Bu 
torpaqların 142,6 min hektarı (11,6%) əkin sahəsindən, 403 min hektarı (32,7%) otlaqlardan, 131,1 
min  hektarı  (10,6%)  meşəlikdən,  62,6  min  hektarı  (5,1%)  çoxillik  əkmələrdən,  62,9  min  hektarı 
(5,1%) biçənəklərdən, 19,7 min hektarı isə (1,5%) həyətyanı sahələrdən ibarətdir [2]. 
            Gəncə-Qazax  torpaqları  üçün  şiddətli  su,  külək  və  irriqasiya  eroziyası  xarakterikdir. 
Torpağın  su  ilə  yuyulmasının  qarşısını almaq  üçün  aparılan  bütün  becərmələrdə məqsəd,  səthi  su 
axımının  qarşısını  almaq  və  suyun  torpağa  daha  çox  hopmasını  təmin  etməkdən  ibarətdir.  Bu 
məqsədlə,  bir  çox  torpaq  becərmə  qaydaları  və  üsulları  tətbiq  edilir.  Məs,  eninə  şumlanma,  tirəli 
dairəvi şumlanma,
 torpağın yastıkəsən alətlərlə becərilməsi və s. Şumlanmış sahələrdə su axınının 
azalması,  torpaqda  kapillyar  və  qeyri-kapillyar  məsamələrin  artması  və  suyun  torpağa  daha  çox 
hopması nəticəsində baş verir. Şumun dərinliyi artdıqca torpağa sızan suyun miqdarı da artır. 
           Külək  eroziyasınm  intensivliyi,  torpağın  üst  qatının  tozlanma  dərəcəsindən  və  küləyin 
sürətindən  asılıdır.  Yüngül  qranulometrik  tərkibə  malik  olan  və  becərmələr  zamanı  çox  tozlanan 
karbonatlı şabalıdı torpaqlar külək eroziyasına daha çox məruz qalır. Külək eroziyası mövcud olan 
sahələrdə  torpaqbecərmənin  qarşısında  duran  əsas  məsələ,  torpaq  səthində  bitki  qahqlarının  daha 
çox  saxlanılmasını  təmin  etməkdən  ibarətdir.  Gəncə  və  Gəncəbasar  ərazilərində  torpaqlarda  mal-
qaranın sistemsiz otarılması nəticəsində, şiddətli dərəcədə eroziyaya uğramış sahələrə çox təsadüf 
edilir. Tədqiqatlara əsasən belə qənaətə gəlmək olar ki, sahələrdə bitki örtüyünü bərpa etmək üçün 
otarmanı 3-5 il müddətində dayandırmaq məqəsədəuyğun hesab edilərdi [2]. 
            Dağ-mədən sənayesinin fəaliyyəti, xüsusən faydalı qazıntıların açıq üsulla çıxarılması nəti-
cəsində yer qabığının üst qatlarında dərin dəyişiklər baş verir, bütün biogeosenotik əlaqələr pozulur. 
Bu zaman metrlərlə, bəzən 100 m dərinliklərdən çıxarılan süxur qatları açılır, qarışdırılır və laylar 
atılır. Layların səthində çox hallarda bitkilərin inkişafı üçün fiziki-kimyəvi xassələri əlverişsiz olan 
süxurlar  yerləşir. Belə ərazilər neçə onilliklər bitkisiz, çılpaq olub “sənaye  səhrasına” çevrilir. Bu 
sahələr  təsərrüfat  istifadəsindən  çıxmaqla  yanaşı,  həm  də  ətraf  mühitin  çirklənmə  mənbəyinə 
çevrilir [3]. 
            
 
Tədqiqatda aşağıdakı nəticələr alınmışdır: 
 Bu  gün  kənd  təsərrüfatı  istehsalının  artırılması,  dağ  ekosistemlərinin  davamlı  inkişafı,  su 
ehtiyatlarının  səmərəli  istifadəsi  tələb  olunduğu  zamanda  torpaq  eroziyası  ilə  mübarizə  aparmaq, 
eroziya yayılmış ərazilərdə onun qarşısını almaq vacib məsələdir.  
Gəncə regionunda eroziyaya qarşı kompleks mübarizə tədbirləri işlənib hazırlanmışdır. Bura təsər-
rüfat təşkilatçılığı, aqrotexnoloji, meşə meliorasiyası, hidrotexniki və çəmən meliorasiya tədbirləri-
nin düzgün və mütəmadi şəkildə həyata keçirilməsi aid edilir ki, bu da torpaqdan səmərəli istifadə 
amillərindəndir. 
Rayonlarda kənd təsərrüfatı bitkilərinin inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması məqsədi 
ilə  eroziyaya  məruz  qalmış  torpaqlara  nəzarət-metiorativ  tədbirlərin  görülməsi  vacibdir.  Torpağın 
eroziyadan  qorunması  üçün  görülən  bu  tədbir,  münbit          torpağın  yaradılması  üçün  lazımi  şərait 
yaradır, ekoloji dözümlü aqrolandşaftların yaradılmasına səbəb olur.   
Eroziyaya qarşı mübarizə məqsədilə meşə zolaqlarının salınması, çay kənarları, su hövzələri və yol 
kənarlarında, sərt döngələrdə, yamaclarda meşə ağaclarının əkilməsi vacibdir [4]. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Ю.В. Новиков “Экология, окружающая среда и человек”. М.: Гранд, 2000, с. 190. 
2.
 
Hacıyev G, Hüseynov M. Əkinçilik, Ali məktəblər üçün dərslik, Bakı, 2008, 282 s.  
3.
 
Məmmədov Q.S. Azərbaycanın torpaq ehtiyatları. Bakı: “Elm”, 2002, 123 s. 


 
 
 
4.
 
Sabandayeva A.N. Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində eroziya prosesinin ekoloji 
duruma,  ekosistemlərə  təsiri  və  ona  qarşı  kompleks  mübarizə  tədbirlərinin  tətbiqinin 
zərurəti. Bakı, 2011, 144 s. 
5.
 
Şakuri  B.Q.  Təbiət  və  ətraf  mühit.  Təbiətdə  baş  verən  fəlakətli  hadisələr  və  onlara  qarşı 
mübarizə. Bakı, 2009, 102 s. 
6.
 
Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya,  ətraf mühit və insan. Bakı, “Elm”,  - 2006, səh. 
406-410.  
 
ПРИРОДНЫЕ И АНТРОПОГЕННЫЕ ФАКТОРЫ ВЛИЯЮЩИЕ НА ПОЧВУ 
 
Л.В.КАРАЕВА 
Институт Эрозии и Орошения 
 
Почва-одна  из  основных  и  важных  компонентов  окружающего  нас  мира.  Все  её 
основные экологические функции сконцентрированы в её общем показателе – урожайности. 
Существует  множество  естественных  и  антропогенных  воздействий,  что  снижает 
урожайность  почвы,  качество  почвы  и  продуктов.  Из  таких  воздействий  можно  отметить 
такие  факторы,  как  эрозия,  загрязнение  почв,  вторичное  засоление  и  заболачивание  почв, 
опустынивание, ассимиляция земель для производственного и коммунального строительства. 
Статья предусмотрена для создания общего понятия факторов, воздействующих на почву. 
 
NATURAL AND ANTHROPOGENIC FACTORS AFFECTING THE SOIL 
 
L.V.GARAYEVA 
Institute of Erosion and Irrigation 
 
Soil-one of the basic and important components of the  world. All of its main environmental 
functions  are  concentrated  in  its  overall  index  -  land  productivity  .  There  are  many  natural  and 
anthropogenic influences, which reduces productivity, quality of the soil and products. Such factors 
as  erosion,  soil  pollution,  salinization  and  waterlogging,  desertification,  assimilation  lands  for  the 
industry and public construction can be noted. The article aims the creation of the general concept 
of factors influencing the soil. 
    
 
UOT 631.34 
 
TORPAQ MÜNBİTLİYİNİN ARTIRILMASINDA NAXÇIVAN 
SEOLİTİNİN ROLU 
 
R.V.ƏMİROV  
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, rashadet _amirov @mail.ru, tel: 050 389 57 53 
S.Ə.HACIYEV  
sahib- hacıyev @mail.ru, tel: 051 712 21 68 
 
Məqalədə Naxşıvan MR-də çıxarılan seolit mineralının tətbiq sahələrindən, xüsusilə onun 
kənd təsərrüfatında istifadə olunmasından bəhs olunur. Tədqiqatlardan məlum olmuşdur ki, seolit 
mineralı paxlalı bitkilərin məhsuldarlığına və kökyumurucuq bakteriyalarının sayına  müsbət təsir 
göstərir. 
 
 
Açar  sözlər:  noxud,  nut,  lobya,  soya,  paxla,  simbioz,  müştərək,  seolit,  mineral,  fiksasiya, 
spontan 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə